Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə81/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   82

 
325 
            Tanrı tək müəllada  
 dayanmış Türk xaqanı: mən Bilgə xan!   
Oturdum öz taxtıma. 
 Ehey, qardaş oğulu, ey oğlum, ey qohumum... 
 Ey millətim! 
                  Ehey, güney şadları, güney bəyləri,  
ey qüzey tərxanları,  
buyruqlu bəylər, 
ey otuz tatarları... 
Doqquz oğuz bəyləri, ey oğuz eli!  
            Bu sözümü yaxşıca-yaxşıca siz  eşidib, 
onlara dürüst-dürüst qulaq verin bu andan. 
Şərqdəki gündoğana, Güneydə günortaya,  
Məğribdə günbatana, 
Qüzeydə  gecə yarı  olduğu yerə qədər 
 nə millət var cahanda  
 mənə tabedir ancaq. 
 Bu qədər elləri nizama saldım, 
 rifaha yetirdim, halın xoş etdim...   
 Otugendə (Bəy taxtda) nə qədər 
Türk xaqanı oturubsa,   
             bu ellərdə sıxıntı, bir kədər olmayacaq.   
  
    O,  əski  və  yeni  Azad  şeir  şəkillərini  müqayisə  üçün 
müəyyən örnəklər gətirib aşağıdakı nəticəyə gəlir: “ ABŞ-
ın   ilk milli şairi, azadlıq mübəlliği, yeni azad şeirin ilk dahi 


 
326 
ustadı  Uat  Uitmenin  şeirləri  ilə  yuxarıdakı  Əski  türk 
şeirinin nə ritmik, nə də sintaktik konstruksiyasında fərq 
vardır. 
Burada 
metrik 
kanonizasiya 
“xüsusi 
təyinatlı”rəsmi  qaydalarda  deyil,  daha  çox  sintaktik 
paralelizmlərə əsaslanan sərbəst  fikirlərdə, həyata bədii 
baxışda və ən başlıcası, Azadlıq eşqi ilə dolu bədii-estetik 
ruhda özünü göstərir.  
  Bu qaydaları Əruz vəzni kanonizasiyası ilə müqayisə 
edərkən XIX əsr Azərbaycan klassik    şeirinin mogikanı, 
ilk milli pedaqoqumuz Seyid Əzim   Şirvaninin bir fikrini 
nümunə  gətirmək çox yerinə   düşərdi: 
 
     Rəsmi qəzəlin xatəmi yox, mən də rəsuləm, 
          Maqəblə mənəm xatəmi mabədinə fateh. 
          Ərşi-əhəd altında olan kənzi-nihanə, 
          Ey Seyyidi-xoş-nəzm, zəbanındı məfateh. 
 
--Yəni:  qəzəl  yardıcılığının,  qəzəl    qayda-qanununun  
sonu yoxdur. Mən də bir rəsulam. Məndən əvvəl Qəzələ 
gələnlərin  davamçısıyam,  sonradan  gələnlər  üçün  isə  
Fatehəm,  bir  yol  açanam.  Ey  gözəl  şeirlər  şairi-  Seyid! 
Ucalığın  Allah  duran  yerindən  aşağıda  Onun  ilahi 
padşahlığının gizli xəzinələri var. Yalnız sənin şeir dilin 
onların əsl açarıdır. 
      Deməli,  dahi  pedaqoq-şairimiz,  son  klassik  mogikan 
S.Əzimin  şeirin  ritmik-metrik  kanonizasiyası-  “Rəsmi  (-


 
327 
qaydaları)”  ilə  bağlı  söylədiyi  “xatəmi  (-sonu)  yoxdur” 
ifadəsini  yalnız  Əruz  şeirinə-Qəzələ  deyil,  bütün  metrik 
sistemlərin  hamısına,  o  cümlədən  Azad  şeirə  də  şamil 
etmək lazımdır.”  
    Biz də  Seyid Əzim Şirvaninin və ona haqq qazandıran 
Aazad  şeir  poetikasının  tədqiqatçısı    N.Atabəylinin 
(Fərəcovun) elmi nöqteyi-nəzərini tamamilə haqlı mövqe 
hesab edirik. 
     Müasir dünyanı  bu gün belə Barbariya və Romaniya 
kimi  iki  düşmən  hissəyə  bölmək  istəyənlərin  antibəşəri 
fəaliyyətləri qarşısına gənc tədqiqatçı Avrasiyanın xüsusi 
kontinental təkamül yolu ilə getməkdə olduğu iddiası ilə 
tarixi əsaslar göstərmişdir. Bu əsaslardan  biri kimi Azad 
şeir  Avrasiya  mirası  olaraq,  tədqiq  və  təqdir  edilmişdir. 
Beləliklə,  Azad  şeirin  novatorlaşması  Avrasiya  azadlıq 
ruhunun 
yeni 
xüsusi 
tarixi 
mərhələsi 
kimi 
qiymətləndirilmişdir. 
     N.Fərəcov  BDU-nun  filiologiya  fakültəsinin  Ədəbi 
tənqid qrupunun ən fəal tələbələrindən biri olmuşdur. O, 
bu ixtisasın çərçivəsini aşaraq, fəlsəfə, estetika, ədəbiyyat 
nəzəriyyəsi  və  tarixi  ilə  bərabər,  tarixi  sosiologiya, 
geopolotika, 
antropologiya, 
ümumi 
linqvistika, 
arxeologiya  və  d.  elm  sahələri  ilə  də  dərindən  məşğul 
olmuş, nəticədə şeirşünaslığın Metrika (vəzn)  və Ritmika 
kanonları  sahəsində  istedadlı  bir  Ümumi  Poetika 
mütəxəssisi kimi yetişmişdir.  


 
328 
    Gənc tədqiqatçının aspiranturada saxlanılmasıını Elmi 
Şuradan xahiş edirəm. 
  (Qeyd: “Sərbəst şeirin poetikası”Diplom işi Bakı Dövlət Universiteti İmtahan 
komissiyası  tərəfindən  “əla”  qiymətləndirilmiş  və    tədqiqatçının  elmi  işini 
davam  etdirməsi  üçün  onun  Universitetin  aspiranturasında  saxlanılması 
qərara alınmışdır.-Red.)  
 
 Elmi rəhbər: 
 
 
BDU  Filologiya  fakültəsi  Azərbaycan  sovet  ədəbiyyatı 
kafedrasının  müdiri,  filologiya  elmləri  doktoru, 
professor  C.M.Abdullayev. 
 
 Bakı, BDU, 1982-ci il. 
 
          
      
  
      
 
 
            
 
 
 
 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə