318
da, klassik Türk şeiri də öz inkişafında ilk növbədə, məhz
bu Ədəbiyyatı yaradanlara daha çox borcludur. Bu Özbək
korifeyi Əlişir Nəvaiyə də şamildir. Əlişir Nəvai
ölməz“Mizanül-övzan” poetikasından daha çox öz
Xəmsəsində qüdrətlidir. Gənc tədqiqatçı bu cür inqilabi
mülahizələri ilə müasir elmlər sahəsində hökm sürən canlı
Ədəbiyyata məcburi kanonik yanaşmaları, sənətkara
“Dərs verib”, yaradıcı dühları nəzəri-ideoloji yönəltmək
istəyənlərin amacını rədd etmiş, canlı ədəbiyyata qeyri-
elmi münasibətlərin vulqar sosiolgizm mövqeyi olduğunu
ortaya qoymuşdur.
Gənc tədqiqatçı öz əziz müəllimi Əkrəm Cəfərin ayri-
ayrı qənaətlərini qəbul edərək onunla razılaşır ki,
Azərbaycan klassik şeirində bu günəcən Ərəb əruzunun 6
rüknü əsasında məlum olan 12 vəzn , 72 vəzn növü, 267
qəlib mövcuddur. Lakin gənc poetik, Əkrəm Cəfərin bu
rəqəmlərinin canlı ədəbiyyatın tədqiqatı nəticəsində heç
vaxt stabil qalmayacağını da xüsusi irəli sürmüşdür.
Deməli, klassik ədəbiyyatın tədqiqində hər hansı bir dövr
ərzində bu statistika olduğu yerdə dayanıb durarsa, onda
bu onu göstərəcək ki, klassik ədəbiyyatşünaslığın
akademik tədqiqi sahəsində dərin böhran vəziyyəti
yaranmışdır. Fikrimizcə, bu çox məntiqi mülahizədir.
Gənc poetikin fikrincə, Əruzun nisbi 5 hecalıdan 16
hecalıya qədərki misralarından nəzəri cəhətddən 131040
variantda ritmik qəlib yaratmaq mümkündür (Hazırda
319
müəllifin son illərə aid Klassik şeir yaradıcılığında 2000-ə
qədər dərc edilmiş şeir nümunəsi vardır. Bunların
içərisində nəzəri planda 10 hecalı olan, ədəbiyyatımıza M.
Füzulidən gələn Kamil bəhrində yazılmış qəzəllər də gözə
dəyir. Bu baxımdan, klssik şeirin inkişafı ilə Azərbaycan
əruzunun ritmik çoxçeşidliyi nəinki 276-dan 131040-a,
daha yüksək hesablara qədər arta bilər.-- Red.). Əlbəttə,
tədqiqatçı tam haqlıdır ki, Azərbaycan filologiyasının
inkişafı gedişində də Ə.Cəfərin verdiyi metrik-ritmik
statistik hesablama zamanla daim dəyişikliyə məruzdur...
Və ədəbiyyat inkişaf etdikcə, tədqiqtlar genişləndikcə bu
qeyri-stabillik durmadan davam edəcəkdir.
Gənc tədqiqatçı bəzi dilçi alimlərin poetika sahəsindəki
vulqar linqvososioloji mülahizələrinə qarşı çıxaraq, haqlı
olaraq, öz elmi-poetik mübahisə və elmi təkziblərini yalnız
dilçilik müstəvisi üzərində aparmaqla yanlış yol tutduqları
üçün onları kəskin tənqid etmişdir. O, Poetikanı Dilçiliyin
inhisarına düşürmək istəyən bəzi vulqar sosiolojizm
mövqeli sovet almləri ilə kəskin konfliktə gedərək, hətta
verlibr poetikasının terminoloji aparatının müxtəlif
terminlər və sxemləri, habelə forma-məzmun məsələləri
sahəsində də bəzi alimlərlə elmi münaqişəyə girmişdir
(Bu qarşıdurma Verlibr poetikası sahəsində hələ ilk
gənclik dövründə tələbə elmi işləri Respublika tələbə-elmi
Konfranslarında və Müsabiqələrində Qızıl Medal, I və III
dərəcəli
Diplomlarla
mükafatlandırılmış,
habelə
320
Universitet Elmi Şurasının qərarı ilə Aspiranturada
saxlanması nəzərdə tutlmuş N.Fərəcovun sonrakı elmi
taleyində Filologiyanın bəzi Qırmızı Bossları tərəfindən
kəskin diskriminasiyayasına əsas səbəb olmuşdur. Bir
məsələ
diqqətdə
ciddi
tutulmalıdır
ki,
Sovet
filologiyasında həmişə ikili standatlar hökm sürmüşdür.
Bir yandan Sovet cəmiyyətinin texnoloji inkişafını
dünyaya göstərmək üçün mədəniyyətdə müəyyən
modernizm ünsürlərinin tətbiqinə kiçik imkanlar yaradılır,
digər tərəfdən isə bu yolun nümayəndələri dərhal KQB-nin
“Qara siyahı”sına salınır və təqibə məruz qalırdılar. Bu hal
Xuruşşov mülayimləşməsindən sonra faciəvi vüsət
almışdı. Əminik ki, 58-ci il doğumlu insanlardan biri
olaraq, bu tale N.Atabəylinin də sonrakı elmi tədqiqatçı
taleyinə öz mənfi təsirlərini göstərmişdir. -- Red. ).
N.Fərəcov elmi surətdə sübut etmişdir ki, Azad şeirin
strofikasını (poetik bəndləşdirilməsini ) müəyyən konkret
sintaktik kompozisiyalar ilə (bəlirli sintaktik vahidlərlə)
məhdudlaşdırmaq olmaz. “Verlibr bəndi”termini böyük
türkoloq,
akademik
V.M.Jirmunskinin
“Şeir
nəzəriyyəsi”kitabının
“Azad
şeirin
kompozisiyası”
bölməsində irəli sürdüyü elmi prinsiplərə daha çox uyğun
gəlir. Azərbaycan poeziyasının nümunələri də məhz bunu
təsdiqləyir. Bu poeziya azad fikir forması kimi sənaye və
postsənaye əsrlərinin insanına daha çox yaxındır,
oxucunun zövq və intellektual imkanları böyüdükcə
321
verlibr sənətinin həm bədii arsenalı, həm də nəzəri-
terminoloji
aparatı
müəyyən
dəyişikliyə
məruz
qalacaqdır.
Gənc tədqiqatçı azad şeirin dünya mədəniyyətində
yerini və genezisini Qədim Ümumtürk Mədəniyyəti ilə
bağlamışdır. Bu elmi tezisin ilk örnəklərini o, Rus
türkologiyasından götürsə də, ədəbiyyatşünaslıqda
səhvən “runik şeir”adlandırılmış bu poeziyanın indiyəcən
tarixə yoldaşlıq etməsini Türk irqinin heç vaxt köləlik
rejimlərində yaşamadığının və bəzən məcburi hallarda
(çox zaman daxili xəyanət nəticəsində) əsarət altına
düşərkən belə, yenə də inadla öz Azadlıq idealı uğrunda
barışmaz mübarizəsinin nəticəsi saymışdır. O, Azad
Avrasiyaçılıq ruhunun daha çox Türk ruhunun tarixi
ifadəsi olduğuna diqqəti çəkmək istəmişdir. Bununla da
RUSİYA dövlətçiliyi müstəvisində bu gün daha çox slavyan
və türk superetnosu olaraq tarixə yol açan superinsani
mənəvi gücün nəinki müasir və qədim Avropada, hətta
Orta Şərqdə də Avrasiya ruhunun əsas Turani daşıyıcıları
olduğunu, ümumi bir mənəvi keçmişə bağlılığını üzə
çıxarmışdır. O, həmçinin Ümumrusiya mədəniyyət
tarixinin
müddətini
antik
və
xristian
Bizans
imperatorluğunun mövcudiyyətindən daha irəli çəkmiş,
bununla da Rus avrasiyaçılarının fundemental elmi
fikirlərinə xeyli əhəmiyyətli əlavələr gətirmişdir. (-Bu
mülahizə ilə gənc tədqiqatçı eyni zamanda İkinci Türk
Dostları ilə paylaş: |