306
baxır dünyaya”, “Atalar”, “Mən də bu kürənin bir
zərrəsiyəm”, “Bülbül”sərlövhəli şeirlərində, Fikrət
Sadığın “Atam qayıtdı”, “Biri vardı, biri yoxdu...”adlı
əsərlərində, Balaş Azəroğlunun “Təbrizim mənim”, “
Bir
ömür
yaşamağa
nə
var!”
kimi
ədəbi
nümunələrində də uğurla tətbiq olunmuşdur. “Kitabi-
Dədə Qorqud”dakı ritmik-sintaktik paralelizmlərin
poetik ahəngi Rəsul Rzanın “Rənglər”silsiləsinin
mayasına elə hopmuşdur ki, onu bu gün, hətta
mətnlərarası bütün intellektual səviyyə fərqlərinə
baxmayaraq, xalq dastanımızın poetik parçalarından
ayırmaq olmur. “Rənglər” silsiləsində “Sarı”adlı şeir
parçasına R.Rzanın vurduğu əlvan poetik “naxışlar”
qədim Şirvan xalçalarının ən qədim, mübhəm və tarixi
kodları qədər xəlqi və milli xarakterdədir.
Sarı:
Dolu dənli sünbül dənizi.
Şikəst bir övlad anasının bənizi.
Payıza bürünmüş ağaclar,
Payını güclülər yemiş aclar.
Məhəbbətə ləkə salan
cingiltili metal.
Həyatdan ayrılmış xəyal.
Simlərin fəryadı.
Yol çəkən gözlər.
Qüdrətli nərgizlər.
307
Debyussinin “Kürən saçlar”ı .
Sallaqxana qapısından girən
qafil öküzlər.
Ağıllı dəli.
İnsan əməli.
(Rəsul Rza. Seçilmiş əsərləri. 5 cilddə. 3-cü cild, Yazıçı,
Bakı-1981, səh: 365).
Burada bədii əsərin (o cümlədən nəsrin) məzmun
elementlərinin ritmikası haqqında deyilmiş fikirlərə,
xüsusilə N.M.Fortunatovun “Bədii nəsrin ritmi” adlı
məqaləsindəki fikirlərinə: “süjet quruluşları ritmi,
obrazlar, personajlar sisteminin ritmi, təkrar olunan
strukturların ritmi, süjet-fabula məqamlarına aid
edilməyən hərəkətə, poetik məzmunu inkişaf
etdirməyə qabil olan quruluşların ritmi”və s. haqqında
bildiklərimizi yada salmaqda fayda görürəm. Çünki
Azad şeirin mətni poetik nəsr ritmi ilə bir çox
ortaqlıqlara malikdir. Bunu yuxarıda izah etmişik.
Eyni zamanda görkəmli poetik Y.Q.Etkindin “Poetik
əsərin ritmi məzmun faktoru kimi” məqaqləsində
sadaladığı “Poetik ritm” ünsürlərinə təkrarən
qayıtmaq istərdim: “1) eyni və ya analoq heca qrupları
(-tonik ritm), 2) eyni ölçülü şeir sətirləri (sillabik, heca
ritmi), 3) bir və ya bir neçə sətirlərin hüdudunda
sintaktik konstruksiyalar (sintaktik paralelizmlər ritmi),
4) sətirlərin sonundakı səslər (qafiyə ritmi), 5) sətir
daxilində bərabər kompozisiya yerlərindəki səslər
308
(daxili qafiyə ritmi), 6) şeirin sonundakı vurğulu
hecaların vəziyyətinə görə qafiyələnən sonluqların
növbələnməsi- qadın, kişi; kişi və daktil; qadın və
daktil (katelektika ritmi), 7) şeir sətrinin daxilində və
sonunda pauzalar (sezura ritmi), 8) cümlənin sintaktik
quruluşu və şeirin metrik əsasının münasibəti
(astonasional ritm), 9) eyni və anoloq şeir qruplarının
– sadə qoşaqafiyəli iki sətirlikdən mürəkkəb mono və
polimetrik
quruluşa
qədər
konstruksiyası
(strofikə/bənd
ritmi).
”
(Bax:“Vvedeniye
v
literaturavedeniye”. Vısşaya şkola. Moskva-1975,
səh:- 235). Bu təkrar sadaladığım ritmoloji ünsürlər
müasir poeziyanın metrik-vəzni arsenalının yalnız cüzii
bir hissəsini təşkil edir. “Rənglər” silsiləsində reallaşan
texniki-poetik kompozisiya bu vasitələrin hamısından
olmasa da, müəyyən qismindən necə bacarıqla
istifadə
olunmasına
əyani
nümunədir.
Bu
xüsusiyyətləri nəzərə almadan azad şeirin poetikasını
başa düşmək, onun mətnini nəzəri şərh etmək, ümumi
ədəbiyyatşünaslıqda
verlibristikanın
yerini
müəyyənləşdirmək qeyri-mümkündür
Azərbaycan azad şeirinin dahi ustadı Rəsul Rza
yuxarıda xüsusi qeyd etdiyimiz dünya şöhrətli
“Rənglər” silsiləsi ilə məhz bu zəngin ritmik
vasitələrdən uğurla istifadə bacarı sayəsində milli
şeirimizin idrak diapozonunu görünməmiş ölçüdə
309
genişləndirmiş və XX əsr milli ədəbiyyatımızı
ümumdünya mədəni səviyyəsinə qaldıra bilmişdir.
Yazdığımız elmi əsər Azərbaycan azad şeir
poetikasının bütün məsələlərini tam əhatə etmək
iddiasında deyildir. Bu ümumiyyətlə imkansız bir
şeydir. Çünki azad şeir sənətinin hər bir yaradıcı
dühası ona yeni forma və məzmun keyfiyyətləri
gətirərək, zamanın və bədii təfəkkürün bəlirli
hüdudlarını durmadan aşıb irəliyə gedir. Və insanlığı
özü ilə birgə yeni açılan bir sabaha, yeni doğacaq bir
günəşə və yeni bir bədii konsepsiyaya doğru ararır.
Verlibr (-özgür şeir) sənətkarı yaratdığı hər bir yeni
şeirin forma və məzmununa öz müəllif möhrünü
vuraraq, hər yeni poetik “icadına”, hər yeni bədii
“nou-xou”-suna özəl avtorluq statusunu qazandırır...
Bu yeniliyin mahiyyəti insanlığın qarşısıalınmaz
azadlıq ruhudur. Alman filosofu Fridrix Nitsşenin
dediyi kimi, ruhun konvensiya halı ola bilməz. Çünki
canlı İnsan ruhu daim inqilabi dəyişən, irəliləyən,
sabit-dəyişməz qalanları mənəvi inkar edən bir “stixi”
fenomendir. Eynən Azad şeirin özü kimi!..
Bu ilk elmi kitabımın son abzaslarında ənənəvi
“Azadlıq diyarı”-nın ilk azadlıq şairi və korfeyi Uolt
Uitmenin (1819-1892) məşhur “Ot yarpaqları”
kitabından etdiyim bir parça sərbəst tərcüməmi (mən
Dostları ilə paylaş: |