Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə74/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   70   71   72   73   74   75   76   77   ...   82

 
297 
vermək  olmaz.  Hər  kəsin  öz  daxili  poetik  ruhu  ilə 
danışması  məcburi  şərtdir.  Lakin  burada  Universitet 
müəllimim  olmuş  və  mənə  müasir  Azərbaycan 
ədəbiyyatı  fənnindən  imtahan  suallarına  cavab 
vermədən  “əla”  qiymət  yazmış  B.Vahabzadənin 
“sərbəst şeirə” (indiki terminlə, verlibrə) qarşı xüsusi 
nifrəti olduğunu deməkdən özümü saxlaya bilmirəm. 
Rəsul  Rza  yaradıcılığı  haqqında  öz  əvəzindən  tələbə 
auditoriyasına  Mühazirəni  (hazırlaşmadan)  oxumağı 
mənə  təklif  edən  B.Vahabzadənin  həmin  dərsində 
dahi  şairimizin  “Rənglər”silsiləsindən  danışdım. 
Fikrimin  bir  yerində  Nazim  Hikmət  haqqında 
danışarkən B.Vahabzadə onu “şair  hesab etmədiyini” 
söylədi. Mən belə başa düşdüm ki, Bəxtiyar müəllimdə  
ümumiyyətlə azad şeirə  və azad yazanlara qarşı açıq 
bir  nifrət  vardı...  Onu  o  zaman  heç  cür  başa  düşə 
bilmədim. Lakin bir məsələdə şübhəm yox idi ki, böyük 
milli şairimiz olan müəllimim Bəxtiyar Vahabzadə azad 
şeir vəzninin Türk və bütün Avrasiya məkanının doğma 
şeir  metrikası,  dünyaya  özünəməxsus  bədii  baxışı, 
kontinental  azadlıq  ruhuna  sədaqəti  olduğunu 
bilmirdi... Bilsə idi belə davranmazdı. Onu da deyim ki, 
Bəxtiyar  Vahabzadə  illik  kurs  üzrə  mənə  imtahan 
biletinə  cavab  vermədən  “əla”  qiyməti  şeirdə  öz 
nəzəri-poetik  düşüncələrimə  sadiq  qaldığım  üçün 
yazdı. 


 
298 
    Qədim  türk  şeirinin  ritmik  əsasları  haqqında  Sovet 
dövrü elmi ədəbiyyatında xeyli materiallar vardı. Lakin 
onların müasir Türk və Avrasiya xalqlarının bu günü və 
bədii-estetik  keçmişi  ilə  bağlılığı  məsələləri  ilə 
kompleks  məşğul  olanlar  yox  idi.  Rus  sovet 
türkologiyasının  ən  dahi  nümayəndəsi,  SSRİ  EA-nın 
Leninqrad  filialının  rəhbəri,  akademik  V.Jurminski 
hətta 
öz 
əsərlərinin 
birini 
“Ritmik-sintaktik 
paralelizmlər  qədim  türk  xalq  şeirinin  əsası  kimi” 
adlandırmışdı. 
(Bax: 
V.Jirmunski. 
“Ritmo-
sintaktiçeskoy  paralellizm  kak  osnova  drevne 
tyurkskoqo 
narodnoqo 
stixa”. 
“Voprosı 
yazıkoznaniya”  jurnalı,  №  4,    1964).  Paralelizmlərin 
əski  türk  şeirinin  ritmik  əsası  olduğunu  söyləyən 
alimlər  az  deyildi:  A.N.Veselovski,  V.Şteynits, 
R.Yakobson, 
T.Kovalski, 
A.Lini, 
J.Lotman, 
R.Austerlits, 
O.Brik, 
V.Poppe, 
İ.M.Astafyeva, 
Q.Solçanik, 
X.Koroğlu, 
Ə.Abdullayev, 
K.V.Nərimanoğlu,  M.Adilov  və  b.  Lakin  bu 
mülahizələrin müasir türk (o cümlədən Azərbaycan) 
şeirinin  çağdaş  poetikası  ilə  bağlantıları  araşdırma 
mövzusu  deyildi.  Bu  istiqamətdə  ədəbi  tənqidin  də 
heç  bir  avanqard  rolu  nəzərə  çarpmırdı.  Odur  ki, 
böyük şairimiz B.Vahabzadənin mənə: VIII Respublika 
elmi 
konnfransda 
“Sərbəst 
şeirin 
poetikası” 
mövzularında  Qızıl  Medal  almış  bir  tələbəyə 


 
299 
imtahanda cavabsız “əla” qiymət yazması, məndə belə 
güman  yaradır  ki,  şairin  Azad  şeirə  münasibətində 
müəyyən təbəddülatları vardı... 
    “Kitabi-Dədə Qorqud” oğuz eposunun şeir parçaları 
içərisində maraqlı bir parçanı diqqətinizə çatdırıram: 
Qarşı yatan qara dağım yıxılıbdır, 
Ozan, səni xəbərin yox. 
Kölgəlikcə qaba ağacım kəsilibdir, 
Ozan, səni xəbərin yox. 
Ürəgimdə qara bağrım dəlinibdir, 
Ozan, səni xəbərin yox. 
Dünyəlikdə bir qardaşım alınıbdır, 
Ozan, səni xəbərin yox. 
   Dr.  Professor  Kamil  Vəli  Nərimanoğlu  dastanın  bu 
ritmik 
xüsusiyyətini 
təhlil 
edərək 
yazır: 
“Çoxkomponentli mətndaxili paralelizmdə vəziyyət bir 
qədər  fərqlidir.  Burada  axırıncı  cümlə  bütün 
əvvəlkilərin  nəticəsi  kimi  səslənir.  Bütün  mətn  təkcə 
bu  axırıncı  üzvün  üzərində  qurulur.    Belə  parçalarda 
bədiilik müqayisə, bənzətmələr və təkrarlar hesabına 
güclənir
.”(Bax:  Kamil  Vəli  Nərimanoğlu.  “Azərbaycan  dilinin 
poetik sintaksisi”, BDU nəşri, Bakı- 1981, səh: 53-54). 
 Çağdaş    verlibr  sənətində  bu  hadisə  bir  çox  halda 
qanun  qüvvəsi  almışdır.  Görkəmli  Verlibr  ustadımız 
Vaqif  Səmədoğlunun  “Nüşabəyə”  adlı  şeirində 
“qalmamaq”(yəni  bitib  qurtarmaq)  feilindən  üç  dəfə 
epiforik səviyyədə, lakin hər dəfə müxtəlif nüanslarda 
və məqsədlə işlədilmişdir: 
 


 
300 
Elə bilirsən 
sənə deməyə 
daha  sözüm qalmayıb? 
Üzündə təbəssümü görməyə 
gözüm qalmayıb? 
Bu sən, bu mən, 
bu torpaq. 
Elə bilirsən 
qarşında çökməyə 
dizim qalmayıb? 
         (Vaqif Səmədoğlu. Sandıq şeirləri. Mütərcim nəşr.,  
           Bakı-2016. Səh: 162).   
 
Nədəndirsə,  şairin gənc tədqiqatçısı İradə Musayeva 
“Vaqif  Səmədoğlu”  adlı  araşdırma  kitabında  bu  cür 
sərbəst 
şeir 
nümunələrindəki 
poetik 
özünəməxsusluqları görmədən, onlarda yalnız “fikir və 
məzmun  ahəngini”  görə  bilir:  “Sərbəst  vəzndə  yazan 
sənətkar  məna  və  məzmuna  uyğun  olaraq  şeirinin 
ahəngini  özü  yaradır.  Onun  səyi  nəticəsində  şeirin 
ahəngi  ayrı-ayrı  sözlərin  qəlib  və  bölgülərinin 
yaratdığından  daha  çox fikir  və  məzmunun  ahənginə 
çevrilir.  Yəni  sərbəst  vəzndə  ahəngi  fikir  və  məzmun 
yaradır
.”(Bax:  İ.Musayeva.  “Vaqif  Səmədoğlu”. 
“Elm  və 
təhsil”  nəşr.,  Bakı-2014,  səh:  134).  Əlbəttə,  bu  cür 
mülahizə  tamamilə  yanlış  nəticədən  doğur.  “Sərbəst 
şeir” termini ilə İradə xanımın azad şeirin daxili ritmik 
qruplardan (sərbəst təqti və ya təfilə quruluşlu) ibarət 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə