Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40114
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

- 18 -
 
 
 
Şəkil 1. Filantın ovu və onun iflic olmuş arı üzərindəki yumurtası. 
Yumurtadan çıxan sürfə həmin andan iflic olmuş arı ilə qidalanır. Arı canavarının sürfəsi öz 
inkişafı müddətində bir neçə arı yeyir [6]. Buradan aydın olur ki, arı canavarının böyük miqdarda 
rast  gəlindiyi  ərazilərdə  onun  bal  arılarını  ovlaması  arıçılığa  külli  miqdarda  ziyan  vura  bilər.  Arı 
canavarı  ilə  səmərəli  mübarizə  metodları  hələlik  işlənilib  hazırlanmamışdır.  Mübarizə  hələlik 
həşəratların tutulması və yuvalarının dağıdılması ilə məhdudlaşır. 
            Vespidae  fəsiləsinin  Eumeninae,  Masarinae,  Polistinae    Vespinae  yarımfəsilələrinə 
mənsub olan arılar pətəyə soxulub balı oğurlayır, bəzən də öz sürfələrini qidalandırmaq üçün arıları 
ovlayırlar. Eşşəkarılarının növ müxtəlifliyi olduqca zəngindir. Arı ailələrinə daha çox adi eşşəkarısı, 
polist, meşə eşşəkarısı, ortaboylu eşşəkarısı və kürən eşşəkarısı ziyan vurur. Onlar ailələrdə yaşayır 
və bu ailələrin sayı  yayın sonu və payızda daha çoxsaylı olur. Eşşəkarıları bal arılarına avqust və 
sentyabr aylarında daha tez-tez hücum edirlər. Eşşəkarıları arıların qismən az fəal olduqları səhərin 
erkən çağlarında, havanın aşağı temperaturunda pətəklərə hücum edirlər. Belə şəraitdə eşşəkarıları 
pətəklərə asanlıqla soxulub bal oğurlayırlar. 18
0
C temperaturda bir eşşəkarısı pətəkdən 40-130 mq 
bal  apara  bilir.  Onlar  öz  sürfələrini  kiçik  həşəratlar,  bəzən  də  arılarla  qidalandırırlar.  Torpaqda 
oturan  arıları  daha  tez  ələ  keçirirlər.  Həmçinin  erkək  arıları  da  ovlayırlar.  Çoxsaylı  eşşəkarısı 
fərdləri bal və şirəli meyvələr satılan bazarlara da kütləvi hücum edə bilir. Əsas mübarizə arıxanada 
içərisində şirin mayelərin doldurulduğu şəffaf botulların asılmasından ibarətdir.  
 
Vespa  orientalis  –  Vespoidea  fəsiləüstünün  Vespidae  fəsiləsinə  mənsub  iri  yırtıcı 
zərqanadlıdır.  Onun  başı  və  döşünün  ön  hissəsi  sarı  rənglidir,  birinci  qarıncıq  buğumu  ensiz  sarı 
zolaqlı,  tünd  qonurdur,  digər  buğumlar  isə  səpələnmiş  qara  nöqtəli  sarıdır.  Dişi  arının  bədən 
uzunluğu 25-30 mm, erkək və işçi arıların isə nisbətən qısadır. Azərbaycanda, o cümlədən Naxçıvan 
MR-də geniş yayılmışdır.  
 
Eşşəkarısı ailələrdə yaşayır. Ailə ana və işçi arılardan ibarətdir. Payıza doğru ailədə yeni dişi 
və  erkək  fərdlər  meydana  gəlir.  Qış  yaxınlaşanda  soyuqdan  mühafizə  olunan  yerlərdə  qışlayan 
törədici analardan başqa bütün ailə məhv olur. Yazda hər bir ana adətən tikililərin çardağı altında, 
ağac  koğuşlarında  müstəqil  yuva  qurur.  Yuvalar  üçün  ana  arı  tərəfindən  çeynənmiş,  tüpürcəklə 
islanıb  kağız kütləsinə çevrilmiş  ağac qabığından tikinti materialı kimi istifadə edilir. Eşşəkarıları 
bu kütlədən yuvalar və şanları qapayan örtüklər hazırlayır. Yuvada şanlar, adətən bir neçə yarusda, 
biri o biri ilə sütuncuqlarla birləşmiş vəziyyətdə yerləşir. Ananın yuvacığa qoyduğu yumurtadan 5 
gün sonra sürfə  çıxır. Sürfə mərhələsi 9  gün sürür, bundan sonra o, pupa çevrilir.  Yuvası  örtüklə 
qapanmış pupdan 14 gündən sonra tam formalaşmış həşərat əmələ gəlir.  
 
Eşşəkarısı  sürfələrini  başlıca  olaraq  heyvani  qida  ilə  bəsləyir.  Qida  kimi  müxtəlif  
həşəratlardan və eşşəkarıları arıxanaya yaxın yuvalayıbsa, bal arılarından istifadə edilir. Bal arısını 
ovlayan eşşəkarısı onun qarıncığını dişləyib sıxır, çinədandan gələn balı sorduqdan sonra qarıncıq 
və qanadları qoparır, yerdə qalan kütləni tam çeynədikdən sonra onu sürfələrinə yedirdir. Eşşəkarısı 
təkcə arıları ovlamır, o, adətən payızda bal üçün pətəklərə də soxulur. Burada eşşəkarıları təkcə bal 
yemir, həm də  arılara hücum edib onları öldürür (Şəkil 2). Mübarizə hələlik həşəratların tutulması 
və yuvalarının məhv edilməsi ilə məhdudlaşır [4].  


- 19 -
 
 
 
 
Şəkil 2. Vespa orientalisbal arılarına hücum zamanı. 
 
Mantodea  -  Dəvədəlləyilər.  Qafqazda  bu  dəstənin  20-ə  yaxın  növü  yayılmışdır.  Naxçıvan 
MR-nın  ərazisində  adi  dəvədəlləyinə  daha  çox  rast  gəlinir  [1]  .  Adi  dəvədəlləyi  arını  çiçəklərin 
üzərində  ovlayır  və  yeyir.  Bir  dəvədəlləyi  fərdi  gün  ərzində  16-dək  arı  yeyə  bilər.  Dəvədəlləyi 
kütləvi çoxaldıqda və başqa qənimət olmadıqda arıçılığa nəzərəçarpacaq dərəcədə ziyan vurur. Ona 
qarşı  mübarizə  tədbirləri  işlənilib  hazırlanmamışdır.  Dəvədəlləyilər  və  iynəcələr  çoxlu  zərərli 
həşəratları da məhv etdiyi üçün onlar faydalı hesab olunurlar. 
  
Odonata  -  İynəcələr.  Kütləvi  çoxalma  dövründə  arıçılığa  qısamüddətli,  lakin  hissediləcək 
dərəcədə  ziyan  yetirirlər.  Muxtar  respublika  ərazisində  iynəcələrin  Aeschna  grandis,  Aeschna 
cyanea,  Anax  imperator  kimi  iri  növləri  arıları  daha  fəal  ovalayırlar  [1].  İynəcə  yuxarıdan  uçan 
arıya  hücum  edib,  onu  arxasından  tutub  öldürür.  İynəcələrin  ziyanverici  fəalliyyəti  nəticəsində 
bəzən bir arı ailəsinin üçdə biri məhv ola bilər. Əksər hallarda mayalanma üçün pətəkdən uçan ana 
arılar məhv olur. İynəcələr arılara daha çox onlar su içmək üçün sututarlara doğru uçduqda hücum 
edirlər.  İynəcələrin  kütləvi  uçuşları  zamanı  arıxanalar  başqa  yerə  köçürür,  tutulma  tələləri 
quraşdırılır.    
 
Dermaptera  -  Dəriqanadlılar  və  ya  qulağagirənlər.  Naxçıvan  Muxtar  Respublikasında 
qulağagirənlərin 5 növü yayılmışdır [1]. Onlar orta ölçülü, uzunsov bədən quruluşuna və sonunda 
buğumsuz    qısqaca  oxşar  2  əlavə  daşıyan  qarıncığa  malik  həşəratlardır.  Yarpaqlarla,  qabıqla, 
çiçəklərlə,  toxumlarla,  meyvələrlə,  qida  ehtiyatları,  tullantı  və  kiçik  həşəratlarla  qidalanırlar. 
Gecələr  fəaldırlar.  Gündüzlər  daşlar,  ağac  qabığı  altında,  otların  arasında  və  müxtəlif  yarıqlarda 
gizlənirlər. Arılara adi qulağagirən, bostan qulağagirəni və sahil qulağagirəni ziyan vurur.  
 
Arı pətəklərində bu həşəratlara adətən iyunun ikinci yarısında və iyulda rast gəlinir. Yeşiyin 
tavanında sərilən isidici materialda, deşiklərdə, şanlarda məskunlaşırlar, şanın gözcüklərini açır, balı 
və güləmi yeyir, şanları dağıdır və çirkləndirirlər. Qulağagirənlərin iri fərdləri yaşlı xəstə arılara və 
ziyan  görmüş  yeni  nəslə  hücum  edir,  müxtəlif  yoluxucu  və  invazion  xəstəliklərin  törədicilərini 
yayırlar.  
 
Pətəkləri  quru,  otdan  təmizlənmiş  sahədə  düzmək  lazımdır.  Yeşiyin  üstünə  sərilən  isidici 
material quru olmalıdır. Qulağagirənlərin güclü hücumu zamanı pətəyi və isidici materialı dəyişmək 
lazımdır.  Yeşiyin  ayaqlarına  avtol  sürtülməlidir.  Yastıqlar  və  isidici  material  günəş  altında 
qurudulmalıdır. 
 
Araneae  -  Hörümçəklər.  Fəal  yırtıcılar  olub  yalnız  diri  şikarla  qidalanırlar. 
Bu  günə  qədər 
dünya  faunasında  114  fəsiləyə,  3935  cinsə  daxil  olan  44906  hörümçək  növü  təsbit  edilmişdir.
 
Azərbaycanda  48  fəsiləyə  aid  850-yə  yaxın,  Naxçıvan  MR-də    isə  200-dən  çox  hörümçək  növü 
məlumdur [2; 7].  
 
Bal  toplayan arılar, şmellər, meqaxilidlər  yangedən hörümçəyin (Misumena vatia) qurbanı 
ola  bilərlər.  Bu  hörümçək  bütün  Şimali  Amerika  və  Avropada  olduğu  kimi  bizim  ölkəmizdə  də 
geniş  yayılmışdır.  Hörümçəyin  bədəni  yastıdır,  ön  2  cüt  ətraflar  arxadakılardan  hiss  ediləcək 
dərəcədə  uzundur.  Qarıncığın  rəngi  dəyişkəndir.  Çox  zaman  gizləndiyi  çiçəyin  tacının  rəngindən 
asılı  olub,  ağ  və  ya  yaşılımtıl  rəngdən  parlaq  sarı  rəngə  qədər  dəyişilir.  Ağ  hörümçəklərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə