322
Cümhuriyyətinin yaradıcısı, dahi respublikaçı xadim
M.K.Atatürkün Orta Doğuda türklüyün 5 min illik keçmişi
vardır tezisinə həmkarlıq etmişdir. Bu tezis bir hipoteza
deyil, tarixin dərin qatlarından gələn “elmi faktların”--
arxeoloji tapıntıların, arxaik yazı nümunələrinin ÇAĞDAŞ
insan ilə “danışan aqlünativ-iltisaqi dillər”inin canlı
səsidir.- Red.). Bu mövqe gənc mütəxəsisin Poetika
çərçivəsindən çıxmadan, yaxın elm sahələrinin də
nailiyyətlərindən yararlanaraq, bütün azad Avrasiyçılıq
ruhuna, onun ən qədim mənəvi qatlarına işıq salmaq,
nüfuz etmək cəhdi sayılmalıdır. Elmi məqsədləri ilə
bərabər, bu mövqe həm də Ümumavrasiya xalqlarının
tarixi taleyinin və mədəniyyətinin ortaqlığını ifadə edir (-
Müəllif belə bir tezisi ruspərəst-şovinist Kommunist rejimi
şəraitində irəli sürməklə, çağa görə aşırı cəsarət və böyük
həyati risk göstərmişdir. Bu onun sonradan filoloji
fəaliyyətinə
sədd
yaratmış,
elm
sahəsində
diskrimaniyasına yol açmışdır.- Red.).
Müəllifin Azad şeiri köləlikdən keçməmiş Avrasiya
superetosunun
ümumi
mənəvi
mirası
kimi
qiymətləndirməsi onun bu bədii-estetik sistemi sənaye
və
postsənaye
əslərinin
ictimai-siyasi
formasiyalarından asılı bir estetik cərəyana- yalnız
modernizmə bağlamağa çalışan hakim ideoloji-estetik
məktəblərə qarşı qəti prinsipial fəlsəfi-estetik
mövqeyidir. Bu, tədqiqatçının Avrasiya xalqlarının
tarixinə
və
taleyinə
ümumi
yanaşmanın
zəruriyyətindən doğan baxış açısıdır. N.Fərəcovun
323
(Atabəylinin)tədqiqatından gətürdiyimiz aşağıdakı
fikirlər onun yeni filoloji-fəlsəfi sisteminin əsas
prinsipini bariz nəzərə çarpdırır:“Çağdaç oxucu üçün
Söz varlığın məna kərpicidir. Alman türkoloqları Türk
dillərinin ən gözəl keyfiyyəti kimi sözlərimizin ilk heca
seqmentinin əsas leksik məna daşıyıcısı olmasını xüsusi
qeyd etmişlər. Bu dərin ilahi məğz Türklüyün ilk
Avrasiya köklərindən irəli gəlir. Azad şeir vəzni nəinki
dünən, elə bu gün də kontinental Avrasiya taleyimizin
ortaq tarixi təməlidir.”
Yazılı ədəbiyyatın əski verlibr nümunələrinin yalnız
Qədim Türk Yazılı abidələrində hifz olunması, habelə
kanoik forma alması bir möcizə deyil, N.Fərəcova görə,
Ümumavrasiya tarixi inkişaf xəttinin və yolunun xüsusi
göstəricisidir. Bu şeirlərdə Avrasiya geosiyasi məkanında
ictimai-mədəni və bioloji mövcudiyyəti təhdid edilən
superetnik bir varlığın dış təhlükələrə qarşı müqaviməti və
etnokultral mübarizəsi bədii ifadəsini tapmışdır. Göytürk
xaqanı Bilgə xaqan tərəfindən öz qardaşı Gültekinin
şərəfinə ucaldılmış Daş bitikdə, yazılı daş kitabədə Yollık
Təkin tərəfindən 38 hərfi işarə ilə yazılmış əsərdən
gətirilmiş bu kiçik bir parçada Ümumavrasiya Azadlıq
ruhunun bədii təcəssümü necə də aydın ifadə edilmişdir:
1.
Tenri tək tenqridə bolmuş Türk Bilgə kağan bu
ötgə olurtum sabımın tüketi esitgil ulayu ini
yegünün oğlanım biriki oğuşum, budunum,
biriyə Şadapit begler, yiriya tarkat buyruq
begler, otuz tatar...
324
2.
Tokuz oğuz begler buduni bu sabımın edgüti esid
katiğdi tinqla:
İlgerü kün toğsika, birigeru gün örtusinqaru
kuriqaru
gün
batsikinqa,
yiriqaru
tün
örtusinqaru anda içrəki budun köp mana görür,
bunca budun.
3.
Köp itdim. Ol amta anyıq yok. Türk kaqan ötükən
yış olursa iltə bunq yök...
Çağdaş dillə ifadəsi:
1.Tanrı kimi göydə olmuş Türk Bilgə xaqan bu zamanda
taxta oturdum. Sözümü axıracan eşit, xüsusən qardaş
oğlu, oğlum, bütün qohumum, millətim, güneydəki
şadlar, bəylər, qüzeydəki tərxanlar buyruq bəyləri, otuz
tatar...
2.Doqquz oğuz bəyləri, milləti! Bu sözümü yaxşı eşit,
dürüst qulaq as. Şərqdə gündoğana, güneydə
günortasına, qərbdə günbatana, qüzeydə gecə ortasına
qədər, onun içindəki millət hamısı mənə tabedir. Bu
qədər millət
3.Hamısını nizama saldım, o indi pis deyildir. Türk
xaqanı Otugen cəngəldə otursa, eldə sıxıntı və qəm
yoxdur...
N.Fərəcov bu parçaya yeni modern şeir forması,
çağdaş verlibr şəkli verib, kiçik bir dəyişikliklə aşağıdakı
tərtibata salmışdır:
Dostları ilə paylaş: |