ÖN SÖZ
Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən qədim
bölg
ələrindən biridir. O, Araz çayının sol qolu olan Naxçıvan
çayının sahilində yerləşir. Ərazisinin təxminən 70 %-i dəniz
s
əviyyəsindən 1000 m yüksəklikdədir. Regionun zəngin təbiəti
v
ə əlverişli coğrafi mövqeyi qədim zamanlardan insanların
burada m
əskən salmaları üçün şərait yaratmışdır. Ərazidən
tapılan maddi-mədəniyyət nümunələri və arxeoloji
abidələr bu
yaşayış məskəninin 500-300 min illik bir tarixə malik olduğunu
göst
ərməkdədir.
Az
ərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan
Muxtar Respublikası Cənubi Qafqazın ən cənub rayonlarından
olub, Kiçik Qafqazın cənub-qərb hissəsində yerləşir. Ərazisi
simal v
ə şimal-şərqdən Ermənistan, cənub və cənub-qərbdən
İran İslam Respublikası və Türkiyə ilə həmsərhəddir. Ümumi
sah
əsi 5,5 min km
2
,
əhalisi 435 min nəfərdir.
Naxçıvan dialekt və şivələri Azərbaycan Respublikasının
Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə etməklə
Az
ərbaycan dili dialekt və şivələrinin
cənub qrupunu özündə
birl
əşdirir. Leksikonu olduqca zəngin olan bu qrupda ədəbi
dild
ə işlənməyən bir çox söz və ifadələrlə rastlaşırıq. Gös-
t
ərilən ayrı-ayrı şivələrdə bu ifadələr elə fonetik variantda iş-
l
ədilir ki, eyni bir əşya, yaxud məfhum başqa-başqa sözlərlə
ifad
ə olunur. Bu zəngin dialekt leksikası birdən-birə yaranma-
mış, Azərbaycan dilinin uzun sürən tarixi inkişafı nəticəsində
meydana g
əlmişdir. Azərbaycan dilinin,
o cümlədən dialekt və
şivələrimizin lüğət tərkibinin əsası türk mənşəli sözlərdən
ibar
ətdir.
Dilin lüğət tərkibinin zənginləşməsində dialekt leksikasının
da böyük rolu vardır. Dilin tarixi inkişafı nəticəsində dia-
3
lektizml
ərin bir qismi özünün məhəlli xüsusiyyətlərini itirərək
ədəbi dilin leksikasına daxil olur. Bu baxımdan dialekt və şivə-
l
ərin leksikasının öyrənilməsinin çox böyük əhəmiyyəti var.
Elmin, texnikanın inkişafı və bu inkişaf prosesində yaranan çox-
saylı terminlər dildə qarşılığı olmadığı üçün məcburən başqa
dill
ərə müraciət edilir. Lakin dialekt və şivələrin
müxtəlif sahələrə
aid z
əngin lüğət materialı dilimizə gələn yeni məfhumların
adlarının xalq dili əsasında yaradılmasına imkan verir.
Ümumiyy
ətlə, qədim sözlər və sözlərin qədim mənaları
ədəbi dilə nisbətən xalqın məişəti ilə əlaqədar leksikada,
dialekt v
ə şivələrimizdə, folklor nümunələrinin dilində daha
çox mühafiz
ə olunur. Bu nümunələr xalqın həyatında baş verən
d
əyişiklikləri özündə tamamilə əks etdirir. Naxçıvan dialekti-
nin lüğət tərkibində elə sözlərə rast gəlirik ki, onlar vaxtilə
Az
ərbaycanın qədim yazılı abidələrində işlənmiş, daha sonra
ədəbi dilimiz üçün arxaikləşmiş, lakin dialektin leksikasında
mühafiz
ə olunmuşdur. Bu isə həmin
leksik vahidin həm qə-
dimliyini, h
əm də tarixən Azərbaycan dilinə mənsub olduğunu
göst
ərir. Bu gün dialekt və şivələrdə işlənən hər hansı sözün
q
ədim yazılı abidələrimizdə işlənməsi onu göstərir ki, həmin
leksik
vahid abid
ənin yarandığı dövrün dialekt və şivələri üçün
d
ə işlək olmuşdur.
M
əlumdur ki, dialekt faktları dilin tarixinin canlı nümu-
n
ələridir. Eyni zamanda milli ədəbi dilimizin formalaşmasında
yerli dialekt v
ə şivələrin öz rolu vardır. Ona görə də Azər-
baycan dilinin dialekt v
ə şivələri hələ XIX əsrdə elm adam-
larının diqqətini cəlb etmiş, görkəmli
Azərbaycan alimi Mirzə
Kazımbəy ilk dəfə 1839-cu ildə Kazan şəhərində nəşr olunmuş
“Türk-tatar dill
ərinin ümumi qrammatikası” əsərində Azərbay-
can dilinin dialekt v
ə şivələrindən də bəhs etmiş, burada Quba
4