297
vermək olmaz. Hər kəsin öz daxili poetik ruhu ilə
danışması məcburi şərtdir. Lakin burada Universitet
müəllimim olmuş və mənə müasir Azərbaycan
ədəbiyyatı fənnindən imtahan suallarına cavab
vermədən “əla” qiymət yazmış B.Vahabzadənin
“sərbəst şeirə” (indiki terminlə, verlibrə) qarşı xüsusi
nifrəti olduğunu deməkdən özümü saxlaya bilmirəm.
Rəsul Rza yaradıcılığı haqqında öz əvəzindən tələbə
auditoriyasına Mühazirəni (hazırlaşmadan) oxumağı
mənə təklif edən B.Vahabzadənin həmin dərsində
dahi şairimizin “Rənglər”silsiləsindən danışdım.
Fikrimin bir yerində Nazim Hikmət haqqında
danışarkən B.Vahabzadə onu “şair hesab etmədiyini”
söylədi. Mən belə başa düşdüm ki, Bəxtiyar müəllimdə
ümumiyyətlə azad şeirə və azad yazanlara qarşı açıq
bir nifrət vardı... Onu o zaman heç cür başa düşə
bilmədim. Lakin bir məsələdə şübhəm yox idi ki, böyük
milli şairimiz olan müəllimim Bəxtiyar Vahabzadə azad
şeir vəzninin Türk və bütün Avrasiya məkanının doğma
şeir metrikası, dünyaya özünəməxsus bədii baxışı,
kontinental azadlıq ruhuna sədaqəti olduğunu
bilmirdi... Bilsə idi belə davranmazdı. Onu da deyim ki,
Bəxtiyar Vahabzadə illik kurs üzrə mənə imtahan
biletinə cavab vermədən “əla” qiyməti şeirdə öz
nəzəri-poetik düşüncələrimə sadiq qaldığım üçün
yazdı.
298
Qədim türk şeirinin ritmik əsasları haqqında Sovet
dövrü elmi ədəbiyyatında xeyli materiallar vardı. Lakin
onların müasir Türk və Avrasiya xalqlarının bu günü və
bədii-estetik keçmişi ilə bağlılığı məsələləri ilə
kompleks məşğul olanlar yox idi. Rus sovet
türkologiyasının ən dahi nümayəndəsi, SSRİ EA-nın
Leninqrad filialının rəhbəri, akademik V.Jurminski
hətta
öz
əsərlərinin
birini
“Ritmik-sintaktik
paralelizmlər qədim türk xalq şeirinin əsası kimi”
adlandırmışdı.
(Bax:
V.Jirmunski.
“Ritmo-
sintaktiçeskoy paralellizm kak osnova drevne
tyurkskoqo
narodnoqo
stixa”.
“Voprosı
yazıkoznaniya” jurnalı, № 4, 1964). Paralelizmlərin
əski türk şeirinin ritmik əsası olduğunu söyləyən
alimlər az deyildi: A.N.Veselovski, V.Şteynits,
R.Yakobson,
T.Kovalski,
A.Lini,
J.Lotman,
R.Austerlits,
O.Brik,
V.Poppe,
İ.M.Astafyeva,
Q.Solçanik,
X.Koroğlu,
Ə.Abdullayev,
K.V.Nərimanoğlu, M.Adilov və b. Lakin bu
mülahizələrin müasir türk (o cümlədən Azərbaycan)
şeirinin çağdaş poetikası ilə bağlantıları araşdırma
mövzusu deyildi. Bu istiqamətdə ədəbi tənqidin də
heç bir avanqard rolu nəzərə çarpmırdı. Odur ki,
böyük şairimiz B.Vahabzadənin mənə: VIII Respublika
elmi
konnfransda
“Sərbəst
şeirin
poetikası”
mövzularında Qızıl Medal almış bir tələbəyə
299
imtahanda cavabsız “əla” qiymət yazması, məndə belə
güman yaradır ki, şairin Azad şeirə münasibətində
müəyyən təbəddülatları vardı...
“Kitabi-Dədə Qorqud” oğuz eposunun şeir parçaları
içərisində maraqlı bir parçanı diqqətinizə çatdırıram:
Qarşı yatan qara dağım yıxılıbdır,
Ozan, səni xəbərin yox.
Kölgəlikcə qaba ağacım kəsilibdir,
Ozan, səni xəbərin yox.
Ürəgimdə qara bağrım dəlinibdir,
Ozan, səni xəbərin yox.
Dünyəlikdə bir qardaşım alınıbdır,
Ozan, səni xəbərin yox.
Dr. Professor Kamil Vəli Nərimanoğlu dastanın bu
ritmik
xüsusiyyətini
təhlil
edərək
yazır:
“Çoxkomponentli mətndaxili paralelizmdə vəziyyət bir
qədər fərqlidir. Burada axırıncı cümlə bütün
əvvəlkilərin nəticəsi kimi səslənir. Bütün mətn təkcə
bu axırıncı üzvün üzərində qurulur. Belə parçalarda
bədiilik müqayisə, bənzətmələr və təkrarlar hesabına
güclənir
.”(Bax: Kamil Vəli Nərimanoğlu. “Azərbaycan dilinin
poetik sintaksisi”, BDU nəşri, Bakı- 1981, səh: 53-54).
Çağdaş verlibr sənətində bu hadisə bir çox halda
qanun qüvvəsi almışdır. Görkəmli Verlibr ustadımız
Vaqif Səmədoğlunun “Nüşabəyə” adlı şeirində
“qalmamaq”(yəni bitib qurtarmaq) feilindən üç dəfə
epiforik səviyyədə, lakin hər dəfə müxtəlif nüanslarda
və məqsədlə işlədilmişdir:
300
Elə bilirsən
sənə deməyə
daha sözüm qalmayıb?
Üzündə təbəssümü görməyə
gözüm qalmayıb?
Bu sən, bu mən,
bu torpaq.
Elə bilirsən
qarşında çökməyə
dizim qalmayıb?
(Vaqif Səmədoğlu. Sandıq şeirləri. Mütərcim nəşr.,
Bakı-2016. Səh: 162).
Nədəndirsə, şairin gənc tədqiqatçısı İradə Musayeva
“Vaqif Səmədoğlu” adlı araşdırma kitabında bu cür
sərbəst
şeir
nümunələrindəki
poetik
özünəməxsusluqları görmədən, onlarda yalnız “fikir və
məzmun ahəngini” görə bilir: “Sərbəst vəzndə yazan
sənətkar məna və məzmuna uyğun olaraq şeirinin
ahəngini özü yaradır. Onun səyi nəticəsində şeirin
ahəngi ayrı-ayrı sözlərin qəlib və bölgülərinin
yaratdığından daha çox fikir və məzmunun ahənginə
çevrilir. Yəni sərbəst vəzndə ahəngi fikir və məzmun
yaradır
.”(Bax: İ.Musayeva. “Vaqif Səmədoğlu”.
“Elm və
təhsil” nəşr., Bakı-2014, səh: 134). Əlbəttə, bu cür
mülahizə tamamilə yanlış nəticədən doğur. “Sərbəst
şeir” termini ilə İradə xanımın azad şeirin daxili ritmik
qruplardan (sərbəst təqti və ya təfilə quruluşlu) ibarət
Dostları ilə paylaş: |