NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə39/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   35   36   37   38   39   40   41   42   ...   56

80 
 
yerin  yaxınlığında  yerləĢən  Bəsva,  Gilanla  sərhəddə,  Ərdəbilin  iki  günlüyündə, 
dağlar  arasında  olan  Xalxal  Ģəhəri,  onun  yaxınlığındakı  Hamis  kəndi,  Ərdəbil 
yaxınlığında  rustaq  olan  Xürrəm  (Yaqut  “xürrəmilər”  adının  bu  kəndlə  bağlı 
olduğunu  ehtimal  edir),  Təbriz  yaxınlığındakı  möhkəmləndirilmiĢ  qalalardan 
Dizzamar  və  Ruyindiz  (Ruyindej),  Təbrizlə  Ərdəbil  arasında,  uca  dağ  baĢında 
olan  Naudiz  qalası,  Ġrbil  və  Təbriz  arasında  əhalisi  kürd  olan  kiçik,  abad  və  bol 
nemətli  dağ  Ģəhəri  əd-DəĢtu,  Xalxalın  bir  fərsəxliyində  olan  möhkəm  Firuzabad 
qalası,  Ərdəbillə  Təbriz  arasında,  vaxtilə  monqolların  xaraba  qoyduğu  Sarav 
(Sarab)  Ģəhəri,  Bəzz  yaxınlığında  yaĢayıĢ  yeri  olan  Sindəbəyə,  Təbriz 
yaxınlığında,  onunla  Beyləqan  arasında  yerləĢən  Qabban  Ģəhəri,  Babəkin 
mənzillərindən  biri  olan  Ğəzəc  qalası,  Təbrizlə  Beyləqan  arasında  olan  Kiran 
(Karan,  Xaraba  Gilan  –  Culfa  ilə  Ordubad  arasında)  Ģəhəri,  Urmiyadan  bir 
mənzillik  məsafədə,  Təbrizə  gedən  yolda  olan  bağlı-bostanlı  böyük  Martu  kəndi 
və b. 
X  əsrin  ortalarında  Azərbaycana  daha  bir  görkəmli  alim  -  ərəb  coğrafi 
ədəbiyyatının  ənənələrini  davam  etdirən  Əbu  Duləf  səyahət  edir.  Bu  səyahət 
təfsilatı ilə müəllifin “Risalə” (məktub, qeyd) adlandırdığı əsərində öz əksini tapır. 
Onun  səfəri  Cənubi  Azərbaycanın  ġiz  (əĢ-ġiz)  Ģəhərindən  baĢlayır,  Ģimala  – 
Bakıya  (Bakuyəyə),  sonra  Tiflisə,  oradan  Ərdəbil  vasitəsilə  ġəhrəzura  gedir  və 
nəhayət  Ģərqə  doğru  Qarmisin  –  Həmədan  –  rey  –  Təbəristan  –  Qumis  –  Tus  – 
NiĢapur – Herat yolu ilə davam edir. Sonra Əbu Duləf Ġranın Ġsfahan və Xuzistan 
Ģəhərlərini təsvir ediir və bununla da “Risalə” baĢa çatır. 
Əbu  Duləf  “Risalə”nin  əvvəlində  bu  ağır  səfərin  məqsədini  müxtəlif 
qiymətli  daĢların  və  mineral  mənbələrin  onun  üçün  anlaĢılmaz  qalan  sirlərini 
aĢkarlamaq  istəyilə  izah  edirdi.  Lakin,  “əl-kimya”  ilə  (kimyagərliklə)  məĢğul 
olmaq arzusunda olan müəllifin praktiki ehtiyaclarını ödəmək məqsədini güdən bu 
istəyin  bizim  üçün  də  əhəmiyyəti  çoxdur.  Əbu  Duləfin  sayəsində  biz  baĢqa 
mənbələrdə  (Ġbn  Xordadbeh,  əl-Yəqubi  və  b.)  yalnız  oradakı  “AzərcüĢnəsb” 
atəĢgədəsi  münasibətilə  adı  ötəri  çəkilən  qədim  Azərbaycan  Ģəhəri  ġiz  haqqında 
ətraflı məlumat ala bilirik; yalnız onun sayəsində biz Azərbaycan dağlarındakı bəzi 
minerallar, müalicə əhəmiyyətli isti su bulaqları, adı heç bir mənbədə çəkilməyən 
Arran  (ər-Ran)  Ģəhəri,  Bakı  neftindən  əldə  edilən  gəlirin  miqdarı  və  s.  haqqında 
xəbər tuturuq. 
Vaxtilə  Urmiya  gölündən  140  km  cənub-Ģərqdə  yerləĢmiĢ  bu  qədim 
Azərbaycan  Ģəhərinin  xarabaları  indi  Taxtı-Süleyman  adlanan  Ģəhər  yerindədir. 
Taxtı-Süleymanın  Avropa  səyyahları  və  tədqiqatçıları  tərəfindən  verilən  təsviri 
Əbu  Duləfin  ġiz  Ģəhəri  haqqındakı  məlumatını  təsdiq  edir:  Ģəhər,  doğrudan  da 
təpədə  salınmıĢ  və  möhkəm  divarlarla  əhatə  olunmuĢdu.  Əbu  Duləfin  haqqında 
danıĢdığı,  tədqiqatçıların  fikrincə,  yəqin,  vulkanik  mənĢəli  göl  indi  də  buradadır, 
ondan  yenə  də  kiçik  çaylar  axır.  ġiz  haqqında  məlumata  Yaqut  əl-Həməvinin 
coğrafi əsərində də yer verilib, lakin bu məlumat əsas etibarilə Əbu Duləfə istinad 


81 
 
edilmiĢdir.  Yaqut  ġizi  Azərbaycanda  bir  nahiyə  adlandırır,  onun  ərəblərə  qədərki 
əsl adının Cis (Qis) olduğunu bildirir. 
ġizdəki  atəĢgədə  haqqında  Əbu  Duləfdən  əvvəl  Ġbn  Xordadbeh  və  Ġbn  əl-
Fəqih, eləcə də Əbu Duləfin  müasiri  əl-Məsudi xəbər vermiĢlər. Ġbn Xordadbehin 
əsərində  bu  atəĢgədənin  (beyt  ən-nər  –  “od  evi”)  adı  AzərcuĢnəs,  Ġbn  əl-Fəqihdə 
AzərcuĢnəsf
*
,  onlara  əsaslanan  Yaqutda  isə  həmin  adlardan  fərqlənən  AzərxiĢ 
Ģəklində yazılmıĢdır. Əlbəttə, ərəb əlyazmasındakı nöqtə və hərflərin oxĢarlığından 
doğan  mümkün  yazılıĢ  xətalarını  nəzərə  alsaq,  bu  son  ad  Ģübhəsiz,  bir  Ģəkildə 
oxunmalıdır:  “ġizin  –  Cisin  odu”  –  yəni  Azərcis  (və  ya  AzərĢiz)  Ġbn  Xordadbeh 
hakimiyyət  baĢına  keçən  Sasani  hökmdarlarının  Mədaindən  atəĢpərəstlərin  bu 
hörmətli  məbədinə  piyada  gəldikləri  haqqında  məlumat  verir.  Əl-Məsudi  isə 
ƏnuĢirəvan  dövründə  (531  –  579)  od  məbədinin  əĢ-ġiz  və  ar-Randan  əl-Birka 
(“göl”) adlı yerə  köçürülməsindən danıĢır. Görünür, burada  əĢ-ġiz dedikdə əl-Ciz 
(Cis),  yəni  ərəblərin  Cənzə  adlandırdıqları,  Atropatenanın  paytaxtı  Qanzaka 
(Qazaka  və  ya  Qazana  da  deyilir)  nəzərdə  tutulur.  Ərəb  əlyazmalarındakı  bu 
mümkün xətalar neçə-neçə tədqiqatçını dolaĢdırmıĢ. Hətta V. V. Bartold kimi çox 
görkəmli  alimin  ġiz  Ģəhərini  qədim  Qanzaka  –  Cənzə  Ģəhəri  ilə  eyniləĢdirməsinə 
gətirib  çıxarmıĢdır.  V.  F.  Minoerskinin  araĢdırmalarına  görə  qədim  Qanzaka  – 
Cənzə  Ģəhəri  indiki  Leylan  tərəflərdə,  Urmiya  gölündən  14  km  cənub-Ģərqdə 
yerləĢirdi.  Ġbn  Xordadbeh  Cənzənin  Cənubi  Azərbaycan  ərazisində,  Marağanın  6 
fərsəxliyində  (təqr.  36  km)  olduğunu  bildirir.  Sonrakı  müəlliflərin  əsərlərində  bu 
Ģəhərlərin  adlarının,  demək  olar  ki,  çəkilməməsi  onların  dini-siyasi  mərkəz  kimi 
əhəmiyyətlərini  itirməsindən  irəli  gəlirdi.  Qazakanı  Kazna  və  Cəznak  kimi 
müxtəlif  adlarla  təqdim  etmiĢ  Yaqut  əl-Həməvinin  bu  Ģəhər  haqqında  olan 
məlumatı  (Cəznak  –  Azərbaycanda  Marağa  yaxınlığında  abad  yer,  orada 
sasanilərin  qədim  abidələri,  binalar  və  atəĢgədə  var;  Kəzna  –  Marağa  ilə  bu  yer 
arasında  məsafə təqribən 6 fərsəxdir, orada  məcusların məbədi, qəim atəĢgədə və 
Keyxosrov  hökmdarın  tikdirdiyi  çox  uca  və  əzəmətli  eyvanı  –  sarayı  var)  ondan 
dörd sər əvvəl yazmıĢ Ġbn Xordadbehin məlumatından çox da fərqlənmir. 
Ġndi  isə  topladığı  materialın  orijinallığı  baxımından  özünün  sələf  və 
xələflərindən seçilən, yuxarıda haqqında danıĢdığımız Əbu Duləfin dediklərindən: 
“Soraq-soraqla və baĢa salmaqla mən ġizə yetiĢdim. O Marağa, Zəncan, ġəhrəzur 
və  Dinavərlə  qızıl,  civə,  qurğuĢun,  gümüĢ,  sarı  arsen  (miĢyaq)  və  əl-cəmast 
adlanan daĢ mədənləri olan dağlar arasındadır. ġizin qızılı üç növdür. Növün biri 
əl-kumisi  adlanır,  o  qum  kimidir,  üstünə  su  tökdükdə  qumu  gedir,  yerdə  zərrin 
kimi qızıl qırıntıları qalır. Onu civə vasitəsilə yığırlar. Bu qızıl açıq qırmızı rəngdə, 
[xüsusi çəkisi] ağır, təmiz, parlaq, odadavamlı, yumĢaq və elastikdir. Növün o biri 
əĢ-Ģəhrani  adlanır.  Onu  külçə  Ģəklində  1  habbadan  (1  misqal  təqribən  4,  24  q) 
                                                           
*
  Əslində  AzərquĢtəsb. B.  e.  ə. 588-ci  ildə  zərdüĢtiliyi qəbul  etmiĢ hökmdar  QuĢtəsbin  (ViĢtaspın)  adı 
ilə bağlıdır. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə