pişirərix', qışa da bağlıyıp saxlıyarıx.
BORAZANNAMAX
(Naxçıvan) – yersiz danışmaq. –
El
ə borazannıyır ha, hələ bir düzəmməlli söz demiyip.
BORDAX (Bab
ək, Culfa, Kəngərli, Şahbuz, Şərur) – 1.
heyvanı kökəltmək üçün tövlədə ayrılmış xüsusi yer; 2.
kök
əldilmiş, bəslənmiş heyvan. –Bir yaxcı bordax qoçum var,
apar qavırma elə.
BOYAQOTU (Ordubad,
Şahbuz) – yabanı bitki.
BOYGÖRÜNCƏYİ
(Biç
ənək)//BOYGÖRÜMÜ
(K
olanı, Kükü, Yuxarı Qışlaq) – gəlini görmək istəyən yaxın
qohumların gəlinə bağışladığı hədiyyə. –Geşmişdə gəlini
görm
əx' üçün boygörümü verirdilər. İndi ta gəlin elə hammının
yanında olur.
Ağdam, Bərdə, Şuşa şivələrində də boygörüncəyi eyni
m
ənada işlənir (1, s.59).
BOYLAMAX (Culfa, Ordubad) – görm
ək. –Onnar da
isd
ədilər boyluyalar.
BOYLUM (K
əngərli, Ordubad, Şahbuz, Şərur)//BOYL
(Bab
ək, Çeşməbasar) – deməli, beləliklə (modal söz). –Onnan
sora, boylum, başdadı mənə inanmağa.
Bu söz bir çox dialekt v
ə şivələrimizdə
boyl//boylum//boyul variantlarında işlənməkdədir (1, s.59).
BOYMADƏRƏN (əksər şivələrdə)//BEYMƏDƏRAN
(Ordubad) –
yabanı bitki.
BOZARMAX (Bab
ək, Naxçıvan, Şərur) – kobud cavab
verm
ək, hirslənmək. –Elə bozardı ki, kişi:n üsdünə qaldım
m
əhətdəl.
46
BOZ AY
(Naxçıvan) – mart ayı. –Boz aydı da mart,
bilm
əx' olmur. Bir gün həylə olur, bir gün belə.
BOZDAMAC (S
ədərək, Şahbuz, Şərur) – sac üstündə
bişirilən çörək. –Bozdamacı sajda pişiririx'.
BOZPÖRT (
əksər şivələrdə) - ət yeməyi. –Təzə
k
əsdiyimiz ətdən çölə gedəndə qəşşəx' bozpört qoyarıx ocaxda.
BOZVER (Heyd
ərabad, Qarxun, Siyaqut, Türkeş) –
boz t
əhər qoyun.
BOZVIRMASI (Milax) – qoyun x
əstəliyi adı. –
Qoyunu bozvırması tutmuşdu.
BÖKƏN (Badamlı, Cəhri, Xəlilli, Keçili, Külüs,
N
əzərabad) – çörək növü. –Bökən yağlı çörəx'di, təndirdə də
pişirərix', tuxofqada da.
BÖLƏ (Biçənək, Külüs, Sələsüz, Şada) – qulağı çox da
uzun olmayan qoyun.
BÖŞK ELƏMƏK (Şahbuz) – yalan danışmaq. –Sə:n
diliv
ə heş düz söz gəlmir, ancax böşk eləməyi bilirsən.
BÖYÜX'CƏLƏMMƏX' (Culfa, Şahbuz, Şərur) –
lovğalanmaq, böyük-böyük danışmaq. –Sözə gələndə
böyüx'c
ələnirsən, işə gələndə əlinnən bir iş gəlmir.
BUĞUTİKANI (Babək, Kəngərli) – yabanı bitki.
BULAMA (
əksər şivələrdə) – südə təzə doğmuş
heyvanın ağız südü əlavə olunaraq qarışdırıla-qarışdırıla
bişirilən yemək. –Bulama həməşə olmur ki, heyvannar
doğannan-doğana pişiririx' onu.
47
BULAMAC//BULAMAŞ (Ağbulaq, Aşağı Aralıq,
Gömür, Güney Qışlaq) – xəmir mayası.
BULANDIRIX (
Xanlıqlar, Tənənəm) – çirkli, bulanıq.
–Sel g
ələndə suyumuz bulandırıx olur, işməy olmur.
BURAĞAC (Çərçiboğan, Qorçulu, Şərur) – yükün
üstünd
ən çəkilən kəndiri tarımlamaq üçün ilişdirib burulan
ağac və ya dəmir parçası. –Ay uşax, odunnar töküldü,
burağacnan mokgəm elə.
BURCUTMAX'>BURAXMAQ (N
əzərabad) – boşamaq. –Əzizin oğlu
o:n qızını neçə illərdi buraxıb.
BURCUTMAX I (Bab
ək, Naxçıvan) – forslana-
forslana yerim
ək. –Mən də dalınca yavaş-yavaş gedirdim,
hersd
əndi mənə ki, nə burcudursan, tez ol.
BURCUTMAX
II (
əksər şivələrdə) – fikrini
d
əyişdirmək, fikrindən dönmək. –Çətinə tüşən kimin tez
burcutdu bax!
BURĞU (Culfa) – lampanın işığını artırıb-azaldan
hiss
ə. –Burğusu xarab olup ləmpənin, xodun artırmaq olmur.
Burğu Tovuz şivələrində də eyni mənada işlənir (1,
s.64).
BURMANC (C
əhri, Göynuk, Ləkətağ, Nəhəcir,
Vayxır) – çimdik. –Gördüm ta susmur bir burmanc gotürdüm
böyürünn
ən.
BURUM (
əksər şivələrdə) - dəfə, bir neçə dəqiqəlik
müdd
ət. –Gül mirəbbəsi tez pişir. Bir-iki burum qəynətsən
b
əsdi.
48
BURUNTAX (K
əngərli, Şahbuz) – qızğın heyvanı
sakitl
əşdirmək üçün onun burnuna vurulan ip.
BUŞQAX (bütün şivələrdə) – künc. –Heç lazımı da
d
əyir, atıp qalıp bir buşqaxda.
BUŞQU (Naxçıvan, Ordubad) – mişar. –Taxdanı
buşquynan kəsərix'. Buşqu birəz xırda mişardı.
BÜX'DƏRMƏX' (Şahbuz) – toxuculuqda bir neçə qat
ipi bir yerd
ə əyirmək.
BÜRƏTDƏMMƏX' (Babək, Naxçıvan, Şahbuz, Şərur)
–
soyuqdan qorunmaq üçün bir şeyə bürünmək, çox qalın
geyinm
ək. –Bizdə qışda elə soyuğ olur ki, burətdəmməsən
eşiyə çıxammarsan.
BÜRMƏLƏMƏX' (əksər şivələrdə) – səliqəsiz
bükm
ək. –Paltarrarı bürməliyip ora-bıra basma, gətgə qatdıyax.
49
Cc
CAB (Düd
əngə, Zeyvə) – dağın zirvəsi. –Qar əriyib
indi azca cablarda qalıp.
CABALLIX
(Naxçıvan) – çəkillik. –Caballıxdan
ip
əx'qurdunnan yana yarpax yığdıx.
CACIX (
əksər şivələrdə) – yabanı bitki. –Cacığı
qavırıb üsdünə yumurta vırırıq.
CADA (Nehr
əm) – qırlı, asfaltlı yol. –Kəndə gələn
cada:n el
ə düz üsdündədi kanal.
CADAR-CADAR (
əksər şivələrdə) – çat-çat. –
Soyuxdan yer cadar-
cadar olmuşdu.
CADI//CAD (Böyükdüz,
Xıncab) – çörək çeşidi. -
Cadını darı ununnan eləyərix'.
-
Caddı cavandı,
Qonax qavandı.
G
əlin boğandı,
Allah amandı.
CAĞ I (Babək, Culfa, Şahbuz) – toxumaq üçün mil. –
Cağ dəmirdən olanda anam diyərdi ki, onnan toxuma. Dəmir
bir-birin
ə dəyəndə ajdığ olar.
Cağ sözü mil mənasında Ağdərə, Laçın, Zəngilan
şivələrində də işlənir (1, s.69).
CAĞ II (Şahbuz) – arabanın yanlarına vurulan ağac.
CAĞ III (Naxçıvan) – yaxşı, əla. –Şükür allaha bı
d
əyqə hər işimiz cağdı.
CAĞARLAMMAX (Nürgüt)//CAĞAYLAMMAX –
50
Dostları ilə paylaş: |