Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə72/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   82

 
289 
əvəzlənməsi).”(Bax,  V.V.Kojinov.  Kak  pişut  stixi. 
Prosveşşeniye. Moskva-1970. Səh: 151-152). 
    Bu  ritmoloji  baxışların  geniş  təqdimi  azad  şeirin 
ritmikasına  ənənəvi  şeirin  haqqında  yazılmış  bəsit 
nəzəri  mülahizələrdən  kənara  çıxıb,    daha  zəngin 
nəzəri-təcrübi səviyyədən yanaşılmasını təmin etmək 
üçündür.  Məsələ  bundadır  ki,  bütün  ritmik  ünsürlər 
ədəbiyyatda  kanonik  şəklə  düşməzdən  çox-çox 
əvvəllər məhz Azad şeirin poetik arsenalında olmuşdur. 
Özgür  şeirin  (verlibrin)  bədii  fikrimizin  ifadəsində  bu 
qədər  geniş  sərbəstlik  qazanmasının  əsl  səbəbi  də 
məhz  bununla  bağlıdır.  Bir  halda  ki,  türkdilli 
ədəbiyyatın  vəzn  əsası  azad  şeirlə  başlanmışdır, 
deməli, ardıcıl  surətdə, hər bir  sonrakı  şeir  metrikası 
tətbiqi və inkişafı ərzində ondan bir şey götürmüşdür.  
Akademik  M.C.Cəfərovun  “Şeirimizin  dili  və  vəzni 
haqqında”(1955) adl məqaləsində dilimizdəki məntiqi 
vurğuların  onun  ritmik  sisteminə  təsirindən  bəhs 
edilib.  Böyük  Azərbaycan  filoloqu  yazır:  “Məntiqi 
vurğu  cümlənin  ahəngdarlığında,  şeirdə  isə  ritm 
məsələsində  çox  böyük  rol  oynayır.”(Bax,  Füzuli 
düşünür.  Azəruşaqgəncnəşr,  Bakı-1959,  səh:  163). 
Qədim  tarixə  malik  Azərbaycan  şeirini  monoritmik 
sistematikaya  salıb,  boş  “nəzəriyyəçilik”  ilə  məşğul 
olmaqda  heç  bir  fayda  yoxdur.  Ağamusa  Axundovun 
bütün Azərbaycan şeiri üçün  söylədiyi  “ritmin əsasını 


 
290 
təqtilər təşkil edir” kimi nəzəri-filoloji  iddiaları çağdaş 
poeziyamızın Özgrülük meyllərini sıxıb, totalitar Sovet  
basmaqəlibinin  içərisinə  salmaqdan  başqa  bir    cəhd 
deyildir
.  (Bax:  Ağamusa  Axundov.  Şeir  sənəti  və  dil.  “Yazıçı”  
nəşr.,”,  Bakı-1980, səh: 52).  
      Rus  filoloqu  S.V.Kalaçeva  “Stixi  i  ritm”(Şeirlər  və 
ritm)  kitabında  (Znaniye.  Moskva-1978)  haqlı  olaraq 
yazırdı:  “Azad  şeir  yaradıcılığı  həqiqətən  ritm 
seçimində 
məhdudiyyət 
tanımır”(səh: 
77-
78).S.V.Kalaçevanın digər bir qeydi də bu cəhətdən çox 
əhəmiyyətlidir:  “Azad  şeir  sillabotonik  şeirin  dolnik 
(Azərbaycan  şeirində  təfilə  və  təqtilər-  N.A.  )  kimi 
nailiyyətlərindən də istifadə edir, lakin bu son dərəcə 
müxtəlif formalarda təzahür edir.”(Göst. əsər, səh: 78). 
Fikrini  sübut  etmək  üçün  S.V.Kalaçeva  rus  şairi 
V.Bryusovun  Emil  Verxarnın  “Yağış”  şeirinə  etdiyi 
tərcümədən  23  amfibrax,  25    anapest  və  4  daktili 
sərbəst bölgü vahidləri kimi misal gətirir. (Göst. əsər, 
səh: 74). 
    Milli şeirimizdə bu ritmik zənginliyə nümunə olaraq, 
“Cənub    mövzulu”  şairimiz  Balaş  Azəroğlunun 
“Minnətdarlıq” adlı şeirnə diqqət yetirək: 
Səma qapqara. 
Ətəyi yağışlı buludlar uçur 
Cənuba sarı. 
Dünya qaranlıq içindədir: 
Gecə yarı... 


 
291 
Gedirəm, 
ümidlə ümidsizliyin, 
həyatla əbədiyyətin arasında. 
Hər yan zülmətə dönüb 
gözlərimin qarasında. 
Fikirlərim qırıq-qırıq, 
nitqim kəsik-kəsik... 
Ümidin yolunu kəsib 
ümidsizlik... 
Elə bil sahildən ayrılmış 
buz parçası üstündə 
üzürəm ümmanın dərinliyinə. 
Qışqırmaq istəyirəm: 
                                                -Kömək edin mənə! 
Bacarmıram. 
Dünyamı məndən ayrılır, 
Mənmi dünyadan? 
Hər şey uzaqlaşır, 
hər şey çəkilir əlçatmazlığa... 
          (Balaş Azəroğlu. Dünənim, bu günüm, sabahım.  
           Gənclik, Bakı-1978, səh: 115). 
Bu  şeirdə  ara-sıra  nəzərə  çarpan  “qafiyələr”:  “sarı-
yarı”,  “arasında-qarasında”və  sair  onun  özgür  şeir 
(verlibr)  olması  faktını  əngəlləyə  bilməz.  Çünki  bu 
əsərin  əsas  leytmotiv  şeir  texnologiyası  verlibrə 
uyğundur. Onda nə sabit heca qafiyə sistemi, nə heca 
və ya əruz ritmi (təqti və ya təfiləsi), nə də ənənəvi şeir 


 
292 
bəndi    vardır.  Şeirin  intonasiya  ritmi,  fikirləri 
gərginləşdirən 
məntiqi 
vurğular, 
peşəkarlıqla 
seqmentləşdirilmiş  poetik  frazalar  və  s.  elementlər 
dərin  ictimai  dərdin  ən  uğurlu  bədii  ifadəsi  kimi 
səslənməkdədir.  
      Bu 
şeir 
mətnindəki 
uğurlu 
seqmentasiya 
nəticəsində  şair  bölünmüş  Vətən  dərdini    ən  yüksək 
poetik həddə qaldıra bilmişdir. Bu ifadə gücü heç bir 
ərua və ya heca kanonu, çərçivəsi içərisində bu qədər 
təbii və səmimi  səslənə bilməzdi. Mətnin bir hissəsini 
adi  nəsr  qaydasında  təkrar  tərtibata  salaq:  “Səma 
qapqaradır.  Cənuba  sarı  Ətəyi  yağışlı  buludlar  uçur.  
Gecə  yarıdır...  Dünya  qaranlıq  içindədir:  Gedirəm 
ümidlə 
ümidsizliyin,həyatla 
əbədiyyətin 
arasında.Gözlərimin  qarasında  Hər  yan  zülmətə 
dönüb.”Əlbətdə,  bədi  məna  itməyəcəkdir.  Lakin 
poetik vüsət, pafos, gərgin emosional ton, intonasiya 
yox  olub  gedəcəkdir.  Çünki  bu  cür  şeirlərin  ən üstün 
keyfiyyəti 
onun 
bütün 
məna 
və 
forma 
xüsusiyyətlərində müəllif “imzasının” görünməsidir. 
   Gənc  şairlərimizdən  Dəyanət  Osmanoğlunun  “Qibləyə 
dönükdü insanın üzü”
 adlı 
bir şeirinə nəzər yetirək:
 
 
Keçmişin günahkar qəbrindən 
şərəf və təslim fitvası çıxmaz. 
Torpağın donqarı  
padşahların sakinsiz türbələridi. 
Tarixin yanlış qüruru  
qətl olmuş əsgər ruhudu 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə