NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə42/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

86 
 
qeyd  edək  ki,  ġəki  hakimi  Azərnərsə  (Atrnerseh)  ibn  Həmam  IX  əsrin  sonlarında 
Albaniyada  dövlət  hakimiyyətini  bərpa  edən  məĢhur  alban  knyazı  Həmamın  oğlu 
idi. Ona görə onun mənĢəcə gürcü olması ehtimalı, necə deyərlər, heç bir əndazəyə 
sığmır.  Ġkincisi,  məhz  X  əsrin  ortalarında  ġəki,  mənbələrin  məlumatına  görə, 
yuxarıda  qeyd  etdiyimiz  kimi,  əvvəl  Sacilərə,  sonra  isə  Salarilərə    vergi  verirdi. 
Tarixən məlumdur ki, 957-ci ildə Mərzban ibn Məhəmməd öldükdən sonra bir çox 
yerli  hakimlər  Salarilərin  tabeliyindən  çıxa  bilmiĢdilər.  Məhz  bu  zaman  alban 
katolikosu  ġəki  hakimi  Sənəkərimin  baĢına  “alban  taxt-tacını  bərpa  etməsi 
münasibətilə  tac  qoymuĢdu.  Onun  X  əsrin  sonunadək  davam  edən  uzun 
hakimiyyəti  dövründə  hətta  Sanariya  (Kaxetiya)  da  ġəkiyə  tabe  edilmiĢdi  (A.  Y. 
Krımski). Yalnız o, öldükdən sonra ġəki siyasi cəhətcə zəifləmiĢdi. Beləliklə, VII – 
XI  əsrlərdə  ərəb  mənbələrində  ayrı-ayrılıqda  adı  çəkilən  ġəki  və  Curzan  (ġərqi 
Gürcüstan) D. L. MusxeliĢvilinin səyinə baxmayaraq heç cür eyniləĢdirilə bilməz. 
Onun  ərəb  mənbələrinə  əsaslanan  bəzi  dəlillərini  nəzərdən  keçirmək  istərdik. 
Bunlardan birincisi  V. F. Minorskinin nəĢri ilə iĢıq üzü görmüĢ MünəccimbaĢının 
əsərindəki  “Ģirvanlılarla  Ģəkililərin  arasında  Qəbələ  rustaqında  baĢ  verən  döyüĢ” 
haqqında  olan  məlumata  əsaslanır.  Qeyd  edək  ki,  bu  məlumatdan  əvvəl, 
MünəccimbaĢının  əsərində  bu  zaman  ġirvanĢaha  tabe  olan  Qəbələdə  baĢ  verən 
ġirvan – Dərbənd toqquĢmasından danıĢılır. V. Minorski özünün qeydlərində “əĢ-
ġəkəriyyə” sözünün “ġəkəviyyə-Ģəkili” olması gümanını irəli sürür. Ümumiyyətlə 
isə,  bu  söz,  V.  Minorskinin  özünün  də  qeyd  etdiyi  kimi  “muzdlu  döyüĢçü” 
mənasını  verirdi  (bu  dövrdə  Dərbənd  əmirinin  qoĢununda  ruslardan  olan  muzdlu 
döyüĢçülər  xidmət  edirdi).  Gürcü  alimi  MusxeliĢvili  V.  Minorskinin  fərziyyəsinə 
görə  özünün  “yeni”  fərziyyəsini  irəli  sürərək,  “ġirvan  –  ġəki  mənafeyinin 
Qəbələdə  toqquĢduğunu”  və  beləliklə,  bu  dövr  üçün  gürcü  vilayəti  Ereti 
adlandırdığı ġəkinin öz siyasi hakimiyyətini Qəbələyə də yaydığını bildirir. 
D.  MusxeliĢvilinin  ikinci  dəlili  yenə  də  MünəccimbaĢının  məlumatına 
əsaslanır.  Burada  Gəncə  əmirinin  gürcülərdən  Bəsrə  qalasını  alması  faktı  qeyd 
edilirdi. Gürcü aliminin iddiasına görə, həmin faktı təsdiq edən V. Minorski, guya, 
adı  çəkilən  Bəsrə  qalasını  ġəki  rayonunda,  Əlicançay  üstündə  olan  Ərəbbəsrənin 
yerində lokalizə edir. Buna görə də o, belə bir nəticəyə gəlir: “Bəsrə, görünür ġəki 
və Qəbələ arasında sərhəd qalası olub, bu isə göstərir ki, bu zaman ġəkinin sahibi 
gürcülər olub”. Qeyd edək ki, V. Minorski Bəsrəni D. MusxeliĢvilinin dediyi kimi 
ġəki rayonundakı Əlicançay üstündəki Ərəbbəsrə ilə deyil, Göyçay çayı üstündəki 
eyni adlı  yerlə eyniləĢdirir. Ona görə də D. MusxeliĢvilinin bu quraĢdırma iddiası 
da göydəndüĢmədir. 
MünəccimbaĢının baĢqa bir məlumatına görə “1067-ci ilin aprelində C. ph. 
sri  ibn  Kurki  (Georqi?)  ġirvanĢaha  qarĢı  aĢıq  çıxıĢ  etdi.  O,  ġəkiyə  tərəf  istiqmət 
götürdü  və  Dəskərət  əl-Hüseyn  qalasını  tutdu”.  Bu  faktdan  çıxıĢ  edən  D. 
MusxeliĢvili  belə  bir  nəticəyə  gəlir  ki,  “ərəb  mənbələrinə  görə  XI  əsrdə  ġəki 


87 
 
kantonu Kaxetiya padĢahlığı tərkibində idi. Bundan əlavə, Qaqikin olu Axsartanın 
iddiaları, göründüyü kimi, uzaq Ģərqə doğru da gedib çıxırdı”. 
Tarixən  məlumdur  ki,  1067-ci  ildə  Kaxetiya  padĢahı  I  Qaqikin  oğlu  II 
Axsartan, ĢirvanĢahın düĢdüyü çətin vəziyyətdən istifadə edərək, onun torpaqlarına 
hücum  edib  ġəkini  tutmuĢdu.  Bu  hadisə  MünəccimbaĢı  tərəfindən  yuxarıda  D. 
MusxeliĢvilinin haqqında danıĢdığı xəbərdən bilavasitə sonra verilib. Lakin 1072-
ci  ilin  aprelində  ġirvanĢah  ġəki  yaxınlığındakı  Malut  qalasını  qaytara  bildi.  Qeyd 
etməliyik  ki,  1067-ci  ildə  gürcü  çarı  IV  Baqrat  Bərdəyə  hücum  edərkən,  Səlcuq 
sultanı Alp Arslan ona qarĢı çıxıĢ etmiĢdi. ġirvanĢaf Fəriburz da bu yürüĢdə sultanı 
müĢayiət  edirdi.  ġübhəsiz,  ĢirvanĢah  gürcülərin  tutduğu  torpaqlarını,  o  cümlədən 
ġəkini  azad  etmək  istəyir.  Sədrəddin  əl-Hüseyninin  “Səlcuq  tarixinə”  həsr  etdiyi 
əsərindəki  məlumata  görə,  sultanın  qoĢunları  gürcüləri  məğlub  etmiĢ,  Kaxetiya 
padĢahı  Axsartan  isə  sultanın  qulluğuna  gəlmiĢ,  öz  mülklərini  saxlamaq  naminə 
hətta  Ġslamı  da  qəbul  etmiĢdi.  Beləliklə,  gördüyümüz  kimi,  Axsartanın  ġirvan 
torpaqlarını,  o  cümlədən  ġəkini  tutmaq  istəyinə  rəğmən,  o,  özü  səlcuqlara  tabe 
olmuĢ, hətta müsəlmanlığı da qəbul etmiĢdi. 
Buna  görə  də  XI  əsrdə,  yəni  Azərbaycan  və  o  cümlədən  Gürcüstanın  bir 
hissəsi üzərində Səlcuq hakimiyyəti illərində də ġəkini gürcü torpağı hesab etmək 
tarixə zidd faktdan baĢqa bir Ģey deyil
*

Yaqutun  coğrafi  əsərində  bu  məĢhur  Ģəhərlərlə  yanaĢı  ərəb  hakimiyyəti 
illərində  Arran  ərazisində  olan  baĢqa  yaĢayıĢ  yerləri  haqqında  da  məlumat  vardır: 
“Kərkər,  Arranda  Beyləqan  yaxınlığında  Ģəhər,  onu  ƏnuĢirəvan  inĢa  etdirmiĢdi... 
Ġzz  –  Bərdə  rustaqında  bir  qala...  Saysabin  –  Arran  nahiyələrindən  birində  yerli 
əhalinin  (əcəmlərin)  Saysavan  adlandırdıqları  kiçik  Ģəhər.  Onunla  Beyləqan 
arasında Azərbaycan tərəfdən (getsən), dörd gün yol var... Səncan – Bab əl-Əbvab 
yanında yer adı... Firuzqubad – ƏnuĢirəvanın atasının Ģərəfinədir. Bab əl-Əbvabın 
–  Dərbəndin  yaxınlığında  Ģəhər.  ƏnuĢirəvan  orada  qəsr  tikdirmiĢ,  onu  Bab 
Firuzqubad  adlandırmıĢdı...  Xunlıq  (Xınalıq)  –  Dərbənd  yanında  yer,  Həkim  bin 
Ġbrahim bin Həkim əl-Lakzi əl-Xunlıqi əd-Dərbəndi buradandır, o, Bağdadda Ģəfii 
fəqihi  olmuĢ...  538-ci  ilin  Ģaban  ayında  (1144,  II.)  ölənədək  Buxarada  yaĢamıĢdı. 
Xutta – Dərbənd yaxınlığında Ģəhər... ġətər – Arran nahiyələrinin birində Bərdə ilə 
Gəncə  arasında  qala...  əl-Əndərab,  Kərnə  (Kurrah),  Lasub,  Naftan  (Yaktan)  – 
Bərdə yaxınlığında yaĢayıĢ yerləri... Akana – Arranda Cəncə (Gəncə) nahiyəsində 
qala” və b. 
Orta əsr Azərbaycanının iqtisadi, siyasi və mədəni həyatında ərəb iĢğalının 
əmələ gətirdiyi dəyiĢiklik nəticəsində bəzi qədim Ģəhərlərin siması baĢqalaĢdı, yeni 
inzibati  mərkəzlər,  Ģəhərlər  yarandı,  köhnə  karvan  yollarının  istiqaməti  dəyiĢdi. 
                                                           
*
  ġəkinin  müxtəlif  dövrlərdə  gürcülərin  tabeliyində  olması  haqda  D.  MusxeliĢvilinin  iddiaları 
“Azərbaycanın tarixi coğrafiyası” kitabında Z. Bünyadov, F. Məmmədova, V. Piriyev və N. Vəlixanlı 
tərəfindən ayrı-ayrı məqalələrdə təkzib və tənqid edilib. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə