Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40114
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

- 68 -
 
 
mayalandırma, bir ana arı ilə cütləşən erkək arıları idarə edə bilmənin tək yolu olduğu üçün, ana arı 
yetişdirilməsində  olduqca  əhəmiyyətlidir.  Bu  da  ana  arıların  tam  nəzarət  altında  cütləşdirilməsinə 
zəmanət verir ki, o da bu sahədə seleksiya-damazlıq işlərinin səmərəliliyini yüksəldir. Onu da qeyd 
etmək lazımdır ki, döllənmə zamanı ana arıların təbii şəraitdə erkək arılarla cütləşməsinə pis hava 
şəraiti maneçilik törədir. Lakin süni mayalandırma zamanı ana arılar hər cür hava şəraiti şərtlərində 
müstəqil olaraq istənilən erkək arının sperması ilə mayalandırıla bilir. Bu metodun köməyi ilə ana 
arı yetişdirmə proqramının erkən mərhələlərində tam mayalanmış ana arılar əldə edilə bilər ki, bu 
da yaz işlərinin formalaşmasında uğurlu olur. 
 
Əsas  şərtlərdən  biri  də  arıçılıqda  süni  mayalandırma  əməliyyatını  aparmaq  üçün  xüsusi 
avadanlıqlarla  təchiz  olunmuş  steril  bir  laboratoriyanın  olması    lazımdır.  Laboratoriyada  isə  əsas 
istifadə olunan mayalandırma cihazının, stereomikroskopun, sperma köçürmək üçün şpris dəstinin, 
CO
2
 narkoz qurğusunun, soyuq işıq mənbəyinin və bəzi digər köməkçi vasitələrin olması mütləqdir. 
Bunlardan birinin olmaması süni mayalanmanın həyata keçirilməsinə hec cür imkan vermir. 
 
 
  
 
 
  
Şəkil 1. Süni mayalandırma cihazının hissələrinin ümumi görünüşü
 
 
 
Şəkil 2. Spermanın döl yoluna yeridilməsi 
Mayalandırma  cihazı  ilə  ana  arı  müəyyən  bir  vəziyyətdə  tutulur,  narkoz  verilir  və 
stereomikroskop  altında  şprislə  erkək  arılardan  alınan  sperma  mayalanmanı  təmin  edən 
mikromanipulyator vasitəsi ilə ana arının döl yoluna ötürülür.
 
 
Ədəbiyyatlardan  məlumdur  ki,  ilk  dəfə  ana  arılarda  süni  mayalandırmanı  1927-ci  ildə 
Watson  L.R.  müvəffəqiyyətlə  reallaşdırmışdır  [2].  Bu  əməliyyatdan  sonra  bir  çox  mayalandırma 
alətləri  əldə  edilmiş  və  sınaqdan  keçirilmişdir.  Nolan  W.J.  (1937)  mövcud  cihazda  bəzi  düzəlişlər 
etməyə  nail olmuşdur.  Laidlaw H.H.  (1944)
 
ana arıda döl  yolu qıvrımına diqqəti çəkmişdir. Daha 
sonralar  1947-ci  ildə  Mackensen  O.  süni  mayalandırma  texnikalarını  yaxşılaşdırdı  və  CO
2
 
istifadəsinin əhəmiyyətini sübuta yetirdi. O, dəfələrlə  yazılarında qeyd etmişdir ki, CO
2
 yalnız ana 
arını  yatırtmaq  və  sakitləşdirmək  üçün  yox,  eyni  zamanda  ana  arının  yumurta  qoymasını 
tezləşdirmək üçün də lazımdır [5].
 
Mackensen O. və Roberts W.C. (1948), bu mövzuda böyük bir 
mərhələ reallaşdırmışlar. O zamandan etibarən, mayalandırma cihazına bir sıra düzəltmələr edilərək 
günümüzədək  gəlib  çatmışdır  (Vesely  V.  1969,  Camargo  J.M.  1968,  Ruttner  F.  1976,  Schley  P. 
1983, Cobey W.S. və b. 2013). 
 
Dünya arıçılığında son zamanlarda istifadə edilən və yüksək məhsuldarlığın stimul vericisi 


- 69 -
 
 
sayılan  süni  mayalandırmadan  Azərbaycan  Respublikasında  da  yararlanılmağa  başlanılmışdır.  Bu 
məqsədlə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun 
Ariçiliq  Mərkəzində  a.e.dok.  Allahverdi  Seyidovun  rəhbərliyi  altında  Azərbaycanın  Gəncə-Qazax 
bölgəsində  ilk  dəfə  olaraq  ana  arılarının  instumental  yolla  süni  mayalandırılmasına  başlanıldı.  Və 
bu iş Mərkəzin əməkdaşları tərəfindən müvəffəqiyətlə aparılır.  
Onu da qeyd etmək və təşəkkür etmək istərdik ki, Respublika Kənd Təsərrüfatı Nazirliyinin 
və  FAO-nun  xüsusi  köməkliyi  ilə  HETİ-nin  “Arıçılıq”  Mərkəzinə  2016-cı  ildə  Almaniya  istehsalı 
olan  və  müasir  tələblərə  cavab  verən,  professor  Piter  Schley  tərəfindən  təkmilləşdirilmiş  “Ana 
arıları süni mayalandırma” cihazı verilmişdir. Və bu laboratoriya avadanlığının hesabına “Arıçılıq” 
Mərkəzində  tərəfimizdən  2016-cı  ildə  Boz  dağ  Qafqaz  arı  cinsi  süni  mayalandırma  texnologiyası 
əsasında  kifayət  qədər  süni  döllənmiş  ana  arılar  yetişdirilmişdir.  Və  yetişdirilmiş  həmin  ana 
arılardan  Respublikada  ana  arıya  olan  təlabatın  ödənilməsində  istifadəsi  nəzərdə  tutulmuşdur.  Bu 
proses artıq davamlı şəkildə davam etdirilir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Seyidov A.K., İbrahimov R. Arıçılara kömək. “Müəllim” nəşriyyatı, Bakı, 2013, -52 s. 
2.
 
Watson L. R. (1927) Controlled mating in the honey bee. Report of State 
       Apiarist, Iowa: 36-41. 
3.
 
Nolan W. J. (1937) Improved apparatus for inseminating queen bees by the 
      Watson  method.  Jour, Econ. Ent. 30: 700-705, illus* 
4.
 
 Laidlaw H. H. (1944) Artificial insemination of the queen bee (Apis melli- 
       fera L.) Morphological basis and results. Jour, Morph. 74 i 429-435 illus. 
5.    Mackensen O. (1947) Effect of carbon dioxide on initial oviposition of   
       artificially inseminated and virgin queen bees. Jour, Econ, Ent, 40 J 344-349. 
6.    Mackensen O; Roberts W. C. (1948) A manual for the artificial Insemination 
       of queen bees. USDA Bureau of Entomology and Plant Quarantine. ET-250 
7.    Camargo J. M. (1968) Note on techniques for instrumental insemination of  
       queen honeybees. Jour. Apic.  Res. 7: 157-161. 
8.    Vesely V. (1969) Modification of the Mackensen-Roberts apparatus. In: The 
       Instrumental Insemination of the Queen Bee. Apimondia, Bucharest, 35-37 
9.    Ruttner, F (1976) Instrumental insemination of honey bee queens.  
       Apimondia; Bucharest, Romania. 
10.   Cobey W.S.; Tarpy D.R.; Woyke J., Standard methods for instrumental  
        insemination  
of Apis mellifera queens, Journal of Apicultural Research,  
        2013, 52 (4), DOI 10.3896/IBRA. 1.52.4.09; 
11.   Schley P (1983) Praktische Anleitung zur instrumentellen Besamung von           
Bienenkönigiennen. Selbstverlag, Giessen 
 
ABSTRACT 
                                                                                                                                 
 Elnur Akhmedov 
                                                                               Fariz Salmanov 
                                                                                                                                 Bahar Shukurova 
                                  
                 ON PROSPECTS OF ARTIFICIAL INSEMINATION OF QUEEN BEES  
YOU AZERBAIJAN
 
 
 The article describes the instrumental insemination queens and conduct artificial insemination for 
the first time on queenbee testing in Azerbaijan. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə