NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə44/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

90 
 
Maraqlı  burasıdır  ki,  baĢqa  bir  IX  əsr  müəllifi  Qudama  həmin  yolun  təsvirini 
verərkən,  XuĢĢun  mövqeyində  Xan  Babək  (hərfən:  Babək  karvansarası)  deyilən 
yerin adını çəkir. Babək və  xürrəmilərin qızğın fəaliyyət göstərdiyi ərazidə adları 
çəkilən bu iki məntəqə eyni yerin müxtəlif adları da ola bilər. 
IX  əsrdə  sərkərdə  əl-AfĢinin  yenidən  möhkəmləndirdiyi  və  Babəkə  qarĢı 
mübarizə bazasına çevirdiyi Bərzənd Ģəhəri ərazisində Bərdə yoluna daha iki yol – 
cənub-qərbə,  Muğana  və  qərbə,  Babəkin  istinadgahı  Bəzz  qalasına  gedən  yollar 
birləĢirdi.  Xürrəmilərə  qarĢı  mübarizə  dövründə  Bərzənddən  Bəzzə  aparan  cəmi 
yeddi  fərsəxlik  ağır  dağ  yolu  strateji  cəhətdən  ən  mühüm  obyekt  idi.  IX  əsr 
müəllifləri Ġbn Xordadbeh, ət-Təbəri və əl-Yəqubi ərəblərin bu yolda qazdırdıqları 
üç  səngər  haqqında  maraqlı  məlumat  verirlər:  Bərzəndin  iki  fərsəxliyində 
yerləĢmiĢ  Sadarasb  yaxınlığında  “Bərzənd  xəndəyi”  adlanan  birinci  səngər,  onun 
iki  fərsəxliyində  ZəhrqaĢ  və  ya  yaxınlığındakı  kəndin  və  çayın  adı  ilə  Kalan-rud 
adlanan ikinci səngər, onun iki, Bəzz qalasının isə bir fərsəxliyindən axan Dav (və 
ya Rud) ər-Rud çayı yanındakı üçüncü səngər
*

ġimali Azərbaycan ərazisindən keçən ticarət-karvan yolları Arranın paytaxtı 
Bərdədə  qovuĢur,  Xilafətin  Qafqazdakı  bu  inzibati-idarə  mərkəzini  məhəlli 
mərkəzlər  –  Tiflis,  Dəbil,  Ərdəbil  və  onlar  vasitəsilə  Ģərq  və  Ģimal  ölkələri  ilə 
birləĢdirirdi.  Bu  yollar  haqqında  bir  çox  araĢdırmalar  (N.  A.  Karaulov,  Y.  A. 
Manandyan,  Z.  M.  Bünyadov  və  b.)  olsa  da  həmin  marĢrutlarda  yerləĢən  bəzi 
yaĢayıĢ məntəqələri indiyədək dəqiqləĢdirilməyib. 
Yuxarıda  haqqında  danıĢdığımız  Bərdə  yolu  vasitəsilə  Ərdəbildən  çıxıb 
Azərbaycanın  sərhəd  Ģəhəri  Varsana  yetiĢən  yolçular,  Araz  çayını  keçərək 
Varsanın  üç  fərsəxliyində  (təqribən  18  km)  yerləĢən,  mənbələrdə  Dərman  (və  ya 
Kumam)  adlandırılan  yaĢayıĢ  yerinə,  oradan  9  fərsəxlikdə  yerləĢən  Ģimal 
Beyləqanına  gəlir  və  nəhayət,  Beyləqandan  14  fərsəx  aralıda  yerləĢən  Bərdəyə 
çatırdılar. 
IX əsrin ortalarında Bərdə yolundan istifadə edən ərəb səyyahları Bərdədən 
Varsana gedən yol boyu səkkiz, oradan Ərdəbilə qədər olan yolda isə on bir poçt-
gömrük  məntəqəsinin  yerləĢdiyini  bildirirdilər.  X  əsr  səyyahları  isə  Varsandan 
Beyləqana gəlmək üçün görünür, bir qədər baĢqa, daha qısa (təqribən 3 – 5 fərsəx 
az) yoldan istifadə edir, həm də Dərmana (Kumama) girmədən birbaĢa Beyləqana 
gedirdilər. Bundan baĢqa, erkən coğrafiyaĢünaslardan fərqli olaraq, onlar Beyləqan 
– Bərdə yolunun ortasında yerləĢən Yunan (Muyan?) Ģəhərinin də adını çəkirdilər. 
Adı və yeri hələ də dəqiqləĢdirilməmiĢ bu Ģəhər və bəlkə də böyük kənd haqqında 
mənbələr  bir  elə  ətraflı  məlumat  vermirlər.  Əl-Bəlazuri,  son  Əməvilər  dövründə 
(VIII  əsrin  40  –  50-ci  illəri)  Mərvam  ibn  Məhəmmədin  Azərbaycan  və 
                                                           
*
  Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  akademik  Ziya  Bünyadovun  Bəzz  qalasının  yerini  müəyyənləĢdirmək 
üçün  gətirdiyi  ən  mühüm  dəlillərdən  biri  məhz  həmin  səngərlərin  yerini  dəqiqləĢdirmək  nəticəsində 
yaranmıĢdı. 


91 
 
Ərminiyənin caniĢini olduğu vaxt, Ərdəbil, Bacarvan, Varsan, Beyləqan və baĢqa 
yerlərdə Xilafət üsul-idarəsinə qarĢı yerli əhalini ayağa qaldıran Sabit ibn Nuaymi 
əl-Cuzaminin  qiyamçılarla  birlikdə  Yunana  gəliĢi  haqqında  xəbər  verir.  X  əsr 
coğrafiyaĢünasları  (əl-Ġstəxri,  Ġbn  Havqəl)  bu  yerin  Bərdə  ilə  Beyləqan  arasında, 
hər  birindən  7  fərsəxlik  məsafədə  yerləĢdiyini  bildirirlər  (eyni  məlumat  XIII  əsr 
müəllifi Yaqutda da təkrar olunur). Əl-Müqəddəsi isə  Bərdədən istər Yunana, istər 
Bərdicə,  istər  Kalkatusa  (Moisey  Kalankatlının  kəndinin  ərəb  mənbələrində  adı), 
istərsə  də  Cənzəyə  -  Gəncəyə  bir  mərhələ  yol  olduğunu  göstərir.  Yeri  gəlmiĢkən 
qeyd edək ki, ərəb mənbələrində iĢlədilən uzunluq ölçülərindən biri olan “mərhələ” 
bizim araĢdırmalarımıza  görə  7-  10  fərsəx,  yəni  təqribən  42  –  60  km,  bir  günlük 
yol 25 mil və ya 50 kilometrdir. 
Azərbaycanın antik dövr tədqiqatçısı Z. Ġ. Yampolski ərəb mənbələrində adı 
çəkilən  Yunan  Ģəhərini  Strabonda  xatırlanan  Albaniyanın  Ayniana  Ģəhəri  ilə 
eyniləĢdirir.  Arxeoloji  baxımdan  hələ  də  öyrənilməmiĢ  bu  Ģəhər  onun  fikrincə, 
vaxtilə burada məskunlaĢmıĢ yunan köçkünlərinə görə Yunan adlandırılmıĢdır. 
Arranın mühüm qovĢaqlarından biri də Bərdəni Bab əl-Əbvab – Dərbənd ilə 
birləĢdirirdi. Bərdədən çıxan yolçular bu yolu baĢa vuranacan on beĢ poçt-gömrük 
məntəqəsindən  keçməli  olurdular.  Bərdədən  sonra  onlar  Bərdic  və  ya  Bərzəncdə 
əylənir, sonra Kür çayını keçərək ġamaxıya doğru gedir, sonra ġərvan (ġirvan), əl-
Abxaz  Ģəhərlərini  keçərək  Samur  körpüsünə  çatır,  onu  da  adlayaraq  Dərbəndə 
yetiĢirdilər. 
Bir qədər qəribə də olsa məhz bu, zahirən, məĢhur yolda bizə məlum olanlar 
yalnız  Bərdə,  ġamaxı  və  Dərbənddir.  Adları  çəkilən  qalan  yerlər  –  Bərdic, 
Bərzənc,  ġirvan  və  əl-Abxazın  nə  yerləri,  nə  də  adları  hələ  də  qəti 
müəyyənləĢməyib.  Yenə  də,  dar  məqamda  dadımıza  çatan  mənbələrə  müraciət 
edək. 
X  əsrdə  Arranda  olmuĢ  ərəb  səyyahları  Bərdicin  adını  ölkənin  kiçik,  abad 
Ģəhərləri  sırasında  çəkirlər.  Bu  Ģəhəri  Bərdənin  18  fərsəxliyində  yerləĢdirən  Ġbn 
Havqəl onu “Kür üstündə mühüm ticarət Ģəhəri” adlandırır. Əl-Ġstəxri ilə Dərbənd 
yolunda  Bərdədən  sonra  ilk  böyük  dayanacaq  kimi  Bərzəncin  adını  çəkir  və 
yolçuların  Kür  çayını  məhz  bu  yerdə  keçdiklərini  bildirir.  Buna  görə  də  bəzi 
tədqiqatçılar Bərdiclə Bərzənci eyniləĢdirirlər. Maraqlı burasıdır ki, qismən adların 
oxĢarlığından  doğan  bu  dolaĢıqlıq  ərəb  müəlliflərinin  bu  yerlər  haqqında 
məlumatında da özünü göstərir. Hətta bir-birinə oxĢayan Bərzənd, Bərzənc, Bərzə, 
Bərdic  və  b.  haqqında  məlumat  verən  Yaqut  əl-Həməvi  (məs.  Bərzənd  haqqında 
olan  məlumatında)  adların  oxĢarlığından  doğan  Ģübhələrini  gizlətmir.  Bununla 
belə,  mənbələrin  diqqətlə  araĢdırılması,  hər  halda,  müəyyən  nəticə  çıxarmağa 
imkan verir. 
Bərdic Ģəhəri, Yaqutun məlumatına görə, Bərdənin 14 fərsəxliyində, Kürün 
suları  ilə  əhatə  olunmuĢ  bir  yerdə  (görünür,  Kürün  əyintili  yerlərindən  birində) 
yerləĢmiĢdi. Yaqut bu Ģəhərdən çıxmıĢ və Xilafətdə yaxĢı tanınan, 301/913-914-cü 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə