30
işlədilmişdir. Əksər lüğətlərdə “verlibr” XX əsr üçün
xarakterik olan metrik kompozisiya forması sayılır. Azad
(özgür) şeir anlamına gəlir. Məsələn, L.İ.Timofeyeva və
N.P.Venqrov“Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti”ndə
(Moskva-1963) yazır: “Verlibrin əsasında hər bir misrada-
azad şeir ifadəsində/frazada eynicinsli intonasiyanı
müəyyənləşdirən
eynicinsli
sintaktik
quruluşlar
(seqmentizasiya) durur. Bu frazaların sintaktik quruluşu ilə
ifadə olunan təkrarlanan intonasiya şeirin özünəməxsus
ritmini müəyyənləşdir.”(Səh.: 137). V.Rudnev də “XX əsrin
mədəniyyət lüğəti”ndə verlibri ritmoloji cəhətdən“nəsrin
hissələrə bölünüb yazılması”(- sitat lüğətin elektron
variantından götürülmüşdür.-N.A. ) hesab edir. Lakin o,
həmin hissələrə bölünüb yazılmanı “artıq yaradıcılıq
momenti” adlandırır. Burada bir vacib məqamı qeyd
etməyə bilmərik. Hələ rus şeirində verlibrin “avanqard
üslub” kimi qiymətləndirildiyi ilk dönəmlərdə Vladimir
Mayakovski məşhur “Şeiri necə etməli”(Kak делать
стихи?) məqaləsində açıq şəkildə bildirirdi ki, qeyri-
dəqiqliyinə görə verlibr terminindən əl çəkilməlidir. Məsələ
bundadır ki, müəyyən xüsusiyyətlərinə görə fransız verlibri
ilə rus verlibri ritmoloji cəhətdən eyni şeylər deyildir.
Odur ki, hesab edirəm: “Azad şeir”termini milli
ədəbiyyatımızda Heca və Əruz vəznli şeir təcrübəsindən
nəzəri olaraq fərqləndirilən bütün digər sərbəst poeziya
nümunələrimizin ümumi vəzn adı olaraq götürülə bilər. Və
31
götürülməlidir. “Sərbəst şeir”termini ilə daha çox digər
ənənəvi vəznli şeirlərimizin müəyyən ritmik və metrik
rundamentlərini hələ özündə “sərbəst şəkildə” ehtiva edən
şeirləri,dilimizin tarixi ənənəvi prinsipi üzrə, adlandırmışıq.
Çünki bu şeirlərdə bir qayda olaraq, heca və əruzun daxili-
ritmik ünsürləri sayılan müəyyən təqti və təfilələrə, qafiyə
sistemlərinə və s.-yə“sərbəst”şəkildə rast gəlinir. Lakin bu
amillər normativ xarakter daşımadığından, onların heca
(sillabik) və ya əruz vəzni kimi təsnifatı yol verilməzdir.
Biz bu təsnifata günümüzdə geniş yayılmaqda olan
“sərbəst əruz”, “sərbəst heca”kimi şeir örnəklərinin
daxil olmasını qanunauyğun hesab etmədik. Çünki nə
qədər “sərbəstlik” elementləri olsa da, onlar yazıldığı
vəznin məxrəcləri içərisindədirlər. Məsələn, günümüzdə
geniş yayılmış “meyxana” şeirlərində əruzun yüngül
bəhrlərindən “xəfif” və “səri” daha çox tətbiq olunur. O
cümlədən xalq aşıq şeirimizdə əksər “müxəmməs”və
“gözəlləmə” şeirləri əruzdadır. Lakin onlarda əruzun
bəhr ritmləri, təfilə simmetriyası və çeşidi çox yerdə
qarışdırılmışdır. Bu əsərlərə yalnız “sərbəst əruz”
kateqoriyasından yanaşıla bilər. Deməli, hər hansı
vəznsal“sərbəstlik” onları əruz məxrəcindən kənarda
qoymur.Lakin bununla belə, ədəbiyyatımıza “bəhri-
təhvil”, “mənsur şeir” kimi düşən bədii məhsullara isə nə
nəsr, nə də əruz şeiri olaraq yanaşılmasına yol vermək
olmaz. Bu yanaşma ədəbiyyata elmi münasibət deyildir.
32
Bu şeirlərdə şeir bəndi, təqti və ənənvi qafiyə sistemi nə
əruza, nə də hecaya uyğundur. Bu cür əsərlərdəki poetik
arxitektura Azad şeir poetikası baxımından araşdırıla
bilər.
“Sərbəst tərcümələrin”, yəni Əruz kanonlarından uzaq
dillərə, məsələn rus dilinə çevrilmiş klassiklərimizin:
Füzulinin, Sabirin, Nəsiminin... şeirlərinin tərcümə
variantlarının , habelə milli dilimizə çevrilmiş və fərqli
vəzn olçüsünə salnmış şeirlərin (məsələn, qeyri-rübai
vəznli sərbəst rübailər) və d. bu cür fərqli vəzn
xüsusiyyətlərinə malik bədii məhsullarını da “Azad
şeir”kateqoriyasından kənara çıxarmalıyıq.
Tərcümə nədən olur-olsun, o, son məhsulun vəzni
keyfiyyəti üzrə müəyyənləşdirilməlidir. Çünki bu cür
əsərlər tərcümə olunduqları əsas şeirin vəzn qanunları
ilə deyil, yalnız tərcümə olaraq yazıldıqları son vəznin
normaları ilə izah edilməlidirlər. Bu, filoloji zərurətdir.
Aydın məsələdir ki, dahi rus şairi “fransız verlibri ilə rus
verlibrinin ritmoloji cəhətdən eyni şeylər” olmaması
fikrində tamamilə haqlı idi. Bu bizə də müəyyən haqq
verir
ki,
Azərbaycan
verlibristikasının
işlənib
hazırlanmasında öz orijinal və milli mövqeyimizi ortaya
qoyaq. Burada ilk addım kimi milli verlibristika
terminlərimizin işlənib hazırlanmasıdır. İkinci addım isə,
rus ədəbiyyatşünaslığında verlibrin “iki qardaş”olmaqla
“Ağ şeir”və “Verse”-yə bölünməsi kimi təsnifatları
33
Azərbaycan azad şeir poetikası üçün qeyri-məqbul
saymağımızdır. Nəhayət, biz də“fransız verlibri ilə rus
verlibrinin
ritmoloji
cəhətdən
eyni
şeylər”
olmamasından, yəni müxtəlif milli verlibristika elminin
zərurəti prinsipindən çıxış edərək, Azərbaycan
ədəbiyyatşünaslığında
Azad
şeirin
bütün
növ
fərqliliklərinə baxmayaraq, onların hamısını “Azad
şeir”termini kimi vahid metrik ad altında birləşdirmişik.
Odur ki, indiyəcən bizim özümüzün də tədqiqatlarımızda
geniş istifadə etdiyimiz “sərbəst şeir” terminindən
konkret vəzn növü kimi imtina edərək, onu yalnız azad
şeirin şəkillənmələrindən birinin forma xüsusiyyəti
olaraq qəbul etməyi məqbul saydıq.
Sərbəst şeirin tətbiqi ilə daha yüksək və ali sənətkarlıq
mövqeyində durmaq iddiasına düşmək istedadsız olan hər
kəs üçün yalnız maniyadır. Rus verlibrşünaslığının metri
Vladimir Buriçin “Voprosı literaturı” jurnalında dərc
etdirdiyi (Moskva-1972, №2, səh. 132-140) “Ot çeqo
svoboden svobodnıy stix” (Sərbəst şeir nədən azaddır )
məqaləsində maraqlı bir xatırlatma var: “Rus şeiri tarixində
sərbəst şeirin yeri məsələsinə toxunaraq, mən demək
istəyirəm ki, sərbəst şeirdə Puşkin, Lermontov, Blok,
Kuzmin, Xlebnikov, Terentyev, L.Lavrov, Şerşeneviç,
Mazurin, Neldixen, Qustev, Sadofyev, Mayakovski,
Svetayeva, Mandelştam, Kirsanov, Obolduyev, Blaqinina,
Tarkovski, Solouxin, Vinokurov və neçə-neçə başqaları
Dostları ilə paylaş: |