Naxçıvan Universiteti


Nağdsız ödəniş sisteminin inkişafını stimullaşdırmaq lazımdır



Yüklə 11,1 Mb.
səhifə3/3
tarix13.12.2023
ölçüsü11,1 Mb.
#148977
1   2   3
Azərbaycan Respublikasın ödəniş sistemi

Nağdsız ödəniş sisteminin inkişafını stimullaşdırmaq lazımdır
Azərbaycanda nağdsız hesablaşmalara marağı necə artırmaq olar?
  • Hazırda Azərbaycanın maliyyə bazarında nağdsız ödəniş sisteminin yüksək səviyyədə inkişaf etdiyini söyləmək çətindir. Çünki hələ də sahibkarlıqla məşğul olan orta səviyyəli bir çox hüquqi və fiziki şəxslər pul vəsaitlərinin daha tez əldə edilməsi mənasında nağd şəkildə əməliyyatlara üstünlük vermələri ilə yanaşı, sıravi vətəndaşların da çox cüzi bir hissəsi nağdsız ödənişlərə maraq göstərirlər.

Vətəndaşların isə nağdsız ödənişlərə az maraq göstərmələri bu sistemin imkanlarından məlumatsızlıqları və ümumiyyətlə sistemin hələ ki, maliyyə bazarını tam əhatə etməməsidir. Digər tərəfdən hər hansı ticarət obyektindən alış-veriş edən şəxsin ödənişi nağd deyil, plastik kart vasitəsilə nağdsız şəkildə ödəməsinə əsas yaradan amillər yoxdur. Yəni, başqa sözlə desək, alıcını indiyə qədər adət etdiyi nağd ödəniş sistemindən imtina edərək, plastik kart əldə etməyə, ondan istifadə qaydalarını öyrənməyə, istifadə etməyə maraqlandıran stimullaşdırıcı səbəblər olmalıdır.
Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda iri müəssisələrin demək olar ki, əksəriyyəti nağdsız ödəniş sistemindən istifadə edirlər. Lakin bu ölkənin maliyyə sektorunda dövr edən vəsaitin bir hissəsini təşkil edir. Çünki ölkəmizdə böyük pul kütləsinin dövr etdiyi ticarət və xidmət sektorunda ödəniş sistemi demək olar ki, bütünlüklə nağd şəkildədir.
Hazırda ölkədə elektron hökumətin inkişaf etdirilməsi, elektron bazarların yaradılması, yaxın zamanlarda Vergi Məcəlləsinə edilməsi gözlənilən dəyişikliklər nağdsız ödəniş sisteminin inkişafına xidmət edən addımlardır. Qeyd edək ki, qanunvericilik müəyyən mənada inzibati qaydada sistemin inkişafına təkan verə bilər.
Qeyd etmək lazımdır ki, göstərilən sistemlərin yaradılması və tətbiqi beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmiş və bu sahədə mövcud olan beynəlxalq standartlara tam uyğunluğu təsdiq edilmiş, habelə onların tövsiyəsi əsasında inkişaf etməkdə olan bir sıra ölkələrin mərkəzi bankları, o cümlədən MDB üzvü olan dövlətlərin mərkəzi bankları tərəfindən Azərbaycan Milli Bankının bu sahədəki təcrübəsinə böyük maraq göstərilmiş və bu təcrübədən faydalanmışlar.
Nəticə

Mənbə / Ədəbiyyat


http://www.anl.az/down/meqale/olaylar/2013/may/311107.htm
https://e-qanun.az/framework/5552
https://www.cbar.az/page-474/payment-systems

Diqqətiniz üçün təşəkkürlər!!!


Yüklə 11,1 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə