Naxçıvan Universiteti



Yüklə 11,1 Mb.
səhifə2/3
tarix13.12.2023
ölçüsü11,1 Mb.
#148977
1   2   3
Azərbaycan Respublikasın ödəniş sistemi

Xırda Ödənişlər sistemi
Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş əməliyyatları (məsələn, mərkəzi və yerli vergi, gömrük və sosial müdafiə ödənişləri) aparan hökumət və kvazi-hökumət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradılmışdır.
Hər iki sistem yaradılarkən ən müasir texnologiyaya və proqram təminatlarına əsaslanmış və sistem əhəmiyyətli ödəniş sistemlərinə dair beynəlxalq standartlar əldə rəhbər tutulmuşdur. Bu sistemlərin fəaliyyətə başlaması ilə ölkədə bank sisteminin və maliyyə bazarlarının inkişafı üçün əlverişli şərait yaranmış, bu isə, öz növbəsində, bazar iqtisadiyyatına əsaslanan daha səmərəli pul-kredit siyasətinin aparılmasına, bütövlükdə iqtisadi inkişafın və maliyyə sabitliyinin təmin olunmasına müsbət təsir göstərmişdir.
Ödəniş sistemləri infrastrukturunun əsas elementlərinin yaradılmasına baxmayaraq,
bu gün sağlam rəqabət prinsipləri əsasında bütün təsərrüfat subyektlərinin, ticarət-xidmət müəssisələrinin, geniş əhali təbəqəsinin, o cümlə-dən pensiyaçıların və təqaüdçülərin bu sistemdən daha aktiv istifadəyə cəlb edilməsi, regionlarda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxışı imkanlarının daha da artırılması, qeyri-bank təşkilatlarının ödəniş sistemləri-nə texnoloji inteqrasiyasının təmin olunması məsələləri ödəniş sistemləri strategiyasının əhatə dairəsinin genişləndirilməsini və bu məqsədlə xüsusi dövlət proqramının hazırlanmasını zəruri edir.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın;
"Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli Fərmanının;
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanının;
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın məqsədləri nəzərə alınmışdır.
Bu kontekstdə Milli Ödəniş Sisteminin İnkişafı üzrə hazırkı Dövlət Proqramı hazırlanarkən:
Son illər Azərbaycanda da nağdsız ödəniş sisteminin inkişafı məqsədilə müvafiq addımlar atılır. Düzdür, hələ ki, bəzi maliyyə subyektlərinin bu sistemi həyata keçirmək üçün POS-terminalların tətbiqinə və eyni zamanda əhalinin də nağd ödənişlərin aparılmasına az maraq göstərmələri müşahidə edilir. Bunu statistik rəqəmlərdən də hiss etmək olur. Belə ki, nağd pul kütləsinin ümumi pul dövriyyəsində xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 7-10 faiz arasında olduğu halda, ötən ilin məlumatına əsasən, bu göstərici Azərbaycanda 50-55 faiz təşkil edib.

Yüklə 11,1 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə