Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə73/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   69   70   71   72   73   74   75   76   ...   82

 
293 
azadlıq davasında. 
 
Ziyarətgahların daş-divarında 
inamsızca Allah-Allah sözünü  
pıçıldayır dodaqlar. 
Bir-birini ölümlə hədələyib, 
sonra keçmiş olsun deyir 
daşlarda öpüşən dodaq izləri. 
 
Döyüşlərdə arxadan vurulan əsgərin 
qanlı tabutuna bükülən bayraqdı 
vətənin dəfn olan aşikar sevdası. 
 
Yolların heç biri haqqa aparmaz, 
Qibləyə dönükdü insanın üzü. 
Hər gün dərgahın səmtini  
səhv salır Azan səsi, 
sirri faş olan dualar uçur-uçur 
bir türlü imana çatmır. 
 
Əkmək azadlığın acı qanıdı, 
savaşın mayası bərəkət nəfsidi. 
Hikkəli dualar göyün üzündə  
didir bir-birini qarğa-quzğun tək... 
Aman vermədən öldürən də, 
aman diləyən də Tanrını səslər. 
İmdada hər zaman fələk yetişər. 
(“Azərbaycan” jurnalı, № 9, 2016, Səh: 153). 
 


 
294 
    Bu  şeirin müasir Azərbaycan verlibri (özgür şeiri) kimi 
kamil bir əsər olduğuna heç bir şübhə yoxdur. Dəyanətin 
şair  intonasiyası  sanki  bir    qeyri-tüccari  “Azan”  səsini 
andırır.  
“Qurani-şərif”in  həqiqi qutsal səc sədasından seçilməyən 
şair    avazı  özgür  poeziyadan  başqa  heç    bir  metrika 
ölçüsündə  belə  təsirli  səslənə  bilməzdi.  Şeirdəki  zəngin 
daxili ritm ilə uğurlu seqmentizasiya  böyük peşəkarlıqla 
birləşdirilmişdir. D.Osmanoğlu yalnız öz səsi və öz sözü ilə 
deyil, həm də öz fəlsəfəsi ilə sanki qarşıdan gələn Tarixlə 
danışır.  
Keçmişin günah/ -kar qəbrindən// 
şərəf və təslim/ fitvası çıxmaz.// 
 
Burada  5+5  bölgüdən  gələn  “baraban  ritmi”az 
keçmədən  seqmentlərlə  bölünərək,  aksentiv  şeirin 
yüksələn və hədələyici inqilabi notlarına çevrilir: 
Torpağın donqarı // 
padşahların /sakinsiz türbələridi.// 
Tarixin yanlış qüruru // 
qətl olmuş əsgər/ ruhudu// 
azadlıq davasında.// 
Vladimir  Buriç  haqlıdır  ki,  verlibr  şairlərində  “müəlliflik 
haqqı”  o  qədər  yuxarıdır  ki,  onların  nəinki  bütün 
yaradıcılığı,  hətta ayrı-ayrı  şeirlərinin də   hər  biri  xüsusi 
poetik sistemə, bədii-texniki “özəlliklərə”malikdir. 
Məncə,  eyni  poetik  prinsiplə  Vladimir  Buriçin 
“Abidələr”(Pamyatniki) şeirinə yanaşmaq lazım gəlir: 
Şar-   pamyatnik boqu 
Ellipsoidı- pamyatniki prorokam 


 
295 
Tetraedr-  kubiçestiçeskiy pamyatnik Çaru  
Luna – pamyatnik Solntsu v qipse 
Solntse- pamyatnik Lune v bronze 
Stol- pamyatnik ustoyçivosti 
                                 Stul- pamyatnik usidçivosti 
Sır-  pamyatnik qazirovannoy vode 
Sosudı-  pamyatniki  soderjimimomu  po 
sposobu otritsatelnoqo obyoma 
Pamyatnik Pyotru I--  pamyatnik “pradedu ot 
pravnuka” 
Vse mı- jivıye pamyatniki svoyemu rodu 
                                 Pamyatniki 
                                 Şar- pamyatnik boqu 
 
      Hava ilə cocukca üfürülmüş bir şarı Allahın heykəli 
kimi  tanıya  bilmək  üçün  dünyaya  kinsiz  və  maskasız 
həmin  uşağın  saf  nəzərləri  ilə  baxa  bilmək  lazımdır. 
Qəti  əminəm  ki,  “Mən  başqa  cür  düşündüyümcə, 
özüməm”-  deyən    şairdə    yalnız  belə  bir  saflıq    ola 
bilərdi. 
     Azad  şeirin  ən  yüksək  növü  özgür  şeirdir, 
verlibrdir.  Özgür  şeir  (beynəlxalq  terminlə  verlibr) 
termini  ilə  adlandırdığımız  bu  poeziyanın  heca  və 
əruz vəznli şeirin ritmik ünsürlərini tam tərk etməmiş 
sərbəst 
şeirin 
(rusca 
volnıy 
stix) 
fərqli 
xüsusiyyətlərini  daha  çox  onların  hər  birinin  əsas 
nümayəndələrinin yaradıcılığında izləmək lazımdır. 


 
296 
    Azad  şeirin  sərbəst  vəznli  növünə  misal  olaraq 
Bəxtiyar Vahabzadənin yazdığı bir sıra şeirlər maraqlı 
nümunələrdir. Məsələn , şairin “Qara zurna” şeirində 
4  hecalı  təqtilərin  sərbəst  düzülüşü    ritmik 
monotonluq  yaratsa  da,    bu  şeirdəki  əski  türk 
şeirindən 
gələn 
alliterativlik 
və 
assonativlik 
elementləri  onun  ifadə  gücündəki  zəifliyi  aradan 
qaldırmışdır.  Şeirdə  “q”  və  “ş”  səslərinin  yaratdığı 
uyğunluq  ahəngi,  “a”  saitinin  sevinc  yaradan  diffuz 
axını bədii sözün səmimiliyinə şübhə yeri qoymur: 
Qah-qah çəkib/ şaqqıldadı/ qara zurna.//   
4+4+4 
Uçub getdi/ qatarına//                                  4+4 
Qatarından/ ayrı düşən/ bala durna.//      
4+4+4 
Bu səs düşmən/ qulağında//                         4+4 
Bir qəhqəhə,//                                                4 
Bir gülüşdü.//                                                 4 
Qəniminə/ divan tutan,//                             4+4 
hüdudlardan/  çölə atan//                           4+4 
Oğuz babam/ yada  düşdü.//                       4+4 
 
   Qafiyə  üçün  də  şair  bir-iki  uyğun  söz  götürməklə 
ənənəvi  şeirin  rundamentlərini  qoruyub  saxlamağa 
çalışmışdır: “zurna-durna”, “ gülüşdü-düşdü”, “tutan-
atan”və  s.    Əlbəttə,  heç  bir  şairə  nəyi  necə  yaz  əmri 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə