301
növünü, yoxsa verlibri (özgür şeiri) nəzərdə tutduğu
məlum olmasa da, şeirdə yalnız “məna və
məzmunun”ahəng yaratması fikri yanlışdır. Azad şeirin
(o cümlədən sərbəst şeirin) mürəkkəb vəzn və ritm
özünəməxsusluğunu aydınlaşdırmadan onun şeir
texnikasından elmi nə isə danışmaq tamamilə
imkansızdır.Çünki bədii məna və məzmun hər bir bədii
əsərdə, o cümlədən dramatruji və epik nəsr
əsərlərində də vardır və bu heç də onların şeir olmağı
demək deyildir. Bədii mətnin təhlili ondakı konkret
metroritmik ifadə vasitələri üzərində qurulmalıdır.
Bu sırada ölməz sənətkarımız Əli Kərimin yaxın 2016-
cı ildə “Kitab klubu” tərəfindən nəşr edilmiş “Nə
xoşbəxt imişəm bir zaman, Allah ” kitabından
götürdüyüm “Müşfiqə” adlı şeirinə diqqət yetirək:
Yadımdadır, deyərdilər,
Bu dünyada-
Müşfiq adlı
çox gözəl bir
şair olub.
Hərəkəti,
məhəbbəti,
həqiqəti
şeir olub.
Şeir olub
göylər kimi,
yerlər kimi
aydın
açıq.
302
Hər kəlməsi
gəncliyinin
vüqarına bir yaraşıq.
O ləbələb dolu idi
şeir ilə,
sənət ilə;
Ölümdən də qorxmaz olan
qüdrət ilə.
Bu gün onun həyatında
bir bahardır.
Bu dünyada Müşfiq vardı,
Bu düynada yenə vardır. (səh: 146)
Bu şeirdə 4-lük təqti ritmlərinin yaratdığı ahıng
aydın nəzərə çarpır. Lakin bu ritmik tərtibat onun heca
vəznində olması anlamına gəlmir. Çünki onun heca
vəznli şeir kimi qəbul edilməsi üçün sabit heca bəndi
quruluşu, sabit qafiyə sistemi, sabit heca misra
kəmiyyəti olmalıdır. Bunların əvəzində yalnız bir
xüsusiyyət, yəni heca təqtisi vardır ki, o da sərbəst
formadadır. Əli Kərimin bu cür şeirləri az deyil. Onların
əsas ritmik strukturu eyni ilə bu cürdür. Burdan o
nəticəni çıxarmaq olmaz ki, azad şeir üçün yalnız bu
tipli daxili ritmik konstruksiya məqbuldur. Bu qənaət
kökündən yanlışdır. Çünki bu daxili ritmik struktur
yalnız azad şeirin ədəbiyyatımızda “sərbəst şeir” kimi
tanınan (həmçinin sərbəst təqtili ) formaları üçün
məqbuldur. Onu əsla üniversallaşdırmaq olmaz. Çünki
o, şeirimizin bütün canlı praktikası ilə daban-dabana
303
zidd mülahizə olardı. İradə Musayevanın ölməz
verlibristimiz, Azərbaycan özgür şeirinin metri Vaqif
Səmədoğlu yaradıcılığına yuxarıdakı münasibəti milli
verlibristikamızda hələ də hökm sürən yanlış nəzəri
ümumiləşdirmələrin bariz nümunəsidir.
Dahi şairimz Rəsul Rzanın “Hələ bu harasıdır!”
şeirində əski türk poeziyasının pitmik sintaktik
paralelizmlər sisteminin poetik arsenalından çox
uğurla istifadə edilmişdir. Şair qafiyədən, demək olar
ki, dedikcə az sayda istifadə etmişdir. Eyni zamanda
burada ənənəvi daxili ritm komponentləri (sərbəst
təqti və ya təfilə ritmi) də yoxdur. Lakin şeirin
deklomasiya intonasiyası, misra seqmentləri, sintaktik
paralelizmləri ondakı bədii ahəngi azad şeirdən başqa
heç bir vəzndə eşidilməyəcək yüksək vüsətə
qaldırmış, əsərə tribun ruhu gətirmişdir:
Gözümün qarşısında xəritə.
Ağlı, qaralı ləkələr.
Danışır Afrika.
Danışır müstəmləkələr:
“Biz körpü olduq,
Üstümüzdən keçdi zaman,
ağır yüklü günləriylə.
İnlədik,
eşitmədilər.
Çağırdıq,
304
baxmadılar.
Asıldıq,
görmədilər.
Qolumuzun zəncirini göstərdik,
-Açın- dedik,
Açmadılar.
Yaralı düşəndə belə
bizə yanaşmadılar.
Ən insaflısı dedi:
Bir əlacın var,
Öl, qurtar!..
Nə gözümüzdə yaş qaldı,
Nə qəlbimizdə məhəbbət.
İlanın ağına da,
qarasına da lənət!”
Yaraları köz-közdür Afrikanın
Nə yazmaqla bitəsi,
Nə deməklə qurtarasıdır,
hələ bu harasıdır?
hələ bu harasıdır!
(Rəsul Rza. Seçilmiş əsərləri, 5 cilddə, 3-cü cil. Yazıçı,
Bakı-1981, səh: 185).
Bu şeir klassik verlibr əsəridir. “məhəbbət-lənət”,
“qurtarasıdır-harasıdır” kimi bir-iki qafiyəni kənara
qoysaq, bu şeirdə ənənvi poeziyanın heç bir texniki
elementi nəzərə çarpmır. Lakin qeyd etdiyimiz kimi, bu
şeirdə başlıca ritmik keyfiyyət onda əski türk (Avrasiya)
305
şeir
texnologiyasının
sənətkarlıqla
tətbiqindən
ibarətdir. Şair şeirin sonluğunu da məhz iki dəfə
təkrarlanan “hələ bu harasıdır” epiforik ritmi ilə
bitirməklə, sanki açıq-aydın “Kitabi-Dədə Qorqud”
ritminə doğmalığını biruzə vermək istəmişdir. Bu üslub
və ritmika “Kitabi-Dədə Qorqud” oğuz eposundan
yuxarıda misal gətirdiyimiz şeir parçasındakı misraaşırı
“Ozan, sənin xəbərin yox”ifadə vasitəsini xatırladır.
Bütöv poetik mətnin quruculuğu işində həm
mətndaxili,
həm
də
mətnlərarası
ritmik
konfiqurasiyaları Rəsul Rza şeirin təsvir və ifadə
poetikasının çağdaş və tarixi təməlləri üzərində uğurla
yarada bilmişdir. Burada tanınmış alim İ.M.Astafyevin
tam paralelizmlərin çeşidi üzrə irəli sürdüyü nəzəri
fikrə qayıdıram: “üzvlərin sayının eyniliyi, münasibət-
nisbət eyniliyi, quruluş-struktur eyniliyi.”Şairin bu
“tamı”gözləməsi şərt deyildir, şərt bədii fikrin öz
ritmində olan ahəngini üzə çıxarmaq, onun ritmik
tərtibatını ruhun məna səviyyəsinə yaxınlaşdırmaqdan
ibarətdir. Azərbaycan verlibrinin dahi metri buna
ustalıqla nail olmuşdur. Şeirdə misradaxili sözlərdəki
qalın və incə saitlər arası kontrastlı ahəng bilərəkdən
yaradılmışdır:
“Yaralı
düşəndə
belə//bizə
yanaşmadılar.//”,“Nə yazmaqla bitəsi,// Nə deməklə
qurtarasıdır//...”və s. və i... Eyni poetik konstruksiya
Ələkbər Salahzadənin “İşıq çoxdu burda”, “Gözlər
Dostları ilə paylaş: |