325
Tanrı tək müəllada
dayanmış Türk xaqanı: mən Bilgə xan!
Oturdum öz taxtıma.
Ehey, qardaş oğulu, ey oğlum, ey qohumum...
Ey millətim!
Ehey, güney şadları, güney bəyləri,
ey qüzey tərxanları,
buyruqlu bəylər,
ey otuz tatarları...
Doqquz oğuz bəyləri, ey oğuz eli!
Bu sözümü yaxşıca-yaxşıca siz eşidib,
onlara dürüst-dürüst qulaq verin bu andan.
Şərqdəki gündoğana, Güneydə günortaya,
Məğribdə günbatana,
Qüzeydə gecə yarı olduğu yerə qədər
nə millət var cahanda
mənə tabedir ancaq.
Bu qədər elləri nizama saldım,
rifaha yetirdim, halın xoş etdim...
Otugendə (Bəy taxtda) nə qədər
Türk xaqanı oturubsa,
bu ellərdə sıxıntı, bir kədər olmayacaq.
O, əski və yeni Azad şeir şəkillərini müqayisə üçün
müəyyən örnəklər gətirib aşağıdakı nəticəyə gəlir: “ ABŞ-
ın ilk milli şairi, azadlıq mübəlliği, yeni azad şeirin ilk dahi
326
ustadı Uat Uitmenin şeirləri ilə yuxarıdakı Əski türk
şeirinin nə ritmik, nə də sintaktik konstruksiyasında fərq
vardır.
Burada
metrik
kanonizasiya
“xüsusi
təyinatlı”rəsmi qaydalarda deyil, daha çox sintaktik
paralelizmlərə əsaslanan sərbəst fikirlərdə, həyata bədii
baxışda və ən başlıcası, Azadlıq eşqi ilə dolu bədii-estetik
ruhda özünü göstərir.
Bu qaydaları Əruz vəzni kanonizasiyası ilə müqayisə
edərkən XIX əsr Azərbaycan klassik şeirinin mogikanı,
ilk milli pedaqoqumuz Seyid Əzim Şirvaninin bir fikrini
nümunə gətirmək çox yerinə düşərdi:
Rəsmi qəzəlin xatəmi yox, mən də rəsuləm,
Maqəblə mənəm xatəmi mabədinə fateh.
Ərşi-əhəd altında olan kənzi-nihanə,
Ey Seyyidi-xoş-nəzm, zəbanındı məfateh.
--Yəni: qəzəl yardıcılığının, qəzəl qayda-qanununun
sonu yoxdur. Mən də bir rəsulam. Məndən əvvəl Qəzələ
gələnlərin davamçısıyam, sonradan gələnlər üçün isə
Fatehəm, bir yol açanam. Ey gözəl şeirlər şairi- Seyid!
Ucalığın Allah duran yerindən aşağıda Onun ilahi
padşahlığının gizli xəzinələri var. Yalnız sənin şeir dilin
onların əsl açarıdır.
Deməli, dahi pedaqoq-şairimiz, son klassik mogikan
S.Əzimin şeirin ritmik-metrik kanonizasiyası- “Rəsmi (-
327
qaydaları)” ilə bağlı söylədiyi “xatəmi (-sonu) yoxdur”
ifadəsini yalnız Əruz şeirinə-Qəzələ deyil, bütün metrik
sistemlərin hamısına, o cümlədən Azad şeirə də şamil
etmək lazımdır.”
Biz də Seyid Əzim Şirvaninin və ona haqq qazandıran
Aazad şeir poetikasının tədqiqatçısı N.Atabəylinin
(Fərəcovun) elmi nöqteyi-nəzərini tamamilə haqlı mövqe
hesab edirik.
Müasir dünyanı bu gün belə Barbariya və Romaniya
kimi iki düşmən hissəyə bölmək istəyənlərin antibəşəri
fəaliyyətləri qarşısına gənc tədqiqatçı Avrasiyanın xüsusi
kontinental təkamül yolu ilə getməkdə olduğu iddiası ilə
tarixi əsaslar göstərmişdir. Bu əsaslardan biri kimi Azad
şeir Avrasiya mirası olaraq, tədqiq və təqdir edilmişdir.
Beləliklə, Azad şeirin novatorlaşması Avrasiya azadlıq
ruhunun
yeni
xüsusi
tarixi
mərhələsi
kimi
qiymətləndirilmişdir.
N.Fərəcov BDU-nun filiologiya fakültəsinin Ədəbi
tənqid qrupunun ən fəal tələbələrindən biri olmuşdur. O,
bu ixtisasın çərçivəsini aşaraq, fəlsəfə, estetika, ədəbiyyat
nəzəriyyəsi və tarixi ilə bərabər, tarixi sosiologiya,
geopolotika,
antropologiya,
ümumi
linqvistika,
arxeologiya və d. elm sahələri ilə də dərindən məşğul
olmuş, nəticədə şeirşünaslığın Metrika (vəzn) və Ritmika
kanonları sahəsində istedadlı bir Ümumi Poetika
mütəxəssisi kimi yetişmişdir.
328
Gənc tədqiqatçının aspiranturada saxlanılmasıını Elmi
Şuradan xahiş edirəm.
(Qeyd: “Sərbəst şeirin poetikası”Diplom işi Bakı Dövlət Universiteti İmtahan
komissiyası tərəfindən “əla” qiymətləndirilmiş və tədqiqatçının elmi işini
davam etdirməsi üçün onun Universitetin aspiranturasında saxlanılması
qərara alınmışdır.-Red.)
Elmi rəhbər:
BDU Filologiya fakültəsi Azərbaycan sovet ədəbiyyatı
kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor C.M.Abdullayev.
Bakı, BDU, 1982-ci il.
Dostları ilə paylaş: |