Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə75/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   71   72   73   74   75   76   77   78   ...   82

 
301 
növünü,  yoxsa  verlibri  (özgür  şeiri)  nəzərdə  tutduğu 
məlum  olmasa  da,  şeirdə  yalnız  “məna  və 
məzmunun”ahəng yaratması fikri yanlışdır. Azad şeirin 
(o  cümlədən  sərbəst  şeirin)  mürəkkəb  vəzn  və  ritm 
özünəməxsusluğunu  aydınlaşdırmadan  onun  şeir 
texnikasından  elmi  nə  isə  danışmaq  tamamilə 
imkansızdır.Çünki bədii məna və məzmun hər bir bədii 
əsərdə,  o  cümlədən  dramatruji  və  epik  nəsr 
əsərlərində də vardır və  bu heç də onların şeir olmağı 
demək  deyildir.  Bədii  mətnin  təhlili  ondakı  konkret 
metroritmik ifadə vasitələri üzərində qurulmalıdır. 
  Bu sırada ölməz sənətkarımız Əli Kərimin yaxın 2016-
cı  ildə  “Kitab  klubu”  tərəfindən  nəşr  edilmiş  “Nə 
xoşbəxt  imişəm  bir  zaman,  Allah  ”  kitabından 
götürdüyüm “Müşfiqə” adlı şeirinə diqqət yetirək: 
Yadımdadır, deyərdilər, 
Bu dünyada-  
                          Müşfiq adlı 
çox gözəl bir 
                   şair olub. 
Hərəkəti,  
məhəbbəti, 
həqiqəti 
                şeir olub. 
Şeir olub 
          göylər kimi
                  yerlər kimi 
            aydın  
                  açıq. 


 
302 
Hər kəlməsi 
 gəncliyinin 
         vüqarına bir yaraşıq. 
O ləbələb dolu idi 
                         şeir ilə
sənət ilə; 
Ölümdən də qorxmaz olan 
                      qüdrət ilə. 
Bu gün onun həyatında  
                         bir bahardır. 
Bu dünyada Müşfiq vardı,  
Bu düynada  yenə vardır. (səh: 146) 
    Bu  şeirdə  4-lük  təqti  ritmlərinin  yaratdığı  ahıng 
aydın nəzərə çarpır. Lakin bu ritmik tərtibat onun heca 
vəznində  olması  anlamına  gəlmir.  Çünki  onun  heca 
vəznli şeir kimi qəbul edilməsi üçün sabit heca bəndi 
quruluşu,  sabit  qafiyə  sistemi,  sabit  heca  misra 
kəmiyyəti  olmalıdır.  Bunların  əvəzində  yalnız  bir  
xüsusiyyət,  yəni  heca  təqtisi  vardır  ki,  o  da  sərbəst 
formadadır. Əli Kərimin bu cür şeirləri az deyil. Onların 
əsas  ritmik  strukturu  eyni  ilə  bu  cürdür.  Burdan  o 
nəticəni  çıxarmaq  olmaz  ki,  azad  şeir  üçün  yalnız  bu 
tipli  daxili  ritmik  konstruksiya  məqbuldur.  Bu qənaət 
kökündən  yanlışdır.  Çünki  bu  daxili  ritmik  struktur 
yalnız azad şeirin ədəbiyyatımızda “sərbəst şeir” kimi 
tanınan  (həmçinin  sərbəst  təqtili  )  formaları  üçün 
məqbuldur. Onu əsla üniversallaşdırmaq olmaz. Çünki 
o,  şeirimizin  bütün  canlı  praktikası  ilə  daban-dabana 


 
303 
zidd  mülahizə  olardı.  İradə  Musayevanın  ölməz 
verlibristimiz,  Azərbaycan  özgür  şeirinin  metri  Vaqif 
Səmədoğlu  yaradıcılığına  yuxarıdakı  münasibəti  milli 
verlibristikamızda  hələ  də  hökm  sürən  yanlış  nəzəri 
ümumiləşdirmələrin bariz nümunəsidir. 
     
Dahi  şairimz  Rəsul  Rzanın    “Hələ  bu  harasıdır!” 
şeirində  əski  türk  poeziyasının  pitmik  sintaktik 
paralelizmlər  sisteminin  poetik  arsenalından  çox 
uğurla istifadə edilmişdir. Şair qafiyədən, demək olar 
ki,  dedikcə  az  sayda  istifadə  etmişdir.  Eyni  zamanda 
burada  ənənəvi  daxili  ritm  komponentləri  (sərbəst 
təqti  və  ya  təfilə  ritmi)  də  yoxdur.  Lakin  şeirin 
deklomasiya intonasiyası,  misra seqmentləri, sintaktik 
paralelizmləri ondakı bədii ahəngi azad şeirdən başqa 
heç  bir  vəzndə  eşidilməyəcək  yüksək  vüsətə  
qaldırmış, əsərə tribun ruhu gətirmişdir: 
Gözümün qarşısında xəritə. 
Ağlı, qaralı ləkələr. 
Danışır Afrika. 
Danışır müstəmləkələr: 
“Biz körpü olduq, 
Üstümüzdən keçdi zaman, 
ağır yüklü günləriylə. 
İnlədik, 
eşitmədilər. 
Çağırdıq, 


 
304 
baxmadılar. 
Asıldıq, 
görmədilər. 
Qolumuzun zəncirini göstərdik, 
-Açın- dedik,  
Açmadılar. 
Yaralı düşəndə belə 
bizə yanaşmadılar. 
Ən insaflısı dedi: 
Bir əlacın var, 
Öl, qurtar!.. 
Nə gözümüzdə yaş qaldı, 
Nə qəlbimizdə məhəbbət. 
İlanın ağına da, 
qarasına da lənət!” 
Yaraları köz-közdür Afrikanın 
Nə yazmaqla bitəsi, 
Nə deməklə qurtarasıdır, 
hələ bu harasıdır? 
hələ bu harasıdır! 
     (Rəsul Rza. Seçilmiş əsərləri, 5 cilddə, 3-cü cil. Yazıçı,  
      Bakı-1981, səh: 185). 
      Bu  şeir  klassik  verlibr  əsəridir.  “məhəbbət-lənət”, 
“qurtarasıdır-harasıdır”  kimi  bir-iki  qafiyəni  kənara 
qoysaq,  bu  şeirdə  ənənvi  poeziyanın  heç  bir  texniki 
elementi nəzərə çarpmır. Lakin qeyd etdiyimiz kimi, bu 
şeirdə başlıca ritmik keyfiyyət onda əski türk (Avrasiya) 


 
305 
şeir 
texnologiyasının 
sənətkarlıqla 
tətbiqindən 
ibarətdir.  Şair  şeirin  sonluğunu  da  məhz    iki  dəfə 
təkrarlanan  “hələ  bu  harasıdır”  epiforik  ritmi  ilə 
bitirməklə,  sanki  açıq-aydın  “Kitabi-Dədə  Qorqud” 
ritminə doğmalığını biruzə vermək istəmişdir. Bu üslub 
və  ritmika  “Kitabi-Dədə  Qorqud”  oğuz  eposundan 
yuxarıda misal gətirdiyimiz şeir parçasındakı misraaşırı  
“Ozan,  sənin  xəbərin  yox”ifadə  vasitəsini  xatırladır. 
Bütöv  poetik  mətnin  quruculuğu  işində  həm 
mətndaxili, 
həm 
də 
mətnlərarası 
ritmik 
konfiqurasiyaları      Rəsul  Rza  şeirin  təsvir  və  ifadə 
poetikasının çağdaş və tarixi təməlləri üzərində uğurla 
yarada bilmişdir. Burada tanınmış alim İ.M.Astafyevin 
tam  paralelizmlərin  çeşidi  üzrə  irəli  sürdüyü  nəzəri 
fikrə qayıdıram: “üzvlərin sayının eyniliyi, münasibət-
nisbət  eyniliyi,  quruluş-struktur  eyniliyi.”Şairin  bu 
“tamı”gözləməsi  şərt  deyildir,  şərt  bədii  fikrin  öz 
ritmində  olan  ahəngini  üzə  çıxarmaq,  onun  ritmik 
tərtibatını ruhun məna səviyyəsinə yaxınlaşdırmaqdan 
ibarətdir.    Azərbaycan  verlibrinin  dahi  metri  buna 
ustalıqla  nail  olmuşdur.  Şeirdə  misradaxili  sözlərdəki 
qalın və incə saitlər arası kontrastlı ahəng bilərəkdən 
yaradılmışdır: 
“Yaralı 
düşəndə 
belə//bizə 
yanaşmadılar.//”,“Nə  yazmaqla  bitəsi,//  Nə  deməklə 
qurtarasıdır//...”və  s.  və  i...  Eyni  poetik  konstruksiya 
Ələkbər  Salahzadənin  “İşıq  çoxdu  burda”,  “Gözlər 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə