cadar-cadar olmaq. –
Soyux vıran kimi əllərim cağaylanır.
CAĞILDATMAX (Naxçıvan) – suyu birdən çox
tökm
ək. –Dedim suyun az tox', götürdü hammısın birdən
cağıldatdı içinə.
CAĞLI (Sədərək, Şahbuz) – ciyər, noxud və quyryq
yağı ilə bişirilən yemək. –Cağlını quyruğnana pişirəndə illap
daddı olur.
CAHAR-CAHAR (Culfa, Ordubad) – böyük çill
ənin
qurtarıb kiçik çillənin başladığı dövr. Bu dövr dord gün böyük
çill
ənin axırından, dörd gün də kiçik çillənin əvvəlindən
olmaqla s
əkkiz gün olur və xalq arasında qışın ən təhlükəli,
söyuq dövrü hesab olunur.
CALXAX
(Ərəzin) – calaq, peyvənd. –Şələli calxax
meyv
ədi da.
CAM
(Naxçıvan) – mis kasa. –Bına yeddihaçar camı
deyill
ər.
CAMAX
(Naxçıvan, Nehrəm, Sirab) – daha çox
durğun suda əmələ gələn yaşıl rəngli mamır. –Flakın için
oqq
ədə təmizdəməməsən, camax bağlıyıp.
CAMIŞƏRİYİ (Aşağı Qışlaq, Kolanı) – iri, yumru ərik
növü. –
Bı tingə camışəriyidi. Qəşəx' yekə olur diyə əx'mişəm.
CAMLAMAX
(
Aşağı Əylis, Aza, Gənzə) –
ovsunlamaq. –El
ə camlıyıp ki, gədanı elə bil həmən adam
d
əyil.
CAMTAYİ (Şahbuzkənd) – çanta. –Onda sumka
yoxuydu kin, m
əx'dəbə anam parçadan camtayi tikərdi
51
aparardıx.
CANASİNƏR (Naxçıvan) – ürəyincə. –Oturup bir
canasin
ər danışammadıx ki.
CANBAKƏLLƏ//CANTÖVRÜ (Dəstə) – təcili, tez. –
El
ə ancax ki, canbakəllə özünü yetirdı.
CANBƏSƏR (əksər şivələrdə) – ölümcül. –Yazığı
basıp canbəsər eləmişdilər.
CANCANI (Yengic
ə) – qardaş arvadı. –Qardaşımın
arvadına cancanı deyirəm.
CAN KÖYNƏYİ (əksər şivələrdə) – balaca uşaqlara
önd
ən arxaya geyindirilən qabağı bütün, arxası açıq köynək. –
T
əzə doğulana can köynəyi geyindirərix'.
CANNIX
(Aşağı Qışlaq, Kükü) – içərisinə yun qoyub
sarınmış qolsuz paltar. –Cannığıvı geyin üsdən donarsan.
CANTÖVRÜ (Bil
əv) – tələsik. –Nətər də cantövrü
g
əldi-getdi axı.
CAR I
(Naxçıvan) – çat. –Təzə tifar birəzdən hələ car
atır da.
CAR II (Nüsnüs) –
qurudulmuş bataqlığın yerində
qazılmış arx. –Kəndin cəməhəti böyün carda işdədi.
CARCAR
(bütün şivələrdə) – taxıl döymək üçün dəmir
dişli, dəstəli kötük. –Carcarın dişdəri iti olur.
CAVQANNAMAX
(Naxçıvan) – bir yerdə dura
bilm
əmək. –Nə cavqannıyırsan gə otu görəx'.
CECİM (Tivi) – tut çırparkən yerə sərilən parça. –
52
Cecimi tut
əltına, qoy yerə tokülüp məyıf olməsın.
CEHR (Bist)//
CEHRƏ (Camaldın) – çəltik döyərkən
qoşqu malının bir-birinə bağlanması.
CEY (Nursu) – tayfa. –Onnar demi seyidd
ərinin
ceyinn
ədilər.
CEYDAX (
əksər şivələrdə) – uzun adam. –Bir ceydax
oğlandı, indi gələcəx' görəsssən.
CƏCƏX' I (Axura) – qarğıdalının gövdəsi. –Cəcəyi
tökürüx' malqaranın qabağına.
CƏCƏX' II (Naxçıvan) – alma, armud və başqa
meyv
ələrin kötüyü. –Alma: yeyip, cəcəyin də tulluyup bıra.
CƏFDƏ (əksər şivələrdə) – qapını bağlamaq üçün
d
əmir halqalardan ibarət zəncir. –Gələndə qapı:n cəfdəsin vır.
CƏGO: (Bist, Şərur) – arabanın qabağına qoşulmuş at,
mal.
CƏĞ (Vənənd) – mala. –Onnar xərmən döyüf savırır,
ambara verir, c
əğ vırır.
CƏHƏ (Çərçiboğan) – heyvanın doğandan sonra iki
gün
ərzində verdiyi süd. –Cəhəni bizav yesə, bir həfdə dolanar.
CƏHƏNG DAŞI (Naxçıvan, Şahbuz) – qapı və
p
əncərələrin kənarlarını hörmək üçün istifadə olunan daş.
CƏHƏNNƏMOTU (Sədərək) – vəzəri. –Cəhənnəmotu
penc
ərdi, yayda olur.
CƏHLƏMƏX' (Naxçıvan) – çəkilmiş əti əllə yaxşı-
yaxşı qarışdırmaq. –Küfdənin ətin qəşəx' cəhləməsən açılar.
53
CƏHT (Camaldın) – görə, üçün. –Sənə cəht deyirdim
ki, yanı gedip bidə gəlmiyəsən.
CƏLƏ (Dəmirçi) – 1. at quyruğunun tükündən
qayrılmış tələ; 2. boğaz xəstəliyi. –Cələni qurmuşam ki,
sığırçın tutam.
CƏMƏ (Ordubad) – yaba ilə bir dəfə götürülən ot
topası. –Uşaxlar cəmələri bir-biri:n üsdünə yığdı.
C
əbrayıl, İmişli şivələrində də cəmə eyni mənada qeydə
alınmışdır (1, s.73).
CƏMİCÜMLƏTANI (əksər şivələrdə)// CƏMİCÜMƏ
(Bab
ək) – hamısı, cəmi. –Əlimizdə cəmicümlətanı beş-altı
heyvan qalmışdı, onnarı da noxoşdux apardı.
CƏMRƏ (Şərur) – istilik. –Bizdə Novruzdan əvvəl
torpax zad oyanır ha, onda deyillər ki, cəmrə, yanı isdilix'
torpağa tüşdü.
CƏNCƏL (əksər şivələrdə) – qarma-qarışıqlıq. –Özün
ç
əkildin durdun qıraxda məni saldın cəncələ.
CƏ:NƏ (Nursu) – cəmdək, heyvan ölüsü. –Gəldix' kin,
boğup, cə:nərin düzüb bınnan-ona.
CƏNG (Nehrəm) – pas. –Baxımsızdıxdan pütün cəng
basmışdı dəmir yerrərini.
CƏNGOLMA (Şahbuz) – arılarda olan xəstəlik.
CƏRCİ (Tivi) – damın pərdilərinin üstünə qalanan
xırda ağaclar, çırpı. –Cərciləri atıp sora dəmirrərin vırırıx.
CƏRİ (Aza) – igid, qoçaq, cəsarətli. –Cox cəri üşəxdi
heş nədən qorxusu-hürküsü yoxdi.
54
Dostları ilə paylaş: |