Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə70/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   66   67   68   69   70   71   72   73   ...   82

 
280 
Sanki    dev  bir  taş  ocağını  kökünden  dinamit 
deyip üstüme devirdiler... 
Ah, dostum! Dostum... 
O qocaman gevdene o beyaz kefeni  
                                      nasıl qıyıp geyirdiler. 
    Bu üslub Vaqif Bayatlı Odərin də 70-80-ci illər  özgür 
şeir  dünyasının  əks-sədası  idi.  Mən  qəti  inanıram  ki, 
başda Rəsul Rza olmaqla Azərbaycan azad şeir sənəti 
ümumtürk  poeziyasının  daim  ön  cəbhəsini  təşkil 
etmişdir. 
   Azad  şeirin  əski  örnəkləri  əsasında  İ.V.Steblevanın 
aşağıdakı  qənaəti  tamamilə  doğrudur:  “Qədim  türk 
şeiri  alliterasiyalı  idi.  Tonik-temporal bölgünün  iktinə 
düşdükdə  (və  ya  heca  qruplaşmasının  əvvəlinə 
düşdükdə), şeirin əvvəlindəki alliterasiya olunan bölgü 
istənilən gərgə ilə yerləşdirilə bilər: bir-birinin ardınca, 
sətrin  əvvəlində  və  ya  axırında,  yaxud  ayrı-ayrı 
sətirlərdə”. 
(İ.V.Stebleva. 
“Razvitiye 
tyurkskix 
poetiçeskix  form  v  XI    veke.  ”  Nauka.  Moskva-1971. 
Səh: 88). Bu ritmik kompenentlər müasir Azərbaycan 
şeirinin  verlibr  xəttində  xüsusilə  aydın  nəzərə  dəyir. 
Məsələn, Ələkbər Salahzadənin alletarasiyalı azad şeir 
təcrübələrinə misal olaraq, “Ot çalınır” şeirinə baxaq: 
Ot çalınır, 
iti-iti dəryazlardan od çilənir. 
Ot çalınır, 


 
281 
yaş dəryazlar vıyıltıyla işıldayır, 
yaşıl otlar 
xumar-xumar xışıldayır. 
 
Ot çalınır, 
Otçalanlar bir orkestr, 
bir havanı tutub gedir. 
Bir çiçəyin harayını 
bir vıyıltı udub gedir. 
 
Ot çalınır. 
Bir oğlanın qulağında  
saz çalınır, ud çalınır. 
Dəryaz qızır, 
od qoxuyur, ot qoxuyur. 
Elə bil quş nəğməsini oxuyur ot. 
Günəş göydən 
dəryazları oxa tutur. 
Yanıq otlar sırasından itib gedın kolu-kosu 
yuxu tutur. 
(Ə.Salahzadə. “Gözlər baxır dünyaya”. Yazıçı. Bakı- 
1979. Səh: 4-5). 
     Bu  şeirdəki  misrabaşı  sait  və  samit  səslərin 
uyğunlaşması (əlliterasiya və assonanslar), mətndaxili 
əks  və  düz  sintaktik  paralelizmlər,  intonasiya  və 
vurğuların tənasübü, ahəng-ritm kompozisiyasının nə 
qədər  böyük  ustalıqla  qurulduğunu  göstərir.  Ələkbər 


 
282 
Salahzadə poeziyası Azərbaycan dilinin ən geniş vüsətli 
səs poetikasıdır desəm, yanılmaram.  
    Onun  verlibr  (özgür  şeir)  yaradıcılığında  daha  bir 
qiymətli  cəhət  verlibr  bəndlərinin  kompozisiyasıdır. 
Ələkbər onları elə quruluşda yaratmışdır ki, ikinci bir 
kəsdə  bu  düzən  heç  vaxt  olmamışdır.  Professor  dr. 
Kamil  Vəli  Nərimanoğlunun  “Azərbaycan  dilinin 
poetik  sintaksisi”  kitabında  (BDU  nəşri,  Bakı-1981) 
oxuyuruq: “Poetika termini olan bənd məna, ölçü və 
sintaktik cəhətdən birlik təşkil edən və bir-biri ilə sıx 
qarşılıqlı əlaqədə olan şeir qrupunu birləşdirdiyi üçün 
Q.Y.Solqanik... nəsr bəndi terminini işlədir.”(Bax, səh: 
52).  Biz  də  öz  müəllimimizin  fikrinə  şərik  çıxaraq, 
sərbəst 
şeir 
bəndinin 
“nəsr 
bəndi 
kimi” 
interpretasiyasını qəti qəbul etmirik. Şeirin nəsr kimi 
qəbul  edilməsindən  sonra  poeziyadan  danışmaq 
yersizdir.  Professor  dr.  Kamil  Vəli  Nərimanoğlunun 
a.ağıdakı  fikri  dediklərimizi  tamamlayır:  “Poetik 
struktura  elə  bir  mexanizmdir  ki,  onun  mürəkkəb 
quruluşundakı bütün hissələri tamamlayır, birbaşa və 
ya dolayı yol ilə onun vahidləri qarşılıqlı şəkildə biri 
digərindən  asılı  olur.  ”(Bax.  Səh:  4-5).  Odur  ki,  biz 
Q.Y.Solqanikin  sərbəst  şeir  üçün  “nəsr  bəndi” 
ifadəsini yanlış mövqe sayırıq.  
   Bədii  nəsrin  ritmi  haqqında  N.M.Fortunatovun 
“Bədii  nəsrin  ritmi”  adlı  məqaləsindəki    fikirləri  bu 


 
283 
cəhətdən  maraqlıdır:  “Bədii  nəsrin  ritminin  konkret 
formaları  müxtəlif  ola  bilər.  Biz  süjet  quruluşları 
ritmindən, obrazlar, personajlar sisteminin ritmindən, 
təkrar  olunan  strukturların  ritmindən,  süjet-fabula 
məqamlarına  aid  edilməyən    hərəkətə,  poetik 
məzmunu  inkişaf  etdirməyə  qabil  olan  quruluşların 
ritmindən  danışa  bilərik.  Əlbəttə,  nəsr  ritminin  digər 
vasitələrini  də  qeyd  edən  alimlər  vardır:  “Oni    sideli 
vozle  Marfı  Timofeyevnı/  i,  kazalos,  sledili  za  yeyo 
iqroy; /da oni  i deystvitelno za ney sledili,/  a mejdu 
tem  u kajdoqo iz nix/ serdçe roslo v qrudi,/ i zvezdi 
qoreli,/  i  derevıx  tixo  şeptali,/  i  neqoi  leta,/  i 
teplom.”Burada  takt  üzrə  aşağıdakı  kəmiyyətdə 
vurğular qeyd olunmuşdur: 4, 4,4, 3,3,3,3, 2, 3,2,2,1”. 
(Bax, “Vvedeniye v literaturavedeniye”. Vısşaya şkola. 
Moskva-1975,  səh:-  235).  Deməli,  şeir  sənətində 
poetik  ritmi  takt,  vurğu,  sintaktik  bütövlər  və  s.  ilə 
məhdudlaşdırmaq olmaz. Poeziya  ilk növbədə bədii-
poetik fikrin və təfəkkürün olduğu yerdədir. 
“Kardeş kalemlər” aylıq Avrasiya ədəbiyyat jurnalının 
2017-ci  il  27  fevral  tarixli  sayında  Kərkük  azəri  şairi 
Mehmet  Ömer  Kazancının  “Kerküklü  müsünüz?”  adlı 
şeiri  dərc  edilib.  Həmin  əsərdən  bir  parçaya  diqqət 
yetirək: 
 
Siz Kerküklü müsünüz? 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə