Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə78/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   82

 
314 
Jirmunskiyə  görə,  Qədim  Türk  şeiri    metrik  (vəzn) 
baxımdan 
ritmik-sintaktik 
paralelizmlər 
üzərində 
qurulmuşdur. Bu elmi istiqamət K.V.Nərimanoğlu (Kamil 
Vəliyev)  kimi  bir  çox  nüfuzlu  gənc    Azərbaycan  alimləri 
tərəfindən də inkişaf etdirilməkdədir.  
    Tədqiqatçı    böyük  türkoloq-alim  akademik  V. 
Jirmunskinin  məşhur  türkoloji  əsərlərini,  o  cümlədən 
“Ritmik-sintaktik paralelizmlər Qədim Türk şeirinin əsası 
kimi”,  “Türk  qəhrəmanlıq  eposu”,  “Oğuz  qəhrəmanlıq 
eposu.  Kitabi-Dədə  Qorqud”və  s.  kitablarını  geniş  təhlil 
edərək,  Türk  runi  şeirinin  əsas  metrik  sistemini 
müəyyənləşdirə  bilmişdir.  Gənc  araşdırmaçının  öz    elmi 
tədqiqat  işini  necə    zəngin  monoqrafik  əsərlər  və  geniş 
nəzəri-konseptual arqumentlər üzərində qurmasını onun 
istifadə  etdiyi  müxtəlif  dilli  elmi  mənbələrin  siyahı  və 
tematikasının kiçik bir hissəsinə ötəri nəzər yetirməklə də 
aydın görmək olar: İ.V. Stebleva-“XI əsrdə türklərdə şeir 
formalarının  inkişafı”,İ.V.Vinoqradov-“Marksist  poetika 
məsələləri”,  Y.K.Etkind-“Poetik  əsərin  ritmi  məzmun 
faktoru  kimi”,  S.V.Kalaçeva-  “Şeir  və  zaman”,  V.M. 
Jirmunski-  “Ritmik-sintaktik  paralelizmlər  Qədim  Türk 
şeirinin  əsası  kimi”,  “Türk  qəhrəmanlıq  eposu”,  “Oğuz 
qəhrəmanlıq eposu. Kitabi-Dədə Qorqud”, “Şeirçünaslıq”, 
“Ədəbiyyat  nəzəriyyəsi,  Poetika.  Stilistika”,  V.V.Kojinov- 
“Şeiri necə yazırlar”, Əkrəm Cəfər- “Əruzun nəzəri əsasları 
və  Azərbaycan  əruzu”,    Kamil  Vəliyev  (Kamil  Vəli 


 
315 
Nərimanoğlu-  Red.  )  -“Azərbaycan  dilinin  poetik 
sintaksisi”,    Q.A.Şenqeli-  “Şeir  texnikası”,    A.Axundov- 
“Şeir  sənəti  və  dil”,        T.Hacıyev-“Elmi-zehni  səviyyə  və 
bədii  dildə  novatorluq    problemi”  ,  Mir  Cəlal  (Paşayev)-
“Ədəbiyyatşünaslığa  giriş”,  A.N.Veselovski-  “Tarixi 
poetika”,  Y.M.Lotman-  “Poetik  mətnin  təhlili.  Şeirin  
quruluşu  ”,  “Bədii  mətnin  quruluşu”,    A.A.Potebnya- 
“Estetika  və  poetika”,  Ə.Ağayev-  “Azərbaycan  sovet 
poeziyası  (1920-1970)”,  Ş.Salmanov-  “Azərbaycan  sovet 
şeirinin ənənə və novatorluq problemi”, B.Hüseynov- “XX 
əsr fars şeirində ənənə və novatorluq”və s.  
    Ümumi  şəkildə  100-dən  yuxarı  sanballı  elmi  tədqiqat 
əsəri,  o  cümlədən  Sovet  elmşünaslığında  ən    avtoritet 
türkoloq-müəlliflərin  əsas  elmi  nailiyyətləri  nəzəri 
modermizmin  elmi  həllinə  cəlb  edilmiş,  ilk  Azad  şeir 
poetikasının  (Verlibristikanın)    hazırlanması  işi  üçün 
onlardan  evristik qənaətbaxışın və nəticələrin sübutunda 
elmi bacarıqla istifadə olunmuşdur.  
     Tədqiqatın II Fəsli “Azad şeir və ritm problemi”adlanır. 
Ritm  nədir?..  Müxtəlif  şeir  metrikalarında  onun  ifadə 
vasitələri  nələrdir?  Verlibr  ritminin  xüsusiyyətləri 
necədir?.. Çağdaş dünya ədəbiyyatının modernist poetik 
sistemləri  içərisində  Azərbaycan  verlibrinin  ümumi  və 
əlahiddə ritmik xüsusiyyətləri hansılardır... 
    Gənc  tədqiqatçı  bu  çətin  və  mürəkkəb  sualların 
cavablandırılmasında 
tanınmış 
ədəbiyyatşünaslarla 


 
316 
bərabər, bir çox dilçi alimlərin, müsiqişünasların, sosioloji 
araşdırmaçıların  və  bəzən  hətta  verlibrist  şairlərin  öz 
elmi-nəzəri fikirlərini, qənaət, şərh və izahatlarını  təhlilə 
cəlb  etmişdir.  Bəzən  onlarla  razılaşmış,  bəzən  də 
problemin  həllində  kəskin  fərqli  yeni  elmi-poetik  nəzəri-
təcrübi baxışlarını irəli sürmüşdür.  
    N.Fərəcov  (Atabəyli)    bəzi  linvopoetikləri  Ritm 
hadisəsini tam linqvistika (dil) fakı kimi qəbul  etməkdə də 
haqlı  olaraq  kəskin  qınamış,  onların  mülahizələrini 
tənqidə  məruz  qoymuş,  bədii  mətn  ritminə  poetika 
elmində  xüsusi  yanaşmanın  zəruriliyi  mövqeyindən  çıxış 
etmişdir.  O,  öz  Universitet  (BDU)  müəllimi,  akademik 
Əkbər  Ağayevin  bu  məsələdə  yürütdüyü  bir  sıra  nəzəri 
fikirlərə  önəm  vermiş,  hörmətli  professoru  aşağıdakı 
qənaətində  haqlı  şıxarmışdır:  “Sadə  məntiq  bunu  təsdiq 
etməyə əsas verir ki, Azərbaycan dilli poeziyaya ərəb dili 
deyil,  məhz  qəliblər-formulalar  keçmişdir.”N.Fərəcovun 
(Atabəylinin)  qəti  qənaətincə,  Əruzun  metrik  və  ritmik 
vasitələri,  o  cümlədən    müxtəlif  konstruksiyalı  təfilələri,  
təqtiləri  və    rükn  ünsrləri  Azərbaycan  klassik  Şirvan  
İntibah Poeziya Məktəbinin ən ünlü dahi ustadları- Nasir 
Bakuvi-Şirvani,  Nəsimi,  Həbibi  Şirvanilər  və  Füzuli  
tərəfindən  zaman-zaman  cilalanmış,  milli  dilin  bədii 
təlabatına uyğunlaşdırılmış, daha doğrusunu desək, milli 
dilimizin  linqvopoetik zəmini üzərində  getdikcə daha da 
cilalanaraq, 
tamamilə 
türkləşdirilmişdir. 
Əlbəttə, 


 
317 
tədqiqatçı  Nasir  Bakuvi-Şirvaninin  əsrdaşı  xorasanlı  
İzzəddin Həsənoğlu və d. əlahiddə klassiklərimizin əməyi  
üzərindən 
də 
xətt 
çəkməmişdir. 
Azərbaycan 
ədəbiyyatşünaslığı  tarixində  ilk  dəfə  Qədim  Türk  şeiri  
Azərbaycan və Ümumtürk poeziyasının çağdaş modernist 
nailiyyətlərinin  araşdırılması  istiqamətində    nəzəri  şərh 
üçün qaynaqlar sırasına daxil edilmişdir. Beləliklə, müəllif 
Azərbaycan milli verlibrini ilk dəfə olaraq, öz qədim tarixi 
genoloji kökünə qatarmışdır. 
    N.Fərəcov  (Atabəyli),    çox  doğru  olaraq,  Modernist 
şeiri,  çağdaş  müxtəlif  poetik  texnologiyalı  metrik 
konstruksiyalardan  biri  kimi,    kibernetik    inkişafa  meylli  
idarəolunan  əlahiddə  sistem  olaraq  interpretasiya 
etməyə  çalışmışdır.  Müəllifə  görə,  heç  bir  poetik  sistem 
hermetik  deyildir.  Zamanla  inkişafa  və  təkamülə 
meyllidir. 
Poeziya 
poetik 
sistemlərin 
nəzəri 
yaradıcılarından  daha  ziyada,  canlı  Ədəbiyyatın  inkişafı 
və  yüksəlişi  üşün  ona  imza  atmış  ədəbi  dühaların 
uğurlarına bağlıdır. Fars əruz şeiri İbn Müqəffədən,  Əxvəş 
Bəlxidən,  Vəhid  və  Xətib  Təbrizilərdən  daha  çox  Rübai 
vəznində (bu metrikanın  ənənəvi ərəb Əruzuna aidiyyəti 
yoxdur)  yaratmış Ömər Xəyyama, Fars əruzunda yazmış 
Hafiz  və  Səədi  Şirazilərə  borcludur.  Farsdilli  Azərbaycan 
şairlərinin  də  xüsusi  rolunu  ayrıca  qeyd  etməliyik.  
Osmanlı  əruzunu  yradan  Əhməd  Həmdi  Şirvaninin  rolu 
klassik Osmanlı ədəbiyyatında nə qədər əhəmiyyətli olsa 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə