Namiq Atabəyli Azad şeir və onun poetikası


yoxsul xalqı varlı etdim, az xalqı çox etdim...  ”(səh



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə66/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   82

 
264 
yoxsul xalqı varlı etdim, az xalqı çox etdim...  ”(səh.: 
165). 
    Burada  azad  bir  xalqın  Xaqanının  tarixi  türk  siması 
görünür.  Mən  onun  ləyaqətini  Qara  dərililərin 
“azadlığı”uğrunda 
vuruşmuş 
general 
Corc 
Vaşinqtondan  aşağı  görmürəm.  Bu  mənada,  Yollıq 
Tiginin də verlibr məharəti əsla Uolt Uitmendən aşağı 
deyildir...  
   Azad  şeirin  poetik  ünsürlərindən  digər  metrik 
sistemlərin yararlanması prosesi tarixi hadisədir. Lakin 
bu,  bir  metrik  sistemin  sıradan  çıxıb  öz  yerini  başqa 
birinə verməsi anlamına gəlmir. Bu cəhətdən, Pr. Dr. 
Kamil Vəli Nərimanoğlunun “Azərbaycan dilinin poetik 
sintaksisi”  əsərində  yazdığı  bir  sıra  bu  qəbildən  olan 
mülahizələri  qəbul  etmirəm.  Məsələn,  professor  
yazır:  “Ritmik  sual  və  cavabdan  ibarət  təkrarlar  və 
paralelizm  əsasında  qurulmuş  parçalarda  çox  vaxt 
axırıncı sözlər təkrar olunur, bu da qafiyəli şeirə doğru 
inkişaf  meylini  əks  etdirir.”(Göst.əsər.  səh.:  54).    O, 
“qafiyəli şeirə doğru irəliləyişi” əski türk şeir sisteminə 
malik “Kitabi-Dədə Qorqud”un  içindən çıxarmaq üçün 
daha  da  irəli  gedərək  yazır:  “Tam  paralellizmlərdə 
təkrarlar 
əsas 
yer 
tutur. 
Təkrarlar 
paralel  
komponentlərin əvvəlində, ortasında və sonunda çıxış 
edirlər. Məs.:  
  Göz qaqıban könül alan 
 Onun görklüyü olur. 
  Hay demədən baş gətirən 
Onun cəlladı olur.” 
(Göst. əsər. Səh.: 56). 


 
265 
    Əlbəttə, əski türk şeirinə xas  anafora və epifora tipli 
stilistik  fiqurların  hesabına  Heca  vəznli  “qafiyə 
sisteminə  doğru  irəliləyişin”  baş  verdiyini  demək, 
dolayısı 
ilə, 
verlibr 
şeir 
texnikasının 
qeyri-
mükəmməlliyi  hesabına, onu əvəz edəcək yeni daha 
kamil vəzn  mərhələsinə keçidin etiraf edilməsidir.  
    Təkrarlar  (epiforalar)  fonik,  leksik,  sintaktik, 
konstruktiv-strofik və s. kimi müxtəlif növlərə malikdir. 
Strofik  epiforaya  klassik  şeirimizdə  qitələrə  əlavə 
edilən  təkrarlanan  beytlər  misal  ola  bilər.  Leksik 
epifora  kimi  misra  sonunda  verilən  rədiflər,  misra 
başındakı “əzizinəm” və s. tipli bayatı başlıqları, sillabik 
(heca  tipli)  epiforaya  qafiyələr,  fonik  epiforiya  isə 
alliterasiya, assonans və s. nümunədir. 
    Bundan başqa, sintaktik paralelizmlər də təkrarların 
xüsusi  növü  kimi  Azad  şeirin  bir  çox  formaları  üçün 
əsas ritmik ünsürü yerində işlənir. Bu ritmik ünsür əski 
türk 
şeirində, 

cümlədən 
“Kitabi-Dədə 
Qorqud”poeziyasında da leyt ritmometrik vasitədir. 
  Müasir  azad  şeir  professionalları  da  bu  gün  ən  çox 
sintaktik 
paralelizmlər 
nəzəriyyəsinin 
nailiyyətlərindən yararlanmaqdadırlar. 
   Epiforanın  güclü  ritmik  xarakteri  onu  bütün  şeir 
vəznləri üçün bu və ya başqa dərəcədə ciddi vasitəyə 
çevirir.  Aşağıdakı  bədii  parçalar  bu  dediklərimizin 
parlaq örnəkləridir: 
 
          1.Leksik epifora: 
                        --Əzizinəm, gül əllər, 
Ağ biləklər, gül əllər. 


 
266 
Dəryacan ağlın olsa, 
Kasıb  olsan  güləllər.
  (Folklor,  sillabik 
şeir: bayatı) 
 
--Boyun sürahıdır, bədənin büllur, 
Gərdənin çəkilmiş minadan, Pəri! 
Sən ha bir sonasan, cüda düşübsən 
Bir  bölük  yaşılbaş  sonadan,  Pəri!  
(
M.P.Vaqif, sil.: qoşma)
 
 
 
--Nə  dilbər  kim  dəmadəm  aşiqə  ərzi-camal 
etməz,Qalır naqis, bulub feyzi-nəzər kəsbi-kamal  
etməz? 
 
Deyil cəzb etməyən üşşaqi, məşuq olmağa qabil, 
Nə hasil hüsni-surətdən ki, cəzbi-əhli hal etməz

(M.Füzuli, əruz: qəzəl) 
 
--Yenə inanmasan, 
Susmalı olursan 
zəncirlərin nəğməsini dinləyə-dinləyə. 
Yenə inanmasan, 
yenə qane olmasan, 
yenə desən “mənimdir bu torpaq!” 
Onda qaldır başını, deyirlər. 
O gedər-gəlməz qapısına, 
o yellənən kəndirə bax! 
Kimin yenə sözü var?..  
(R.Rza, azad şeir) 
 


 
267 
   60-cı illər Verlibr sənətinin ünlü simalarından olan İsa 
İsmayılzadənin  “Qışqırır”adlı  şeirində  “qışqırır”leksik 
epiforası şeirin nəinki ritmik ünsürü kimi, hətta başlıca 
üslubi xüsusiyyəti kimi nəzəri cəlb edir: 
 
     Boruların/ tüstüsü də /qışqırır,/     
            4+4+3 
     Elektrik /işığı da /qışqırır,/      
           4+4+3 
Qonşuların/ uşağı da /qışqırır...                          
4+4+3 
Müdirlərin /telefonu, /zəng düyməsi,/                
4+4+4 
Yaltaqların /təbəssümü,/                                      
4+4 
harınların /qızıl dişi,/                                            
4+4 
Xanımların /qızıl donu/                                        
4+4 
  qışqırır, hey/qışqırır.../        4+3 
Qurbağalar/ türbəsinin /     
4+4 
  öləziyən/ şöhrəti də,/           4+4 
Qayıtmayan/oğulların /şəkilləri /önündə/          
4+4+4+3 
Anaların, /nənələrin/    4+4 
                             xiffəti də/        4 
 qışqırır.../     3 
Ölkə-ölkə, diyar-
diyar                                           ... 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə