Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 

28 


yiyələnməlidirlər,  sənət  məktəblərində  oxumalıdırlar.  Qadınlarımız  diribaş, 

gözüaçıq  və  sərbəst  olmalı,  təhsil  almalıdırlar.  Milli  tərəqqini  arzulayanlar 

―əvvəlcə  qadınlarımızın  fikirlərinin  yüksəlməsinə,  milli  bir  cərəyana 

başlamalıdırlar‖. 

Yuxarıdakı  iqtibaslardan  belə  nəticə  çıxır  ki,  Şəfiqə  xanım  qadın  azadlığı 

probleminə milli tərəqqinin tərkib hissəsi kimi baxır. Onun fikrincə, qadınlarımızın 

azadlığı milli inkişafa tabe edilməlidir. Millilik burada ön plana çəkilir. 

―Dirilik‖  məcmuəsində  ümumiyyətlə,  qadın  məsələsinə  geniş  yer  verilirdi. 

Əli  Abbas  Müznibin  mühərrirliyi  ilə  çixan  məcmuə  qadın  azadlığı  ideyasının 

alovlu  carçılarından    biri  idi.  Başlıcası    bu  idi  ki,  məcmuədə  qadın  məsələsinə 

əsasən  milli  tərəqqi,  milli  inkişaf  fonunda  baxılırdı.  Başqa  sözlə  desək,  qadın 

məsələsi  milli  inkişafın  tərkib  hissəsi  sayılırdı.  Daha  biri  digərindən  təcrid 

olunmurdu.  

Məcmuədə  qadınlara  qarşı  törədilən  haqsızlıq  və  ədalətsizlik  ciddi  tənqid 

atəşinə tutulurdu. Məsələn, Bədrəddin əl – Hüseyn adlı bir nəfərin ―Dirilik‖də çap 

olunan şerində oxuyuruq:  

 

―Qadın hər qövm, hər millətdə şayani – inayətdir, 



   Fəqət tək bircə bizdə bunlara zülm etmək adətdir! 

                           Cünüdi – cəhd ilə mədum edib ədli, müsavatı, 

Əsir aldıq qadın sinfin ki, məhkumi - əsarətdir.‖ 

 

(“Dirilik” məcmuəsi, 1915, № 10). 

 

Şair  qadının  cəmiyyətdəki  hüquqsuz  vəziyyətinə  dözməyib  etiraz  səsini 



ucaldır.  Bunu  milli  bəla  hesab  edir.  Səbəbinin  isə  cahillikdə  görür.  Demək, 

qadınların kişilərlə  bərabər hüquqa  malik olmaları üçün guya  ancaq savadlanmaq 

lazımdır. Bəs qadın hüquqsuzluğunun ictimai köklərini kim aradan qaldıracaq? Bu 

sual yenə yenə də cavabsız qalır. 

―Dirilik‖  məcmuəsində  qadın  məsələsinə  elmi  yanaşan,  ona  Avropada 

genişlənməkdə  olan  feminizm  hərəkatının  ümumi  fonunda  baxmağa  çalışan 

məqalələr  də  çap  olunurdu.  Bu  səpkili  məqalələrdə  qadın  məsələsi  tarixi  planda 

götürülür  və  diqqətlə  araşdırılırdı.  Keçmişdə  yaşamış  Şərq  qadınlarını 

xatırlayırdılar.  ―Məşhur  xanımlar‖  rubrikası  altında  biliyi  və  fərasəti  ilə,  geniş 

dünyagörüşü  ilə  fərqlənən  qadınların  həyat  və  fəaliyyətini  qısaca  şərh  edib  o 

zamankı  Azərbaycan  qadınlarına  nümunə  göstərirdilər.  Bu  cür  yazılar  qadınların 

böyük  marağına  səbəb  olmuşdu.  ―Məşhur  xanımlar‖  rubrikası  ilə  verilən 

məlumatlar  qadınların  özlərini  dərk  etməsində  mühüm  rol  oynayırdı.  Onları  canlı 

həyata,  elmə,  biliyə,  fəaliyyətə  həvəsləndirirdi.  Düşdükləri  acınacaqlı  vəziyyətlə 

barışmazlıq, döyüşkənlik və sabaha ümid kimi keyfiyyətlər aşılayırdı.  



 

29 


Hüseyn  Tələt  qadın  məsələsinə  daha  geniş  nəzərlə  baxırdı.  Qadın 

məsələsini  ictimai,  milli  və  mədəni  həyata  təsir  edəcək  güclü  amil  sayırdı.  O, 

―Qadın  məsələsi‖  məqaləsində  problemi  elmi  zəmin  üzərinə  gətirir  və  problemin 

inkişaf  tarixini izləyərək maraqlı fikirlər söyləyirdi. Feminizm hərəkatının vətəni 

Fransa olduğunu iddia edirdi. Hüseyn Tələtin fikrinə görə qadın cəmiyyətin ictimai 

həyatında fəal rol oynamalıdır. Qadınların iştirakı olmadan sosial tərəqqi mümkün 

deyil.  Hüseyn  Tələt  yazırdı:  ―Feminizm  sırf  həyati  –  ictimaiyyəyə,  milliliyə  və 

mədəniyyətə təmas edən mühüm bir məsələdir‖ (―Dirilik‖ məcmuəsi, 1915, 

№ 10

). 


H.  Tələt  ―Qadın  aləmi‖  adlı  digər  məqaləsində  də  həmin  fikrini  müdafiə 

edir və sosial tərəqqini qadınlarsız təsəvvür edə bilmir. O, həmin  məqalədə  yazır: 

―Bizə inqilab və intibah dövrü açacaq maarif maarifi – nisvandır. Ən nəhayət bunu 

da  anladıq  ki,  ümumiyyətimiz  və  mövcüdiyyətimiz,  tərəqqi  və  təalimiz  bir  quşa 

bənzər – qanadının ikisi də sağlam olmazsa, uçamaz‖ (yenə orada). 

 Gördüyümüz  kimi,  müəllif  ictimai  tərəqqidə  qadına  mühüm  yer  ayırır, 

kişi  və  qadını  quşun  qadına  bənzətməklə  hüquqlarını  bərabərləşdirir,  hər  ikisinin 

eyni  hüquqa  malik  olduğunu  bildirir.  Hüseyn  Tələt  qadınların  maariflənməsinə 

xüsusi  əhəmiyyət  verir.  Sosial  tərəqqidə  maarifçiliyin  rolu  ikinci  fəsildə  geniş 

tədqiq ediləcəyindən biz bu fəsildə həmin mövzuya toxunmayacağıq. 

Qadın  azadlığı  mövzusu  Məhəmməd  Hadinin  yaradıcılığında  da  mühüm 

yer tutur. O, qadın adını əlçatmaz yüksəkliklərə qaldırır. Qadının düşdüyü vəziyyət 

ilə  qətiyyən  razılaşa  bilmir.  Qadın  ziyasını,  qadın  azadlığını  zülmə,  ədalətsizliyə 

qarşı qoyur. Əlbəttə, o dövrdə bu cür fikirlər irəli sürmək o qədər də asan deyildi. 

Bütün  Şərq  ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da  qadın  haqqında  müəyyən 

təsəvvür  yaranmışdı.  Qadına  bir  ana  kimi,  bir  tərbiyəçi  kimi  baxılırdı.  Qadın 

həyatını  bütünlüklə  ailəsinə  həsr  etməliydi.  Onu  da  deyək  ki,  o  zamankı 

Azərbaycan feministlərinin bəziləri də qadına məhz bu baxımdan yanaşırdılar. Fərq 

yalnız  bunda  idi  ki,  onlar  adi  tərbiyədən  deyil,  milli  tərbiyədən.  Milli  məişətdən 

bəhs edirdilər. Məhəmməd Hadi isə qadına geniş səpkidə yanaşırdı. O yazırdı:  

 

―Zulam içində, yaşar, parlamaz, nə gün, nə səhər, 



                           Qadın ziyası göründükdə zülmət isə qaçar‖  

 

 



 

O,  qadını  şər  qüvvələrə  qarşı  başlıca  güc    sayırdı.  Onun  fikrincə,  hətta 

zülmət  qadın  ziyası  qarşısında  aciz  idi.  Görünür,  şair  qadın  ziyası  dedikdə 

qadınların təhsilini, savadını və biliyini nəzərdə tuturmuş.  

 

XX  əsrin  əvvəllərində,  süsusilə  də  Rusiya  –  Yaponiya  müharibəsindən 



sonra  Azərbaycanda  artıq  bir  neçə  adda  məzhəkə  məcmuələri  nəşr  olunmağa 

başlamışdı. Bunlara misal olaraq ―Molla Nəsrəddin‖, ―Babayi - Əmir‖, ―Zənbur‖, 

―Tuti‖, ―Ləklək‖ və başqalarını göstərmək olar. ―Molla Nəsrəddin‖ məcmuəsindən 

                                                 

 

Məhəmməd Hadi. Seçilmiş əsərləri, I cild, 1978. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə