NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

76 
 
Lakin bu ümumi cəhətlərlə yanaĢı, mənbələr, hər bir Ģəhərin özünə xas olan 
xüsusiyyətini də qeyd edir, onların hər birinin mövqeyini və əhəmiyyətini bu və ya 
digər  dərəcədə  müəyyənləĢdirir.  Bu  baxımdan,  əl-Bəlazuri,  əl-Məsudi,  əl-Ġstəxri, 
Ġbn Havqəl, əl-Müqəddəsi, Əbu Duləf, Yaqut əl-Həməvi və baĢqa, demək olar ki, 
öz  gördüklərinə  əsaslanan  məlumatlarla  çıxıĢ  edən  ərəb  tarixçi  günlərlə 
yaĢamağımıza kömək edirlər. 
Həmin  Ģəhərlərin  bir  qismi  zamanın  durumuna  tab  gətirməyib  dağılmıĢ, 
torpaqlar altında qalmıĢ, bir qismi isə qalxa-düĢə özünü bu günümüzə çatdırmıĢdır. 
Ömrünü  baĢa  vurmuĢ  Ģəhər  və  kəndlərimizin  çox  cuzi  hissəsi  arxeoloqlarımızın 
gərgin  əməyi  nəticəsində  ikinci  tarixi  Ģəhərgah  ömrünü  yaĢamağa  baĢlamıĢ, 
bəxtləri üstlərini örtmüĢ torpaq kimi qara olanlar isə hələ də üzə çıxarılmamıĢlar. 
Əl-Məyanic Ģəhəri haqqında məlumat verən erkən orta əsr ərəb müəllifləri 
iĢğaldan sonrakı dövrdə bu Ģəhərin həmdan qəbiləsindən olan ərəblər tərəfindən ələ 
keçirilməsi  və  idarə  edilməsi  haqqında  məlumat  verirlər.  IX  əsrin  ortalarında 
xəlifənin  əmri  ilə,  burada  böyük  came  məscid  tikilmiĢdi.  X  əsrin  sonlarında  bu 
Ģəhərdə  də  olmuĢ  əl-Müqəddəsi  onu  indiki  Miyanə  adı  ilə  təqdim  edir,  bu  “kiçik 
Ģəhər”dəki  nemət  bolluğundan  danıĢır.  XIII  əsrin  əvvəllərində  Miyanədə  olmuĢ 
Yaqut bu adın fars dilində  “orta”  mənasını açaraq, onun, həmin  Ģəhərə  Marağa  – 
Təbriz  yolu  ortasında  yerləĢdiyinə  və  bu  Ģəhərlərlə  üçbucaq  təĢkil  etdiyinə  görə 
verildiyini bildirir. Yaqutun bu izahı akademik V. Bartoldun Miyanə Ģəhəri adının 
Cənubi  Azərbaycanın  iki  əsas  Ģəhəri  –  Ərdəbillə  Marağadan  eyni  məsafədə 
yerləĢməsindən yaranması ehtimalını aradan götürür. 
Əl-Xunəc  (Xunə)  Ģəhərindən  yazan  ərəb  müəllifləri,  adətən,  bu  kiçik 
Ģəhərin yalnız adını çəkməklə kifayətlənirlər. Marağa ilə Zəncan arasında yerləĢən 
bu  Ģəhər  haqqında  ən  ətraflı  məlumatı  bizə  Yaqut  çatdırır;  Ģəhəri  monqol 
hücumundan sonra xaraba vəziyyətdə görmüĢ bu ərəb coğrafiyaĢünası onun “yaxĢı 
bazarı”nı  tərifləyir,  Xunəcin  o  zamankı  yeni  “Kağız  kunan”  (yəni  kağız  istehsal 
edən) adını qeyd edir, onun Zəncanın iki günlüyündə (təqribən 50 km) yerləĢdiyini 
bildirir. 
Azərbaycanın “bir-birinə bənzəyən”, çiçəklənən kiçik Ģəhərləri sırasında adı 
çəkilən  Ucan  (Uçan)  vaxtilə  qala  divarları  ilə  əhatə  edilmiĢ,  bazarı  ilə  ad 
çıxarmıĢdısa  da,  Yaqut  onu  gördükdə,  artıq  tamam  dağılmıĢdı.  Ucan  Ģəhəri 
Təbrizin on fərsəxliyində, Rey yolunda yerləĢmiĢdi. 
Marağa  ilə  Təbriz  arasındakı  qədim  Dehxarqan  Ģəhəri  (IX  –  X  əsr 
mənbələrinin  Dəhərrəqan,  Xərrəqan,  Deh  əl-Xərqan  adlandırdıqları  yer,  indi  ona 
AzərĢəhr də deyilir) Yaqutun izahına görə, əvvəllər, Sasani xəzinədarı Nəxircanın 
Ģərəfinə Dih Nəxircan (Nəxircanın kəndi) adlandırılmıĢ, sonradan özünün bugünkü 
yazılıĢ Ģəklini almıĢdı. 
Azərbaycanın  Ģimal-qərb  hüdudlarında  yerləĢən,  IX  –  X  əsrlərdə  kiçik, 
lakin  gözəl  Ģəhər  kimi  xarakterizə  olunan  Xuvey  (Xoy),  tədricən  daha  da  inkiĢaf 


77 
 
edərək,  artıq  XII  əsrdə  ölkənin  möhkəmləndirilmiĢ,  bol  nemətli,  meyvəli,  məĢhur 
Ģəhərinə çevrilmiĢdi. 
Mənbələrdə daha çox Sələmas adı ilə tanınan, Urmiya gölündən cənub-qərb 
tərəfdə  yerləĢən  Səlmas  Ģəhəri  X  əsrin  sonunda  bir  qədər  də  möhkəmləndirilmiĢ, 
ətrafına  “palçıq  və  daĢdan  istehkam”  çəkilmiĢdi.  Bu  dövrdə  Səlmasda  olmuĢ  əl-
Müqəddəsi kürdlərin də məskənləri olan bu Ģəhərdə, bazar yanında came məscidin 
tikilməsi  haqqında  məlumat  verir.  Lakin,  monqol  hücumu  ərəfəsində  Səlmasa 
gəlmiĢ Yaqut bu Ģəhəri artıq dağılmıĢ görür. 
Ərəb iĢğalı dövründə kiçik bir kənd olan Mərənd IX əsrin əvvəllərində ərəb 
Əbu  əl-Bəiz,  ondan  sonra  onun  övladları  tərəfindən  möhkəmləndirilmiĢ,  burada 
qəsr  tikdirilmiĢdi.  Xəlifə  əl-Mütəvəkkil  dövründə  (847  –  861)  Xilafətdən  təcrid 
olunmağa çalıĢan Məhəmməd ibn əl-Bəisə qarĢı göndərilmiĢ Kiçik Buğa (əs-Səğir) 
onu  məğlub  etmiĢ,  Mərəndin  divarlarını  və  qəsrini  dağıtmıĢdı.  X  əsrin  sonunda 
burada  olmuĢ  əl-Müqəddəsi  onu  “bağlarla  əhatə  olunmuĢ  kiçik  qala”  adlandırır, 
Ģəhərin  bazar  meydanında  tikilmiĢ  came  məscidindən  bəhs  edir.  XIII  əsrin 
əvvəlində  Mərəndə  gəlmiĢ  Yaqut  əl-Həməvi  Azərbaycanın  bu  “məĢhur”  Ģəhərini 
dağılmıĢ  görür.  Buna  səbəb  1210-cu  ildə  gürcülərin  Mərəndə  basqını,  onu 
dağıtması və qarət etməsi, bir qrup əhalisini əsir aparması olmuĢdu. 
Artıq X əsrdən sonra  “Azərbaycanın ən məĢhur Ģəhəri”nə çevrilmiĢ Təbriz 
(Tibriz),  iĢğalın  ilk  illərində,  çox  da  böyük  olmayan  bir  kənd  idi.  VIII  əsrin 
ortalarında  xəlifənin  əmrilə  öz  qəbiləsi  ilə  Azərbaycana  köçmüĢ  yəmənli  Rəvvad 
ibn  Musanna  əl-Əzdi  Təbrizdən  Bəzzədək  bütün  torpaqlara  sahib  olmuĢdu.  Əl-
Bəlazurinin  yazdığına  görə,  onun  oğlu  Vacnau  ibn  ər-Rəvvad,  qardaĢları  ilə 
birlikdə 
Təbrizdə 
müxtəlif  binalar  tikdirmiĢ,  onu  qala  divarları  ilə 
möhkəmlətmiĢdi. VIII əsrin sonu IX əsrin əvvəllərində Təbriz Məhəmməd ibn ər-
Rəvvadın əlində idi. Ölkədə yaranmıĢ siyasi vəziyyət onun da Xilafətdən ayrılmaq 
cəhdlərini  gücləndirir.  Lakin  Mərənd  hakimi  Əbu  əl-Bəis  ilk  rəvvadilərə  məxsus 
bir çox yerləri,  o cümlədən Təbrizi tutmuĢ və  IX  əsrin  ortalarınadək (yəni,  xəlifə 
sərkərdəsi  tərəfindən  məğlub  edilənədək)  öz  əlində  saxlaya  bilmiĢdi.  Təbrizin  IX 
əsrin  sonlarından  baĢlanan  çiçəklənmə  dövründə  bu  Ģəhərdə  olmuĢ  əl-Müqəddəsi 
onu ġərqin ən gözəl Ģəhərlərindən də üstün tutur: “Nədir Təbriz? O bir saf qızıldır, 
nadir  kimyadır,  alınmaz  yerdir.  Mədinət  əs-Salamdan  (Bağdaddan  –  N.  V.) 
üstündür. Ġslam əhli onunla fəxr edir... Qiymətlərin ucuzluğu və meyvənin bolluğu 
haqqında  heç  soruĢma.  Came  məscidi  Ģəhərin  ortasındadır.  Gözəlliyinin  həddi-
hüdudu yoxdur”. 
Ġlk  monqol  hücumundan  sonra  Təbrizdə  olmuĢ  Yaqut  onu  “əhalisi  çox, 
kərpic  və  əhəng  daĢından  hörülmüĢ  divarlarla  əhatə  olunmuĢ  gözəl”  Ģəhər  kimi 
təsvir edirdi. Bu zaman (1221 – ci ildə) hər yeri viran qoymuĢ monqolların Təbriz 
əhalisi  ilə  bağlanılan  müqaviləyə  görə  böyük  miqdarda  aldıqları  pul  müqabilində 
Ģəhər dağılmaqdan qurtara bilmiĢdi. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə