Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə80/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   82

 
322 
Cümhuriyyətinin  yaradıcısı,  dahi  respublikaçı  xadim 
M.K.Atatürkün Orta Doğuda türklüyün 5 min illik keçmişi 
vardır  tezisinə  həmkarlıq  etmişdir.  Bu  tezis  bir  hipoteza 
deyil,  tarixin  dərin  qatlarından  gələn  “elmi  faktların”-- 
arxeoloji tapıntıların, arxaik yazı nümunələrinin ÇAĞDAŞ 
insan  ilə  “danışan  aqlünativ-iltisaqi  dillər”inin    canlı 
səsidir.-  Red.).  Bu  mövqe  gənc  mütəxəsisin  Poetika 
çərçivəsindən  çıxmadan,    yaxın  elm  sahələrinin  də  
nailiyyətlərindən  yararlanaraq,  bütün  azad  Avrasiyçılıq 
ruhuna,  onun  ən  qədim  mənəvi  qatlarına  işıq  salmaq, 
nüfuz  etmək  cəhdi  sayılmalıdır.  Elmi  məqsədləri  ilə 
bərabər,  bu  mövqe  həm  də    Ümumavrasiya  xalqlarının 
tarixi taleyinin və mədəniyyətinin ortaqlığını ifadə edir (-
Müəllif belə bir tezisi ruspərəst-şovinist Kommunist rejimi 
şəraitində irəli sürməklə, çağa görə aşırı cəsarət və böyük  
həyati  risk  göstərmişdir.  Bu  onun  sonradan  filoloji 
fəaliyyətinə 
sədd 
yaratmış, 
elm 
sahəsində 
diskrimaniyasına yol açmışdır.- Red.).  
     Müəllifin  Azad  şeiri  köləlikdən  keçməmiş  Avrasiya 
superetosunun 
ümumi 
mənəvi 
mirası 
kimi 
qiymətləndirməsi onun bu bədii-estetik sistemi sənaye 
və 
postsənaye 
 
əslərinin 
ictimai-siyasi 
formasiyalarından  asılı  bir  estetik  cərəyana-  yalnız 
modernizmə bağlamağa çalışan hakim ideoloji-estetik 
məktəblərə  qarşı  qəti  prinsipial  fəlsəfi-estetik 
mövqeyidir.  Bu,  tədqiqatçının  Avrasiya  xalqlarının 
tarixinə 
və 
taleyinə 
ümumi 
yanaşmanın 
zəruriyyətindən  doğan  baxış  açısıdır.  N.Fərəcovun 


 
323 
(Atabəylinin)tədqiqatından  gətürdiyimiz  aşağıdakı 
fikirlər  onun  yeni  filoloji-fəlsəfi  sisteminin  əsas 
prinsipini  bariz  nəzərə  çarpdırır:“Çağdaç  oxucu  üçün 
Söz  varlığın  məna  kərpicidir.  Alman  türkoloqları  Türk 
dillərinin ən gözəl keyfiyyəti kimi sözlərimizin ilk heca 
seqmentinin əsas leksik məna daşıyıcısı olmasını xüsusi 
qeyd  etmişlər.  Bu  dərin  ilahi  məğz  Türklüyün  ilk 
Avrasiya köklərindən irəli gəlir. Azad şeir vəzni  nəinki 
dünən, elə bu gün də kontinental Avrasiya  taleyimizin 
ortaq tarixi təməlidir.” 
    Yazılı  ədəbiyyatın  əski  verlibr  nümunələrinin  yalnız 
Qədim  Türk  Yazılı  abidələrində  hifz  olunması,  habelə 
kanoik  forma  alması  bir  möcizə  deyil,  N.Fərəcova  görə, 
Ümumavrasiya  tarixi    inkişaf  xəttinin  və  yolunun  xüsusi 
göstəricisidir. Bu şeirlərdə Avrasiya geosiyasi məkanında 
ictimai-mədəni  və  bioloji    mövcudiyyəti  təhdid  edilən 
superetnik bir varlığın dış təhlükələrə qarşı müqaviməti və 
etnokultral mübarizəsi bədii ifadəsini tapmışdır. Göytürk 
xaqanı  Bilgə  xaqan  tərəfindən  öz  qardaşı  Gültekinin 
şərəfinə ucaldılmış Daş bitikdə, yazılı daş kitabədə Yollık 
Təkin  tərəfindən  38  hərfi  işarə  ilə    yazılmış  əsərdən 
gətirilmiş  bu  kiçik    bir  parçada  Ümumavrasiya  Azadlıq 
ruhunun bədii təcəssümü necə də aydın ifadə edilmişdir: 
1.
 
Tenri  tək  tenqridə  bolmuş  Türk  Bilgə  kağan  bu 
ötgə  olurtum  sabımın  tüketi  esitgil  ulayu  ini 
yegünün  oğlanım  biriki  oğuşum,  budunum, 
biriyə  Şadapit  begler,  yiriya  tarkat  buyruq 
begler, otuz tatar... 


 
324 
2.
 
Tokuz oğuz begler buduni bu sabımın edgüti esid 
katiğdi tinqla:  
İlgerü  kün  toğsika,  birigeru  gün  örtusinqaru 
kuriqaru 
gün 
batsikinqa, 
yiriqaru 
tün 
örtusinqaru anda içrəki budun köp mana görür, 
bunca budun. 
3.
 
Köp itdim. Ol amta anyıq yok. Türk kaqan ötükən 
yış olursa iltə bunq yök... 
 
   Çağdaş dillə ifadəsi: 
1.Tanrı kimi göydə olmuş Türk Bilgə xaqan bu zamanda 
taxta  oturdum.  Sözümü  axıracan  eşit,  xüsusən  qardaş 
oğlu,  oğlum,  bütün  qohumum,  millətim,  güneydəki 
şadlar, bəylər, qüzeydəki tərxanlar buyruq bəyləri, otuz 
tatar... 
2.Doqquz  oğuz  bəyləri,  milləti!  Bu  sözümü  yaxşı  eşit, 
dürüst  qulaq  as.  Şərqdə  gündoğana,  güneydə 
günortasına, qərbdə günbatana, qüzeydə gecə ortasına 
qədər,  onun  içindəki  millət  hamısı  mənə  tabedir.  Bu 
qədər millət 
3.Hamısını  nizama  saldım,  o  indi  pis  deyildir.  Türk 
xaqanı  Otugen  cəngəldə  otursa,  eldə  sıxıntı  və  qəm 
yoxdur...  
    N.Fərəcov    bu  parçaya  yeni  modern  şeir  forması, 
çağdaş verlibr şəkli verib, kiçik  bir dəyişikliklə aşağıdakı 
tərtibata salmışdır: 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə