28
Azad şeirin poetikasına bir baxış
(Giriş)
Canli poeziya yaradıcılığının vəzn və ritm
xüsusiyyətlərini ədəbiyyat nəzəriyyələrinin (adı bəlli olan
müxtəlif Poetika kitablarının) cansız “təlimatları” ilə əsla
məhdudlaşdırmaq olmaz. Hər bir yaradıcı düha öz
Qələminin ona verdiyi mənəvi Azadlıq prinsipləri ilə daha
çox bağlıdır, nəinki məcburi bədii konvensiyalar ilə. Bu heç
vaxt unudulmamalıdır.
Lakin bununla belə, filoloji elmdə nəzəri poetikanın ilk
sanballı örnəyi olaraq, yunan filosofu Aristotelin
(Ərəstunun-e.ə. 384-322) “Poetika” əsərinin adı ehtiramla
çəkilir. Düzdür, Ərəstunun “Poetika”sından sonra da
ədəbiyyatda kanonizasiya xarakterli neçə-neçə poetikalar
zühur etmişdir. Məsələn, Qədim Romada Horatsinin (e.ə.
65-8-ci illər) “Pizonlara məktub”adı ilə daha çox məşhur
olan “Poeziya sənəti” traktatı, XV-XVI əsrlərin coğrafi
kəşflərindən ilhamlanmış Qərb dünyasında İntibah
ədəbiyyatını
kanonlaşdıran
C.
Trissino,
T.Tasso,
L.Kastelvetronun poetika təlimatları, Skaligerin “Poetika”sı,
nəhayət, N.Bualonun (1636-1711 ) “Poeziya sənəti” əsəri
və s. XVIII əsrin Maarifçilik hərəkatından III min illiyin
çağdaş postmodernizminə qədər ədəbiyyata nəzəri
baxışlar yenilənməkdə davam etmiş, edir və edəcəkdir.
Bununla belə etiraf edək ki, nəzəriyyələr nə qədər çox və
müxtəlif olsalar da, ümumdünya ədəbiyyatı tarixində