Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   35   36   37   38   39   40   41   42   ...   83

 
masından qəbir evinə kimi keçirdiyi halı təsvir edilir. Bu cür 
əsərlərin 
 vücudnam
ələrin də bir süjet xətti, başlanğıcı, sonu 
olur. Hadis
ə getdikcə yüksələn xətt üzrə inkişaf edir, kulmina-
siya nöqt
əsinə  çatır  və  nəhayət bitir.  «Həyatım  və  mühitim» 
me
muarı bunlardan tamamilə fərqlənən və orijinal süjetə malik 
bir 
əsərdir. Burada mövzular maraqlı süjet vasitəsilə oxucuya 
çat
dırılır, hər bir olay və əhvalat öz təsirini göstərir. Əsərdə sü-
je
tin maraqlı və bəzən təsirli çıxmasında memuarist çətinliyə 
düşmür. Memuarda öz xarakterik xüsusiyyətləri, ictimai mən-
şələri, habelə dünyagörüşləri ilə bir-birindən fərqlənən surətlər 
qalereyasına rast gəlirik. Əsas hadisələr müəllifin  Ordubadi-
nin 
ətrafında cərəyan edir. Xatirələrin, demək olar ki, hər səhi-
f
əsində müəllifin obrazı görünür. «Müəllifin obrazı o vaxt can-
lı və dolğun çıxır ki, o böyük hadisələrlə yaşayır, zamanı dü-
şündürən böyük
 
ictimai-siyasi 
əxlaqi problemlərlə
 
m
əşğul olur. 
Xalqın  ən  yaxşı  arzu  və  əməllərini ifadə  edir. Həyata  seyrçi 
kimi baxmır, əksinə fəal münasibət bəsləyir. Mənfiliklə ciddi 
konflikt
ə girir... Buna görə də əsərlərin taleyi hadisələrin apa-
rıcısı  olan  müəllifdən,  onun  obrazının  xarakterindən  asılıdır. 

əllifin obrazı ümumiyyətlə publisist ədəbiyyatın əsas xüsu-
siyy
əti 
 s
ənədliliklə  bağlıdır.  Publisistika  janrında  yazılmış 
əsərlərdə bu obraz fəal rol oynayır. Lakin lirik oçerklərdə, elə-
c
ə də xatirə, bədii gündəlik və səyahətnamələrdə daha çox nə-
z
ərə çarpır. Çünki bu qisim əsərlərdə başqalarından fərqli ola-
raq 
əsas  obraz  yazıçı-publisistin özüdür. O, hadisələrə  real 
q
əhrəmanın gözü ilə deyil, bilavasitə özü baxır, müşahidə apa-
rır,  ictimai-siyasi problemlərin konkret həllinə  kömək üçün 
yol
lar axtarır, mülahizələr yürüdür, polemikaya girir, əsaslan-
dırır, sübut edir. Eyni zamanda yazıçı-publisist müəyyən mə-
s
ələlərlə  əlaqədar hiss və  həyəcanlarını,  fikir  və  ehtiraslarını 
ifad
ə edir, oxucularını da həmin ictimai-siyasi məsələlər səm-
tin
ə  istiqamətləndirir, hissləri  coşdurur,  fəallaşdırır»  [84, 
s.199]. 
 Memuar nümun
ələri müəllifin həyatında baş verən bir çox 
 
118 


 
m
əqamları göstərməklə yanaşı, ictimai həyatın canlı, hərtərəfli 
m
ənzərəsini verir, cəmiyyətin rolunu işıqlandırır. «Həyatım və 
mühitim» xatir
əsində də Azərbaycanın tarixi, iqtisadi, mədəni 
h
əyatından epizodlar verilmişdir ki, bunlar da ölkəmizin keç-
mişini  öyrənmək üçün çox önəmlidir.  Tarixi  romanlarını  ya-
zark
ən hansı real hadisələrdən istifadə etdiyini, şahidi olduğu 
hansı cəhətə və fakta əsaslandığını görmək üçün Ordubadinin 
h
əyat və  yaradıcılığının, inqilabi fəaliyyətinin  əksi olan «Hə-
ya
tım  və  mühitim»  memuarına  müraciət etmək  lazım  gəlir. 
Bel
ə ki, xatirələrdə təsvir olunan olaylarla romanlarında səslə-
şən cəhətlərin müqayisəsi yazıçının real hadisələri bədii planda 
verm
əsi və onun bu hadisələrdən istifadə metodunun öyrənil-
m
əsi  baxımından  çox  önəmlidir. Rus tənqidçisi V.Q.Belinski 
«1847-ci ilin rus 
ədəbiyyatına bir nəzər» məqaləsində yazmış-
dı: «Sənətin həyatla, uydurmanın həqiqətlə yaxınlaşması bizim 
əsrimizdə xüsusilə tarixi romanda özünü göstərmişdir. Memu-
arlara düzgün qiym
ət vermək üçün tarixi romandan yalnız bir 
ad
dım irəli getmək lazım idi; memuarlarda səciyyə və şəxslə-
rin t
əsviri, oçerkləri mühüm rol oynayır. Oçerklər canlı və ma-
raq
lıdırsa,  demək, sadəcə  naturadan  götürülmüş  surət, sönük 
v
ə heç bir şey ifadə etməyən köçürmə deyil, insan və hadisələ-
rin b
ədii inikasıdır» [40, s.134]. 
M.S.Ordubadinin tarixi romanları xalqımızın tarixi keçmi-
şini, düşmən qüvvələrin törətdiyi acınacaqlı vəziyyəti, qaranlıq 
v
ə  işıqlı  səhifələri tərənnüm edən,  keçmiş  olaylara  müasirlik 
ruhu ver
ən sənət  əsərləridir. Mehdi Hüseyn «Azərbaycan ro-
manı  haqqında»  adlı  geniş  həcmli məqaləsində  yazırdı:  «Əsl 
s
ənətkar həyatı məzuniyyət vasitəsilə deyil, həmişə, bütün öm-
rü boyu öyr
ənir, tədqiq edir, həyat haqqında mühakimələr yü-
rüdür, hadis
ə və insanları mənalandırmaq üçün yollar axtarır, 
öz  müşahidələrini saf-çürük edir, ümumiləşdirir,  zahirən bir-
biril
ə o qədər də əlaqəsi olmayan hadisələrin inkişafındakı qa-
nu
nauyğunluğu  və  əlaqəni dərk edir, ziddiyyətlərin 
mahiyy
ətini mütəfəkkir bir yaradıcı kimi açır və işıqlandırır» 
 
119 


 
[112, c.10, s.256]. M.S.Ordubadi d
ə əsl sənətkar kimi bir çox 
tarixi fakt
ları və hadisələri bədiiliklə təsvir etmişdir ki, bu da 
əsərlərinin  maraqla  qarşılanmasına,  kütləviləşməsinə  səbəb 
olmuşdur.  Romanlarında  əksini  tapmış  bir  çox  hadisələr öz 
rişəsini müəllifin «Həyatım və mühitim» xatirəsindən almışdır. 
Memuarist xatir
ələrdə  yalnız  ədəbiyyat təmsilçisi kimi deyil, 
h
əm də mədəniyyət xadimi, maarifpərvər və siyasi xadim kimi 
çıxış  etmişdi. O, Azərbaycanı  ictimai-siyasi yol ilə  inkişaf 
etdirm
əyi lazım  görürdü,  xalqını  onun  gələcəyi  uğrunda 
f
ədakarlığa,  mübarizəyə  çağırırdı.  Ordubadi  həyat həqiqətinə 
sadiq qalaraq q
əlbinə  hakim kəsilən hiss və  düşüncələri, 
gördükl
ərini və  müşahidə  etdiklərini qələmə  almağa 
çalışmışdır. Mövzunun sadəliyi, bitkin həyat həqiqətinin əksi, 
orijinallıq  əsərin  əsas xüsusiyyətləridir.  Elə  bu səbəbdən 
memuar 
əsl sənət əsəri kimi çox oxunaqlı və dəyərlidir. 
H
ər bir əsəri gözəlləşdirən, oxunaqlı və maraqlı edən onun 
dilinin sad
əliyi, ifadənin bədiiliyi, müəllifin sənətkarlıq bacarı-
ğıdır.  Məlumdur ki, bədii ifadə  vasitələrindən lirik-romantik 
m
əzmunlu  əsərlərdə  daha çox istifadə  edilir. Xatirələrdə, xü-
susil
ə  XX  əsrdə  yaranmış  nəsr  əsərlərində  isə  təşbih,  istiarə, 
m
əcaz kimi bədii təsvir vasitələri, demək olar ki, çox deyildir. 
«H
əyatım və mühitim» memuarında isə Ordubadi əsərin dili-
n
ə, ifadə vasitələrinə xüsusi fikir vermiş, həm oxucunu aludə 
ed
ən, həm də  tarix,  ədəbiyyat, mədəniyyətimizi öyrənmək 
üçün etibarlı qaynaq rolunu oynayan əsər yaratmışdır. 
Qeyd edildiyi kimi, M.S.Ordubadi tarixi romanlar usta
sı-
dır.  Romanlarında  tarixi  şəxsiyyətlərə  rast gəlsək də, müəllif 
Az
ərbaycanın tarixi keçmişini burada olduğu kimi canlandıra 
bilm
əzdi. Bədii əsər olduğundan müəllifdən bunu tələb etmək 
düzgün deyildir. Memuar 
ədəbiyyatında isə həyat həqiqəti bü-
tün do
lğunluğu ilə əks olunur. «Həyatım və mühitim» memua-
rında  yazıçının  bədii dili real hadisələrlə  elə  çarpazlaşmışdır 
ki, bu da 
əsərin roman qədər maraqlı çıxmasını təmin etmişdir. 
Əsər sadə danışıq dilində yazılmışdır. Xatiratın mürəkkəb, do-
 
120 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə