Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 

20 


işıqlanıb  də  zəm  nənin  tərəqqisi  ilə  münasib  bir  yaşayışa  layiq  olması  yalnız 

müsəlmanların  deyil,  hökümət  və  dövlətin  də  mənfəətləri  iqtizasındadır‖  (―Açıq 

söz‖ 1915, №  6 ). 

Vicdan  azadlığı  məsələsi  M.  Ə.  Rəsulzadənin  dünyagörüşündə  xüsusi  yer 

tutur. O, dinə idarə vasitəsi kimi  yanaşan dövlətləri ciddi tənqid atəşinə tutur.  Bir 

dini  yüksəldib  dövlət  səviyyəsinə  qaldıranda,  digərini  isə  sıxışdırıb  qadağan 

edəndə,  ölkədə  sabitlik  pozulur  və  hərc  –  mərclik  yaranır.  Şübhəsiz  ki,  müəllif 

burada  mütləqiyyət  quruluşunun  müsəlman  xalqlarına  olan  münasibətini  nəzərdə 

tutmuşdur. O, vicdan azadlığının pozulmasını ancaq hakimiyyətpərəstlikdə və şəxsi 

mənafedə görür. Hakim və yaxud dövlət hakimiyyəti əlində saxlamaq üçün dindən 

bacarıqla  istifadə  edir.  Burada  hakim  deyəndə  heç  şübhəsiz,  rus  çarı  gözlərimiz 

qarşısında canlanır. M. Ə. Rəsulzadə yazır: ―Hakimlər, dövlətlər  din və höküməti 

əllərində bir idarə vasitəsi qərar verdiklərindən müəyyən bir din və o din daxilində 

dəxi müəyyən bir məzhəbə rəsmiyyət verib başqalarını məhv etmişlər və bu sürətlə 

hürriyyəti  –  məzhəb  aradan  qalxaraq  hakimiyyətdə  olan  din  və  məzhəb 

məhkumiyyətdə  qalan  din  və  məzhəbləri  təzyiq  etmişdir.  Bu  təyziq  sayəsində  də 

nifrət, ədavət, bir – birini çəkməməzlik, düşmənçilik əmələ gəlmişdir.‖(―Açıq söz‖ 

qəzeti, 1916, № 134). 

Rəsulzadə yalnız din azadlığından deyil, həm də məzhəb azadlığından bəhs 

edir.  O,  bununla  bir  din  daxilində  mövcud  olan  müxtəlif  təriqətləri  nəzərdə  tutur. 

Çarizm  dövründə  provoslav  təriqəti  dövlət  səviyyəsinə  qaldırıldığından  digər 

təriqətlər  (staroverlər,  baptistlər,  incilçilər  və  başqaları)  təqib  olunurdu.  Hətta 

həmin  təriqətlərə  etiqad  edənləri  kütləvi  surətdə  Rusiyanın  ucqarlarına  sürgün 

edirdilər. Məsələn, XIX əsrdə Azərbaycana sürgün edilmiş malakanlar buna sübut 

deyilmi? 

Məhəmməd  Əmin  din  azadlığı  olmadan  tərəqqinin  olmasını  qeyri  – 

mümkün  saymışdır. O, bütün tərəqqipərvər insanların, istər Avropanın, istərsə  də 

Rusiyanın  vicdan  azadlığı  istədiyini  söyləmişdir.  Vicdan  azadlığı  həm  də 

Rusiyanın tərəqqisi nöqteyi – nəzərindən zəruridir. Bütün dinlər və məzhəblər azad 

olmalıdır.  Bir  din  digər  dinə  və  yaxud  məzhəbə  təzyiq  etməməlidir.  O,  vicdan 

azadlığı  probleminə  ümumavropa  miqyasında  baxmışdır.  ―Halbuki  indiki  hürr 

əndişi  Avropanın,  yaxud  demokrat    və  tərəqqipərvər  Rusiyanın  istədiyi  nədir? 

Məzhəblər  haqqında  tam  bir  hürriyyət,  hürriyyəti  –  vicdan.  Hər  kəsin  məzhəbinə 

ehtiram hər kəsin etiqadına qarşı bir təhəmmul deyilmi?‖ (yenə orada). 

Maraqlıdır ki, M. Ə. Rəsulzadə Avropanı azadfikirli, Rusiyanı isə demokrat 

və tərəqqipərvər adlandırmışdır. Bununla o, Avropanın humanitar elmlər sahəsində 

Rusiya  ilə  müqayisədə  daha  irəli  getdiyini  demək  istəməmişdirmi?  Ümumiyyətlə, 

o,  məqalələrinin  çoxunda  Avropanı  bizə  bir  örnək  kimi  göstərmişdir.  Dünya 

müharibəsinə baxmayaraq, Avropa dövlətlərini azad dövlətlər saymış və Rusiyanın 

da o cür olmasını arzulamışdır.  




 

21 


Hətta  məqaləsinin  birində  müharibəyə  də  mütərəqqi  don  geydirməyə 

çalışmışdır.  ―Dünyanın  mütəməddin  millətləri  öz  diriliklərini  təmin  üçün 

cəhənnəmi silahlarla müsəlləh olub bir – birlərinin üstünə hücum edirlər. Nə əcayib 

bir  tələqqi  kimi,  istədikləri  gibi  dirilə  bilmək  üçün  ölümü  qəbul  edirlər.  Dirilik 

üçün ölürlər‖ (―Dirilik‖ məcmuəsi, 1914, № 1). 

 Göründüyü  kimi,  M.  Ə.  Rəsulzadə  məqalədə  bir  növ  imperialist 

müharibələrinə haqq qazandırmağa çalışmışdır. Bu isə ilk növbədə adamda təəccüb 

doğurur.  Çünki  müharibənin  mütərəqqi  rol  oynadığını  iddia  etməyin  özü  heç  cür 

ağıla  sığmır,  çünki  müharibə  xalqa  ancaq  aclıq,  səfalət  və  dağıntı  gətirir.  On 

minlərlə  insan  həyatı  qurban  gedir.  Halbuki  onlar  işləyib  ölkənin  tərəqqisi  üçün 

əllərindən gələni edərdilər, ölkəni irəli aparardılar.  

Qeyd edək ki, Rəsulzadənin müharibə haqqında bu qəribə fikirləri ancaq bir 

dəfə,  o  da  ―Dirilik  nədir?‖  məqaləsində  şərh  olunmuşdur.  Yerdə  qalan 

məqalələrində  o,  ardıcıl  olaraq  müharibənin  əleyhinə  çıxmış,  onu  tənqid  etmiş, 

xalqa  nə  qədər  məşəqqət,  əzab  -  əziyyət,  aclıq  və  səfalət  gətirdiyini  söyləmişdir. 

Bütün bunlar bizə belə bir fikir söyləmək üçün əsas verir ki, M. Ə. Rəsulzadənin 

müharibə  barədə  təkcə  bir  məqalədə  söylədikləri  hansısa  emosional  təsir  altında 

təsadüfən deyilmiş mühakimə olub, bütövlükdə onun müharibəyə münasibətini əks 

etdirmir.  

Sosial azadlıq problemi barəsində Azərbaycanın digər ziyalıları da maraqlı 

fikir  söyləmişlər.  Bəri  başdan  qeyd  edək  ki,  onların  fikirləri  M.  Ə.  Rəsulzadənin 

fikirlərindən fərqli olaraq  ardıcıl və sistemli şəkildə olmamışdır. Onlar bu məsələ 

barəsində yeri gəldikcə fikir söyləmişlər. Sosial azadlıq probleminə, sosial tərəqqi 

probleminə  və  sairəyə  zəruri  hallarda  toxunmuşlar.  Elələrindən  biri  də  Sənətulla 

İbrahimov  idi.  O,  ―Milli  məsələlər  qarşısında  bugünkü  mövqemiz‖  məqaləsində 

yazır:  ―Tarixin,  müqəddəratın  kim  bilir  müsəlmanlara  verdiyi  nasıl  bir  tale 

məşumidir  ki,  bu  gün  heç  bir  dairədə,  heç  bir  partiyalar  arasında,  heç  bir  millətin 

əfkari  –  ümumiyyəsində  müsəlmanlara  xulusiyyətlərə  tərəfdar  və  xeyirxah  bir 

nöqtə görüləmməz‖ (―İqbal‖ qəzeti, 1914, № 617). 

Göründüyü  kimi,  S.  İbrahimov  tarixə  mistik  don  geyindirmişdir.  Bu 

mistisizmin  isə  arxasında,  təbii  ki,  allah  anlayışı  durmuşdur.  İnsanlarda  ―alın 

yazısı‖  olduğu  kimi,  millətlərdə  də  buna  bənzər  bir  şey  olduğunu  söyləmək 

iştəmişdir.  O,  müsəlmanların  pis  güzəranını,  məşəqqətini  ―alın  yazısı‖  ilə  izah 

etməyə çalışmışdır. Əlbəttə, dinin cəmiyyətdə oynadığı rolu danmaq olmaz. Dinin 

cəmiyyətdə  xüsusi  mövqeyi  vardır  və  həmişə  də  olacaqdır.  Lakin  hər  şeyi  dini 

baxımdan izah etmək düzgün deyil. Xüsusilə də ―Alın yazısı‖ ilə əlaqədar müddəa 

xalqın  əlini  işdən  soyudur,  bədbinliyə  aparır.  Bu  da  son  nəticədə  sosial  tərəqqini 

buxovlayıb ləngidir. 

S.  İbrahimovun  ―Şəlalə‖  məcmuəsində  çap  olunan  ―Ruhən  və  hissən 

bəşərdə tərəqqi‖ məqaləsi qaldırdığı məsələyə görə xüsusi maraq oyadır. Məqalədə 

əsasən  sosial  tərəqqi  probleminə  toxunulmuşdur.  Hər  şeydən  əvvəl,  müəllif 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə