NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə40/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

82 
 
çəkidə  tapırlar.  Bu  parlaq,  bərk  və    [xüsusi  çəkisi]  ağırdır,  lakin  onda  bir  qədər 
quruluq var. O biri növə əs-səcəbəzi deyirlər. O ağ rəngli, yumĢaq, [xüsusi çəkisi] 
ağır, məhəkdə qırmızı rəngli zağla örtülü olur. 
ġizin arseni lövhəĢəkilli və bir qədər qumqarıĢıqdır, zinət və bəzək Ģeyləri 
üçün  istifadə  olunur.  Ondan,  xüsusilə,  Ġsfahan  əhli  kemma  (üstündə  yazı  və  ya 
Ģəkil  qazılmıĢ  qiymətli  daĢ)  düzəldir.  ġizin  civəsi  Xorasandakından  daha  yaxĢı, 
ağır  və  təmizdir
*
.  Biz  onunla  maraqlandıq,  məlum  oldu  ki,  mədən  gümüĢü 
suxurunun  otuzdan  bir  hissəsini  təĢkil  edir.  MəĢriqdə  biz  belə  Ģeyə  rast 
gəlməmiĢdik.  Onun  gümüĢü  isə  onlara  kömür  baha  olduğu  üçün  bahadır...  ġizin 
çox hörmət olunan bir atəĢgədəsi var. MəĢriq və məğrib məcuslarının od evləri bu 
atəĢgədədən  od  alır.  Onun  qübbəsinin  baĢında  gümüĢ  aypara  var,  bu  onun 
tilsimidir.  Əmir  və  fatehlərdən  bəzisi,  onu  qoparmağa  çalıĢmıĢ,  lakin  buna 
qüdrətləri çatmamıĢdır. 
Bu məbədin möcüzələrindən biri də odur ki, yeddi yüz ildən bəri yanmasına 
baxmayaraq,  orada  qətiyyən  kül  yoxdur.  Bu  Ģəhəri  Hürmüz  ibn  XosrovĢir  ibn 
Bəhram  daĢdan  və  əhəngdən  (əhəngdaĢından?)  tikdirmiĢdir.  Bu  məbədin  yanında 
uca  saraylar,  əzəmətli  və  hündür  binalar  var...  Mən  bu  Ģəhərdən  çıxıb,  onun  dörd 
fərsəxliyində  olan  ər-Ran  adlanan  baĢqa  Ģəhərə  gəldim.  Burada    [xüsusi  çəkisi] 
ağır, ağ, gümüĢü,  məhəkdə  qırmızı rəngli qızıl  mədəni vardır. Əgər bu qızılın on 
hissəsinə bir hissə gümüĢ qatsaq, rəngi qızarar. Mən orada qurğuĢun mədəni aĢkar 
etdim,  ondan  qurğuĢun  oksidi  (murdəsənc)  hazırladım,  hər  mann    [filizdən]  bir 
yarım  daniq  gümüĢ  əldə  etdim.  BaĢqa  qurğuĢun  mədənlərində  mən  belə  Ģey 
görmədim. Mən orada çoxlu iri mandraqora (dərman bitkisi – N. V.) gördüm, hər 
biri  10  və  daha  çox  dirsək  uzunluğunda  olardı.  Bu  Ģəhərdən  bir  çay  axır,  onun 
suyundan  içənin  böyrəyində  daĢ  olmur.  Burada  hər  cür  ot  bitir,  onu  yanında 
gəzdirən hər kəsi güldürür, hətta gülmək o adamı sərsəmliyə gətirib çıxarır, əgər o, 
otun  hamısını,  ya  bir  hissəsini  salıb  itirsə,  bu  səbəbdən  onu  hüzn  bürüyür  və  o 
ağlayır. Orada ağ, qeyri-Ģəffaf daĢlar var ki, onlar qurğuĢunu bərpa edir... 
Sonra  dağlardan  keçib  Azərbaycana  qayıtdım  və  Muğana  çatdım.  Mən 
böyük  (əzim)  Təbəristan  dənizinin  sahili  ilə  ġirvan  vilayətlərindən  olan  Bakuyə 
adlı yerə gəlib çatanacan 80 fərsəx ağacların altı ilə getdim. Burada neft mənbəyi 
aĢkar etdim. Onun gündəlik icarə haqqı (qəbələsi) 1000 dirhəmdir. Bunun yanında 
baĢqa bir mənbə də vardı, ağ neft zanbaq yağı kimi axırdı, nə gecə dayanırdı, nə də 
gündüz...” 
Əbu Duləfin bu məlumatı bizi ġizlə yanaĢı, baĢqa ərəb mənbələrində demək 
olar adı çəkilməyən ər-Ran – Arran adlı Ģəhərlə də tanıĢ edir. Mətndən göründüyü 
kimi,  bu  Ģəhər  ġizin  dörd  fərsəxliyində  (bəlkə,  Ģərq  istiqamətində?),  yəni  dağlıq 
                                                           
*
 Yeri gəlmiĢkən qeyd edək ki, ġizin civəsi haqqında əl-Biruni də özünün elmdə “Minerologiya” adı ilə 
məĢhur  əsərində  məlumat  vermiĢdir.  Bu  məlumata  əsasən,  xəlifə  əl-Mütəvəkkil  özünün  nüfuzlu  saray 
əyanlarından Həmdun ən-Nədimi Azərbaycandan civə gətirilməsi iĢini nizama salmaq məqsədilə ġizin 
valisi təyin etmiĢdi. 


83 
 
yerdə  olduğunu  nəzərə  alsaq,  təqribən  20  –  24  km-də  yerləĢirdi
*
.  Bu  Ģəhər 
haqqında  Əbu  Duləfin  məlumatını  təkrar  edən  Yaqut  əl-Həməvi  onu  Marağa  ilə 
Zəncan arasında Ģəhər adlandırsa da, izahının sonunda “Mənim fikrimcə ər-Ran və 
Arran (yəni vilayət – N. V.) eyni Ģeydir” deməklə Əbu Duləfin məlumatını Ģübhə 
altında qoyur. 
Yuxarıda, VI əsrdə ər-Randa olan od məbədinin ġizə köçürülməsi haqqında 
əl-Məsudinin məlumatını xatırladıq. Görünür, bundan sonrakı illərdə ər-Ran Ģəhəri 
tədricən  əhəmiyyətini  itirmiĢ,  bəzi  obyektiv  səbəblər  üzündən  tənəzzül  etmiĢ  və 
nəhayət dağılmıĢdı. Buna görə də mötəbər alim olan Yaqut əl-Həməvi gediĢ-gəliĢli 
yollardan aralıda qalmıĢ bu qədim dağ Ģəhəri haqqında məlumat toplaya bilməmiĢ, 
adlardakı eynilik isə onu bir qədər çaĢdırmıĢdı
*

Yeri  gəlmiĢkən,  onu  da  qeyd  edək  ki,  məhz  bu  zonada,  yəni  Urmiya 
gölünün  Ģərq  və  cənub-Ģərq  hissəsində,  biz  Arrandakı  bəzi  yaĢayıĢ  yerlərinin 
adlarına təsadüf etdik. Yuxarıda haqqında danıĢdığımız Cənzə və ər-Randan baĢqa 
mənbələr bu zonada yerləĢən Bərzə, əl-Beyləqan, əd-Əndərab və Tiflis Ģəhərlərinin 
də adlarını çəkir. Arranın Bərdə, Beyləqan, Əndərab və Tiflis Ģəhərləri ilə eyni ad 
daĢıyan  bu  yerlərin  məhz  çox  da  böyük  olmayan  bir  sahədə  toplanması,  onların 
sakinlərinin  haçansa  həmin  yerlərdən  köçməsi  və  ya  eyni  soydan  olması  ilə  izah 
oluna bilər. Bu məsələ ilə bu və ya digər dərəcədə maraqlanan tədqiqatçılar da (V. 
F.  Minorski,  M.  X.  ġərifli  və  b.)  Azərbaycanın  Ģimal  və  cənub  hissələrində  eyni 
adlı belə yerlərin olmasını həmin ərazilərdə əslən eyni köklü adamların yaĢaması, 
onların öz yeni yaĢayıĢ yerlərinə köhnə yaĢayıĢ yerlərinin və ya soylarının adlarını 
aparmaları ilə bağlayırlar. 
Urmiya  ətrafı  zonada,  biri  digərindən  çox  da  uzaqda  yerləĢməyən  bu 
Ģəhərlərdən  Bərzə  Marağadan  on  beĢ  fərsəx  cənubda  idi.  Əl-Bəlazurinin 
məlumatına  görə,  iĢğaldan  sonra  Azərbaycana  axıĢan  ərəblərdən  avd  qəbiləsinə 
mənsub  olanlar  Bərzə  və  onun  nahiyəsini  tutmuĢ,  Ģəhərin  özündə  isə 
möhkəmləndirilmiĢ qəsr tikdirmiĢdilər. IX əsrin ortalarında  Bərzədə minbəri olan 
came  məscidinin  tikilməsi,  Azərbaycan  Ģəhərlərinin  tərəqqi  yoluna  düĢməyə 
baĢladığı bu dövrdə, Bərzənin də inkiĢafına dəlalət edir. 
Əl-Beyləqan  adlandırılan  Ģəhər  Marağa  ilə  əl-Cibəl  vilayətində  (Qədim 
Midiya)  yerləĢən  Dinavər  Ģəhərləri  arasında,  Bərzənin  6  (8)  fərsəxliyində  idi. 
Mənbələr  əl-Beyləqandan  beĢ  fərsəx  aralı  əl-Əndərabın  adını  çəkir,  onu  Arranın 
paytaxtı  Bərdənin  bir  fərsəxliyində  olan  eyni  adlı  yerdən  fərqləndirirlər.  Bu 
mövqedə  adı  xatırlanan  Tiflis  isə  Bərzəyə  yaxın  yerdə,  Urmiya  Ģəhərinə  gedən 
yolun üstündə salınmıĢdı. 
                                                           
*
  Tədqiqatçılar  1  fərsəxin  uzunluğunu  5  –  7  km  hesablayırlar.  Fərsəxin  qədəri  yolun  dağ  və  düzdən 
keçməsindən asılı az və ya çox olurdu; yəni ağır dağ yolunda fərsəx qısalır, düz yolda isə uzanırdı. 
*
 Onu da qeyd edək ki, onlarla ölkə və vilayətləri gəzmiĢ Yaqut rast gəldiyi eyni adlı yerləri xüsusi qeyd 
etsə də, yəqin ki, artıq mövcud olmayan belə yaĢayıĢ yerləri haqında özündən əvvəl yazan müəlliflərin 
tutarlı məlumatını əldə etmədikdə qəti fikir söyləməkdən çəkinirdi. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə