310
bu şeiri Nyu-York/ Yeni şəhər haqqında Oda
adlandırardım) xatırlamadan ötüşə bilmədim:
Yuxumda bir şəhər görürəm: üstünə
dünyalar yerisə,
onu ala bilməzəsla.
Mənə elə gəlir ki, heç vaxt heç yerdə olmamış
bir Dostluq şəhəridir o.
Bu şəhərdəhər şeydən irəli
məhəbbət tutulur uca.
Bu şəhərdə hər kəsin hər bir hərəkətində,
sözündə , baxışında hər saat, hər an
görünür gözə bu yeri öncə.
Amerika özgür şeirinin banisi, dünya korifeyi Uolt
Uitmenin bu azadlıq ruhu ilə dolu misralarında ilk
olaraq, insana olan dostluq və məhəbbət duyğuları
nəzərə
çarpır.
Məncə,
hansı
şeir
vəznində
yazılmasından asılı olmayaraq, bəşəriyyəti dostluğa,
məhəbbətə, sülhə və ədalətə səsləməyən heç bir fikir
və düşüncə məhsulu poeziya adlanmağa layiq deyil.
Çünki əsl şeiriyyət dostluğun, məhəbbətin və
azadlığın olduğu yerdədir.
XXI əsr insanı üçün həyat haqqında bəsit ibtidai
təsəvvürlərin yaratdığı təsvirçi və tərənnümçü
poeziya məhsulları maraq kəsb etmir. Çağdaş oxucu
üçün Söz varlığın məna kərpicidir. Alman türkoloqları
Türk dillərinin ən gözəl keyfiyyəti kimi sözlərimizin ilk
311
heca seqmentinin əsas leksik məna daşıyıcısı olmasını
xüsusi qeyd etmişlər. Bu dərin ilahi məğz Türklüyün ilk
Avrasiya köklərindən irəli gəlir. Azad şeir vəzni nəinki
dünən, elə bu gün də kontinental Avrasiya taleyimizin
ortaq tarixi təməlidir. Çünkü varlığımız sürdükcə bu
dünyadakı mənamızın ən dərin qatları yalnız
kökümüzdə olacaqdır.
312
Son söz
əvəzi, yaxud
ilk
elmi rəy
Elmi iş Giriş və İki fəsil sxemi üzrə planlaşdırılmışdır.
Girişdə azad şeir poetikasının bir sıra mühüm nəzəri
problemləri, bu barədə yazılmış elmi tədqiqatlar və öz
qədim folklor və yazılı kökləri ilə qarşılıqlı əlaqədə çağdaş
modernist ədəbi proses (ümumdünya, o cümlədən
Azərbaycan Verlibr ədəbiyyatının Qızıl dövrü (- ötən əsrin
60-70-ci illəri. Lakin sonradan yeni nəslin yaradıcılığı da
tədqiqata daxil edilmişdir.-N.A.) dərindən araşdırılmış və
qarşıda duran əsas problemlərin həllinin ümumi şərhi
verilmişdir. (Müəllif III Minilliyin cari dekadasında əsəri
kitab kimi nəşrə hazırlarkən tədqiqat işinin üzərində bəzi
kiçik zəruri dəyişikliklər və əlavələr etmişdir.-Redaktor).
Tədqiqatçı “Azad şeir və vəzn problemi” adlanan I
Fəsildə modernist şeirin vəzn qanunauyğunluqlarını
diqqətlə izləmiş, çoxlu elmi-nəzəri, tədqiqi səciyyə daşıyan
ədəbiyyatları bacarıqla tədqiqata cəlb etmiş, məşhur
əruz, antik, tonik, sillabik və d. metrik sistemlər üzrə
məşhur sovet türkologiyası alimləri ilə xeyli elmi
mübahisələrə
girmiş,
onlardan
bəzilərinin
bədii
ədəbiyyatı dilçilik elminin ümumi kanonlarına kəskinliklə
tabe etdirmək cəhdlərinə qarşı çıxmışdır. Məsələn, o, öz
əziz müəllimi, Azərbaycan milli əruzşünaslıq elminin
banisi, dahi klassik Hüseyn Cavidin tələbəsi olmuş, şair və
313
ədəbiyyatşünas-poetik
Əkrəm
Cəfərin
ümumi
şeirşünaslıqda bəzi ifrat əruzçuluq meyllərini tənqid
edərək, azad şeiri (modernizmi) onun müxtəlif istiqamətli
hücumlarından müdafiə etməyə çalışmışdır.
Tədqiqatçı, Azərbaycan əruzşunası və öz Universitet
müəllimi Əkrəm Cəfərin müxtəlif şeir sistemlərinə,
xüsusən heca vəzninə dair bəzi subyektiv fikirlərini də qəti
olaraq təkzib etmiş, hər bir poetik sistemə yalnız onun öz
xüsusi
metrik
kanonlarından
yanaşılmasını
irəli
sürmüşdür. Belə ki, Ə.Cəfər heca vəznini ibtidai, primitiv
vəzn adlandırmış, şeiriyyət və musiqilik baxımından
qüsurlu saymışdır. N.Fərəcovun (N.Atabəylinin-Red.)
Azərbaycan şeirinin vəznlərinin mərhələləşdirilməsi ilə
bağlı irəli sürdüyü orijinal prinsip, fikrimizcə, daha elmi
mahiyyət daşıyır. Onu da xüsusi qeyd edək ki, həqiqətən,
Heca vəznini bəziləri çox yanlış olaraq, dilimizin doğma
vəzni saymış, Azərbaycam milli əruzunu isə yad ünsür kimi
qiymətləndirmişlər. Halbuki fars şeirinin bütün pəhləvi və
parf qaynaqlarında bütün Fars ədəbiyyatının (Əruza
qədər) Heca vəzni üzrə minillik tarixi təcrübəsi vardır.
Tədqiqatçı həmçinin görkəmli Sovet türkoloqu
İ.V.Steblevanın əski Türk şeir poetikasını antik vəzn
ölçüləri ilə bağlamasının da qəti əleyhinə çıxmışdır. Bu
məsələdə o, Sovet dilçiliyində Leninqrad məktəbinin
nümayəndəsi,
böyük
türkoloq,
akademik
V.M.Jirmunskinin fikirlərinə üstünlük vermişdir. V.
Dostları ilə paylaş: |