12
Tale mənə Avrasiyada baş verən bu böyük tarixi
dəyişikliklərəcən dözüm verdi: bu kitab həm də həmin
səbrin və dözümün məhsuludur.
Deyirlər ki, bu dünyada hər kəsin taleyi qabaqcadan öz
alnına yazılır. Əgər elədirsə, onda mənim alnımın ilk
yazısı
doğulduğum
türk
nəsilimdir.
Dövran
babalarımdan birini“kulak” kimi sürgün etmiş, II Cahan
müharibəsinə cəza bataliyonunda döyüşə göndərmiş və
orada tərəfi naməlum güllədən həlak etmişdir. Etiraf
edim
ki,
mən
həmin
“qaralanmış”nəsilin
son
nümayəndəsiyəm. Sovetlərin aşırı kastalaşmış və
qırmızılaşdırılmış elmi təfəkkür “mərkəzlərinə”məni əsla
yaxın buraxa bilməzdilər. Bunun səbəblərindən yalnız biri
Sizə açdığım nəsil bağlarımdır...
Sovet totalitar sisteminin süqutu ərəfəsində ingilis
siyasi xadimi, Nobel mükafatı laureatçısı Uinston Çörçilin
“Mənim böyük müasirlərim” adlı kitabının “Lev Trotcki”
hissəsində
oxumuşdum
ki,
Sovet
kommunizmi
avantürası, əslində, Alman imperializminin I Cahan
müharibəsi ərəfəsində Çar Rusiyasına qarşı hazırladığı bir
hərbi plan olmuşdur. Dolayısı ilə, bu planın ilk qurbanları
da elə onun Lev Davudoviçin özü kimi ilk icraçıları idilər.
Mən heç vaxt Avrasiyanın- ulu əcdadlarımızın geosiyasi
məkanı olan bu əziz tarixi diyarımızın dağılıb
parçalanmasını, çeşidli diktaturaların və diktatorların
zülm obyekti olmasını arzulamamışam. Avrasiyanın