Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə76/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   72   73   74   75   76   77   78   79   ...   82

 
306 
baxır  dünyaya”,  “Atalar”,  “Mən  də  bu  kürənin  bir 
zərrəsiyəm”,  “Bülbül”sərlövhəli    şeirlərində,  Fikrət 
Sadığın  “Atam  qayıtdı”,  “Biri  vardı,  biri  yoxdu...”adlı 
əsərlərində,  Balaş  Azəroğlunun  “Təbrizim  mənim”,  “ 
Bir 
ömür 
yaşamağa 
nə 
var!” 
kimi 
ədəbi 
nümunələrində də uğurla tətbiq olunmuşdur. “Kitabi-
Dədə  Qorqud”dakı      ritmik-sintaktik  paralelizmlərin 
poetik  ahəngi    Rəsul  Rzanın  “Rənglər”silsiləsinin 
mayasına  elə  hopmuşdur  ki,    onu  bu  gün,  hətta 
mətnlərarası  bütün  intellektual  səviyyə  fərqlərinə 
baxmayaraq, xalq dastanımızın poetik  parçalarından 
ayırmaq  olmur.  “Rənglər”  silsiləsində  “Sarı”adlı  şeir 
parçasına  R.Rzanın  vurduğu  əlvan  poetik  “naxışlar” 
qədim Şirvan xalçalarının ən qədim, mübhəm və tarixi 
kodları qədər  xəlqi və milli xarakterdədir. 
Sarı: 
Dolu dənli sünbül dənizi. 
Şikəst bir övlad anasının bənizi. 
Payıza bürünmüş ağaclar, 
Payını güclülər yemiş aclar. 
Məhəbbətə ləkə salan  
cingiltili metal. 
Həyatdan ayrılmış xəyal. 
Simlərin fəryadı. 
Yol çəkən gözlər. 
Qüdrətli nərgizlər. 


 
307 
Debyussinin “Kürən saçlar”ı . 
Sallaqxana qapısından girən  
qafil öküzlər. 
Ağıllı dəli. 
İnsan əməli. 
      (Rəsul Rza. Seçilmiş əsərləri. 5 cilddə. 3-cü cild, Yazıçı,  
       Bakı-1981, səh: 365). 
Burada  bədii  əsərin  (o  cümlədən  nəsrin)  məzmun 
elementlərinin  ritmikası  haqqında  deyilmiş  fikirlərə, 
xüsusilə    N.M.Fortunatovun  “Bədii  nəsrin  ritmi”  adlı 
məqaləsindəki    fikirlərinə:  “süjet  quruluşları  ritmi, 
obrazlar,  personajlar  sisteminin  ritmi,  təkrar  olunan 
strukturların  ritmi,  süjet-fabula  məqamlarına  aid 
edilməyən    hərəkətə,  poetik  məzmunu  inkişaf 
etdirməyə qabil olan quruluşların ritmi”və s. haqqında 
bildiklərimizi  yada  salmaqda  fayda  görürəm.  Çünki  
Azad  şeirin  mətni  poetik  nəsr  ritmi  ilə  bir  çox 
ortaqlıqlara malikdir. Bunu yuxarıda izah etmişik.  
     Eyni zamanda  görkəmli poetik Y.Q.Etkindin “Poetik 
əsərin  ritmi  məzmun  faktoru  kimi”  məqaqləsində 
sadaladığı  “Poetik  ritm”  ünsürlərinə  təkrarən 
qayıtmaq istərdim: “1) eyni və ya analoq heca qrupları 
(-tonik ritm), 2) eyni ölçülü şeir sətirləri (sillabik, heca  
ritmi),  3)  bir  və  ya  bir  neçə  sətirlərin  hüdudunda 
sintaktik konstruksiyalar (sintaktik paralelizmlər ritmi), 
4)  sətirlərin  sonundakı  səslər  (qafiyə  ritmi),  5)  sətir 
daxilində  bərabər  kompozisiya  yerlərindəki  səslər 


 
308 
(daxili  qafiyə  ritmi),  6)  şeirin  sonundakı  vurğulu 
hecaların  vəziyyətinə  görə  qafiyələnən  sonluqların 
növbələnməsi-  qadın,    kişi;  kişi  və  daktil;  qadın  və 
daktil (katelektika ritmi), 7)  şeir sətrinin daxilində və 
sonunda pauzalar (sezura ritmi), 8) cümlənin sintaktik 
quruluşu  və  şeirin  metrik  əsasının  münasibəti 
(astonasional ritm), 9) eyni və anoloq şeir qruplarının 
– sadə qoşaqafiyəli iki sətirlikdən mürəkkəb mono və 
polimetrik 
quruluşa 
qədər 
konstruksiyası 
(strofikə/bənd 
ritmi). 
” 
(Bax:“Vvedeniye 

literaturavedeniye”.  Vısşaya  şkola.  Moskva-1975, 
səh:-  235).    Bu  təkrar  sadaladığım  ritmoloji  ünsürlər 
müasir poeziyanın metrik-vəzni arsenalının yalnız cüzii 
bir hissəsini təşkil edir. “Rənglər” silsiləsində reallaşan 
texniki-poetik kompozisiya bu  vasitələrin hamısından 
olmasa  da,  müəyyən  qismindən  necə  bacarıqla 
istifadə 
olunmasına 
əyani 
nümunədir. 
Bu 
xüsusiyyətləri nəzərə almadan azad şeirin poetikasını 
başa düşmək, onun mətnini nəzəri şərh etmək, ümumi 
ədəbiyyatşünaslıqda 
verlibristikanın 
yerini 
müəyyənləşdirmək qeyri-mümkündür 
    Azərbaycan  azad  şeirinin  dahi  ustadı  Rəsul  Rza  
yuxarıda  xüsusi  qeyd  etdiyimiz  dünya  şöhrətli 
“Rənglər”  silsiləsi  ilə  məhz  bu  zəngin  ritmik 
vasitələrdən  uğurla  istifadə  bacarı    sayəsində  milli 
şeirimizin  idrak  diapozonunu  görünməmiş  ölçüdə 


 
309 
genişləndirmiş  və    XX  əsr  milli  ədəbiyyatımızı 
ümumdünya mədəni  səviyyəsinə qaldıra bilmişdir. 
    Yazdığımız  elmi  əsər  Azərbaycan  azad  şeir 
poetikasının  bütün  məsələlərini  tam  əhatə  etmək 
iddiasında  deyildir.  Bu  ümumiyyətlə  imkansız  bir 
şeydir.  Çünki  azad  şeir  sənətinin    hər  bir  yaradıcı 
dühası  ona  yeni  forma  və  məzmun  keyfiyyətləri 
gətirərək,  zamanın  və    bədii  təfəkkürün  bəlirli 
hüdudlarını  durmadan  aşıb  irəliyə  gedir.  Və  insanlığı 
özü ilə birgə yeni açılan bir sabaha, yeni doğacaq bir 
günəşə  və  yeni  bir  bədii  konsepsiyaya  doğru  ararır.  
Verlibr  (-özgür  şeir)  sənətkarı  yaratdığı  hər  bir  yeni 
şeirin  forma  və  məzmununa  öz  müəllif  möhrünü 
vuraraq,  hər   yeni  poetik  “icadına”,     hər  yeni  bədii 
“nou-xou”-suna özəl avtorluq statusunu qazandırır...   
    Bu  yeniliyin  mahiyyəti  insanlığın  qarşısıalınmaz 
azadlıq  ruhudur.  Alman  filosofu  Fridrix  Nitsşenin 
dediyi kimi,  ruhun konvensiya halı ola bilməz. Çünki 
canlı  İnsan  ruhu  daim  inqilabi  dəyişən,  irəliləyən, 
sabit-dəyişməz qalanları mənəvi inkar edən bir “stixi”  
fenomendir.  Eynən Azad şeirin özü kimi!.. 
    Bu  ilk  elmi  kitabımın  son  abzaslarında    ənənəvi 
“Azadlıq  diyarı”-nın  ilk  azadlıq  şairi  və  korfeyi    Uolt 
Uitmenin  (1819-1892)  məşhur  “Ot    yarpaqları” 
kitabından etdiyim bir parça sərbəst tərcüməmi (mən 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə