314
Jirmunskiyə görə, Qədim Türk şeiri metrik (vəzn)
baxımdan
ritmik-sintaktik
paralelizmlər
üzərində
qurulmuşdur. Bu elmi istiqamət K.V.Nərimanoğlu (Kamil
Vəliyev) kimi bir çox nüfuzlu gənc Azərbaycan alimləri
tərəfindən də inkişaf etdirilməkdədir.
Tədqiqatçı böyük türkoloq-alim akademik V.
Jirmunskinin məşhur türkoloji əsərlərini, o cümlədən
“Ritmik-sintaktik paralelizmlər Qədim Türk şeirinin əsası
kimi”, “Türk qəhrəmanlıq eposu”, “Oğuz qəhrəmanlıq
eposu. Kitabi-Dədə Qorqud”və s. kitablarını geniş təhlil
edərək, Türk runi şeirinin əsas metrik sistemini
müəyyənləşdirə bilmişdir. Gənc araşdırmaçının öz elmi
tədqiqat işini necə zəngin monoqrafik əsərlər və geniş
nəzəri-konseptual arqumentlər üzərində qurmasını onun
istifadə etdiyi müxtəlif dilli elmi mənbələrin siyahı və
tematikasının kiçik bir hissəsinə ötəri nəzər yetirməklə də
aydın görmək olar: İ.V. Stebleva-“XI əsrdə türklərdə şeir
formalarının inkişafı”,İ.V.Vinoqradov-“Marksist poetika
məsələləri”, Y.K.Etkind-“Poetik əsərin ritmi məzmun
faktoru kimi”, S.V.Kalaçeva- “Şeir və zaman”, V.M.
Jirmunski- “Ritmik-sintaktik paralelizmlər Qədim Türk
şeirinin əsası kimi”, “Türk qəhrəmanlıq eposu”, “Oğuz
qəhrəmanlıq eposu. Kitabi-Dədə Qorqud”, “Şeirçünaslıq”,
“Ədəbiyyat nəzəriyyəsi, Poetika. Stilistika”, V.V.Kojinov-
“Şeiri necə yazırlar”, Əkrəm Cəfər- “Əruzun nəzəri əsasları
və Azərbaycan əruzu”, Kamil Vəliyev (Kamil Vəli
315
Nərimanoğlu- Red. ) -“Azərbaycan dilinin poetik
sintaksisi”, Q.A.Şenqeli- “Şeir texnikası”, A.Axundov-
“Şeir sənəti və dil”, T.Hacıyev-“Elmi-zehni səviyyə və
bədii dildə novatorluq problemi” , Mir Cəlal (Paşayev)-
“Ədəbiyyatşünaslığa giriş”, A.N.Veselovski- “Tarixi
poetika”, Y.M.Lotman- “Poetik mətnin təhlili. Şeirin
quruluşu ”, “Bədii mətnin quruluşu”, A.A.Potebnya-
“Estetika və poetika”, Ə.Ağayev- “Azərbaycan sovet
poeziyası (1920-1970)”, Ş.Salmanov- “Azərbaycan sovet
şeirinin ənənə və novatorluq problemi”, B.Hüseynov- “XX
əsr fars şeirində ənənə və novatorluq”və s.
Ümumi şəkildə 100-dən yuxarı sanballı elmi tədqiqat
əsəri, o cümlədən Sovet elmşünaslığında ən avtoritet
türkoloq-müəlliflərin əsas elmi nailiyyətləri nəzəri
modermizmin elmi həllinə cəlb edilmiş, ilk Azad şeir
poetikasının (Verlibristikanın) hazırlanması işi üçün
onlardan evristik qənaətbaxışın və nəticələrin sübutunda
elmi bacarıqla istifadə olunmuşdur.
Tədqiqatın II Fəsli “Azad şeir və ritm problemi”adlanır.
Ritm nədir?.. Müxtəlif şeir metrikalarında onun ifadə
vasitələri nələrdir? Verlibr ritminin xüsusiyyətləri
necədir?.. Çağdaş dünya ədəbiyyatının modernist poetik
sistemləri içərisində Azərbaycan verlibrinin ümumi və
əlahiddə ritmik xüsusiyyətləri hansılardır...
Gənc tədqiqatçı bu çətin və mürəkkəb sualların
cavablandırılmasında
tanınmış
ədəbiyyatşünaslarla
316
bərabər, bir çox dilçi alimlərin, müsiqişünasların, sosioloji
araşdırmaçıların və bəzən hətta verlibrist şairlərin öz
elmi-nəzəri fikirlərini, qənaət, şərh və izahatlarını təhlilə
cəlb etmişdir. Bəzən onlarla razılaşmış, bəzən də
problemin həllində kəskin fərqli yeni elmi-poetik nəzəri-
təcrübi baxışlarını irəli sürmüşdür.
N.Fərəcov (Atabəyli) bəzi linvopoetikləri Ritm
hadisəsini tam linqvistika (dil) fakı kimi qəbul etməkdə də
haqlı olaraq kəskin qınamış, onların mülahizələrini
tənqidə məruz qoymuş, bədii mətn ritminə poetika
elmində xüsusi yanaşmanın zəruriliyi mövqeyindən çıxış
etmişdir. O, öz Universitet (BDU) müəllimi, akademik
Əkbər Ağayevin bu məsələdə yürütdüyü bir sıra nəzəri
fikirlərə önəm vermiş, hörmətli professoru aşağıdakı
qənaətində haqlı şıxarmışdır: “Sadə məntiq bunu təsdiq
etməyə əsas verir ki, Azərbaycan dilli poeziyaya ərəb dili
deyil, məhz qəliblər-formulalar keçmişdir.”N.Fərəcovun
(Atabəylinin) qəti qənaətincə, Əruzun metrik və ritmik
vasitələri, o cümlədən müxtəlif konstruksiyalı təfilələri,
təqtiləri və rükn ünsrləri Azərbaycan klassik Şirvan
İntibah Poeziya Məktəbinin ən ünlü dahi ustadları- Nasir
Bakuvi-Şirvani, Nəsimi, Həbibi Şirvanilər və Füzuli
tərəfindən zaman-zaman cilalanmış, milli dilin bədii
təlabatına uyğunlaşdırılmış, daha doğrusunu desək, milli
dilimizin linqvopoetik zəmini üzərində getdikcə daha da
cilalanaraq,
tamamilə
türkləşdirilmişdir.
Əlbəttə,
317
tədqiqatçı Nasir Bakuvi-Şirvaninin əsrdaşı xorasanlı
İzzəddin Həsənoğlu və d. əlahiddə klassiklərimizin əməyi
üzərindən
də
xətt
çəkməmişdir.
Azərbaycan
ədəbiyyatşünaslığı tarixində ilk dəfə Qədim Türk şeiri
Azərbaycan və Ümumtürk poeziyasının çağdaş modernist
nailiyyətlərinin araşdırılması istiqamətində nəzəri şərh
üçün qaynaqlar sırasına daxil edilmişdir. Beləliklə, müəllif
Azərbaycan milli verlibrini ilk dəfə olaraq, öz qədim tarixi
genoloji kökünə qatarmışdır.
N.Fərəcov (Atabəyli), çox doğru olaraq, Modernist
şeiri, çağdaş müxtəlif poetik texnologiyalı metrik
konstruksiyalardan biri kimi, kibernetik inkişafa meylli
idarəolunan əlahiddə sistem olaraq interpretasiya
etməyə çalışmışdır. Müəllifə görə, heç bir poetik sistem
hermetik deyildir. Zamanla inkişafa və təkamülə
meyllidir.
Poeziya
poetik
sistemlərin
nəzəri
yaradıcılarından daha ziyada, canlı Ədəbiyyatın inkişafı
və yüksəlişi üşün ona imza atmış ədəbi dühaların
uğurlarına bağlıdır. Fars əruz şeiri İbn Müqəffədən, Əxvəş
Bəlxidən, Vəhid və Xətib Təbrizilərdən daha çox Rübai
vəznində (bu metrikanın ənənəvi ərəb Əruzuna aidiyyəti
yoxdur) yaratmış Ömər Xəyyama, Fars əruzunda yazmış
Hafiz və Səədi Şirazilərə borcludur. Farsdilli Azərbaycan
şairlərinin də xüsusi rolunu ayrıca qeyd etməliyik.
Osmanlı əruzunu yradan Əhməd Həmdi Şirvaninin rolu
klassik Osmanlı ədəbiyyatında nə qədər əhəmiyyətli olsa
Dostları ilə paylaş: |