44
www.aliyevheritage.org
Heydər Əliyev: Hörmətli baş katib!
Hörmətli qonaqlar!
Azərbaycana xoş gəlmisiniz. Mən sizi səmimi qəlbdən salamlayıram.
Azərbaycan 1994-cü ildən NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramında
iştirak edir. İlk dəfə Brüsseldə NATO-nun qərargahında görüşlərim və “Sülh
naminə tərəfdaşlıq” sənədinə imza atmağım mənim xatirimdədir. Ondan
təxminən 6 il keçibdir və bu müddətdə, hesab edirəm, bizim əməkdaşlığımız
üçün çox işlər görülübdür. Təbiidir ki, biz bunu yüksək qiymətləndiririk. He-
sab edirəm ki, biz gələcəkdə də yaxşı əməkdaşlıq etməliyik.
Hörmətli baş katib, güman edirəm ki, siz də bu məqsədlə bizim bölgəyə
gəlmisiniz. Şəxsi nöqteyi-nəzərdən sizinlə yenidən görüşməyimdən çox
məmnunam. Mən Moskvadakı görüşlərimizi və xüsusən Londondakı
ətrafl ı söhbətimizi xatırlayıram. İndi isə siz, nəhayət Cənuba, Azərbaycana
gəlmisiniz.
Bilirəm ki, siz bir müddət bundan əvvəl Gürcüstanda olmuşdunuz. Ancaq
Azərbaycanda, Ermənistanda, yəni üç Cənubi Qafqaz ölkəsinin ikisində olma-
mışdınız. İndi Ermənistanda oldunuz və nəhayət, Azərbaycana gəldiniz. Çox
məmnunam. Buyurun
Corc Robertson: Cənab prezident, buraya ilk dəfə gəlmək və Sizinlə görüşmək
imkanı məni sevindirir. Sizə məktubda yazdığım kimi, qəlbən təəssüfl ənirəm
ki, qabaqcadan planlaşdırıldığı kimi, buraya sentyabrda gəlməyə imkanım ol-
madı. O vaxt Yuqoslaviyada böhran yarandı və bununla əlaqədar səfər plan-
larımı ixtisar etməli və yalnız Gürcüstana getməli oldum. Lakin onda mən,
əlbətt ə, çox dəqiq şəkildə bəyan etmişdim ki, bütün Qafqaz dövlətlərinə səfərsiz
mənim vəzifəm mükəmməl ola bilməz. Odur ki, buraya gəlmək və Sizinlə ar-
tıq üçüncü dəfə görüşmək imkanı məni çox sevindirir.
Siz özünüz indicə dediniz ki, Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proq-
ramına üzv olmasından artıq altı il keçmişdir. Biz Azərbaycanın bu proqramda
mühüm rol oynamasını çox yüksək qiymətləndiririk. Azərbaycan xarici işlər
nazirini burada görmək mənə xoşdur, çünki onlar mən bu vəzifəyə başladığım
vaxtdan bəri, xüsusən iclaslarda, mühüm rol oynayırlar. Əlbətt ə, Siz mənim
NATO-nun baş katibi olduğum vaxtdan xeyli əvvəl bu ölkənin prezidentisi-
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin NATO-nun baş katibi Lord Corc
Robertsonu və onu müşayiət edən şəxsləri qəbul
edərkən söhbətindən
Prezident sarayı, 16 yanvar 2001-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
45
www.aliyevheritage.org
niz. Ancaq mənə elə gəlir ki, bizim ümumi cəhətlərimiz çoxdur, o cümlədən
“Sülh naminə tərəfdaşlıq” proqramına, yəni dünyanın bu çox önəmli regio-
nunda sülh, təhlükəsizlik, sabitlik məsələlərinə dərin, həqiqi marağımız var.
Mən gözəl Bakı şəhərinin seyrinə çıxmağı səbirsizliklə gözləyirəm, mənə Xəzər
dənizini ilk dəfə görməyə imkan verəcək sübh cağını səbirsizliklə gözləyirəm.
Yeri gəlmişkən, mən Atlantik okeanının 10 metrliyində doğulmuşam, buna
görə də dünyanın mühüm dənizlərindən daha birini görmək imkanı məni
xüsusilə sevindirir.
Heydər Əliyev: Şotlandiya ilə Azərbaycan arasında oxşarlıq var.
Corc Robertson: Mən tam əminəm ki, olduqca çox oxşarlıqlar mövcuddur
və biz burada qalacağımız bir gün ərzində onları aşkara çıxaracağıq.
Heydər Əliyev: Cənab baş katib, təşəkkür edirəm. Bir daha məmnun olduğu-
mu bildirirəm ki, siz Azərbaycana gəlmisiniz. Ancaq bunun üçün az vaxt ayır-
mısınız. Təbiidir ki, mənimlə söhbət aparmaq üçün və başqa görüşlər üçün də
vaxt kifayətdir. Ancaq Bakı ilə tanış olmaq, Xəzər dənizini yaxşı görmək – bu,
daha da çox vaxt tələb edir. Güman edirəm, bizim məsul şəxslər çalışarlar ki,
siz qısa bir zamanda çox şey görəsiniz. Amma bizim üçün ən əsası odur ki, biz
1994-cü ildə “ Sülh naminə tərəfdaşlıq “ proqramına daxil olarkən dünyanın
hər yerində, o cümlədən Qafqazda da sülhün bərqərar olmasını özümüz üçün
məqsəd kimi qəbul etmişik. Elə proqramın adı da bunu sübut edir - “Sülh
naminə tərəfdaşlıq”. Amma bilirsiniz ki, indi Qafqazda, Cənubi Qafqazda sülh
yoxdur. Doğrudur, müharibə də yoxdur, amma sülh də yoxdur.
Siz Ermənistandan buraya gəlmisiniz, güman edirəm orada da söhbətlər
olubdur. Ancaq, təəssüfl ər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə
görə biz indiyə qədər Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll
edə bilməmişik.
NATO birinci növbədə hərbi təşkilatdır. Ona görə, o, daha yaxşı bilir ki, kim
münaqişədə günahkardır və münaqişənin nəticəsinin günahkarı kimdir. Əgər
bu məsələyə ədalətli yanaşılsa, onu demək lazımdır ki, bu münaqişəni başla-
yan da Ermənistandır. Hələ 1988-ci ildə o, Azərbaycanın ayrılmaz hissəsi olan
Dağlıq Qarabağa iddia edərək münaqişəni başlamış, sonra bu, müharibəyə
çevrilmişdir. Bir necə il gedən müharibə, doğrudur, həm o tərəfdən, həm də bu
tərəfdən müharibə şəklində getməyibdir. Ancaq müharibə olubdur və müxtəlif
səbəblərdən – ona görə yox ki, müharibədə Azərbaycan Ermənistandan güc-
süz olubdur, - Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini
işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxa-
rılıbdır və artıq 7-8 ildir ki, onlar ağır vəziyyətdə, əksər hissəsi isə çadırlarda
yaşayırlar.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
46
www.aliyevheritage.org
Bu ədalətsizlik bütün dünyanın gözünün qarşısındadır. O cümlədən NATO-
nun. Yenə də deyirəm, NATO-nun əsas məqsədi-biz bunu belə anlayırıq,
baxmayaraq, kimsə hesab edir ki, guya NATO hansısa hegemonluq məqsədi
daşıyır, - heç olmasa Avropada sülh yaratmaqdan ibarətdir. Mən dedim ki, he-
gemonluğu biz demirik, bəziləri deyirlər. Əksinə, biz hesab edirik ki, bu sülhü
təmin edən bir təşkilatdır. Siz özünüzü Yuqoslaviyada göstərdiniz, ədalətsizliyə
qarşı çıxdınız. Ancaq burada ədalətsizlik hələ də mövcuddur. Güman edirəm,
bu barədə biz sizinlə hələ danışarıq.
Bir sözlə, Cənubi Qafqazda təhlükəsizlik biz çox məsələlərdən asılıdır. An-
caq birinci növbədə Cənubi Qafqaz ölkələrində münaqişələrə son qoymaq la-
zımdır. Bunların içərisində isə Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer
tutur. Yəni bu, hansısa ölkənin hansısa bir etnik qrupu, ya azlığı arasında olan
münaqişə deyil, iki müstəqil dövlət arasında olan münaqişədir. Həm Birləşmiş
Millətlər Təşkilatının üzvü, həm ATƏT-in üzvü olan, həm də “Sülh naminə
tərəfdaşlıq” proqramında bir yerdə fəaliyyət göstərən iki ölkənin arasında
gedən münaqişədir. Ona görə biz hesab edirik ki, bütün beynəlxalq təşkilatlar,
o cümlədən NATO da bu işə çox diqqətli yanaşmalıdır. Belə vəziyyət daim da-
vam edə bilməz və davam etməməlidir.
Ona görə, yenə də deyirəm, biz bir çox məsələləri müzakirə edə bilərik.
Ancaq bizim üçün ən əsas məsələ budur. Ona görə mən bu barədə sizə öz
fi kirlərimi söyləyirəm.
Corc Robertson: Cənab prezident, sağ olun. Mən sadəcə olaraq, bir məqamı
şərh etmək istərdim. Bir halda ki, biz burada camaat qarşısında görüşü-
rük, mən Kosovada vəziyyətin sabitləşdirilməsi proseslərində iştirak edən
sülhməramlı qüvvələrinizə görə Sizə, hökumətinizə, xalqınıza təşəkkürümü
bildirmək istərdim. Bu yəqin dünyanın indiyədək gördüyü ən böyük sülhya-
ratma əməliyyatıdır. Əlbətt ə. Bu qoşunlara nəinki NATO ölkələrinin, habelə
Rusiyanın, NATO üzvü olmayan dövlətlərin, o cümlədən də Azərbaycanın
hərbi qulluqçuları daxildirlər. Bu yardıma görə Sizə çox minnətdarıq.
Dağlıq Qarabağ məsələsi barədə mən, sadəcə bildirmək istərdim ki, NATO
bu məsələ ilə məşğul olmur, bu böhranda müxtəlif tərəfl ərin təqsirkarlığının
dərəcəsini dəqiqləşdirmək NATO-nun işi deyildir. Siz yəqin artıq bilirsiniz ki,
bu gün Azərbaycana səfərimizdən əvvəl Ermənistan prezidenti Kocaryan ilə
mənim çox mühüm görüşüm olmuşdur və Sizə söyləyəcəyim sözləri ona da
demişəm.
Burada çox ciddi və mühüm problem var və bu, təkcə Cənubi Qafqaza de-
yil, həm də bütün regiona təsir göstərir. Biz bu problemi hər vasitə ilə həll
etməliyik. Əgər problem münaqişə iştirakçılarının özləri tərəfi ndən həll olun-
mamış qalsa, onda belə uzunmüddətli münaqişəni müşayiət edən iqtisadi, so-
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Dostları ilə paylaş: |