NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə45/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

92 
 
ilin ramazan ayında vəfat etmiĢ məĢhur hədis ustası (ərkan ər-hədis) əl-Hafiz Əbu 
Bəkr Əhməd ibn Harun ibn Ruh əl-Bərdicinin adını çəkir. Bərzənc Ģəhəri isə, onun 
təsdiq  etdiyinə  görə,  Bərdənin  18  fərsəxliyində  idi.  Yaqut  ġamaxıya  gedən 
yolçuların Kür çayının o biri sahilinə bərə (mibər) vasitəsilə buradan keçdiklərini 
də bildirir. Çox güman ki, Bərzənc adı elə həmin o “bərə” sözü ilə bağlı meydana 
çıxmıĢdır (bərəzəncir). 
Bərə  ilə  Kürün  sol  sahilinə  keçən  yolçular  buradan  ġamaxıya,  sonra  isə 
ġərvan  (ġirvan),  daha  sonra  əl-Abxaz  adlanan  Ģəhərə  yollanırlar.  Beyləqan, 
ġamaxı, ġəki, ġabran, Cənzə və baĢqaları sırasında adlarını çəkdikləri bu Ģəhərlər 
haqqında ilk və ətraflı məlumat X əsr səyyahlarının əsərlərində verilmiĢdir. Lakin 
mənbələr  Ģəhərlər  arasındakı  məsafələrdə  dolaĢıqlıq  saldıqları  üçün  XIX  əsrdən 
baĢlayaraq  bir  sıra  tədqiqatçılar  ġərvanı  ġabranla  qarıĢdırmıĢ,  daha  doğrusu, 
mənbələrdə  guya  ġərvan  sözünün  yerinə  səhvən  ġabran  getdiyini  iddia  etmiĢlər. 
ġərvan,  ġabran  və  ġamaxı  Ģəhərlərini  ayrı-ayrılıqda  təqdim  edən  əl-Müqəddəsi 
yazırdı: “ƏĢ-ġamaxiyə dağın ətəyindədir. Binaları daĢ və gipsdəndir. Buranın axar 
suları,  bağları  və  seyrangahları  var.  ġərvan-düzənlikdə  böyük  Ģəhərdir.  Binaları 
daĢdandır. Bazar meydanında isə came məscidi vardır. ġəhərin içindən çay keçir... 
ġarban  qalasız  yerdir.  Əhalisinin  əksəriyyəti  xristiandır,  sərhəddədir...”  Bir  neçə 
əsrdən sonra əl-Müqəddəsi kimi bu yerləri gəzmiĢ Yaqut əl-Həməvi həmin Ģəhərlər 
haqqında  yazırdı:  “ġabaran-Arran  nahiyələrindən  birində  Ģəhər,  onu  ƏnuĢirəvan 
yenidən  bərpa  etdirmiĢdir  (saldırmıĢdır).
*
  Onunla  ġərvan  Ģəhəri  arasında  təqribən 
20  fərsəxdir...  ġərvan  –  farsların  Dərbənd  adlandırdıqları  Bab  əl-Əbvabın 
nahiyələrindən  birində  Ģəhər.  Onu  ƏnuĢirəvan  tikdirib  və  öz  adı  ilə  adlandırıb, 
sonradan  onun  adının  bir  hissəsi  düĢmüĢdü.  ġərvanla  Bab  əl-Əbvab  arasında  yüz 
(?)  fərsəxdir.  Oradan  bir  çox  alimlər  çıxmıĢlar.  Deyirlər  ki,  onun  yaxınlığında 
Musa əleyhissəlamın qayası var... Qaya – ġirvan qayası, dəniz – Cilan (Xəzər – N. 
V.) dənizi, yanındakı kənd – Bacarvan kəndidir... ġamaxı... abad Ģəhərdir. O ġirvan 
ölkəsinin  paytaxtıdır;  Arran  tərəfdə  yerləĢmiĢdir.  Bab  əl-Əbvabın  nahiyələrindən 
hesab  edilir.  Sahibi  ġirvanĢah  Dərbəndin  sahibinin  qardaĢıdır.  Əl-Ġstəxrinin 
dediyinə  görə,  ġamaxı  təzəliklə  onun  tabeliynə  keçmiĢdir  (bu,  ġirvanĢahlar 
dövlətinin  IX  əsrdə  yenidən  bərpa  edilməsinə  iĢarədir  –  N.  V.).  O  deyib  ki, 
Bərdədən  Bərzəncə  18  fərsəx  gedirsən,  sonra  Kürü  keçərək  14  fərsəxlikdə  olan 
ġamaxıya  gəlirsən;  onun  minbəri  yoxdur.  ġamaxıdan  minbəri  olan  kiçik  ġabran 
Ģəhərinə üç günlük yol var. 
Beləliklə,  o  dövr  coğrafiyaĢünas-səyyahların  bir  qədər  dolaĢıq  da  olsa 
Ģəhadətinə  görə,  Dərbənd  yolunda  adı  çəkilən  ġərvan  Ģəhəri,  mövqeyinə  görə  bu 
yoldan xeyli Ģərqdə yerləĢən ġabran Ģəhərindən fərqlənirdi. Onu da qeyd edək ki, 
IX  əsr  müəllifi  Ġbn  Xordadbeh  Sasanilərin  Qafqazda  möhkəmləndirdikləri  yerlər 
                                                           
*
  Ərəb  dilindəki  “istəhdəsə”  feli  həm  “ilk  dəfə  qurmaq”,  həm  də  “bərpa  etmək,  təzələmək”  mənasını 
verir. 


93 
 
sırasında Bab ƏnuĢirvan qalasını xatırlayır. Yuxarıda gördüyümüz kimi, Yaqut da 
ġərvanın adını ƏnuĢirvanla əlaqələndirir, sonradan adın “Ənu” hissəsinin atıldığını 
qeyd  edirdi.  ġərvanın  yerinin  müəyyənləĢdirilməsinə  Ġbn  Xordadbeh  və 
baĢqalarının Musa (Xıdır Musa) qayası (indiki Xıdırzində - BeĢbarmaq) haqqında 
əfsanəsi  də  kömək  edə  bilər.  Mənbələrdəki  məlumat,  xüsusilə  Dərbənd  yolu 
üstündə olan Ģəhərlər arasındakı məsafələrin qədərinin təhlili ġərvanı haradasa Gil-
gilçay tərəflərdə yerləĢdirir. Onu da qeyd etməliyik ki, görkəmli tədqiqatçılarımız 
M.  X.  ġərifli,  S.  B.  AĢurbəyli  və  b.  da  ġirvan  –  ġərvanla  ġəbranı  ayırır,  birinci 
ġirvanı  “Bakı-Xaçmaz  dəmir  yolu  xəttindəki  Sarvan  stansiyasının  yaxınlığında, 
yəni  ondan  2  –  3  km  cənub  tərəfdəki  sahədə”,  ikinci  isə  mərhum  arxeoloq  H. 
Ciddinin  axtarıĢlarına  əsasən  ġamaxının  4  –  5  km-dəki  Binə-ġərvan  Ģəhər 
məskənində  yerləĢdirilər.  Əlbəttə,  bütün  bu  fərziyyələr  yalnız  geniĢ  arxeoloji 
tədqiqatlarla sübut edilə bilər. 
ġərvandan  sonra  Dərbənd  yolunda  yolçuların  yetiĢdiyi  baĢqa  bir  Ģəhər, 
mənbələrin  dolaĢıq  məlumatından  irəli  gələn  təxmini  adla  tanıdığımız  əl-Abxaz  - 
əl-Laican  Ģəhəridir.  Bu  adların  ərəb  yazısında  hərfləri  fərqləndirən  iĢarələrsiz 
oxĢarlığı, həmin yerlərə nabələd  olan uzaqelli və yadelli katibləri dolaĢdırdığından 
onlar  əlyazmaları  köçürərəkən  səhvlərə  yol  vermiĢ  və  beləliklə  Ģəhərin  əsl  adı 
bizim  üçün  qaranlıq  qalmıĢdır.  Məhz  buna  görə  tədqiqatçılar  bu  Ģəhərin  adını  və 
yerini müəyyənləĢdirmək üçün müxtəlif, biri digərinə zidd fərziyyələr irəli sürmüĢ, 
hətta  onu  müasir  Lahıcla  eyniləĢdirmiĢlər.  Lakin  Dərbənd  karvan  yolunun 
ġamaxını  keçdikdən  sonra  daha  asan  yola  çıxması,  onu  dağlıq  Lahıcdan  xeyli 
uzaqlaĢdırır.  Mənbələrin  məlumatına  görə  Abxaz  (əl-Abxaz)  Ģəhəri  ġərvanın  iki 
günlüyündə,  Samur  körpüsünün  (Cisr  samur)  12  fərsəxliyində  (təqribən  70  –  72 
km) yerləĢirdi. Əl-Müqəddəsi Abxazın “bu vilayətin baĢqa Ģəhərləri kimi çox səfalı 
yerdə”  olduğunu  bildirir,  baĢqa  səyyahlar  isə  onun  adını  Arranın  kiçik  Ģəhərləri 
sırasında  çəkirlər.  Tədqiqatçılar  (N.  Karaulov,  S.  AĢurbəyli)  Abxazı  ya  müasir 
Quba  Ģəhəri  ilə  eyniləĢdirir,  ya  da  Qubanın  yaxınlığında  ola  biləcəyinə  ehtimal 
edirlər. Mənbələrin müqayisəli təhlilindən bizə elə gəlir ki, Abxazı indiki Xaçmaz 
və  ya  Qusar  rayonları  ərazisində  aramalıyıq.  Bu  ehtimallar  da  yalnız  arxeoloji 
axtarıĢların nəticələri ilə təsdiqlənə bilər. 
Bərdədən  Dəbilə  (Dvinə)  aparan  karvan  yolu  Bərdəni  keçdikdən  sonra 
Kalkatus, Matris, Davmis, Kilkuy (?) və Sisəcanı arxada qoyur və nəhayət, Dəbilə 
gətirib  çıxarırdı.  Çətin  dağ  yolları  ilə  gedən  yolçular  bu  karvan  yolunda  Xilafətin 
baĢqa yollarına nisbətən daha seyrək və biri digərindən çox aralı (təqribən 50 – 60 
km.də)  yerləĢmiĢ  cəmi  yeddi  poçt-gömrük  məntəqəsindən  keçirdilər.  Bu  yolda 
Bərdədən  sonra  adı  çəkilən  birinci  böyük  dayanacaq  məĢhur  Kalkatus  kəndi  idi. 
Mənbələrin  yazdığına  görə,  Bərdədən  oraya  doqquz  fərsəxlik  yol  vardı.  Alban 
tarixçisi  Moisey  Kalankatlının  (Kalankaytuklunun)  vətəni  olan  bu  böyük  kənd, 
onun özünün dediyinə görə, Uti nahiyəsində, Tərtər çayı sahilində, dağın ətəyində 
yerləĢmiĢdi. Bərdədən bu kəndə gələnlər üç fərsəxlik yol getdikdən sonra Davmis 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə