Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   21   22   23   24   25   26   27   28   29

 

58 


Tək-tək  adamlara  müraciət  edib  fikirlərini  öyrənməklə  dərdə  əlac  etmək 

olmaz. Həmin adamlar hökumət məmurlarıdırsa, ümumi işə xeyir vermək əvəzinə 

ziyan vuracaqlar. ―Yoxsa tək-tək şəxslərin, xüsusilə hökumət məmurlarının rəy və 

əlacları bizim yaralarımızı sağaltmaqdan ziyadə bərbad eliyəcəyi aşkardır‖ (―Açıq 

söz‖ qəzeti, 1915, № 54). 

Hacı  İbrahim  Qasımovun  ―Bizdə  milliyyət‖  məqaləsi  sosial  tərəqqi 

problemi  ilə  bağlı  hədsiz  maraq  doğurur.  İlk  növbədə  ona  görə  ki,  o,  millətin 

tərəqqisini  dini  bayramlara  olan  münasibətlərlə  əlaqələndirməyə  çalışır.  Məsələn, 

mövlud  gününü  yada  salır.  Mövlud  günündə  nə  bir  yığıncaq  və  nə  bir  toplanış 

olmuşdur.  Mövlud  günü  isə,  bildiyimiz  kimi,  sırf  dini  bayramdır.  Yəni 

müsəlmanların  müqəddəs  günüdür.  O,  müsəlmanların  bayramını  xaçpərəstlərin 

bayramı  ilə  müqayisə  edir.  Milad  bayramında  yolka  qurulur,  yəni  il  təntənə  ilə 

qarşılanır,  hamının  üz-gözündən  sevinc  yağır.  ―Sair  bayramlarda  yolka  alınır, 

sairlərinin  təzə  illəri  şərafətlə  vistreçat  edilir,  dəstə-dəstə  güllər  alınır,  hədiyyə 

edilir.  Bəs  niyə  bu  qeyrətli  cavanlar  özlərinin  əziz  və  müqəddəs  mövlud 

bayramlarını saxlamırlar?‖ (―İqbal‖ qəzeti, 1914, № 547). 

Xaçpərəstlərin  dini  bayramı  ilə  müsəlmanların  dini  bayramına  fərqli 

münasibət, təbii ki, dövlətin yeritdiyi dini ayrı-seçkilik siyasətinin nəticəsi idi. La-

kin  Hacı  İbrahim  Qasımov  ya  bunu  görmürdü,  ya  da  məlum  səbəbə  görə  özünü 

görməməzliyə  vururdu.  Hacı  İbrahim  Qasımov  bunun  səbəbini  azərbaycanlıların 

milli  mənliyinin  hələ  təşəkkül  tapmamasında  görürdü.  Müəllif  din  və  milliyyətə 

fərq qoymurdu, ona görə də dini bayramları qeyd etməyin səbəbini milli mənliyin 

aşağı səviyyəsi ilə izah edirdi. ―Hasil bunlardan açıq-açığına aşkar olur ki, bizlərdə 

hənuz milliyyətin nə olduğunu düşünən, milliyyətin şan və şərəfini mülahizə edən 

çox az və hətta yox kimidir‖ (yenə orada). 

Mədinəli  M.Əbülfəz  adlı  bir  nəfər  ―Cavanlarımızda  hissiyyat‖ 

məqaləsində  dili  milli  tərəqqinin  başlıca  amili  hesab  edir.  Heç  bir  millət  dilsiz 

tərəqqi  edə  bilməz.  Dil  həm  də  mədəniyyətin  təməlidir.  Elm,  sənət,  ədəbiyyat, 

xülasə, ictimai  şüur ona  istinad edir. Dil olmasaydı,  bəşəriyyət  irəli bir addım da 

ata  bilməzdi.  ―Dil  bir  millətin  ruhu  və  şan  və  tərəqqiyyati-təcəlli  edəcəyi  bir 

səhnədir.  Və  kəndini  digər  millətlərə  tanıtmaq  üçün  ən  böyük  vasitədir.  Dillər 

olmasaydı,  insanlarda  fikri-ictima,  hissi-təməddün  vücud  bulmazdı.  Nə  fənn  və 

sənətin  əsərləri,  nə  də  elm  və  hikmətin  izləri  tapılmazdı.  Bəlkə  daima  dağınıq  və 

hər zaman  vəhşət içində yaşarlardı‖. (―İqbal‖ qəzeti, 1914, № 555). 

Böyükağa Talıblı  milli tərəqqini    təmin etməkdən ötrü irəli bir neçə şərt 

sürür. Onun fikrincə, milli tərəqqini ayrı-ayrı şəxslər müəyyən edir. Həmin şəxs və 

ya şəxslər mənsub olduğu millətin ədəbiyyatını və tarixini bilməli, onu tanımalı  və 

sevməlidir.  Bu  vasitə  ilə  millətin  ehtiyacını  öyrənmək  və  dərdinə  əlac  etmək 

mümkündür:  ―Fəqət  yuxarıda  zikr  olunan  gibi  millətini  sevmək  üçün  şəxs  gərək 

onu  tanısın  və  millətini  yaxşı  tanımaq  üçün  şəxs  gərək  öz  ədəbiyyatını  və  öz 




 

59 


tarixini  bilsin.  Zira  ancaq  bu  vasitə  ilə  millətin  keçmiş  halını,      məişətini,    yerini, 

dəyərini görər, dərdini, dərmanını anlar‖ (―Açıq söz‖ qəzeti, 1915, № 36). 

Sənətulla  İbrahimov  ―Milli  məsələlər  qarşısında  bu  günkü  mövqeimiz‖ 

məqaləsində  sosial  tərəqqi  probleminə  özünəməxsus  tərzdə  yanaşmışdır.  Hər 

şeydən əvvəl sosial tərəqqi  problemi onun  nəzəri  mühakimələrində milli tərəqqi 

ilə  qovuşmuşdur.  Onun  fikrincə,  milli  tərəqqi  ilk  növbədə  maarif  məsələsinin 

həllindən  asılıdır.  Maarif  məsələsini  həll  etməkdən  ötrü  isə  milli  məktəblər    və   

mədrəsələr  yaradılmalıdır.  Ana    dilinə  xüsusi  diqqət  verilməlidir.  Darülmüəllimin 

açılmalıdır.  Bununla  yanaşı  digər  təkliflər  də  irəli  sürülür.  Məsələn,  o,  ruhani 

rəhbərlərin  camaat  tərəfindən  seçilməsinə  tərəfdar  çıxır.  Sonra  dini  bayramların 

istirahət  günü  elan  olunmasını  söyləyir.  Göründüyü  kimi,  onda  dini  ehtiyaclarla    

milli ehtiyaclar vəhdət təşkil edir. Başqa sözlə desək, din və milliyyət bir nöqtədə 

qovuşur. Sənətulla İbrahimov bunubla  kifayətlənməyərək hüquq sahəsində də bir 

sıra  güzəştlərə  nail olmaq istəyir,  millətin   hüququnun  genişləndirilməsini    tələb 

edir.  Sənətulla  İbrahimovun  təklifləri  aşağıdakılardan    ibarətdir:  ―1)  ibtidan  təhsil 

zamanı ana dilinin yeri, 2)  milli məktəb və mədrəsələrin səlahiyyəti və mahiyyəti, 

3) ruhani idarəsinin islahatı, 4) darülmüəllimin açılması, 5) müsəlmanların bayram 

günləri  və  cümə  günü  istirahət  günü  olması,  6)  müsəlmanlardan  dəva  vəkili 

(prisajnı poverennı) təyin etmək haqqındakı məhdudiyyətin götürülməsi‖. (―İqbal‖ 

qəzeti, 1914, № 617). 

1914—1917-ci illərdə Azərbaycanda maarif məsələsinin həllində xeyriyyə 

cəmiyyətlərinin  də  rolu  böyük  idi.  Onlar  şagirdlərin  təlim    və  tərbiyəsinə  vəsait    

buraxır,  əyin-başlarına  paltar  alırdılar.  ―Nəşri-maarif‖,  ―Nicat‖,  ―Səadət‖,  ―Şəfa‖ 

cəmiyyətlərinin  fəaliyyətini  xüsusilə  qeydetmək  lazımdır.  Bu  xeyriyyə 

cəmiyyətlərinin başlıca   vəzifəsi  Azərbaycanda    maarif    məsələsinin həllindən 

ibarət    idi.  Mətbuat  xeyriyyə  cəmiyyətlərinin  fəaliyyətini    ətraflı    şəkildə 

işıqlandırırdı.  Məsələn, ―Yeni iqbal‖    qəzetində H. T.  imzası    ilə yazılan ―Şəfa‖ 

cəmiyyətinin  son  qərarına  dair‖  məqaləsində  deyilirdi:  ―Şəfa‖  maarif  cəmiyyəti 

uşaqların  yalnız  təlim    və  tərbiyəsinə    iktifa    etməyib  onların  libaslarının, 

kitablarını  və  müəəllimlərə  məxsus  olan  sair  ləvazimatını      verməkdən    geri  

durmamışdır‖  (―Yeni iqbal‖ qəzeti, 1917, № 522). 

Bu  məsələdə  Hüseyn  Cavidin  də  mövqeyi  maraqlı  idi.  O,  cəhalətin 

düşməni  idi.  Gələcəyin  ümidini  elmdə,  savadda  görmüşdür.  Biliyi  nur  işığına 

bənzətmişdir.  Əgər  savadın,  biliyin  varsa,  irəli  gedəcəksən,  yoxsa  cəhalətdə 

qalacaqsan, inkişaf edə bilməyəcəksən. 

Azərbaycanda  çıxan  məzhəkə  məcmuələri  də  millətin  tərəqqisi  uğrunda 

mübarizə  aparırdılar.  ―Molla  Nəsrəddin‖,  ―Ləklək‖,  ―Babayi-Əmir‖,  ―Zənbur‖  və 

digər  məcmuələr  inkişafa  mane  olan  qüvvələri  satiranın  acı  dili  ilə  qamçılayır  və 

onların əsl simasını açıb xalqa göstərirdilər. Məzhəkə jurnalları ilk növbədə maarif 

məsələsinə böyük əhəmiyyət verirdilər: 

 



 

60 


Yarəbbi! Qıl zəmanədə viranə məktəbi 

Etmə nəsib bircə müsəlmana məktəbi. 

(―Babayi-Əmir‖ məcmuəsi, 1916, № 10) 

 

Qəyyur  Əyyar  imzası  ilə  yazılan  ―Arzu‖  şerində  incə  yumorla 



mühafizəkarın  həyata  baxışı  ciddi  şəkildə  tənqid  atəşinə  tutulur.  Yəni  elmin, 

savadın  qarşısını  alan,  inkşiafa  mane  olan  məhz  bu  cür  adamlardır.  Bu  cür 

düşünənlərdir.  ―Babayi-Əmir‖  məcmuəsinin  səhifəsində  çap  olunmuş  daha  bir 

şerdə deyilir: 

 

Hər tayfa bu dəhrdə əmr eyləsə rahət, 



  Qismət yaranub milləti-islama əziyyət. 

           Beş günlük olan yerdə nə lazım mədəniyyət. 

 İnsan mədəni olsada, virandı bu aləm, 

    Möminlərə bir guşeyi-zindandı bu aləm. 

(―Babayi-Əmir‖ məcmuəsi, 1916, №3) 

 

Şer ―Bu aləm‖  adlanır. Məzhəkə  jurnallarına  xas olaraq burada  da şairin 



ləqəbi  yazılmışdır:  hərdəm-xəyal.  Hərdəmxəyal  satirasında  ciddi  məsələlər  qaldı-

rır.  Ancaq  o,  milliyyət  və  din  anlayışlarını  qarışdırır.  Bu  da  ki  o  dövrə  xas  bir 

anlaşılmazlıq idi. Sonrasa mədəniyyətin lazımsızlığından, sadə adamların arasında 

geniş yayılmış ―beş günlük dünya‖dan danışır. O, ―insana nə mədəniyyət lazımdır, 

nə  də  maarif.  İnsan  dünyaya  gəlib  ki,  kef  etsin,  gününü  eyş-işrətlə  keçirsin‖,  — 

deyə düşünənlərə  öz satirasında gülür. 

―Babayi-Əmir‖  məcmuəsi,  ümumiyyətlə,  maarif  məsələsinə  bayaq 

dediyimiz  kimi  böyük  əhəmiyyət  verirdi.  Demək  olar  ki,  bütün  saylarında  elmə, 

biliyə, təlim-tərbiyəyə qarşı çıxanları tənqid edirdi. Maarifin xalqın tərəqqisində nə 

qədər  mühüm  rol  oynadığını  xalqa  çatdırmağa  çalışırdı.  Məsələn,  ―Ol!‖  şerində 

məktəblərin açılması münasibətilə yazırdı: 

 

                                    Cəhl içrə dolan sübhü-məsa elmdən ar et, 



Asudə ikən kəndini bin dərdə düçar et. 

(―Babayi-Əmir‖ məcmuəsi, 1916, № 33) 

 

Bu  baxımdan  ―Ləklək‖  məcmuəsinin  fəaliyyəti  də  diqqəti  cəlb  edir. 



Məcmuənin  səhifələrində  tez-tez  maariflə  bağlı  ciddi  məsələlər  qaldırılırdı. 

Maarifin  xalqın  inkişafı  üçün  nə  qədər  zəruri  olduğu  göstərilirdi.  Burada  da 

mühafizəkarlar, elmin və təhsilin düşmənləri incə yumorla tənqid edilirdi: 

 

    Amandır elm, məktəbdən demə bir söz məna, oğlum 



Zərərdən başqa şey yok ta gələ ondan səna, oğlum 

(―Ləklək‖ məcmuəsi, 1914, № 2) 




 

61 


 

―Ləkləkin  səlamı‖  şerində  isə  məktəb  hətta  tərəqqi  ilə  bərabər  tutulur. 

Müəllifin fikrincə, məktəb peyğəmbər deyil ki, məzhəb gətirsin. Məktəb elm, bilik, 

savad öyrədir. Milləti irəli aparır; 

―Molla Nəsrəddin‖ məcmuəsi daha ciddi məsələlər qaldırır. O, ziyalıların 

milli simalarını itirdiyini, xalqına bir xeyir vermədiyini tənqid edir: 

 

               Türkcə məcmuə, qazet heç oxumaz intiligent 



Əlini lilli sular ilə yumaz intiligent. 

(―Molla Nəsrəddin‖ məcmuəsi, 1914, № 11) 

 

Şerin  ―Kefsiz‖  kimi  imzalanması  səbəbsiz  deyildir.  Burada  xalqın  dərdi, 



kədəri  toplanmışdır.  Ziyalılarımızın  mövqeyi  şairi  dərin  düşüncələrə  salır.  Kefini 

pozur.  Gördüyümüz  kimi,  məcmuə  gülə-gülə  ağladır.  Camaatı  güldürə-güldürə 

səhifələrində kəskin məsələlər qaldırır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


 

62 


NƏTİCƏ 

 

Beləliklə,  tədqiqatımızı  yekunlaşdırmalı  olsaq  deməliyik  ki,  Azərbaycan      



ziyalıları  1914—fevral  1917-ci  illərdə  azadlıq  və  mədəniyyət  məsələlərinə  daha 

çox  diqqət  vermişlər.  Əgər  azadlıq  və  mədəniyyət  anlayışlarını  xırdalasaq,  

aşağıdakı  mənzərə   alınar: 

 

                                    MİLLİ                    



MAARİF 

   AZADLIQ 

 MƏDƏNİYYƏT 

                      DİNİ 

DİL 

 

Yuxarıdakı  sxemdən  göründüyü  kimi,  azadlıqdan  yazanlar,  əsasən  iki 



məsələyə  toxunurdular:  milli  azadlıq  və  dini  azadlıq  (vicdan  azadlığı).  Milli 

azadlığın  alovlu  carçısı  Məhəmməd  Əmin  Rəsulzadə  idi.  M.  Ə.  Rəsulzadə  milli 

azadlığı, milli istiqlalı yalnız yorulmadan təbliğ etmirdi, həm də bəşər mədəniyyəti, 

ictimai  inkişaf  baxımından  fikrini  əsaslandırır,  istiqlalın  labüdlüyünü  sübuta 

yetirməyə çalışırdı. O, çox böyük və uzagörən  nəzəriyyəşünas  idi.  Təbiidir    ki,  

Məhəmməd  Əminin  millətpərvərliyi  imperiyanın  sadiq  keşikçilərini—siyasi 

jandarmeriyanı  narahat  edirdi,  ona  görə  də  Məhəmməd  Əminin  fikirlərini  senzor    

vasitəsi    ilə  cilovlamağa  çalışırdılar.  Hətta  onu  həbs  etməkdən  belə 

çəkinməmişdilər.  Başqa  sözlə  desək,  Məhəmməd  Əminə  qarşı  fiziki  və  psixoloji 

təzyiq üsulundan istifadə edirdilər. 

M.  Ə.  Rəsulzadə  dini  azadlıq  (vicdan  azadlığı)      məsələsinə  də  toxunub 

imperiyanın  dini  ayrı-seçkilik  siyasətinə  qarşı  çıxırdı.  Dini  azadlıq  məsələsinə 

digər Azərbaycan ziyalıları da, o cümlədən Ömər Faiq və başqaları da toxunurdu. 

Mədəniyyət  sahəsində  isə  iki  xətt  aydın  görünürdü:  maarif  və  dil. 

Azərbaycan  ziyalılarının  demək  olar  ki,  hamısı  maarifçiliyin  fəal  təbliğatçıları 

idilər. Başlıca  məqsəd    milli   məktəblərin  yaranması  idi.  Bu  məktəblərdə  milli 

dil və dünyəvi elmlər tədris olunmalıydı. 

Azərbaycan  ziyalıları  dil  məsələsinə  türk  dünyası  miqyasında  baxırdılar. 

Bəziləri  (―Şəlalə‖çilər,  ―Füyuzat‖çılar)  türk  dilinin  İstanbul  şivəsini  əsas 

götürürdülər,  qeyriləri  isə  (M.  Ə.  Rəsulzadə,  M.  C.  Məmmədquluzadə,  Ö.  F. 

Nemanzadə  və  başqaları)  Azərbaycan  türklərinin  şivəsi  əsasında  yaranmış  bədii 

dili qəbul etdirməyə səy edirdilər. 

Lakin  maraqlıdır  ki,  Hüseyn  Mirzə  Camalov  onlardan  fərqli  olaraq 

cəmiyyətin iqtisadi həyatına daha çox diqqət yetirirdi. Onun fikrincə, kəndlilər ilk 

növbədə-əkinçilik  mədəniyyətinə  yiyələnməli,  müasir  texniki  vasitələrdən 

mümkün  qədər  geniş  istifadə  etməli  idi.  O,  xüsusilə  də  müasir  texnologiyaya, 

zavod və fabriklərin maddi bazasının elmin son nailiyyətləri hesabına dəyişməsinə 

böyük əhəmiyyət verirdi. 




 

63 


Nəhayət, bizim fikrimizcə, araşdırdığımız dövrün başlıca cəhəti bu idi ki, 

Azərbaycan  inkişaf  fikrində  millilik,  türkçülük  məsələsi  qoyulurdu.  Əgər  əvvəllər 

bu  millətə  ―müsəlman‖,  ―farsdan  dönmə‖,  ―tatar‖  və  s.  kimi  qondarma  adlar 

verirdilərsə, indi həmin millətin övladları mənsub olduqları millətin əsl adını şüur-

lara  yeritmək  istəyirdilər.  Bu  millətin  ixtiyarı  özündə  olmadığına  görə  başına 

istənilən  oyunu  açırdılar,  adını  qəsdən  dolaşdırırdılar.  Bütün  bunlar  çar  Rusi-

yasının  müstəmləkəçilik  siyasətindən,  digər  millətləri,  məhkum  millətləri  çapıb 

talamaq,  milli  varlığını  əzmək  siyasətindən  doğurdu.  Çarizm  hər  şeydən  əvvəl 

məhkum  millətlərin  maariflənməsindən,  savadlanmasından,  ələlxüsus  da  milli 

ruhlu, mütərəqqi baxışlı, uzaqgörən övladlarından oddan qorxan kimi qorxurdu və 

müxtəlif yollarla, müxtəlif hiylə və kələkbazlıqlarla bunun qarşısına sipər çəkməyə 

çalışırdı. 

Cəsarətlə demək olar ki, tədqiq etdiyimiz dövrün ən başlıca xüsusiyyət və 

əhəmiyyəti  millilik, türkçülük anlayışının ortaya  qoyulması idi.  Bu, artıq istiqlala 

doğru atılan ilk addım idi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

64 


 

 

MÜNDƏRİCAT 

 

Ön  söz   



 I fəsil. Sosial azadlıq problemi 

 

II  fəsil.   Maarif və mədəniyyətin sosial tərəqqiyə təsiri. 



Nəticə 

 

 



 

 

 



 

Назим Заман оглы Джафаров 

ИЗ ИСТОРИИ НАЦИОНАЛЬНО – ОБЩЕСТВЕННОЙ МЫСЛИ 

(1914 – февраль 1917) 

(на азербайджанском языке) 

 

 



 

Bədii redaktoru  F. Fərəcov 

Texniki redaktoru z. Nəcəfova 

Korrektorları V. Musayeva, M, Sasani 

 

İB № 5880 



Yığılmağa verilmiş 03. 01. 92.   Çapa. imzalanmış 19. II. 92. Ədəbi qarn  

Yüksək çap üsulu ilə. Formatı 84X108

1

/

32



.  Mətbəə kağızı № 1  Şərti çap vərəqi 4,20.   

Şərti rəngli surəti 4,2. Uçot nəşr vərəqi 4,45. Tirajı 300 (sifariş -371-    

Qiymati   müqavilə  ilə. 

Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi. Azərbaycan Dövlət   Nəşriyyatı,  

Bakı, —370005, Hüsü Hacıyev küçəsi, № 4. ―Qızıl Şərq‖ mətbəəsi,    Bakı, Həzi Aslanov 

küçəsi, № 80. 

 

Государтвенной комитет Азербайджанской Республики по печати 



Азербайджанское государственной издательство «Азернешр». 

Баку – 370005, ул. Гуси Гаджиева,4. 



Типография «Гызыл Шарг». Баку, ул. Ази Асланова, 80. 

 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə