18
ağlından
çox,
ali-məqamlardan
ala
biləcəyi
“imtiyazlardan”və uca“vəzifələrdən” asılı olduğu indiki
zamanədə, bir müdrikin dediyi kimi, hər bir kəsin əsl
böyüklüyü öz şəxsi həyatında imtina edə bildiyi
“zərurətlər”qədərdir. Mən onunla da fəxr edirəm ki,
imtina etməyi bacardım...
İnsan ağlı üzərində güclü sosiokibernetik nəzarət
sistemlərinin qurulduğu indiki zəmanədə poeziyadan
qüdrətli müqavimət gücü tanımıram.
Elmi tədqiqat əsərimin müasir elmi yaradıcılığın
inhisarlaşdırıldığı
rəsmi
təsisatlardan:
akademiya,
kafedra, institut və universitetlərdən kənarda işlənilməsi
mənim üçün bu gün həqiqətən fərəhli haldır. Biz uzun
illərin mübarizəsi sayəsində bədii yaradıcılığın üzərindəki
inhisarlara (senzuralar da daxil olmaqla) son qoya
bilmişik. Lakin çox təəsüf edirəm ki, bu zəfəri Elmin
mütləqiyyətçi güruhları üzərində təmin edə bilməmişik.
İnsan ağlının və vicdanının məhsulu olan elmi kəşflərin,
ixtiraların və icadların üzərindəki rəsmi inhisarların
ömrünün uzun sürməyəcəyinə inanıram... Yazdığım əsər
bu istiqamətdə, bəlkə də, ilk azad addım sayıla bilər...
AMEA prezidentinə yazdığım “Alimlik” adlı bir şeirim var.
Ordan kiçik bir parçanı həm ona, həm də Sizə xatırlatmaq
istərdim:
Elm düşüncənin azadlığıdır,
Kitabla açılır insanın gözü.
19
Elm insanlığın Haqq çırağıdır,
İlk səhər banıdır alimin sözü.
Alimlik sadəcə vəsiqə deyil,
Vicdandan boylanan pak həqiqətdir.
Alimlik adicə vəzifə deyil,
Tanrı qarşısında məsuliyyətdir.
(Bax: Seyidəm, ərseyi-eşq içrə... “Step”ltd. kino
şirkəti.Bakı-2014, səh: 153)
Biliyin (informasiyanın) padşah kitabxanalarında, feodal
qəsrlərində, cadugərlər-tilsimkarlar arasında, kilsə və
məbədlərdə
saxlanılıb,
kütlələrdən
ciddi-cəhdlə
qorunduğu dövrlər artıq arxada qalmışdır. Lakin əvəzində
müstəqil düşünən insanı bir fərd olaraq, sosiopolitik və
bioloji izolyasiyalar ilə əhatə edib, zaman-zaman
lüzumsuz və mənasız (boz) imformasiyalar içərisində
total şəkildə əridib yox etmək vasitələri xeyli artmışdır.
Mən inanıram ki, biz XXI əsrin yeni tipli insanı adına
layiq olduğumuzu sübuta yetirə biləcəyik. Ümumbəşəri
həmrəyliyimizin hər bir etnik, sosial və siyasi
mahiyyətimizdən yüksəkdə durduğunu gələcək nəsillərə
inandırmağı bacaracağıq.
30 avqust 2013-cü ildə yanğına məruz qalmış (və ya
yandırılmış) ata yurdumda 80 yaşlı yazıçı-publisist,
“Şirvannamələr” müəllifi atam Rəşid Fərəcovun xilas
etdiyi
son
nüsxə
əsasında
yenidən
işləyib
təkmilləşdirdiyim
bu
əsərin
qiyməti,
sanıram,
20
planetimizdəki Homo-sapiens adına bütün layiq
olanların yalnız mənə deyil, ümumilikdə öz həmcinsinə
və həmfikrinə olan insanlıq həmrəyliyini ifadə
edəcəkdir.
Azərbaycan əruzşünaslığının banisi, müəllimim Əkrəm
Cəfər 1977-ci ildə “Elm” nəşriyyatında cəmi 1020 nüsxə
ilə işıq üzü görmüş “Əruzun nəzəri əsasları və Azərbaycan
əruzu” fundamental tətqiqat əsərində yazırdı: “Əruzun
üç terminoloji mənası vardır. Birincisi, şeirin vəznlərindən
bəhs edən elmi bildirən mənası. İkincisi, terminoloji
mənasında əruz sözü vəznin özünü bildirir. Deməli, əruz
həm elm, həm də sənətdir... Üçüncü terminoloji mənası
ilə əruz poetikada beytin birinci misrasının son bölümünü
bildirir.” “Əruz bir elm kimi şairə, alimə, tələbəyə,
oxucuya şeir vəzninin müxtəlif növlərini, şəkillərini,
tərkibi ünsürlərini, qanuni əlamətlərini öyrədir.”
(Göst.
Kitab.Səh: 27-28-29).
Öz universitet və sənət müəllimimin yolunu davam
etdirərək, mən də azad şeirin poetikası üzərində
çalışdığım bütün çətin günlər ərzində bu prinsipləri
gözlədim. Əminəm ki, “Azad şeir və onun poetikası” elmi
kitabım “bir elm kimi şairə, alimə, tələbəyə, oxucuya bu
şeir vəzninin müxtəlif növlərini, şəkillərini, tərkibi
ünsürlərini və qanuni əlamətlərini öyrədəcəkdir.”
Ötən il qələmə aldığım “Müəllim”(Elm və təhsil. Bakı-
2016) pedaqoji poemamada dünya tarixində ilk yeni tipli
məktəbin əsasını qoymuş dahi çex münəvvəri Yan Amos
21
Komenskinin (1592-1670) pansofik ideyalarının öz
vətənində vaxtında dayaq tapmasa da, qısa müddətdə
dünyada əsl maarifpərvərlər tərəfindən necə müdafiə
edildiyini, o cümlədən Azərbaycanda şair-pedaqoq Seyid
Əzim Şirvani tərəfindən 1869-cu ildə yaradılmış ilk milli
məktəbimizdə necə cəsarətlə tətbiq edildiyini, bu böyük
ideyanın yeni müstəqilliyinə qovuşmuş Quzey
Azərbaycanımızda İsmayıl İsmayılov kimi vətənpərvər
müəllimlərimiz
tərəfindən
necə
uğurla
davam
etdirildiyini yazmışam. İşıqlı ideyalar daim zülmət
üzərində zəfər çalmışdır. Və çalacaqdır.
Mən bu gün öz yurdumda təklənmiş bir adamam.
Demək olar ki, 13 ildir tamamilə işsizəm. Azərbaycan
Yazıçılar Birliyinin “Qobustan” jurnalının (№1, 2017) bu
ilki ilk sayında milli klassik irsimiz ilə bağlı geniş
müsahibəm və klassiklərimizə yazdığım beş yeni nəzirəm
dərc edilmişdir. Nəsimiyə yazdığım nəzirədən bir parçanı
diqqətinizə yetirirəm:
-Zülmət gecələr içrə yanan tək şəməm, ey can,
Ey Şəmsi-ümid, doğ, günümü al səhər eylə.
Dahi Nəsimimizin dediyi kimi, “dunya duracaq yer
deyil...” Ömürün sürətli axarında xalq üçün qoyub
getdiyimiz əsərlər yeganə təskinliyimizdir.
İşsizliyimə start verilmiş 2004-cü ilin 23 aprelinə kimi
18 yaşımdan bəri çalışmadan yaşadığım bir gün
olmamışdır. Hətta yuxarı məktəb şagirdi və tələbəlik
Dostları ilə paylaş: |