80
sahələr zərərvericilərə qarşı dərmanlanmalı, plantaş və ya adi şum aparılmalı (bağ arası sahələr
bellənməli) və xüsusi toxum səpən maşınlar vasitəsilə səpin aparılmalıdır.
Toxumla birlikdə kimyəvi mədən gübrələrini də xüsusi kultivator toxum səpən aqreqatları ilə həyata
keçirmək olar.
Bostan-
tərəvəz bitkiləri əkmək üçün əvvəlcədən sahə şumlanmalı, üzvi gübrə ilə qarışdırılmış
torpaqda toxum (şitil) əkilərək suvarılmalıdır.
Bostan-tərəvəz sahələrindəki göyərmiş alaq otları xiyar, balqabaq, qovun və qarpız ləklərində
saxlanılmalıdır. Yalnız mədəni bitkilər cücərib çiçək açanadək alaq otları təmizlənməli, və torpağın
nəmliyindən asılı olaraq suvarılmalıdır.
Çəmənlik ərazilərində yemlik ot tədarükü zamanı oraq və kələnti alətilə biçin apararkən zəhərli
həşəratlara qarşı uzunboğaz rezin və dəri ayaqqabılar geyilməlidir. Ot tədarükü vaxtı yalnız bitkilərin
çiçək açıb meyvə verməsindən sonra başlanılmalıdır ki, nadir bitkilərin arealı azalmasın.
Meyvə bağlarında zərərvericilərə qarşı kimyəvi zəhərli dərmanlarla işlərkən xüsusi qoruyucu
maskalardan istifadə olunmalıdır. Üzüm tənəklərinə səpilən kükürd və göydaş
xalkantit (mis kuporosu),
(Cu SO
4
5 H
2
O) qarışığından istifadə edilir. Təsadüfən baş gicəllənmə (zəhərlənmə) halları olduqda
dərhal sabunla əl-üz yuyularaq, təmiz su (1-3 litr) içilib ambulator həkiminə müraciət edilməlidir.
Bostan-tərəvəz əkin yerləri suvarılmalıdır ki, buxarlanma az olsun.
Bostan-tərəvəz məhsulları yığımı sübh vaxtı tərəvəzin saplağından qırılaraq və taxta (səbət) qablarda
saxlanılmalıdır.
Bağlarından meyvə tədarükatı günortayadək qurtarmaqla yığılmış meyvələr taxta (səbət) qablarda
saxlanılmalıdır.
Giləmeyvə, sitrus və tut meyvələrinin yığılması səhər-səhər daha əhəmiyyətlidir. Yığılmış
meyvələrin qurudulması işləri yalnız kölgədə və quru yerdə aparılmalıdır.
Qızılgül və bu kimi ətirli çiçəklərin yığılması sübh vaxtı, gün çıxanda aparılmalıdır.
Üzüm salxımlarını bağ qayçıları ilə kəsərək səbətlərdə qablaşdırılmalıdır.
Üzümün cavan
yarpaqlarını konservləşdirmək məqsədilə yığılması kimyəvi dərmanlar səpilməmiş tənəklərdə
aparılmalıdır.
Albalı və gilas meyvələrini yığarkən çalışmaq lazımdır ki, saplaqlı olsunlar. Alma və armud
meyvələri yığıldıqdan sonra uzun müddət saxlamaq üçün salfet kağızlarına bükülərək qablaşdırılmalıdır.
Qərzəxli meyvələri (qoz, fındıq, badam və s.) yığdıqdan sonra kölgədə sərib qurudulmalıdır.
Bostan bitkilərindən balqabaq, qovun və qarpız meyvələrini saxlamaq üçün saplaqlı dərilməli, quru
saman və ya otun içərisində yerləşdirilməlidir.
Tərəvəz bitkilərindən soğan və sarımsağın soğanaqlarını torpaqdan çıxarıb hava keçirən səbətlərdə
saxlamaq lazımdır.
Kartof, kök, çuğundur, kələm, turp və bu kimi bostan bitkiləri hava keçirən
səbətlərdə və quru yerdə
saxlanılmalıdır.
Meyvə-tərəvəz saxlanılan zirzəmi və otaqların temperaturu +12-18 Cº, nəmliyi isə 10-14 %
olmalıdır.
Meyvə-tərəvəz və toxum saxlanılan binalarda (zirzəmilərdə) antisanitariya qaydalarına ciddi əməl
olunmalı, xarab və göyərmiş məhsulları götürməklə qazılmış dərin çalada basdırılmalıdır.
Meyvə-tərəvəz saxlanılan yerlərə girmək üçün ayaqqabıların altı dezinfeksiya məqsədilə xlorlu su ilə
isladılmalıdır.
Oranjeriya- Qış aylarında müxtəlif bitkilərin becərilməsi üçün örtülü “bina”sından ibarətdir.
Oranjeriyada becərilən bitkilərin xüsusiyyətindən asılı olaraq orada müəyyən rütubətlə istilik rejimi
saxlanılmalıdır. Belə “bina”lar əsasən isti su buxarı və qaz qızdırıcıları ilə isidilir. Sadə oranjeriyalarının
ölçüləri 2x5x10 m olmaqla, taxtadan şəbəkə yığılaraq üstü ortadan hündür formalı, şüşə və ya polietilen
örtüklə örtülür. İçərisində ortadan düz yol qoyulmalıdır ki, hər iki tərəfdəki bitkilərə qulluq göstərilsin.
Azərbaycanda (Bakıda) Milli Elmlər Akademiyasının Akademik Komarov adına və Naxçıvandakı
Elm Mərkəzinin Şıxmahmud kəndindəki Botanika bağlarında ilin bütün fəsillərində sitrus bitkiləri
becərilir.
Parniklər- Düzbucaqlı formada 2x8 m, dərinliyi 0,3-0,5 m ölçüsündə qazılıb
üzəri şüşəli
çərçivələrlə örtülən yerdir.
Parniklər bioyanacaq (peyin və s.), su buxarı və günəş vasitəsilə qızdırılır. Parniklər əsasən küləkdən
mühafizə məqsədilə günəşli açıq sahədə şərqdən qərbə tərəf uzunluğunda xəndək formasında qazılır.
81
Parnik yerinin qazılmış divarları kərpiclə hörülərək, üzərinə də şüşəli çərçivələr qoyulur.
Parniklərdə adətən faraş tərəvəz bitkilərinin toxumları ilə bərabər digər bitkilərin toxumları da əkilir.
Cücərmiş bitkilərə qulluq tələb olduğundan onları işığa, rütubətə, istiliyə və yemləmə gübrəsinə ehtiyacı
ödənilməlidir.
Parnik şitillərinə xəstəlik və zərərvericilərlə mübarizə məqsədilə əsas tədbirlərdən biri seçilmiş
toxumların əkilməsidir. Əsasən toxumlar fevral ayında parnikdə əkərək cücərmiş şitilləri isə aprel-may
aylarında çıxarıb açıq sahəyə köçürmək lazımdır.
Toxumlar birbaşa hazırlanmış peyinli torpağa və ya əvvəlcədən hazırlanmış plastik qablarda
“stəkanlar” da əkilərək becərilir.
Muxtar Respublikanın iqlimi kontinental olduğundan payız və qış ayları soyuq keçir.
Buna görə də
təsərrüfatlarda parnik bitkilərinin əkilməsi zəruridir.
Gübrələr- Tərkibində bitkilər üçün lazımi qida elementləri olan və torpaqda üzvi və qeyri üzvi
maddələri özündə toplayan mühüm qidalandırıcıdır.
Tərkiblərindən asılı olaraq gübrələr üzvi və mineral adlanır. Gübrə torpağın münbitliyini artıraraq
tərkibindəki mikrobioloji xassələri asanlaşdırmaqla, bitkinin inkişafını sürətləndirir.
Bir neçə dəfə şumlanmış torpaq örtüyünə gübrə verilməklə, oradakı torpaq əmələgəlmə prosesi
sürətlənir və nəticədə isə əkinçilikdə yüksək məhsuldarlıq yaradılır.
Gübrələrin yüngül torpaqlara qarışıq (üzvi və mineral) verilməsi nəticəsində torpaqdakı azotun
miqdarı artır, bitkilərin bioloji qidalanması sürətlənir və torpaqların yuyulması qarşısı alınır.
Üzvi gübrələr əsasən peyin və peyin şirəsi,quş zılı və s.-dir.
Mineral gübrələr kimya zavodlarında hazırlanmış azotlu, nitratlı, fosforlu,
kaliumlu maddələr
qarışdırılır ki, əsasən təsərrüfatlarda azot, fosfor, kalium və dənəvər superfosfat gübrələrindən istifadə
olunur.
Yaşıl gübrələr əsasən torpaq sahəsində qabaqcadan əkilmiş bir sıra kənd təsərrüfatı yem bitkiləridir
ki, traktorla sahələr otla birlikdə dərin (plantaj) şumlanma nəticəsində torpaqda üzvi mineral maddələrin
çoxalmasıdır.
Bundan başqa meyvə bağlarında payız fəslində ağaclardan tökülmüş yarpaq materialının torpaqla
birlikdə şumlanması nəticəsində də yaşıl gübrə olur. Əkin və bağarası sahələrə üzvi gübrələri yalnız payız
aylarında şum altına verilməsi yaxşı nəticə verir.
Bal arısı- (Apis millifera)- Arıkimilər fəsiləsinin bal arısı cinsindən olan həşəratların
vətəni cənubi
Asiyadır.
Bal
arıları
yuvalarını meşədəki ağac koğuşunda düzəldərək ailə halında yaşayıb pətəklərində bal və
mum qidası hazırlayırlar. Hər pətəkdə 60-80 min işçi arı ilə bir neçə yüz də erkək arıdan ibarət ailə olur.
Bundan başqa pətəkdə tam inkişaf etmiş
Ana arı (dişi fərd) da olur ki, həmin həşərat“ailəni” idarə edə
bilir.
Arılar faydalı həşəratlar olmaqla çiçəklərin tozlanmasında mühüm rol oynayır, pətəkdə “istehsal
elədikləri” arı balı ilə mum insanlar üçün qiymətli qidadır.
Arı ailəsindəki
işçi arılar əsasən cinsiyyət vəzləri inkişaf etməyən dişi fərdlərdir. Onların bədəninin
uzunluğu 12-14 mm, ağırlığı isə 100 mq olur.
İşçi arılar yuvadakı balaları bəsləyir, çiçəklərdən tozcuq daşıyıb pətəkdə nektara çevirir və qiymətli
qida olan “süd” ifraz edirlər.
Erkək arıların uzunluğu 15-17 mm, çəkisi isə 200 mq ağırlığında olur.
Onlar heç bir iş görməyərək
yalnız ana arını mayalandırırlar. Yayın son aylarında işçi arılar erkək arını ailələrindən qovaraq
kənarlaşdırır.
Bal arılarının çoxalması
beçəverməklə (yeni ailə) artıb çoxalırlar. Arılar bəzən öz beçələrini
ağacların budaqlarından salxım formasında asırlar.
Arılar hər il pətəklərinə 130-150 kq-dək bal toplaya bilir.
Muxtar Respublikanın Şahbuz, Ordubad, Culfa və Şərur rayonlarında arıçılıqla məşğul olan
həvəskarlar “Qafqaz arısı” cinsini bəsləyib çoxaldırlar.
Balın tərkibində insan orqanizmi üçün lazım olan A provitamini olduğundan xalq təbabətində arı balı
ilə xəstəlikləri sağaldırlar. Daimi arı balı yeyən adamlar bədəndən gümrah, qanının tərkibi təmiz, həzm
orqanları isə sağlam olur.