Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə77/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   82

 
310 
bu  şeiri  Nyu-York/  Yeni  şəhər  haqqında  Oda 
adlandırardım) xatırlamadan ötüşə bilmədim: 
 
Yuxumda bir şəhər görürəm: üstünə  
dünyalar yerisə,  
onu ala bilməzəsla.  
 Mənə elə gəlir ki, heç vaxt heç yerdə olmamış 
 bir Dostluq şəhəridir o. 
 Bu şəhərdəhər şeydən irəli 
                      məhəbbət tutulur uca. 
 Bu şəhərdə hər kəsin hər bir hərəkətində, 
  sözündə ,  baxışında hər saat, hər an 
  görünür  gözə  bu yeri öncə. 
 
      Amerika özgür şeirinin banisi, dünya korifeyi Uolt 
Uitmenin  bu  azadlıq  ruhu  ilə  dolu  misralarında  ilk 
olaraq,  insana  olan  dostluq  və  məhəbbət  duyğuları 
nəzərə 
çarpır. 
Məncə, 
hansı 
şeir 
vəznində 
yazılmasından  asılı  olmayaraq,  bəşəriyyəti  dostluğa, 
məhəbbətə, sülhə və ədalətə  səsləməyən heç bir fikir 
və  düşüncə  məhsulu  poeziya  adlanmağa  layiq  deyil. 
Çünki    əsl    şeiriyyət    dostluğun,  məhəbbətin  və 
azadlığın olduğu yerdədir. 
     XXI  əsr  insanı  üçün  həyat  haqqında  bəsit  ibtidai 
təsəvvürlərin  yaratdığı    təsvirçi  və  tərənnümçü 
poeziya  məhsulları  maraq  kəsb  etmir.  Çağdaş  oxucu 
üçün Söz varlığın məna kərpicidir. Alman türkoloqları 
Türk dillərinin ən gözəl keyfiyyəti kimi sözlərimizin ilk 


 
311 
heca seqmentinin əsas leksik məna daşıyıcısı olmasını 
xüsusi qeyd etmişlər. Bu dərin ilahi məğz Türklüyün ilk 
Avrasiya köklərindən irəli gəlir. Azad şeir vəzni nəinki 
dünən, elə bu gün də kontinental Avrasiya taleyimizin 
ortaq  tarixi  təməlidir.  Çünkü  varlığımız  sürdükcə  bu 
dünyadakı  mənamızın  ən  dərin  qatları    yalnız 
kökümüzdə olacaqdır. 
 
 
 
                    
 
 
 
 
 
 
 
 
                   
 
 
 
 
 
 
 
 
 
 


 
312 
                      
Son söz  
əvəzi, yaxud
 
                                 ilk 
elmi rəy 
 
  
  Elmi  iş  Giriş  və  İki  fəsil    sxemi  üzrə  planlaşdırılmışdır. 
Girişdə  azad  şeir  poetikasının  bir  sıra  mühüm  nəzəri 
problemləri,  bu  barədə  yazılmış  elmi  tədqiqatlar  və  öz 
qədim folklor və yazılı kökləri ilə qarşılıqlı əlaqədə çağdaş 
modernist  ədəbi  proses  (ümumdünya,  o  cümlədən 
Azərbaycan Verlibr ədəbiyyatının Qızıl dövrü (- ötən əsrin 
60-70-ci  illəri.  Lakin  sonradan  yeni  nəslin  yaradıcılığı  da 
tədqiqata daxil edilmişdir.-N.A.) dərindən araşdırılmış və 
qarşıda  duran  əsas  problemlərin  həllinin  ümumi    şərhi 
verilmişdir.  (Müəllif  III  Minilliyin  cari  dekadasında  əsəri 
kitab kimi nəşrə hazırlarkən tədqiqat işinin üzərində  bəzi 
kiçik zəruri dəyişikliklər və əlavələr etmişdir.-Redaktor). 
   Tədqiqatçı  “Azad  şeir  və  vəzn  problemi”  adlanan  I 
Fəsildə  modernist  şeirin  vəzn  qanunauyğunluqlarını 
diqqətlə izləmiş, çoxlu elmi-nəzəri, tədqiqi səciyyə daşıyan 
ədəbiyyatları  bacarıqla  tədqiqata  cəlb  etmiş,  məşhur 
əruz,  antik,  tonik,  sillabik    və  d.  metrik  sistemlər  üzrə 
məşhur  sovet  türkologiyası    alimləri  ilə  xeyli    elmi 
mübahisələrə 
girmiş, 
onlardan 
bəzilərinin 
bədii 
ədəbiyyatı  dilçilik elminin ümumi kanonlarına kəskinliklə 
tabe etdirmək cəhdlərinə qarşı çıxmışdır. Məsələn, o, öz 
əziz  müəllimi,  Azərbaycan  milli  əruzşünaslıq  elminin 
banisi, dahi klassik Hüseyn Cavidin tələbəsi olmuş, şair və 


 
313 
ədəbiyyatşünas-poetik 
Əkrəm 
Cəfərin 
ümumi  
şeirşünaslıqda  bəzi  ifrat  əruzçuluq  meyllərini  tənqid 
edərək, azad şeiri (modernizmi) onun müxtəlif  istiqamətli 
hücumlarından müdafiə etməyə çalışmışdır. 
    Tədqiqatçı,    Azərbaycan  əruzşunası  və  öz    Universitet 
müəllimi  Əkrəm  Cəfərin  müxtəlif  şeir  sistemlərinə, 
xüsusən  heca vəzninə dair bəzi subyektiv fikirlərini də qəti 
olaraq   təkzib etmiş, hər bir poetik sistemə yalnız onun öz 
xüsusi 
metrik 
kanonlarından 
yanaşılmasını 
irəli 
sürmüşdür. Belə ki,  Ə.Cəfər  heca vəznini ibtidai, primitiv 
vəzn  adlandırmış,  şeiriyyət  və  musiqilik  baxımından 
qüsurlu  saymışdır.  N.Fərəcovun  (N.Atabəylinin-Red.) 
Azərbaycan  şeirinin  vəznlərinin  mərhələləşdirilməsi  ilə 
bağlı  irəli  sürdüyü  orijinal  prinsip,  fikrimizcə,  daha  elmi 
mahiyyət daşıyır. Onu da xüsusi qeyd edək ki, həqiqətən, 
Heca  vəznini  bəziləri  çox  yanlış  olaraq,  dilimizin  doğma 
vəzni saymış, Azərbaycam milli əruzunu isə yad ünsür kimi 
qiymətləndirmişlər. Halbuki fars şeirinin bütün pəhləvi və 
parf  qaynaqlarında  bütün  Fars  ədəbiyyatının  (Əruza 
qədər) Heca vəzni üzrə  minillik tarixi  təcrübəsi vardır.  
     Tədqiqatçı  həmçinin  görkəmli  Sovet  türkoloqu 
İ.V.Steblevanın  əski  Türk  şeir  poetikasını  antik  vəzn 
ölçüləri  ilə  bağlamasının  da  qəti  əleyhinə  çıxmışdır.  Bu 
məsələdə  o,  Sovet  dilçiliyində  Leninqrad  məktəbinin 
nümayəndəsi, 
böyük 
türkoloq, 
akademik 
V.M.Jirmunskinin  fikirlərinə  üstünlük  vermişdir.  V. 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə