NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə47/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

96 
 
bu  kitabımızda,  biz,  Xilafət  dövrü  Azərbaycanında  baĢ  verən  bütün  hadisə  və 
faktları əhatə edə bilməzdik. Ona görə də ərəb müəlliflərindən bizə qalmıĢ qiymətli 
mirasın bəzi səhifələrini oxucularımızla birlikdə vərəqləmək istərdik. 
 
ƏBU CƏFƏR MƏHƏMMƏD ĠBN CƏRĠR 
ƏT-TƏBƏRĠ (838 – 923) 
“TARĠX ƏR-RÜSUL VƏ-L-MULUK” 
(“PEYĞƏMBƏRLƏR VƏ HÖKMDARLARIN TARĠXĠ” 
 
AZƏRBAYCANIN FƏTHĠ 
 
Ət-Təbəri deyir: Nuaym ikinci  dəfə Həmədanı tutduqdan sonra Vacruddan 
Reyə  yola  düĢdü.  Ömər  ona  yazdı  ki,  o,  Simak  əl-Ənsarini  sərkərdə  Bukayr  ibn 
Abdallahın  köməyinə  Azərbaycana  göndərsin.  Nuaym  Reyi  ələ  keçirənədək 
Simakın  göndərilməsini  uzatdı,  ancaq  bundan  sonra  onu  buraxdı,  Simak  da 
Bukayrın yanına, Azərbaycana yola düĢdü... 
Bukayr  əmr  alan  kimi  yürüĢə  baĢladı.  Cərmidan  həndəvərində 
gözlənilmədən Vacruddan qaçan Azərbaycan mərzbanı Ġsfəndiyar ibn Fərruxzadla 
üzləĢdi.  Azərbaycan  (ərazisində)  Bukayrın  ilk  döyüĢü  baĢ  verdi.  DöyüĢ  baĢlandı. 
Allahın köməkliyi ilə Ġsfəndiyarın qoĢunu qaçmağa üz qoydu. Bukayr Ġsfəndiyarı 
əsir tutdu... Bir neçə qaladan baĢqa, ölkə bütünlüklə onun əlinə keçdi. Elə bu vaxt 
Simak onun köməyinə gəldi. Ġsfəndiyar hələ də əsir idi. Bukayr qonĢu yerləri, Utba 
ibn  Farkad  isə  qalan  tutulmamıĢ  yerləri  fəth  etdilər...  (Xəlifə)  Ömər  Bukayra 
yazdığı məktubunda Bab əl-Əbvab istiqamətində yürüĢün razılığını verdi... 
 
ƏL-BABIN FƏTHĠ 
 
Elə həmin 22-ci  ildə Sayf ibn Ömərin  sözlərinə  və  hekayətinə  görə əl-Bab 
fəth  edildi.  Sayf  xəbər  verir:  Deyirlər  ki,  xəlifə  Ömər  öz  sərkərdələrindən  Əbu 
Musanı  Bəsrəyə,  Zunnur  ləqəbli  Suraka  ibn  Əmri  isə  əl-Baba  göndərdi.  Yenə 
Zunnur  ləqəbli  Əbdürrəhman  ibn  Rəbiəni  qoĢunun  baĢına,  Huzayfa  ibn  Asid  əl-
Qaffarini cinahların birinə, Suraka ibn Əmrdən əvvəl əl-Baba gəlib çıxmıĢ Bukayr 
ibn Abdullah əl-Leysini cinahların o birinə təyin etdi və ona Suraka ilə birləĢməyi 
tapĢırdı.  Səlman  ibn  Rəbiə  isə  əldə  ediləcək  qəniməti  bölən  oldu.  Suraka 
Əbdürrəhman  ibn  Rəbiəni  qabağa  göndərdi;  o,  Azərbaycanı  keçib  əl-Baba  doğru 
yönələndə,  ardınca  gedərək  əl-Bab  yaxınlığında  Bukayra  çatdı.  Onun  dəstəsilə 
birlikdə,  xəlifə  Ömərin  dediyi  kimi,  əl-Bab  hüdudlarına  daxil  oldu.  Ömər  Həbib 
ibn Məsləməni əl-Cəzirədən onun köməyinə göndərdi... 
Əbdürrəhman ibn  Rəbiə  əl-Bab hökmdarını sıxıĢdırmağa  baĢladı,  o zaman 
vilayətini  idarə  edirdi  və  özü  də  Ġsrail  nəslini  məhv  edərək  ġamı  onlardan 
təmizləyən  ġəhribərəzin  nəslindən  idi.  ġəhribərəz  [Əbdürrəhmanla]  yazıĢmağa 


97 
 
baĢladı, onun yanına gəlmək üçün aman istədi. Əbdürrəhman ona aman verən kimi 
görüĢünə  gəlib  dedi:  -  Mən  quduz  düĢmənə  və  əsli  olmayan  qaba  xalqlara  qarĢı 
durmuĢam.  Nəcib  və  dərrakəli  Ģəxs  bu  cinsdən  olanlara  kömək  etməz  və  əsli-
nəcabətlilərə  qarĢı  onlardan  kömək  ummaz,  çünki  əsli  olan,  harada  olursa-olsun, 
yalnız  əsli  olana  yaxındır.  Mənim  özümün  nə  dağlılara,  nə  də  ermənilərə  dəxlim 
yoxdur.  Siz  mənim  ölkəmin  və  mənim  xalqımın  üzərində  qələbə  çaldınız.  Ġndən 
belə mən sizlərdənəm, sizinlə əlbəələm, rəğbətim də sizədir. Allah bizimlə sizdən 
razı  olsun.  Qoy  bizim  sizə  verəcəyimiz  cizyə-köməyimiz  və  sizin  buyuruğunuza 
əməl  etməyimiz  olsun.  Bizi  cizyə  ilə  alçatmayın,  əks  təqdirdə  onunla  öz 
düĢməniniz  qarĢısında  bizi  zəiflədərsiniz:  Əbdürrəhman  dedi:  Siz  [vəzifəcə] 
məndən  üstün  adamın  kölgəsindəsiniz.  Onun  yanına  get  və  xahiĢ  et.  ġəhribərəz 
Surakanın yanına getdi, həmin sözləri ona da dedi. Suraka dedi: Səninlə olanların 
da  qərəzi  budursa,  mən  bunu  qəbul  edirəm.  Ancaq  vuruĢa  getməyib  qalanların 
üzərinə  cizyə  düĢür.  [ġəhribərəz]  bunu  qəbul  etdi.  Müsəlmanların  düĢmənləri  ilə 
vuruĢan  bütün  kafirlər  üçün  bir  qayda  oldu.  Cizyə  verməkdən  ancaq  döyüĢə 
gedənlər azad olunurdular, həmin ilin cizyəsi onların üstündən götürülürdü. 
Suraka  bu  haqda  [xəlifə]  Ömər  ibn  əl-Xəttaba  yazdı,  o  da  bu  tədbiri 
[bəyənib]  ona  razılıq  verdi.  Həmin  dağların  yamaclarında  olan  ölkədə  elə  hündür 
yerlər  var  ki,  ermənilər  o  yerlərdə  az  qalırlar,  çünki  onlar  onun  ətrafında 
yaĢayanlardandır,  özləri  də  gəlmədirlər.  [Köçərilərin]  hücumları  bu  hündür 
yerlərdəki oturaq [yerli] əhalini dərbədər saldı, dağlılar öz doğma torpaqlarını atıb, 
dağlarda  gizləndilər.  Buralarda  yalnız  [sərhəddi  qoruyan]  əsgərlər,  bir  də  onlara 
kömək edənlər və ya onlarla ticarət edənlər qaldılar. Məhz bu adamlar Suraka ibn 
Əmrdən [aman] fərmanı aldılar... 
 
24-cü (645/46) il 
 
Həmin  ildə  əl-Valid  ibn  Ukba  Azərbaycan  və  Ərminiyəyə  hücum  etdi, 
çünki  onların  əhalisi,  Əbu  Mihnafın  xəbər  verdiyinə  görə,  [xəlifə]  Ömərin 
günlərində  müsəlmanlarla  bağladıqları  sülh  müqaviləsinin  Ģərtlərini  yerinə 
yetirməkdən imtina etmiĢdilər. BaĢqalarının dediklərinə görə bu [hadisə] 26-cı ildə 
olmuĢdur. 
HiĢam  ibn  Məhəmməd  xəbər  verib:  Əbu  Mihnəf  Farva  ibn  Lakit  əl-
Əzdiyə... istinadən ona bildirib ki, kufəlilər Rey və Azərbaycana hücum edirdilər. 
Hər  iki  sərhəd  bölgəsində  on  min  kufəli  əsgər  vardı  –  bunlardan  altı  mini 
Azərbaycanda,  dörd  mini  Reydə  idi.  Kufədə  [o  vaxt]  qırx  min  əsgər  vardı.  Hər  il 
bu vilayətlərə on  min  əsgər göndərilirdi. Beləliklə, hər döyüĢçü dörd ildə bir dəfə 
yürüĢdə iĢtirak edirdi. 
Əl-Valid  ibn  Ukba  Azərbaycan  və  Ərminiyəyə  xəlifə  Osmanın  dövründə, 
Kufənin hakimi olduğu vaxt hücum etdi. O, qabaqca Səlman ibn Rəbiəni göndərib, 
özü  də  bir  dəstə  ilə  Ərminiyə  hüdudlarına  doğru  tələsdi.  Nəhayət,  qoĢunu  ilə 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə