13
bütövlüyünə və tərəqqisinə inanmışam. Bu məkanı
ümumi bəşər sivilizasiyasının lekomativi kimi görmək
istəmişəm. Azad şeirə olan mənəvi bağlılığım da məhz bu
bədii təfəkkür sisteminin ilk öncə ümumavrasiya mədəni
irsi olması ilə əlaqədardır.
Fəxr edirəm ki, həyatımın bütün mərhələlərində
özümü xalqımın totalitar rejimə qarşı həqiqi milli azadlıq
mübarizəsinə həsr etmişəm. 90-cı ilin qanlı 20
Yanvarında Azərbaycanımın milli istiqlal Bayrağına istila
və hərbi vəziyyət rejimi şəraitində ilk kərə“Bir kərə
yüksələn Bayraq!” şeirimi yazdım. Onun mətninə əsrin
sonlarında bəstələnmiş simfonik marş (bəstəkar: Ədviyyə
Rəhmətovadır) Azərbaycan Dövlət Simfonik Orkestrinin
ifasında (solo-ifaçı Sahil Kərimovdur) müsabiqə əsasında
Qızıl Fonda qəbul edildi. Bu əsərim artıq 10 illərdir ki,
virtual müstəvidə bütün (sosial, siyasi, coğrafi) sərhədləri
aşaraq, Azəri türklüyümüzün Azadlıq və Birlik harayı tək
dünyanı dolaşır. Yalnız bu fədakarlığım, zənnimcə, məni
60 milyonluq Azəri türkümün gözündə böyük Vətənimizin
bir parçası etməyə kifayətdir...
Qılınc vuran qolumuzsan,
Sən azadlıq yolumuzsan.
Simurq kimi doğulmusan,
Bir kərə yüksələn Bayraq!
(Bax:“İlham” qəzeti, 2 fevral 1991-ci il. № 13;
Azadlığın qədri. İşıq nəşriyyatı, Bakı-1996. Səh: 3.)
14
Bu inqilabi çağırış artıq çoxdandır ki, mənimki olmaqdan
daha ziyadə bütün azadlıqsevər könüllərin ümumi
nəğməsinə çevrilmişdir. Bəlkə də, indi o, məndən ziyadə
başqalarınkı olmuşdur.
“Radio Station of Namiq Atabeyli”internet resursları
günün 24 saatı ərzində ən gözəl vətən və bayraq
mahnılarımızı səsləndirir. Şeirlər ifa edir. Minlərcə
azadxah insanlar “Bir kərə yüksələn Bayraq” simfonik
marşını da bu nəğmələrin içərisində dinləməkdən zövq
alırlar. Deməli, ömrümün 60-cı baharına doğru nahaq
yerə addımlamamışam:
15
Heç şübhəsiz ki, Qırmızı ideoloqların dar nəzərində
verlibr sənətinin“burjua təmayüllü” modernist cərayan
kimi başa düşülməsi səbəbindən mənim rəsmi gənclik
həyatıma qanuni“alimlik səhifəsi”yazılmadı. Lakin bu
məni heç vaxt təəccübləndirmədi. Çünki “Azadləq
verilməz, alınar” deyiblər. Və mən hər bir haqqıma
həyatımda yalnız öz azadlığım kimi yiyələnmək
istəmişəm.
İnsanın Fikir azadlığının hüdudları mənim nəzərlərimdə
həmişə Avrasiyanın geniş skif stepləri kimi qeyri-
müəyyən olmuşdur. Mən bunu poeziyaya da şamil
edirəm. Hesab edirəm ki, “Azad şeirin poetikası” tədqiqat
əsərim uzun
illərdən
bəri
sürüb
gələn
aşırı
antişirvanizmin qurbanı olmuşdur. Lakin bütün ömrüm
boyu xüsusi qürur hissi keçirmişəm ki, mən şirvanlıyam!..
Şirvanlılıq mənim həm poetik, həm də genioloji
şəcərəmdir. O, sinəmdə qəlbimin daşıdığı azadlıq
ruhunun özüdür. Uzun illər ərzində məni Azad şeirə
bağlayan yeganə hiss və inad da məhz bu olmuşdur.
“Azad şeir və onun poetikası” kitabım eyni zamanda bu
tükənməz duyğu və tarixi anlayışlarımın məhsuludur.
Açıq deyə bilərəm ki, bu gün mənim dünyagörüşümdə
Qırmızı dövrlə müqayisədə çox az şey dəyişilib. Bu azmaz
nəzərə çarpan dəyişiklik İmperiyanın süqutu ərəfəsində
rus dilində tapıb oxuya bildiyim 100 yeni kitabın
sayəsində baş vermişdir. Sanıram indi onlardan bir-
16
neçəsinin adını öz gələcək oxucularım üçün çəkməyim pis
olmazdı:“İnsanlıq keyfiyyətləri”, “Gələcək üçün 100
səhifə”(Aurelio Peççei), “3-cü dalğa” (O.Toffler), “Yer
sivilizasiyasının inkişaf strategiyası”(M.Soukur), “İnsanın
perspektivləri”(İ.Frolov),“Həmin insan dünyası” (Pekka
Kuusi) və“Postkapitalist cəmiyyət”(Piter Drayker)... Mən
bu kitabları Radişşevlərin, Bakıxanovların, Puşkinlərin,
İvan
İlinlərin,
Seyid
Əzimlərin,
Solovyovların,
Berdyayevlərin, Lev Qumulyovların, Sorokinlərin, Rəsul
Rzaların,
İ.Brodskilərin...
azadlıq
düşüncələrini
tamamlamaq üçün oxumuşam. Və bu fikirlər insanlıq
haqqında
böyük
Avrasiyaçı
düşüncələrimin
tamamlanmasında mənə əsl yardımçı olmuşdur.
Biz bu gün XXI əsrin neosferasında (-bilik çevrəsində)
yaşayırıq. Nobel mükafatı laureatı olmuş son dövr dünya
şairlərinin yalnız modernist təmayüllü yaradıcılar
olduğunu görürük. Əlbəttə, bu, yalnız alqışa layiqdir.
Ötən əsrin 50-60-cı illərindən etibarən dünyada baş
verən elmi-texniki inqilab prosesləri hər birimizin
taleyində öz izlərini qoyub. Görünən odur ki, dünyanın
vizual üzü ilə virtual üzü arasında dərin uçrumlar var.
Çox şeyin vizual üzü dəyişsə də, mahiyyəti əzəlki kimi
qalmaqda davam edir. Deməli, bu bizim nəsil üçün daha
bir faciəvi alın yazısıdır ki, onu da qət edib keçməyə
məcburuq.
17
On milyon il bundan əvvəl insanın əcdadı qalxıb iki
ayağı üzərində durmuşdur. Lakin miladdan əvvəl IX-VII
minilliklərdə Qədim Şumer və Akkadların gil kitabələrinin
saxlandığı Hammurapinin kitabxanasındakı yazılarda
bizim
indiki
sənaye
və
postsənaye nəslimizin
nümayəndələri bunu da oxudular ki, həmin keçmiş
zamanlarda birisi o birinə belə deyirmiş: “Qonşu, evinə
başın üzərində olaraq sağ-salim qayıdıb gəlmək
istəyirsənsə, onda öz qapından çıxandan qayıdıb evinə
girənəcən belini yerə əy, başını yerə dik və heç vaxt
yuxarıya boylanıb kimsənin üzünə baxma”.
Sənaye erasını 1800-cü ildən başlanmış qəbul etsək, bu
dövrdən bizim yeni minilliyin ilk yüzilliyinin tamamınacan
Yer üzündə 15 insan nəsili dəyişmiş olacaqdır. Mənim
üçün maraqlı olan odur ki, bu 15 nəslin içərisində hələ
neçəsi Hammurapinin gil yazılarındakı kimi düşünəcəkdir.
Və ya düşünəcəkdirmi?!.
Mən inanıram ki, Yer üzünün ilk şairi bizdən 10 milyon
il əvvəl iki ayağı üzərində qalxıb dik dura bilmiş həmin
cəsarətli məğrur ilk İNSAN əcdadımız olmuşdur.
Azad şeirin poetikası ilə uzun illər belə ardıcıl məşğul
olmağımın əsl səbəbi hər cür asılılığa qarşı milli
nifrətimdən ibarətdir. Bu üzdən indiyə kimi heç bir
yaradıcılıq, ictimai və siyasi təşkilatda üzvlüyüm
olmamışdır. Və yəqin ki, bundan sonra (yəni yaşımın 60-a
çatacağı bir vaxtda) da heç olmayacaqdır. İnsanların öz
Dostları ilə paylaş: |