dialekt v
ə şivələri” adlı elmi monoqrafiya işıq üzü gördü. Həmin
monoqrafiyada Naxçıvan qrupuna daxil olan dialekt və şivələrin
fonetik, leksik, qrammatik xüsusiyy
ətlərinə dair elmi araşdırmalar
öz
əksini tapmışdır. Müqayisəli-tarixi üsuldan istifadə edilərək
yazılan bu monoqrafiya Azərbaycan dialektologiyasının tarixində
yeni bir m
ərhələ təşkil edir. Bir çox materiallar qohum dillərin
faktları, türk dillərinə aid qədim yazılı mənbələr, Azərbaycan
klassik
ədəbiyyatının materialları ilə müqayisə edilmişdir. Onu da
qeyd etm
ək lazımdır ki, əsər kollektiv əməyin nəticəsi olaraq
meydana çıxmışdır. Belə ki, əsərin ayrı-ayrı hissələri prof.
M.Şirəliyev (fonetika), K.T.Ramazanov (morfologiya), R.Ə.Rüs-
t
əmov (sintaksis və Şahbuz şivələrinin mətnləri), B.M.İbrahimov
(leksika, A-K h
ərfləri, mətnlər), A.H.Vəliyev (leksika, L-Ş hərf-
l
əri, terminlər) tərəfindən işlənib hazırlanmışdır.
Sonrakı dövrlərdə də Naxçıvan dialekt və şivələrinin
t
ədqiqi ilə bir sıra alimlər məşğul olmuş, bu mövzuda nono-
qrafiya v
ə namizədlik dissertasiyası yazmışlar. Bunlardan
T.H
əmzəyev, Ə.Quliyev, K.İmanquliyeva, M.Zeynalov, M.Əh-
m
ədovun xidmətini xüsusilə qeyd etmək lazımdır. Belə ki,
T.H
əmzəyev Ordubad dialektini, Ə.Quliyev Şahbuz şivələrini,
M.Zeynalov dialekt v
ə şivələrimizin məişət leksikasını,
K.İmanquliyeva Şərur rayon şivələrini, M.Əhmədov Naxçıvan
bölg
əsinin dialekt leksikasını tədqiq etmişlər.
Ümummilli liderimiz Heyd
ər Əliyevin 7 avqust 2002-ci
ild
ə imzaladığı Sərəncamla AMEA-nın Naxçıvan Bölməsi təş-
kil olunmuşdur. Naxçıvan regionunun maddi və mənəvi sərvət-
l
ərini daha effektli şəkildə öyrənmək bölmənin 6 elmi-tədqiqat
mü
əssisəsi qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bu elmi-
t
ədqiqat institutlarından biri də İncəsənət, Dil və Ədəbiyyat
İnstitutudur. 7 şöbəsi olan bu institutun Dilçilik şöbəsinin plan
8
işinin mövzusu Naxçıvan dialekt və şivələrini əsaslı surətdə
yenid
ən elmi şəkildə tədqiq etməkdən ibarətdir. Keçən müddət
ərzində 4 elmi işçisi olan şöbənin əməkdaşları vaxtaşırı əraziyə
elmi ekspedisiyalar t
əşkil etmiş, müəyyən miqdarda dialekt
materialı toplamış, bu materialları kameral şəkildə öyrənmişlər.
Bu t
ədqiqatların nəticələri məqalə şəklində təqdim edilməklə
yanaşı, eyni zamanda “Naxçıvan dialekt və şivələri” adlı türkcə
monoqrafiya (Nahçıvan ağzı) şöbənin əməkdaşı müxbir üzv
Əbülfəz Quliyev tərəfindən Ankaradakı Türk Dil Qurumu
n
əşriyyatında iri həcmdə nəşr edilmişdir. Əbülfəz Quliyev
Türkiy
ədə eyni zamanda “Nahçıvan ağızlarının söz varlığı”
kitabını da nəşr etdirmişdir. Şöbənin əməkdaşı Nuray Əliyeva
elmi-t
ədqiqatlarını başa çatdıraraq 2010-cu ildə “Azərbaycan
dilinin Şahbuz şivələri” mövzusunda dissertasiya müdafiə
ed
ərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Onun eyni zamanda “Az
ərbaycan dilinin Şahbuz şivələri” və
rus dilind
ə “Naxçıvan şivələrinin frazeologiyası” adlı monoqra-
fiyaları da nəşr olunmuşdur. Şöbənin digər əməkdaşı Rəşad
Zülfüqarov Ordubad v
ə Culfa rayonlarının dialekt və şivə
xüsusiyy
ətlərinin tədqiqini başa çatdıraraq, 2015-ci ildə fəlsəfə
doktoru dissertasiyası müdafiə etmişdir. Şöbə əməkdaşı Əbül-
f
əz Quliyev Nəsimi adına Dilçilik İnstitunun əməkdaşları ilə
birlikd
ə “Naxçıvan dialekt və şivələrinin atlası” kitabını nəşr
etmişlər.
Bu gün oxuculara təqdim olunan bu əsər də aparılan
geniş tədqiqatların nəticəsi olaraq ərsəyə gəlmişdir. Burada
Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən üç mindən
artıq dialekt sözü toplanmış, onların mənası dəqiqləşdirilmiş,
işlənmə məqamları aydınlaşdırılımışdır. Toplanan bu sözlər
dilimizin tarixini, xalqımızın çox-çox qədimlərə gedib çıxan
9
keçmişini, həyatını, məişətini özündə əks etdirir. Tarixən dili-
mizdə mövcud olmuş bir çox vahidlər sonrakı uzun inkişaf
döv
ründə dildən çıxmış, arxaikləşərək dilin passiv lüğət fon-
duna keçmişdir. Bəzi vahidlər isə tamamilə unudulmuşdur.
Belə sözləri dialekt və şivələrdən seçmək, onların semanti-
kasını müəyyənləşdirmək dilimizin keçmişinə də işıq tutur, dil
tariximizi öyrənmək üçün mühüm faktlar verir.
Azərbaycan ərazisində artıq erkən orta əsrlərdə ümum-
xalq türk dilinin mövcud olması göstərir ki, bu dil qədim, yerli
türk etnoslarının dilləri əsasında yaranmışdır. Ona görə də
Azərbaycan dilində, onun dialekt və şivələrində, digər türk dil-
lərində, qədim formalarını qoruyub saxlamış çoxlu leksik va-
hidlər mövcuddur ki, bunların geniş tədqiqi dilimizin yazıya-
qədərki vəziyyətinin öyrənilməsinə mühüm faktlar verə bilər.
Dialekt v
ə şivələrimiz xalq, millət üçün onu ən yaxşı,
h
ərtərəfli xarakterizə edən dəyərlər sistemidir. Öz xüsusiyyətini
t
ədricən itirməsi onların məhz bu gün ciddi tədqiqata cəlb
olunmasını aktuallaşdırır. Çünki şivələrlə ədəbi dil arasındakı
h
əm fonetik, həm leksik, həm də qrammatik fərqlərin get-gedə
azalması onların öyrənilməsində çətinlik yaradır. Məhz bu ba-
xımdan Naxçıvan dialektinin leksikasının da öyrənilməsi, bu-
rada h
ələ də öz varlığını qoruyub saxlayan, xalqın yaddaşında
yaşayan dialektizmlərin toplanması dilçiliyimizin qarşısında
duran mühüm v
ə aktual məsələlərdən biri idi. Əminik ki, bu
əsər gəlcəkdə bu sahədə aparılacaq tədqiqatlara da işıq tutacaq,
onlar üçün qiym
ətli bir mənbə, mayak rolunu oynayacaqdır.
Əbülfəz QULİYEV,
AMEA-
nın müxbir üzvü
Nuray ƏLİYEVA,
filologiya üzr
ə fəlsəfə doktoru
10
Dostları ilə paylaş: |