Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 

26 


qadınların  əhvalına də nəzər etməyə məcbur olurlar‖. (―Açıq söz‖ qəzeti, 1914, 

№ 

716



). 

Əlbəttə,  Azərbaycanda  qadın  məsələsinin  qoyuluşu  ilə  Avropada  qadın 

məsələsinin qoyuluşu bir – birindən kəskin şəkildə fərqlənir. Hər  şeydən əvvəl ona 

görə  ki,  Azərbaycan  müsəlman,  Avropa  isə  xristian  aləminə  mənsubdur.  Bundan 

başqa  Azərbaycan  xalqı özünün spesifik  qanunları ilə  inkişaf  etmişdir. Bu və  ya 

digər amillər tarixin müəyyən məqamlarında Azərbaycan xalqının məişətinə güclü 

təsir etmişdir. Qadınla bağlı müsəlman aləmində, o cümlədən də Azərbaycanda bir 

təsəvvür yaranmışdısa, Avropada tamam başqa bir təsəvvür təşəkkül tapmışdı.  

Qadın azadlığı problemi (feminizm) ilk dəfə olaraq Avropada vüsət almışdı. 

Mütərəqqi  fikirli  Azərbaycan  ziyalıları  Avropadakı  vüsəti  görüb  bəyənmiş,  onu 

xalqın tərəqqisi üçün məqbul saymışdılar. Azərbaycan ziyalılarının əksəriyyəti ona 

görə  Avropanı  özlərinə  bir  örnək  sayırdılar.  Avropa  ictimai  fikri  onların 

dünyagörüşünün  formalaşmasında böyük rol oynamışdır.  

Ümumiyyətlə,  1914  –  1917-ci  illərdə  Azərbaycan  qadınlarının  ictimai 

fəallığının artdığı müşahidə edilir. Qadınlar məqalələr yazıb qəzet və jurnallarda öz 

hüquqlarını tələb edir, müxtəlif məsələlər barədə fikir yürüdür, arzu və istəklərini 

oxucularla  bölüşdürürdülər.  Həm  də  müxtəlif    tədbirlərdə    iştirak  edirdilər. 

Cəmiyyətlər,  təçkilatlar  yaradırdılar.  Bir  sözlə,  millətin  həyatında  fəal  mövqe 

tutmağa çalışırdılar.  

M.  Ə.  Rəsulzadənin  ―Müsəlman  unas  –  cəmiyyəti  –  xeyriyyəsi‖  məqaləsi 

qadınların  təşəbbüsü  ilə  yaradılmış  xeyriyyə  cəmiyyəti  haqqındadır.  O,  Qafqaz 

türkləri  arasında  ilk  dəfə  olaraq  yaradılmış  qadın  xeyriyyə  cəmiyyətini  ürəkdən 

alqışlamış,  qadın  xeyriyyə  cəmiyyəti  yaradılmasının  xalqın  həyatında  əlamətdar 

hadisə  olduğunu,  qadınların  millətin  tərəqqisi  uğrunda  kişilərlə  birlikdə  fəal 

mübarizəyə  qalxdığını  qeyd  etmişdir.  Qadına  olan  münasibətə  görə  müsəlman 

aləmini sanki iflic vumuşdu və qadınların ictimai həyatda iştirakı bu iflicin aradan 

qalxmasına  kömək  etməliydi.  ―İctimai  məsələlərdə  ciddiyyətlə  bəyani  -  əfkar 

edənlər  müsəlmanlar  vücudunu  bizdəki  unas  əsarəti  nöqteyi  –  nəzərindən  fələc 

tutmuş  bir  bədənə  bənzədirlər  ki,  olduqca  doğrudur  və  həyati  –  ictimaiyyə  və 

milliyəmizi  təsvir  üçün  bundan  daha  gözəl  bir  təşəbbüsə  bulunamaz.  Arvadlar 

arasında hər hankı bir hərəkəti – ictimaiyyə zühuru iştə bu fələcin rəfinə bir əlamət 

olduğu nöqteyi  –  nəzərindən  müsəlman  millətlərinin  intibah və  təcəddüdünü arzu 

edilərcə, fövqıladə bir qiymətə malikdir‖ (―İqbal‖ qəzeti, 1914, 

№ 798


). 

Tədqiq  etdiyimiz  dövrdə  Şəfiqə  xanım  Əfəndizadə  mətbuat  səhifələrində 

qadınlıq şərəfini, qadınlıq ləyaqətini yorulmadan müdafiə edən qələm ustalarından 

biri  idi.  O,  qadınların  hüququ,  ictimai  vəziyyəti  və  məişəti  haqqında  bir  neçə 

məqalə  yazmışdır.  Məqalələrində  qadınların  cəmiyyətdəki  mövqeyinə  böyük 

əhəmiyyət vermiş, qadının ictimai həyatda fəal iştirak etməsinə tərəfdar olduğunu 

bildirmişdir.  Şəfiqə  xanım  qadına  adi  qadın  kimi  deyil,  həm  də  bir  ana,  bir 

tərbiyəçi kimi baxırdı. O göstərirdi ki, layiqli ana olmaq üçün qadınlar və qızlar öz 




 

27 


–  özlərini  tərbiyə  etməli,  səviyyələrini  daim  artırmalı,  qadınlar  uşaqlarını  milli 

ruhda  böyütməlidirlər.  O,  qadın  məsələsini  elə  bir  ucalığa  qaldırır  ki,  hətta  bu 

məsələni  həll  etmədən  millətin  irəli  gedə  bilməyəcəyini  iddia  edir.  Qadınlara 

münasibət dəyişməsə, qadınlar həmənki kimi hüquqsuz yaşasa, millilik zərər çəkər. 

Çünki gələcək millətpərvərlər ilk tərbiyəni ana qucağında alırlar. Hər qadın diriliyi 

anlamalıdır  və  anladığı  diriliyi  uşağına,  övladına  aşılamalıdır:  ―Qadınlıq 

yüksəlmədikcə milliyyət tənəzzül edər. Hər qadına diriliyin və varlığın həqiqətinə 

vaqif olmaq lazımdır.‖ (―Dirilik‖ məcmuəsi, 1914, 

№ 3

). 


Şəfiqə  xanım  Əfəndizadənin  digər  məqaləsi  ―Qadınlarda  dirilik  və 

nöqsanat‖ adlanır. O, qadının cəmiyyətdə tutduğu mövqe barəsində maraqlı fikirlər 

söyləyir. Qadının cəmiyyətdə fəal mövqe tutmasına tərəf çıxır. Qadın gərək ictimai 

həyatda  iştirak  etsin,  elm  və  bilik  dalınca  qaçsın.  Azərbaycan  qadınları  da  xalqın 

həyatında  iştirak  etməyə  can  atırlar.  Xalqın  iqtisadi  və  mədəni  yüksəlişinə 

əllərindən  gələni  əsirgəmirlər.  Müəllifin  yazısında  nikbinlik  və  gələcəyə  inam 

vardır. ―...bu axır vəqtlərdə qadınlarımızın arasında oxumaq və oxutdurmağa, sənət 

və  iqtisada  cəmiyyətlərdə  işləməyə  mail  bir  fikri  –  intibah,  bir  cunbuş,  bir  dirilik 

halları görülməkdədir.‖ (―Dirilik‖ məcmuəsi, 1914,

 № 7


). 

Bununla  yanaşı  qadınların  nöqsanları  barəsində  də  fikir  söyləməkdən 

çəkinməmişdir.  Nöqsanların  olması  isə  təbiidir,  ona  görə  ki,  avropalılarla 

müqayisədə  ―biz daha ibtidai bir haldayıq‖. Şəfiqə  xanım Azərbaycan qadınlarını 

iki qrupa ayırır: urəfa və cahil. Məqalədən aydın görünür ki, urəfa xanımlar Bakıda 

və  ya  digər  iri  şəhərlərdə  ali  təhsil  görmüş  qadınlardır.  Onlar  əcnəbicə  təhsil 

almışlar.  Əcnəbi  deyəndə,  çox  güman  ki,  rus  dili  nəzərdə  tutulur.  Şəfiqə  xanım 

ümumiyyətlə,  əcnəbicə  təhsil  almağın  əleyhinə  deyildir.  Əksinə,  bir  çox 

məqamlarda  hətta  əcnəbicə  təhsilin  məziyyətindən  bəhs  edir,  məsələn,  urəfa 

xanımlara işarə edərək deyir ki, ―əcnəbi dildə aldıqları təlim və tərbiyə sayəsində 

özlərinin  hal  və  məişətlərində  bir  qədər  rahatlıq  və  sərbəstlik  tərəqqiləri 

görülməkdədir. Bu hallar pəsənd edilir‖ (yenə orada). 

Demək,  Şəfiqə  xanım  əcnəbicə  təhsil  almağın  əleyhinə  deyildir,  sadəcə 

olaraq  əcnəbicə  təhsildən  milli  dil  və  milli  mədəniyyət  zərər  çəkməməlidir.  O, 

savadlı  qadınlarımızın  nöqsanından  danışarkən  yazır:  ―qəlbən,  ruhən  milli 

lisanlarını  tərk  edib  əcnəbi  lisanında  qonuşmalarıdır.  Böylələrinin  külfətləri 

arasında öz ana dilləri büsbütün unudulub, tərk olmaqdadır...  Hələ əziz övladlarını  

- istər qız, istər oğlan – milli dil, milli tərbiyə ilə dimağlarını qüvvətləndirəcəkləri 

yerdə,  biləks,  daha  dil  açmamışdan  əcnəbi  mürəbbilərinin  qucaqlarına  təslim 

edirlər... bu da ürəfa xanımlarımızın nöqsanlarıdır‖ (yenə orada). 

Cahil qadınlarımız isə elmsiz, biliksiz və savadsız qadınlardır. Şəfiqə xanım 

Əfəndizadə təəssüf hissilə bildirir ki, bu cür qadınlarımız çoxdur. Onların heç nəyə 

marağı olmur. Həyatda acizdirlər, nə istədiklərini özləri də bilmirlər. Ona görə də 

―şəhərimizdə,  küçələrdə  binlərcə  möhtac,  aciz  arvadlar  dilənçilik  edirlər.‖  O 

göstərir  ki,  bunun  qarşısını  almaq  üçün  qadınlarımız  uşaqlıqdan  bir  sənətə 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə