NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə38/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

78 
 
X  əsr  müəllifi  əl-Ġstəxri  Təbriz,  eləcə  də  Cabravan  və  UĢnuh  əl-Azariyyə 
Ģəhərlərini ərəb qəbilələrindən bənu ər-Rudayninin mülklərindən hesab edir, “bu üç 
Ģəhər  və  əhatəsindəki  yerlərin  ər-Rudayni”  adlandığını  bildirir.  Ġbn  Havqəl  bu 
siyahıda  Cabravanı  Daxərrəqan  ilə  əvəz  edərək  yazırdı:  “Daxərrəqan  və  Təbriz, 
ətrafları  ilə,  UĢnuh  əl-Azəriyyəyədək  Ġbn  ər-Rudayninin  mülkləri  adı  ilə  məĢhur 
idi.  Belə  ki,  buralar onlara  pay  kimi  verilmiĢ  və  onların  hakimiyyəti  altına  qədim 
zamanlardan bəri keçmiĢdi. [Rudaynilərin] əzəmət  və böyüklüyü  nəticə verməyən 
əks-hücumlara  məruz  qalırdı.  Onların  baĢçıları  həlak  olduqda  və  zəmanə 
korlandıqda,  qonĢu  hökmdarlar  bu  torpaqlara  hücum  etdilər,  hər  yeri  qarıĢıqlıq 
bürüdü.  Mübarizədə  üstünlük  qazanan  bu  yerlərə  sahib  olurdu.  Rudaynilər 
ərəblərdən  idi.  Tale  onlardan  üz  çevirdi,  zəmanələri  keçdi,  izləri  itdi,  onlar 
haqqında məlumat az qaldı”. 
Yuxarıda  adı  çəkilən  Cabravan  Marağadan  Urmiya  və  Səlmasa  gedən 
yolun  üstündə,  Bərzə  ilə  Neriz  arasında,  Bərzənin  8,  Nerizin  isə  4  fərsəxliyində 
yerləĢirdi.  VIII  əsrin  ortalarında  Nerizdə  Murr  ibn  Əmr  əl-Mausili  ət-Tainin 
baĢçılığı ilə cənub ərəblərinin tay qəbiləsi məskən salır. Əl-Bəlazurinin məlumatına 
görə,  o  zaman  Neriz  köhnə,  dağılmıĢ  qəsri  olan  kənd  idi.  Murr  ibn  Əmr  Nerizi 
abadlaĢdırıb,  öz  ailəsini  burada  yerləĢdirmiĢdi.  Əbu  Duləfin  yazdığına  görə, 
Murrun övladlarından olan Əli ibn Murr  ət-Tai də Ģəhərin abadlaĢdırılması iĢində 
xeyli  əmək  sərf  etmiĢdi.  Bu  yer,  görünür,  o  dövrün  ən  görkəmli  məhəlli 
mədəniyyət mərkəzlərindən biri kimi Ģöhrət qazandığı üçün müsəlman dünyasının 
məĢhur  elm  və  mədəniyyət  xadimləri  buraya  axıĢıb  gələrdilər.  Əbu  Duləf 
yazırdı:”Bu yerə gəlmək üçün hamı can atırdı, burada Əbu Təmmam, əl-Buhturi və 
b.  [ərəb  Ģairləri]  olmuĢdular.  Bu  yerin  sahibi  Əli  ibn  Mürr  ət-Taini  mədh  edən 
Ģairlər onun yanına yollanır, qiymətli hədiyyələrlə qayıdırdılar”. 
UĢnu  Ģəhəri  isə  (əl-Ġstəxri  və  Ġbn  Havqəl  onu  UĢnuh  əl-Azəriyyə 
adlandırırlar)  orada  olmuĢ  Yaqutun  dediyinə  görə,  Azərbaycanın  cənub-qərb 
hissəsində, Ġrbilə (Ġraqda) gedən yolun üstündə yerləĢirdi: “Ġrbillə Urmiya arasında 
iki  günlük  yoldur,  UĢnuh  ilə  Ġrbil  arasında  beĢ  günlük  yoldur.  [UĢnuh]  Ġrbillə 
Urmiya  arasındadır.  Bağ-bağatlı  yerdir,  burada  ən  yaxĢı  armudlar  yetiĢir.  Onları 
yaxındakı  bütün  nahiyələrə  daĢıyırlar.  Lakin  indi  burada  dağıntıların  aĢkar  izi 
görünür.  Mən  UĢnuha  617  (1220)-ci  ildə  Təbrizdən  gəldim”.  Yaqut  əslən  bu 
Ģəhərdən  olan  əl-UĢnəni,  əl-UĢnuhi  və  əl-UĢnəi  nisbəli  (yəni  bu  yerdən  olan)  bir 
neçə elm və din xadimi haqqında da məlumat verir. 
Cənubi  Azərbaycanın  orta  böyüklükdə  olan  Ģəhərləri  siyahısında  Bərzənd, 
Varsan  və  Muqan  (Muğan)    Ģəhərlərinin  də  adları  var.  Bərzənd  Ġbn  əl-Fəqihin 
məlumatına  görə,  ərəb  iĢğalı  dövründə  kənd  idi.  Əl-Ġstəxri  onun  Ərdəbilin  15 
fərsəxliyində yerləĢdiyini bildirir. Ġbn Havqəl Bərdə-Ərdəbil karvan yolu haqqında 
məlumat  verirkən,  bu  yolun  üstündə,  Bəlxabla  Ərdəbil  arasında  “Öz  mövqeyinə 
görə Beyləqana oxĢayan” Bərzənd Ģəhərini xatırlayır. IX əsrin 30-cu illərində ərəb 
sərkərdəsi  əl-AfĢin  Ģəhərin  xüsusi  strateji  əhəmiyyətini  nəzərə  alaraq  buranı 


79 
 
abadlaĢdırmıĢ,  möhkəmləndirmiĢ  və  xürrəmilərə  qarĢı  mübarizədə  ərəblərin 
istinadgahına  çevirmiĢdi.  Mənbələrin  müqayisəli  təhlili  Bərzəndin  dörd  mühüm 
yolun  –  Muğana,  Bəzzə,  Ərdəbilə  və  Varsana  aparan  yolların  ayrıcında,  indiki 
Bolqar-çayın  hövzəsində  yerləĢdiyini  göstərir.  Tədqiqatçılar  da  (Z.  Bünyadov) 
Bərzəndin  Ġranın  Ģimal-Ģərqində  eyni  adlı  kəndin  yerində  aĢağı  axarı  Bolqar-çay 
adlanan Bərzənd-çayın sahlində olduğunu təsdiq edirlər. 
Azərbaycanın  Arran  tərəfdən  sərhəd  yeri  olan  Varsanda  Xilafətin  Ģimal 
vilayətlərinin  caniĢini  Mərvan  ibn  Məhəmməd  (724  –  743)  nəzarət  məntəqəsi  – 
mənzərə  tikdirmiĢdi  (əl-Bəlazurinin  əsərində  bu  söz  kantara  –  “körpü”  kimi 
iĢlənilmiĢdi)
*
.  Ġbn  Havqəl  Varsanın  Beyləqandan  7  fərsəx  məsafədə  yerləĢdiyini 
göstərir,  onun  “Beyləqandan  daha  böyük  və  geniĢ,  əhalisinin,  bazar  və  ticarət 
mallarının  daha  çox”  olduğunu  hesab  edir,  “böyük  Ģəhərlərdə  olan  hər  Ģeyin 
Varsanda  da”  mövcud  olduğunu  bildirir.  ġəhərin  çiçəkləndiyi  X  əsrin  ortaları 
dövrünü  təsvir  edən  Ġbn  Havqəl  Varsanın  “divarlarla  əhatə  olunduğu,  bazarları 
üçün xüsusi məhəllə ayrıldığı” haqqında məlumat verir. Yaqut bu Ģəhərlə Araz çayı 
vadisi  arasında  iki  fərsəx  yol  olduğunu  da  qeyd  edir.  Tədqiqatçılar  (V.  Fə. 
Minorski  və  b.)  Varsanın  Beyləqandan  cənubda,  Araz  çayının  sağ  sahilində 
yerləĢdiyini  təsdiq  edir,  onun  Altan  adlı  xarabalıqlarının  Cənubi  Azərbaycanın 
DaĢburun dəmir yolu stansiyası yaxınlığında olduğunu göstərirlər. 
Mənbələrdə ilk ərəb iĢğalı dövründə adı çəkilən Ģəhər və vilayətlərdən biri 
də  Muğandır.  Xəzər  dənizinin  sahilində  yerləĢən  bu  tarixi  vilayətin  əsas  Ģəhəri 
olan Muğanın  yeri bu günədək aĢkarlanıb dəqiqləĢməyib. Buna  görə də bizim bu 
Ģəhər haqqında məlumatımız yalnız mənbələrə əsaslanır. Bu məlumata görə Muğan 
vilayəti  Ərdəbildən  Ģimala,  Kür  və  Araz  çayları  arasındakı  Xəzərsahili  torpaqları 
tuturdu.  ġəhərin  özü  isə  iki  çayla  dövrələnmiĢ,  bağlarla  əhatə  olunmuĢdu.  Əl-
Müqəddəsinin dediyinə görə Muğanı Bərdədən 8 günlük yol (bu təqribən 200 km-
dir), Ərdəbildən isə 10 fərsəxlik məsafə (təqribən 50 – 60 km) ayırırdı. XIII əsrin 
sonu  XIV  əsrin  əvvəlində  yaĢayıb  yaratmıĢ  ərəb  alimi  Əbu-l-Fida  əl-Həməvinin 
Xəzər dənizinin sahil xətti haqqında olan məlumatında deyilir: “... dəniz 16 fərsəx 
cənuba  meyl  edərək,  Ģərqə  doğru  uzanır  və  Muğan  sahilini  əhatə  edir”.  Bu 
məlumatlar bizi Muğan Ģəhərini ehtimal yolu ilə Lənkəran və Təngərud çayları (və 
ya bu yerlərdə olan baĢqa iki çay?) arasında yerləĢdirmək gümanına gətirib çıxarır. 
Ərəb  mənbələrində  (əl-Bəlazuri,  Yaqut  və  b.)  ərəb  iĢğalı  dövründə 
Azərbaycanda  olan  bəzi  Ģəhər,  kənd  və  qalaların  da  adları  var.  Təbrizin  10 
fərsəxliyində,  Reyə  gedən  yolun  üstündə,  qala  divarları  ilə  əhatə  olunmuĢ  kiçik 
Ucan  Ģəhəri,  Ərdəbilə  gətirilən  meyvələrin  vətəni,  bu  Ģəhərin  7  fərsəxliyində, 
dağlıq yerdə yerləĢən  kiçik Unar Ģəhəri, Ərdəbillə Təbriz arasında yerləĢən kiçik, 
lakin  abad  və  bol  Əhər  Ģəhəri,  Qəzvinlə  Xalxal  arasında  böyük  kənd  olan 
Barandaq, Babəkin istinadgahı Bəzz, UĢnuh ilə Marağa arasında, Xan Xasbək adlı 
                                                           
*
 Bu dolaĢıqlıq “mənzərə” və “kantara”  sözlərinin nöqtəsiz yazılıĢındakı eynilikdən doğmuĢdu. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə