Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə79/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   82

 
318 
da,  klassik Türk şeiri də öz inkişafında ilk növbədə, məhz 
bu Ədəbiyyatı yaradanlara daha çox  borcludur. Bu Özbək 
korifeyi  Əlişir  Nəvaiyə  də  şamildir.  Əlişir  Nəvai  
ölməz“Mizanül-övzan”  poetikasından  daha  çox  öz 
Xəmsəsində  qüdrətlidir.  Gənc  tədqiqatçı  bu  cür  inqilabi 
mülahizələri ilə müasir elmlər sahəsində hökm sürən canlı 
Ədəbiyyata  məcburi  kanonik  yanaşmaları,  sənətkara 
“Dərs  verib”,    yaradıcı  dühları  nəzəri-ideoloji  yönəltmək 
istəyənlərin  amacını  rədd  etmiş,  canlı  ədəbiyyata  qeyri-
elmi münasibətlərin vulqar sosiolgizm mövqeyi olduğunu 
ortaya qoymuşdur.   
    Gənc  tədqiqatçı  öz  əziz  müəllimi  Əkrəm  Cəfərin    ayri-
ayrı  qənaətlərini  qəbul  edərək  onunla  razılaşır  ki, 
Azərbaycan klassik şeirində bu günəcən  Ərəb əruzunun 6 
rüknü əsasında məlum olan 12 vəzn , 72 vəzn növü,  267 
qəlib mövcuddur. Lakin  gənc poetik, Əkrəm  Cəfərin bu 
rəqəmlərinin canlı ədəbiyyatın tədqiqatı nəticəsində heç 
vaxt  stabil  qalmayacağını  da  xüsusi  irəli  sürmüşdür. 
Deməli, klassik ədəbiyyatın tədqiqində hər hansı bir dövr 
ərzində  bu statistika olduğu yerdə dayanıb durarsa, onda 
bu  onu  göstərəcək  ki,  klassik  ədəbiyyatşünaslığın 
akademik  tədqiqi  sahəsində  dərin  böhran  vəziyyəti 
yaranmışdır. Fikrimizcə, bu çox  məntiqi mülahizədir. 
    Gənc  poetikin  fikrincə,  Əruzun  nisbi  5  hecalıdan  16 
hecalıya qədərki misralarından nəzəri cəhətddən 131040 
variantda  ritmik  qəlib  yaratmaq  mümkündür  (Hazırda 


 
319 
müəllifin son illərə aid Klassik şeir yaradıcılığında 2000-ə 
qədər  dərc  edilmiş  şeir  nümunəsi  vardır.  Bunların 
içərisində nəzəri planda 10 hecalı olan, ədəbiyyatımıza M. 
Füzulidən gələn Kamil bəhrində yazılmış qəzəllər də gözə 
dəyir.  Bu  baxımdan,  klssik  şeirin  inkişafı  ilə  Azərbaycan 
əruzunun  ritmik  çoxçeşidliyi  nəinki  276-dan  131040-a, 
daha yüksək hesablara qədər arta bilər.-- Red.). Əlbəttə, 
tədqiqatçı  tam  haqlıdır  ki,  Azərbaycan  filologiyasının 
inkişafı  gedişində  də  Ə.Cəfərin  verdiyi  metrik-ritmik  
statistik hesablama zamanla daim dəyişikliyə məruzdur... 
Və ədəbiyyat inkişaf etdikcə, tədqiqtlar genişləndikcə bu 
qeyri-stabillik durmadan davam edəcəkdir. 
    Gənc tədqiqatçı bəzi  dilçi alimlərin poetika sahəsindəki 
vulqar linqvososioloji  mülahizələrinə qarşı çıxaraq, haqlı 
olaraq, öz elmi-poetik mübahisə və elmi təkziblərini yalnız 
dilçilik müstəvisi üzərində aparmaqla yanlış yol tutduqları 
üçün onları kəskin tənqid etmişdir. O, Poetikanı Dilçiliyin 
inhisarına  düşürmək  istəyən  bəzi  vulqar  sosiolojizm 
mövqeli sovet almləri ilə kəskin  konfliktə gedərək, hətta 
verlibr  poetikasının  terminoloji    aparatının    müxtəlif 
terminlər və sxemləri, habelə forma-məzmun məsələləri 
sahəsində  də    bəzi  alimlərlə    elmi  münaqişəyə  girmişdir 
(Bu  qarşıdurma  Verlibr  poetikası  sahəsində  hələ  ilk 
gənclik dövründə tələbə elmi işləri Respublika tələbə-elmi 
Konfranslarında və Müsabiqələrində  Qızıl Medal, I və III 
dərəcəli 
Diplomlarla 
mükafatlandırılmış, 
habelə 


 
320 
Universitet  Elmi  Şurasının  qərarı  ilə  Aspiranturada 
saxlanması  nəzərdə  tutlmuş  N.Fərəcovun    sonrakı  elmi 
taleyində  Filologiyanın  bəzi  Qırmızı  Bossları  tərəfindən 
kəskin  diskriminasiyayasına  əsas  səbəb    olmuşdur.  Bir 
məsələ 
diqqətdə 
ciddi 
tutulmalıdır 
ki, 
Sovet 
filologiyasında həmişə  ikili standatlar hökm sürmüşdür. 
Bir  yandan  Sovet  cəmiyyətinin  texnoloji    inkişafını 
dünyaya  göstərmək  üçün  mədəniyyətdə  müəyyən 
modernizm ünsürlərinin tətbiqinə kiçik imkanlar yaradılır, 
digər tərəfdən isə bu yolun nümayəndələri dərhal KQB-nin 
“Qara siyahı”sına salınır və təqibə məruz qalırdılar. Bu hal 
Xuruşşov  mülayimləşməsindən  sonra  faciəvi  vüsət 
almışdı.  Əminik  ki,  58-ci  il  doğumlu  insanlardan  biri 
olaraq,  bu  tale  N.Atabəylinin  də  sonrakı  elmi  tədqiqatçı 
taleyinə öz mənfi təsirlərini göstərmişdir. -- Red. ).  
     N.Fərəcov  elmi  surətdə  sübut  etmişdir  ki,  Azad  şeirin 
strofikasını (poetik bəndləşdirilməsini ) müəyyən konkret 
sintaktik  kompozisiyalar  ilə  (bəlirli  sintaktik  vahidlərlə) 
məhdudlaşdırmaq  olmaz.  “Verlibr  bəndi”termini  böyük 
türkoloq, 
akademik 
V.M.Jirmunskinin 
“Şeir 
nəzəriyyəsi”kitabının 
“Azad 
şeirin 
kompozisiyası” 
bölməsində irəli sürdüyü elmi prinsiplərə daha çox uyğun 
gəlir. Azərbaycan poeziyasının nümunələri də məhz bunu 
təsdiqləyir. Bu poeziya azad fikir forması kimi sənaye və 
postsənaye  əsrlərinin  insanına  daha  çox  yaxındır, 
oxucunun  zövq  və  intellektual  imkanları  böyüdükcə 


 
321 
verlibr  sənətinin  həm  bədii  arsenalı,  həm  də  nəzəri-
terminoloji 
aparatı 
müəyyən 
dəyişikliyə 
məruz 
qalacaqdır. 
    Gənc  tədqiqatçı  azad  şeirin  dünya  mədəniyyətində 
yerini  və  genezisini  Qədim  Ümumtürk  Mədəniyyəti  ilə 
bağlamışdır.  Bu  elmi  tezisin    ilk  örnəklərini  o,  Rus 
türkologiyasından  götürsə  də,  ədəbiyyatşünaslıqda 
səhvən “runik şeir”adlandırılmış bu poeziyanın indiyəcən 
tarixə  yoldaşlıq  etməsini  Türk  irqinin  heç  vaxt  köləlik 
rejimlərində  yaşamadığının  və  bəzən  məcburi  hallarda 
(çox  zaman  daxili  xəyanət  nəticəsində)  əsarət  altına 
düşərkən belə, yenə də inadla öz Azadlıq idealı uğrunda 
barışmaz  mübarizəsinin  nəticəsi  saymışdır.  O,  Azad 
Avrasiyaçılıq  ruhunun  daha  çox  Türk  ruhunun  tarixi  
ifadəsi olduğuna  diqqəti çəkmək istəmişdir. Bununla da 
RUSİYA dövlətçiliyi müstəvisində bu gün daha çox slavyan 
və  türk  superetnosu  olaraq  tarixə  yol  açan    superinsani 
mənəvi  gücün  nəinki  müasir  və  qədim  Avropada,  hətta 
Orta Şərqdə də  Avrasiya ruhunun əsas Turani daşıyıcıları 
olduğunu,  ümumi  bir  mənəvi    keçmişə  bağlılığını  üzə 
çıxarmışdır.  O,  həmçinin  Ümumrusiya  mədəniyyət 
tarixinin 
müddətini 
antik 
və 
xristian 
Bizans 
imperatorluğunun  mövcudiyyətindən  daha  irəli  çəkmiş, 
bununla  da  Rus  avrasiyaçılarının  fundemental  elmi 
fikirlərinə  xeyli    əhəmiyyətli  əlavələr  gətirmişdir.  (-Bu 
mülahizə  ilə  gənc  tədqiqatçı  eyni  zamanda  İkinci  Türk 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə