NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə46/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

94 
 
kəndinə  yetiĢirdilər.  Əsrin  əvvəlində,  1902-ci  ildə,  bu  yerlərdə  olmuĢ  arxeoloqlar 
(M. Barxudaryan və b.) Kaqankat adlı qədim kəndin xarabalıqları arasında yaĢayan 
bir  neçə  azərbaycanlı  ailəsinə  rast  gəlmiĢdilər.  M.  Barxudaryanın  yazdığına  görə 
bu  kənd  Tərtər  çayının  sol  sahilində,  “Qarı  körpüsü”nün  yanında  yerləĢən  xaraba 
Divdakan  və  tərk  edilmiĢ  Meqatis  kəndləri  arasında  idi.  Adlarından  və 
mövqelərindən  Kaqankat  kəndi  ərəb  coğrafiyaĢünaslarının  bu  yolda  xatırladıqları 
Kalkatus, Divdakan və Meqatis isə çox güman Davmis və Matris kəndləridir. 
Tərtər  çayı  boyunca  indiki  Qarabağ,  Kəlbəcər,  daha  sonra  Zəngəzurdan 
keçən bu yol Sisəcandan – Sisyandan, katiblərin səhvi üzündən adı dövrümüzədək 
təqribi  çatmıĢ  Kilkuy  (?)  yaĢayıĢ  yerinə  gətirirdi.  Ġbn  Havqəlin  Kaylakvin,  əl-
Müqəddəsinin Kilvay, əl-Ġdrisinin Kaylakavsər, Yaqutun isə Kalkəva adlandırdığı 
və  bütün  müəlliflərin  Sisəcanın  (Sisyanın)  on  altı  fərsəxliyində  yerləĢdirdiyi  bu 
yeri,  Yaqut,  həmin  yolda  adları  çəkilən  baĢqa  kəndlər  kimi  Arrana  aid  edir
*

Yolçuların  bu  yolda  son  mənzilləri  olan  Dəbil  Ģəhəri  həmin  yaĢayıĢ  yerinin  16 
fərsəxliyində yerləĢirdi. 
Bərdədən  keçən  ticarət  yollarından  biri  də  bu  Ģəhəri  və  onunla  bərabər 
burada  qovuĢan  bir  çox  yerləri  XII  əsrin  əvvəllərinədək  ərəb  Arran  vilayətinin 
Ģəhəri  olan  Tiflislə  birləĢdirirdi.  Bərdədən  çıxan  yolçular  Tiflisə  yetiĢənədək 
Gəncə, ġəmkir, Xunan Ģəhərləri və Ġbn Kəndman qalasından keçirdilər. Bu yol və 
onun  üstündə  yerləĢən  yaĢayıĢ  məskənləri  haqqında  məlumat  verən  orta  əsr 
müəlliflərinin bir qədər ziddiyyətli qeydləri burada adları çəkilən Xunan Ģəhərinin 
və  Ġbn  Kəndman  qalasının  yerlərinin  dəqiqləĢdirilməsinə  maneçilik  törədir  və 
beləliklə  də  qərəzli  iddialar  üçün  meydan  açır.  Yerli  mənbələr  (Moisey  Xorenli, 
Moisey  Kalankatlı)  Albaniyadan  erkən  (b.e.ə)  hüdudlarını  müəyyənləĢdirərkən 
Xnarakert  (Xunarakert)  adlandırdıqları  Xunan  Ģəhərini  Ġberiya  (Gürcüstan)  ilə 
sərhəddə  yerləĢdirirdilər:  “Yafətin  törəmələrindən  Sisakan  nəslinə  mənsub  olan 
Aran adlı birisi Albaniyanın Erasx (Araz) çayından Xunarakert qalasınadək düz və 
dağlarına varis oldu...”. 
Tədqiqatçıların  bəziləri  (N.  Karaulov,  Ġ.  Markvart,  Y.  Manandyan,  P. 
Ġnqorokva  və  b.)  Xunarakert  –  Xunanın  Ağstafaçay  sahilində  olduğunu  güman 
edirlər,  bəziləri  isə  (K.  Trver,  Z.  Bünyadov,  S.  Yeremyan,  Y.  MelikiĢvili,  F. 
Məmmədova  və  b.)  onun  Xram  çayının  Kürə  töküldüyü  yerdə  yerləĢdiyini  sübut 
edirlər. Lakin gürcü alimi D.L. MelikiĢvilinin və baĢqalarının bu fikrə qarĢı iradları 
(daha  doğrusu  ərazi  iddiaları)  da  mövcuddur.  Bu  alimlər  yerli  mənbələrin  ərəb 
iĢğalından  əvvəlki  Albaniyanın  sərhəd  Ģəhəri  hesab  etdikləri  Xunanı  indiki 
Tovuzçayın  mənsəbi  yaxınlığında  (bəzən  hətta  Zəyəmçayın  sahilində) 
yerləĢdirməklə,  Albaniyanın  Ģimal-qərb  hüdudlarını  dəyiĢdirir,  beləliklə  də 
                                                           
*
  MəĢhur  tədqiqatçı  Y.  Markvart  bu  yeri  Göyçə  gölündən  cənubda  yerləĢən  Gelakuni-Qeqarkuni  ilə 
eyniləĢdirirdi.  Moisey  Kalankatlı  Sünikə  aid  etdiyi  bu  vilayətə  Babəkin  hücumu  haqqında  məlumat 
verir. 


95 
 
Albaniya ərazisinin xeyli hissəsinin qədim gürcü torpaqları olduğunu iddia edirlər. 
D.L.  MelikiĢvilinin  Xunan  (eləcə  də  ġəki)  və  b.  Ģəhərlərimizi  gürcüləĢdirmək 
qərəzinə  xüsusi  elmi  məqalələrdə  cavab  verildiyi  üçün
*
  burada  yalnız 
Azərbaycanda  ərəb  hakimiyyəti  dövrünə  dair  bəzi  faktları  qeyd  etmək  istərdik. 
Əvvəla,  onu  deməliyik  ki,  əgər  ərəblərin  gəliĢinədək  Albaniyanın  Ģimal-qərb 
hüdudu  Xunan  Ģəhərində  qurtarırdısa,  Tiflis  və  onun  civarlarının  da  Xilafət 
orduları tərəfindən iĢğal edilib ərəb Arran vilayəti tərkibinə qatılması ilə VII əsrin 
ortalarından sərhəd xətti Tiflisədək geniĢləndi. Artıq bu dövrün coğrafiyaĢünas və 
tarixçiləri ərəblərə qədərki yerli müəlliflərdən fərqli olaraq Arranın (Albaniyanın) 
Ģimal-qərb sərhəd bölgəsi kimi Xunarakert – Xunanın deyil Tiflisin adını çəkirlər. 
Yalnız  XII  əsrin  əvvəllərində  Tiflisin  gürcülər  tərəfindən  geri  qaytarılması  ilə 
əlaqədar  Xunan  yenidən  sərhəd  bölgəsi  oldu  (bax:  Məsud  ibn  Hamdarın 
məlumatına). 
Xunanın  yerinin  dəqiqləĢdirilməsi  üçün  IX  –  X  əsr  ərəb  müəlliflərinin 
Bərdə  -  Tiflis  yolu  haqqında,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  bir  qədər  dolaĢıq 
məlumatı  məsələni  aydınlaĢdırmaqda  çətinlik  törətsə  də,  hər  halda,  bu  Ģəhərin  D. 
MusxeliĢvili  kimi  Zəyəmçay  və  ya  Tovuzçay  sahilində  yerləĢdirilməsinə  heç  də 
əsas vermir. 
Mənbələr və arxeoloji tapıntılar göstərir ki, Cənubi Qafqazın müxtəlif Ģəhər 
və yaĢayıĢ yerlərini bir-birinə bağlayan bu yollar Azərbaycanı o dövrün beynəlxalq 
ticarətinə  qovuĢdurmuĢ,  xarici  aləmlə  hələ  qədim  zamanlardan  mövcud  olan 
iqtisadi,  mədəni  və  siyasi  əlaqələri  daha  da  geniĢləndirmiĢ  və  möhkəmlətmiĢdi. 
Müsəlman aləminin mədəni, elmi, ticarət mərkəzləri ilə yaranmıĢ hərtərəfli əlaqə, 
baĢqa  sahələrlə  yanaĢı,  yerli  elm  və  mədəniyyətin  də  inkiĢaf  yönümünü 
müəyyənləĢdirdi,  ona  müsbət  təsir  göstərdi.  Bir  sıra  obyektiv  amillərin  də 
gücləndirdiyi  bu  təsir,  çox  keçmədən,  bütün  Ġslam  dünyasında  olduğu  kimi, 
Azərbaycanda da müsəlman intibahı ilə özünü biruzə verdi. 
 
AZƏRBAYCAN VƏ XƏZƏR DƏNĠZĠ ORTA ƏSR ƏRƏB 
MÜƏLLĠFLƏRĠNĠN GÖZÜ ĠLƏ 
 
Bundan  öncəki  bölmələrdə  Xilafət  hakimiyyəti  illərində  güneyli-quzeyli 
Azərbaycan  torpaqlarımızda  baĢ  verən  ən  mühüm  hadisələri  açıqlamağa, 
tariximizin  ayrı-ayrı  səhifələrini  yenidən  vərəqləməyə  çalıĢdıq.  Bu  çətin  yolda 
bizim  ən  etibarlı  bələdçimiz  verdikləri  məlumatın  dəyərinə  görə  bu  gün  də  əvəzi 
olmayan ərəb tarixçi və coğrafiyaĢünas alimlərinin min il bundan əvvəl yazdıqları 
əsərləri  oldu.  O  dövr  hadisələrinin  bilavasitə  iĢtirakçısı  olan  müsibətkeĢ  ulu 
babalarımızın öz yaddaĢlarına həkk edib, nəsildən-nəslə ötürə bilmədiklərini məhz 
bu əsərlər bizə çatdırdı. Əlbəttə, əsasən geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢ 
                                                           
*
 Bax: Историческая география Азербайджана, Bakı, 1987. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə