NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə43/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

88 
 
Nəticədə  bu  yollardan  kənarda  qalmıĢ  bir  sıra  Ģəhərlərin  (Qəbələ,  Amaras  – 
Ağoğlan və b.) əvvəlki əhəmiyyəti azaldı. 
*** 
Erkən  orta  çağ  coğrafiyaĢünas-səyyahların  (Ġbn  Xordadbeh,  əl-Ġstəxri,  Ġbn 
Havqəl,  əl-Müqəddəsi  və  b.)  Xilafətin  nabələd  yollarını  öyrənmək  zərurətindən 
doğan “yol və  məmləkətlər”ə həsr olunmuĢ əsərləri, hələ də davam etməkdə olan 
ərəb  iĢğalları  dövründə  müsəlman  xəlifələrinin  bu  sahədəki  ehtiyaclarını  ödəmək 
baxımından  böyük  maraq  doğururdu.  Bəzən  öz  xələflərinin  də  “quru”  dillərinə 
görə bəyənmədikləri bu əsərlərdə olan ayrı-ayrı Ģəhər və yaĢayıĢ yerləri arasındakı 
məsafə  və  yollar  xəlifə  qoĢun  baĢçılarına  tanımadıqları  yerlərdə  istiqaməti 
müəyyənləĢdirmək  imkanı  verirdisə,  müasir  tədqiqatçılara  da  əsrlərin  toz-torpağı 
altında qalmıĢ Ģəhər və kəndlərimizi aĢkarlaĢdırmağa kömək edir. 
Ərəb iĢğalı, Ģübhəsiz, əvvəlki yol və marĢrutlarda da müəyyən dəyiĢikliklər 
törətdi.  Bəzi  inzibati  mərkəzlərin,  yaĢayıĢ  məskənlərinin  dağılması  onların 
yanından  keçən  yollara  da  təsir  etdi.  Lakin  bununla  belə,  bir  çox  yerlərdə  köhnə 
yollar  əvvəlki  gücündə  fəaliyyət  göstərirdi.  Bu  yolların  çoxunu  poçt  yolları  təĢkil 
edirdi, onların üstündə isə xüsusi poçt-gömrük məntəqələri yerləĢdirilmiĢdi. 
Dövlət  əhəmiyyəti  daĢıyan  arasıkəsilməz  rabitəni  qorumaq  üçün  ərəblər 
iĢğal  etdikləri  ölkələrdə,  o  cümlədən  Azərbaycandakı  əvvəlki  poçt  idarəsini 
saxlamıĢdılar. Artıq IX əsrin ortalarında bütün Xilafət yollarında 930 poçt-gömrük 
məntəqəsi  vardı.  Yolçular  atlarını  bu  məntəqələrdə  dəyiĢir,  poçt  torbalarını  bu  və 
ya  digər  yerə  aparan  qasidlər  burada  təyin  edilir,  gömrükxanalar  burada  olurdu. 
Azərbaycan ərazisindən keçən mühüm yol qovĢaqlarında  əhalidən artıq belə poçt-
gömrük  məntəqəsi  vardı.  Maraqlı  burasıdır  ki,  Xilafətin  mərkəzindən,  məsələn, 
Bağdaddan  keçən  yollarda,  bu  məntəqələr  biri  digərindən  9  –  12  km  (1,5  –  1,7 
fərsəx)  aralı  yerləĢirdisə,  mərkəzdən  uzaqlaĢdıqca  bu  məsafə  daha  da  artırdı; 
mənbələrin  müqayisəli  təhlili  göstərir  ki,  Xilafətin  ucqar  vilayətlərindən  biri 
sayılan Arranın yollarında poçt-gömrük məntəqələri arasındakı məsafə 69 – 70 km-
ə çatırdı. 
Yolçuların nabələd yollarda azmaması, hər hansı yaĢayıĢ yerinə qədər olan 
məsafəni  müəyyənləĢdirə  bilməsi  üçün  Xilafətin  yerlərdəki  poçt  idarələri, 
tabeliklərində  olan  yollarda  yol  göstəricisi  rolunu  oynayan  xüsusi  mil  (məsafə 
vahidi 1 min təqribən 2 km-ə bərabərdir) daĢları qoyurdular. Bu daĢların üstündəki 
qısa yazılarda növbəti mənzilədək olan məsafənin qədəri ilə yanaĢı, bəzən, həmin 
yolun kim tərəfindən salındığı qeyd olunurdu. Məsələn, Suriya ərazisində tapılmıĢ 
mil daĢı üzərində belə bir yazı vardı: “Möminlərin əmiri Abdallah Əbdülməlik bu 
yolu saldırmağı və mil daĢları düzəltməyi əmr etdi... DəməĢqdən bu mil daĢınadək 
yüz  yeddi  mildir”.  Arxeoloji  qazıntılar  Tiflis  Ģəhəri  yaxınlığında  VIII  əsrin 
əvvəlinə  aid  edilən  belə  bir  daĢ  aĢkar  edə  bilmiĢdir.  Onun  üstündə  yazılmıĢdır: 
“Allahın adı ilə Tiflisdən üç mil”. 


89 
 
Xilafətin  Ģimal  vilayətlərinə  aparan  yollar  içərisində  ən  mühümü  məĢhur 
Xorasan  yolunun  Bisitun  dağı  zirvələrindən  biri  yanında  baĢlayan  Ģimal  qolu  idi. 
Bu  yol  Xilafətin  ucqar  vilayətlərini,  o  cümlədən  Arranı  və  Azərbaycanı  mərkəzlə 
birləĢdirir, bu yol vasitəsilə mərkəz uzaq Ģimal və qərb ölkələri ilə əlaqələnirdi. 
Bisitun  yanında  haçalanan  yolun  biri  Ģimal-Ģərqə  -  Zəncana,  oradan  isə 
Ərdəbil  və  Varsana  doğru  uzanırdı.  Ġkinci  yol  Azərbaycanın  cənub  hüdudunda 
yerləĢən  Sisərdən  keçərək,  cənubdakı  Beyləqana  doğru  istiqamətlənirdi. 
Mənbələrdəki  məlumat  göstərir  ki,  Sisərin  özündən  də  Beyləqana  təbii  Ģəraitin 
çətinliyindən  yaranan  iki  yol  aparırdı:  qıĢ  yolu  adlanan  doqquz  fərsəxlik  (və  ya 
iyirmi  yeddi  mil)  yol  dağ  Ģəraitində  hərəkətin  ağırlaĢması  dövründə,  havaların 
pisləĢməsi  ilə  əlaqədar  fəaliyyət  göstərirdi.  Bu  zaman  Beyləqana  getmək  üçün 
mütləq  yuxarıda  haqqında  danıĢdığımız  cənubdakı  əl-Əndərabdan  keçmək  lazım 
gəlirdi.  Daha  uzun  yay  yolu  isə  əl-Əndərabdan  aralı  keçərək,  birbaĢa  Beyləqana 
aparırdı. Beyləqandan Bərzəyə də altı fərsəxlik qıĢ və səkkiz fərsəxlik yay yolları 
gedirdi.  Bərzənin  özü  Ģimala  və  Ģimal-qərb  istiqamətlərinə  aparan  yollar 
qovĢağında  yerləĢmiĢdir.  ġimala-Marağaya  gedən  yol iki  istiqamətdə  haçalanırdı: 
biri  Urmiya  gölünün  cənub-Ģərq  tərəfində  yerləĢmiĢ  Cənzə,  Musa-abad  və 
Saburxast  Ģəhərlərindən  keçərək  Marağaya  yetiĢir,  digəri  isə  Cabravan,  Neriz  və 
UĢnudan  keçərək  Urmiya  Ģəhərinə  çatırdı.  Urmiya  gölünün  ətrafındakı  bu  yolar 
həmin  yerlərdəki  Ģəhərləri  Azərbaycanın  müxtəlif  istiqamətləri  ilə  birləĢdirirdi. 
Gölün Ģərq tərəfində yerləĢmiĢ Marağadan gölün qərb sahilindəki Urmiya Ģəhərinə 
72 milə bərabər su yolu vasitəsilə də gedib çıxmaq olurdu. Buraya yetiĢən yolçular 
Ģimala  –  Səlmasa,  oradan  bir  neçə  yolun  qovĢağında  yerləĢmiĢ  Xoya  (Xuveyyə), 
daha  sonra  isə  Azərbaycanın  Ģimalına  –  Naxçıvana  və  ya  Kiçik  Asiyaya  getmək 
üçün Səlmasadək ya su, ya da ki, quru yollarından istifadə edirdilər. 
O  dövrdə  bu  ərazidə  yerləĢən  ən  mühüm  nəqliyyat  qovĢağı  Marağa  idi. 
Buradan müxtəlif istiqamətlərdə aparan bir neçə karvan yolu keçirdi. Dehxərqana, 
oradan isə Təbrizdən keçərək Mərəndə aparan Ģimal yolu Mərənddə iki istiqamətə 
yönəlirdi. Onlardan bu gün də fəaliyyət göstərən biri Xoydan Amidə (Türkiyədəki 
müasir Diyarbəkrə), o biri isə Naxçıvana, Sisyana, Dəbilə və s. aparırdı. 
Marağadan Ģərqə gedən yol böyük yarmarkası ilə məĢhur olan Kulsurədən, 
daha  sonra  isə  Miyanə  və  Xunəcdən  (Kağızkunandan)  keçərək  Ərdəbilə  çatırdı. 
Onu  da  deməliyik  ki,  ana  xəttlə  birləĢən  bu  Ģəhərlərin  hər  birini  ayrı-ayrılıqda 
Ərdəbillə  birləĢdirən  baĢqa  yollar  da  mövcud  idi.  Ərdəbil  özü  də  müxtəlif 
istiqamətlərə  gedən  yollar  qovĢağında  idi.  Haqqında  məlumat  verdiyimiz  qərb 
yolundan baĢqa   buradan  Ģimala  –  Bərdəyə, Ģərqə  -  Muğana, cənuba  –  Xunəc  və 
Zəncan  vasitəsilə  Xorasan  yoluna  çıxmaq  olurdu.  Ərdəbildən  Ģimala  doğru  gedən 
Bərdə yolu XuĢĢ, Bərzənd və Varsandan keçərək Arran ərazisinə daxil olurdu. Onu 
da qeyd edək ki, IX əsr müəlliflərinin (Ġbn Xordadbeh) Ərdəbillə Bərzənd arasında 
–  Ərdəbilin  8,  Bərzəndin  isə  6  fərsəxliyində  adını  çəkdikləri  XuĢĢu  XIII  əsr 
müəllifləri  Yaqut  Azərbaycanın  kiçik  Ģəhərlərindən  biri  kimi  xarakterizə  edir. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə